Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov


Damğalar, rəmzlər… mənimsəmələr



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə38/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   34   35   36   37   38   39   40   41   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 95 -
- ürəkli Ay;     - dolanqaç (kainat rəmzi, spiral);          - təpə xaç, subaş, 
sarman, dörd ünsür, çərxi-fələk, qaz, qaz təpiyi, şəmsi-gərdan (farsca: Günəşin 
bədəni);   - əl (hz.Fatmeyi-Zəhranın rəmzi);   - bitik, tumar (Humay Ananın 
rəmzi);   - koştumarşa (qoşa tumar), saçbağı  və s.
Antropomorf  (stilizə  olunmuş  kişi  və  qadın  fiqurları,  bədən  hissələri) 
rəmzlər:    - ər, döyüşçü, insan; 
 
 - atlı; 
 
 - Manas,  ilk insan; 
 - göz   - barmaq;   - amak (qadın başlanğıcının rəmzi) və s.
Zoomorf  (totem  xarakterli  real  canlılar  və  mifik  varlıqlarla  bağlı)  və 
nəbati işarələr: 
     
 - qoç, qoşqar/koçkar, koçkorok;   - koskar, 
qoşqar;   - ayı başı;   - at;   - atlar;   - qarmaq, kumırska bel (qarışqa 
beli), «it quyruğu», «qaz moyın» (qaz boynu), «bota moyan» (köşək boynu) 
 - qurd izi;  
 - tışkan iz (tuşqan/ərəbdövşanı, siçan izi);   - balıq;     
   - qurd başı, «İskəndər damğası»;  - ilan;   - ittaban (it dabanı);   
 - balıq gözü 
 - qaz ayağı;     - ikibaşlı qartal,   - ot;    - at dırnağı, 
nal   - sınıq buynuz,   - qoşa buynuz və s.
Titul,  ayin  və  hərəkətlərlə  bağlı:   
 
  -  xan  damğası,  daraq, 
baltavar, yavlan;         - and, qana and içmək;   - en/enmək;   - barxan 
(qum təbəciyi), məkunlaşmaq, çadır qurmaq, binə salmaq;   - koşok/qoşa ox, 
iki bıçaq (tayfa birliklərini bildirir), iki qabırğa;   - əlif-lam (ərəb hərfləri); 
 - Novruz damğası və s. 
Silah, məişət predmetləri -       - ev;         
  - yay (atıcı silah 
növü)
  -  ocaq;    -  balta;    -  yay-ox; 
  -  ox;    -  qayçı;    -  baytörə, 
üstün, başkan, baxan, bakan; 
 - beşik; 
     - hənək/sənək, durbaş, ayır, 
ikidişli döyüş yabası, hökm verən əl, hakimiyyət rəmzi;    - eşik/qapı;   - 
ev;   - kuray/qarğı, ney;   - ikiağızlı qartal, qazan;   - eb/ev;
     - alban, 
çumiş/çömçə;   - qumquma, dəridən su qabı, 
 - yüyən;    və ya   - 
irqaq, buzluqdan buz çıxarmaq üçün ucu əyri metal qarmaq, kösöy/kösöv;  
-  qazan, çakçak;   - bosaqa/qapı çatısı (çərçivəsi);     - alaçıq qapısı; 
 
- aya (ovuc içi, sapandın daş qoyulan dəri hissəsi);   - üzəngi;   - qarmaq; 
 - qaşov;  - çəkic, kərki, təbər, sakar (ikiağızlı balta);  
 - açar;     - 
qılınc;   - sadak, tirkeş, oxdan, oxçanta; 
 
 - daraq,   - ikiqat çəkic; 


