Damğalar, rəmzlər… mənimsəmələr
- 13 -
- I HİSSƏ -
Damğa - etnik alın yazısı
Mən sizlərə oldum xaqan,
Düşməsin əlimizdən nə yayımız, nə qalxan
Damğamız olsun bizə yol göstərən bir nişan».
«
Oğuz Xaqan» dastanından
Vaxt «inanılmaz» dediyimiz sürətlə keçir. Zamanın axarında nəsillər
bir-birini əvəz edir, əhatəmizdəki fetişlər ilkin mahiyyətlərini itirir, adiləşir,
mənəvi dəyərlər təzələnir, bütöv sivilizasiyalar, mədəniyyətlər çökərək
estafeti yenilərə ötürür. Yaddaşlarda isə yalnız keçmişin kodlaşdırılmış
işartıları – ötənlərin rəmz və işarələri, onların yozumları və bir də təhriflər
qalır. Əlimizə aldığımız hər bir kitab da məzmunundan, müəllifin üslubundan,
yazıldığı dildən asılı olmayaraq, rəmz və işarələrin toplumudur. İnsanlar təkcə
sözlərlə deyil, yazı işarələri və təsvirlər vasitəsilə də öz fikirlərini ifadə edir,
başqalarına çatdırır. Nitqimizdə və ya qələmə aldığımız mətnlərdəki sözlər də,
rəqəmlər də ayrı-ayrılıqda müəyyən səslərin şərti işarələrlə rəmzləşdirilmiş
formalarıdır. Səslərin, müxtəlif mənalı sözlərin işarələnmiş məntiqi ardıcıllığı
isə bitmiş fikri – cümlələri, yazı mətnlərini – bir sözlə, müsahib və ya oxucu
ilə ünsiyyəti yaradır.
İnsanı bioloji varlıq kimi digər canlılardan fərqləndirən xüsusiyyətlərdən
biri onun abstrakt düşüncəyə malik olması, ətrafında baş verən hadisələri,
bütövlükdə hər hansı bir informasiyanı, ideyanı, prosesləri sadələşdirilmiş
obrazlara, asan qavranılan şərti işarələrə çevirmək qabiliyyətidir. Analitik
psixologiya təliminin banilərindən olan Karl Qustav Yunqun təbirincə desək,
qədim mifik təfəkkürün, dünyanı dərketmə formalarının, müxtəlif dinlərə,
incəsənət növlərinə, bütövlükdə ayrı-ayrı etnik mədəniyyətlərə parçalanan
bəşər sivilizasiyasının bütün arxetipləri, yəni ilkin obrazları məhz sadə
rəmzlər vasitəsilə ötürülərək dövrümüzə gəlib çatmışdır.
2
Bu işarələr fərqli
sosial-mədəni, intellektual təbəqələrə, etnomədəni qruplara, zaman kəsiyinə,
2
К.Юнг. “Архетип и символ”. Издательство “Ренессанс” СП “ИВО-СиД”, 1991.
Damğalar, rəmzlər… mənimsəmələr
- 14 -
ayrı-ayrı insan toplumlarına aid olsalar da, bütövlükdə qədim əcdadlar üçün
milli, dini və məkan fərqi bilməyən ən rasional ünsiyyət vasitəsi idi. İnsanın
ətraf aləmi lakonik obraz və rəmzlər vasitəsilə dərketmə qabiliyyətinə elmdə
«mifopoetik təfəkkür» deyilir. Tanınmış psixoloq Erix From hamının aydın
başa düşdüyü belə ünsiyyət forması haqqında bunları yazırdı: «
Rəmzlərin dili
bütün bəşəriyyətin ən yaxşı anladığı universal dildir. Bu, qədim miflərin
və müasirlərimizin gördükləri yuxuların dilidir, onu Hindistanda, Çində,
Nyu-Yorkda və Parisdə də eyni səviyyədə anlayırlar».
3
Polşa yazıçısı
Anjey Sapkovskinin isə rəmz və nişanların insanların davranışına təsir etmək
imkanlari barədə yarızarafat qənaəti belə idi: «
Siz ətrafdakılara ləyaqət,
vətən sevgisi, dini ayinlərin icrası haqqında istədiyiniz qədər ağızdolusu
danışa bilərsiniz. Lakin onların tükü belə tərpənməyəcəkdir. Amma
həmin insanlara bir rəmz göstərin! Dərhal onun ardınca gedib özlərini
oda-közə vuracaqlar. Belə qüdrətə malik rəmzlər bəzən ordudan da
qiymətlidir»
.
Elmə məlum olan ən qədim damğaların – tanınma-fərqləndirmə
nişanlarının təqribən 5000 il yaşı vardır. Amerika tədqiqatçısı Ceyms Harrod
bu fikirdədir ki, qədim insanların maddi-mənəvi dünyasında sadə qrafemlər
– hərflər müxtəlif sakral rəmzlər əsasında yaranmış, yəni sonradan əlifba
işarələrinə, damğalara, heroqliflərə, ideoqramlara və s. çevrilmişdir. Və bu
işarələrin ilkin obrazları heç də ayrı-ayrı predmet və canlıları deyil, məhz
onların təsvirləri vasitəsilə konkret hadisələri, mərasimləri və prosesləri
təcəssüm etdirmişdir.
4
Qədim və populyar ortaq rəmzlərdə, məsələn, əlifba
işarələrində, miqdarın və səsin qrafik təsvirlərində
(rəqəm və hərflərdə) hansısa
gizli mənaların, kodlaşdırılmış ilahi ismarıcların axtarışı müxtəlif dini-fəlsəfi
təlimlərin - hürufiliyin, kabbalanın, numerologiyanın yaranmasına səbəb
olmuş, poeziyada, musiqidə, rəngkarlıqda, heykəltəraşlıq və memarlıqda hətta
konspirologiyanın ezoterik ənənələrə söykənən cərəyanlarında özünə xeyli
ardıcıllar tapmışdır.
Psixologiya elminə əsasən, rəmzlər, o cümlədən haqqında bəhs
etdiyimiz damğa işarələri qədim insanların mnemonik vərdişlərinin – geniş
informasiyanı yığcam və universal təsvirlər vasitəsilə yaddaşda saxlamaq və
ötürmək metodunun tərkib hissəsidir. Təkcə ulu əcdadlarımız deyil, müasir
3
“Сумерки богов”, Ф.Ницще, З.Фрейд, Э.Фромм, А.Камю, Ж.П.Сатр, Москва, 1990.
4
J.Harrod. Deciphering Upper Paleolithic (European): Part I. The basic graphematics –
Summary of
discovery procedures. // Language
Origins Society annual meeting, 1998.