Damğalar, rəmzlər… mənimsəmələr
- 96 -
 - oraq;   - quşqun (atın quyruğu altından bağlanan yəhər qayışı);   - sınıq 
sənək, 
 - ocaq və s.
Damğaların  öyrənilməsində  əsas  şərtlərdən  biri  eyni  işarənin  eyni  etnik 
qrup içərisində müxtəlif tarixi dövrlərdə baş vermiş etnomədəni prooseslərin 
və xüsusilə din amilinin nəzərə alınması, bunların nəticəsində onların adlarının 
dəyişdirilməsi,  bəzən  isə  təhrif  edilməsidir.  Məsələn,  qıpçaqlar  arasında 
çoxsaylı boylarından olan dulat (duqlat, dulu, dulo, doqlat) tayfasının damğası 
və tanrıçılıq dinində Günəşin totem rəmzi sayılan işarə   ilk vaxtlar ehtiramla 
«Gün belgisi» (Günəşin nişanı), «Domalak ana», «Sarı baybişe» adlandırılır, 
özlərini  isə  qürurla  «Gün  tambalı  dulat»  çağırırdılar.  Lakin  islam  dini 
qıpçaqlar arasında yayıldıqdan sonra damğanın ilk sakral əhəmiyyəti azalmış 
və sadəcə olaraq «domalak» (yumru) adlandırılmağa başlanmışdır. Domalak 
dulat tayfasının iri qollarından olan alban, botpay    , seykim   nəsillərinin 
fərqləndirmə  nişanlarının  əsas  ünsürü  idi.  Qazax  tədqiqatçısı  Maxambet 
Auezov yazır ki, Monqolustan çöllərindən Şərqi Avropayadək yayılmış kirey 
tayfasının bir qolu XI əsrdə xristianlığı qəbul etsə də, xaç rəmzinə tapınmaq 
onlara qədim tanrıçılıq dinindən qalmışdır. Onlar əvvəl də, sonra da döyüşə 
gedərkən boya ilə alınlarına tayfa damğasının təsvirlərini Tenqri xan və Umay 
Ana işarələrini bərabərtərəfli açanı 
 və ya   çəkərdilər.
143
 
Göründüyü  kimi,  konkret  tarixi  hadisələr  -  türk  etnomədəni  məkanında 
xristianlığın,  maniliyin,  buddizmin,  islam  dininin  yayılması,  ənənəvi 
inancları əvəzləməsi, bir mədəniyyətin digərini üstələməsi, kütləvi miqrasiya 
prosesləri, irimiqyaslı müharibələr və s. nəticəsində bir sıra damğaların həqiqi 
adları  ya  unudulmuş,  ya  təhrif  olunmuş,  ya  da  bilərəkdən  dəyişdirilmişdir. 
Məsələn,  tanrıçılıq  dinində  geniş  yayılan  bərabərtərəfli  xaç  işarələrindən 
birinin – Tenqri xanın, Günəşin, ilahə Humay Ananın (Umay, May, Mayane və 
s.) rəmzlərindən sayılan «aça May» (aça Umay, Humay xaçı)     Mərkəzi 
və  Ön  Asiyada  islam  dininin  möhkəmlənməsindən  sonra  özünün  əvvəlki 
kult əhəmiyyətini tamamilə itirmiş, oğuz və qıpçaq tayfalarında sadə damğa 
nişanlarından biri olaraq qalmışdır. Qədim dövrlərdə Ön və Mərkəzi Asiya, 
Yaxın  Şərq  və  Altay  sakinlərinin  müxtəlif  adlarla  tapındıqları  bu  ilahəyə 
şumerlər «Nana» (türk dillərində «böyük ana» anlamını verən «nənə» sözü 
143
  М.Ауэзов. «Казахские тамги – знак племени, или Печати времени», «Деловая неделя», 
23.12.2005.


Damğalar, rəmzlər… mənimsəmələr
- 97 -
ilə səsləşir), skiflər «Api» (əski türkcədə: apa, ana) deyirdilər. Azərbaycanda 
o, «Nənə» və «Humay», Altaylarda və Mərkəzi Asiyada isə «Umay», «May 
Ana»,  «May»,  «Mayene»  adlandırılırdı.  Türk  xalqlarının  böyük  hissəsinin 
islam  dinini  qəbul  etdikdən  sonra  tanrıçılıq  rəmzləri  olan  bir  sıra  damğa 
işarələri  xristian  dininin  vizual  atributları  ilə  eyniləşdirildiyindən  Turan 
etnomədəni  məkanının  əksər  ərazilərində  onlar  ya  unudulmuş,  ya  adları 
və sakral təyinatları təhrif olunmuş, ən yaxşı halda isə milli tətbiqi sənətin 
bəzək  elementi  kimi  qalmışdır.  Bu  ezoterik  simvolin  İsa  Məsih  təlimindən 
4-5  min  il  əvvəl  yaranmasına  baxmayaraq,  zahirən  xristian  dini  rəmzinə 
(Müqəddəs  Andrey  xaçına)  bənzədildiyi  üçün  onun  adı  «aşamay»  şəklində 
təhrif  edilmişdir.  Nəticədə,  orta  əsrlərdə  və  elə  müasir  dövrümüzdə  də 
Qazaxıstanda, Qırğızıstanda, Krımda «aşamay» dedikdə Humay Ananın xaç 
işarəsi  deyil,  uşaq  və  qadınlara  at  minməyi  öyrətmək  üçün  yerdə    və  ya 
 şəkilli bərabərtərəfli dayaqlar üzərinə bərkidilən təlim yəhərləri nəzərdə 
tutulur.  Sözün  etimologiyası  isə  daha  «qoruyan»  kimi  deyil,  «aşmayan», 
«yıxılmağa qoymayan» anlamında yozulmağa başlayır. Həmin damğa işarəsi 
 noqaylarda əsasən «aşamay» (dəvə yəhəri), «çələk» (talvar, çardaq) kimi 
tanınsa da, digər variantı 
 isə fonetik səsləndirilməsi qismən saxlanılmaqla 
«aş maylı» (aş yeməyənlər, ac qalanlar) tayfasının adı kimi yozulmuşdur.
144
XVII  əsrdə  yaşamış  naməlum  müəllifin  yazdığı  «Dəftəri-Çingiznamə» 
əsərində isə   işarəsinin adı «aşamay» deyil, «Açamay» (aça Umay) kimi 
verilmişdir.  Kitabda  qeyd  olunur:  «
Tumavul  Mergen  söylədi  ki,  «Ey  Ula 
Məlik,  mənim  sevgimin  nişanı  ağacım  (töz  –  nəsil  ağacı)  karaqay  (şam 
ağacı),
  quşum  (onqon)  Şonqar,  başımı  darayacaq  (məni  qoruyacaq) 
damğam isə Açamay olsun. O üzdən «Açamay damğa» dedilər». Bununla 
belə,  bəzi  tədqiqatçılar  «Dəftəri-Çingiznamə»  əsərində  verilmiş  bir  təsvirə 
əsasən, Açamay damğanı qüsurlu olaraq «ağac budağı» 
 kimi təqdim 
edirlər.
145
  Halbuki,  salnamənin  sonrakı  mətnində  aydın  şəkildə  bildirilir: 
«
Xan sözə başlayıb Buduncar oğlu Kıyata belə söylədi ki, sənin damğan 
Açmay, yəni Evirnə (bir-birinə çarpaz birləşdirilmiş iki ağac) damğa olsun. 
Görünüşü isə budur -  ».
146
 
144
  Р.Керейтов, С.Червонная. «Эпиграфика Ногайской степи», Татарская археология. 2002-
2003, №1-2(10-11) - http://tataroved.ru
145
  Tuncer Gülensoy, «Orhundan Anadoluya Türk damğaları». İstanbul, 1989.
146
  F.Toprak. “Defter-i Cengiz-nāme‟de boy nişanları ve damgalar”, http://www.turkishstudies.net/Maka
leler/1506334836_2toprakfunda.pdf 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə