Beləliklə, rəsmi hissələrə bölməklə onu kodlaşdırıb kompüterə daxil etdikdən
sonra kompüterin daxilində gedən mürəkkəb çevrilmə prosesindən sonra ekranda
təhlil olunmuş hazır məhsulu (nəticəni) almış oluruq.
Qeyd etmək lazımdır ki, müasir texnologiyaya malik fərdi kompüterlər belə
işlərin öhdəsindən gəlirlər.
İstifadəçi nəzərə almalıdır ki,
A4
formatına malik şəkli kompüterdə təhlil etmək
üşün 765
Mbayt
yaddaş tələb olunur. Yaddaşın belə tutumda olması hətta müasir
kompüterlər üşün də çoxdur. Odur ki, təsvirin byraxılma qabiliyyəti ilə yaddaşın
tutumu arasında müəyyən mütənasibliyin olmasına daim çalışmaq lazımdır.
Nəticədə belə alınır ki, eyni buraxılma qabiliyyətinə malik olan təsvirlər çoxlu sayda
nöqtələrlə təsvir edilsə belə, rəsmlərin ekranda təsvir olunma keyfiyyəti yüksəlmiş
olur. Bu isə kompüterin yaddaşında yaranmış böyük tutuma malik fayllarla işləyən
istifadəçiyə müəyyən çətinlik yaradır.
Rastr təsvirlər hesablama texnikasında geniş istifadə olunur. İnternet
şəbəkələrindən alınan rəsmlər də rastr faylları formasında istifadəçiyə təqdim edilir.
Digər tərəfdən bu sahədə çoxlu sayda proqramların olması rastr təsvirləri ilə işləyən
istifadəçiyə geniş imkanlar verir. Belə proqramlara nümunə kimi qrafik redaktorları
göstərmək mümkündür.
Rastr təsvirin əsas mənfi cəhəti masaüstündə görünən təsvirin ölçüsünün
böyüdülməsi və ya kiçildilməsi prosesinin (daha doğrusu təsvirin ölçüsünün
miqyaslaşdırılması) çox çətin həyata keçirilməsidir. Əsas səbəb odur ki, təsvirin
ölçüsünü kiçildən zaman bir‐birinə qonşu olan nöqtələr birləşərək bir nöqtəyə
çevrilir. Nəticədə rəsmin xırda detallarının aydın görünüşü itir. Təsviri böyütdükdə
isə onun üzərində pilləvari effekt əmələ gəlir.
Göstərilən mənfi cəhətlərlə yanaşı rastr təsviri fərdi kompüterin yaddaşında və
istifadə edilən diskdə həddindən artıq yer tutur.
Bütün göstərilən çatızmazlıqları aradan qaldırmaq üçün hesablama texnikasında
təsvirin kodlaşdırılmasını vektor üsulu ilə həyata keçirirlər.
VEKTOR QRAFİKASI
Məlumdur ki, istənilən rəsm əyrilərdən, düzxətlərdən və digər həndəsi
fiqurlardan əmələ gəlir. Odur ki, rəsmləri fərdi kompüterin yaddaşında kodlaşdırıb
saxlamaqdan ötrü onları mütləq riyazi formullara və həndəsi fiqurlara çevirmək
lazımdır. Belə çevrilmə üsulu vektor üsulu adlanır. Məsələn, dairədən ibarət rəsmi
kodlaşdırmaq üçün onu piksellərə bölmək yox, sadəcə olaraq dairənin radiusunu,
mərkəz koordinatını və rəngini təyin etmək lazımdır, və yaxud düzbucaqlının
tərəflərinin ölçüsü ilə yanaşı rəngini təyin etmək kifayətdir. Beləliklə, istənilən
həndəsi fiqurun riyazi formulunu bilməklə, ondan müxtəlif fiqurlar yaratmaq olar.
Qeyd etdiyimiz kimi, mürəkkəb obyektlər sadə obyektlərdən təşkil olunur.
Məsələn, xarici yaddaş qurğusu kimi gündəlik istifadə etdiyimiz mürəkkəb quruluşa
malik disketin rəsmini bir neçə sadə düzbucalı ilə qurmaq mümkündür (şəkil 3.).
Şəkil 3.
Sadə elementlərdən ibarət mürəkkəb quruluşa malik obyekt
İstənilən vektor təsviri çoxlu sayda həndəsi fiqurlardan ibarətdir və onların da
hər birini ayrı‐ayrılıqda redaktə etmək mümkündür. Hər bir hissə kompüter
qrafikasında obyekt adlanır. Deməli, sadə obyektlərin ardıcıl düzülüşündən istifadə
etməklə müxtəlif xarakterli mürəkkəb obyektlər yaratmaq və yaradılmış obyektləri
kompüterin yaddaşında rəqəm formasında saxlamaq mümkündür. Nəticadə, obyekti
heç bir təhrifə yol vermədən, ekranda ölçüsünü dəyişməklə istənilən şəkildə
miqyaslaşdırmaq olar. Belə olan halda sözsüz ki, vektor üsulu ilə rəsmi təhlil edəndə
onun keyfiyyəti dəyişməz qalır. Bu vektor üsulu ilə təsvirin müsbət cəhətidir. Üsulun
digər müsbət xüsusiyyəti isə rəsmin rastr qrafikasına nəzərən kompüterin
yaddaşında az yer tutmasıdır.
Vektor qrafikasının çatışmayan cəhəti əsasən ondan ibarətdir ki, riyazi
formulların köməyi ilə təsvir olunan çoxlu sayda əyrilərdən və düz xətlərdən ibarət
olan rəsmi (və ya fotoşəkli) kompüterin ekranında orijinal kimi almaq çətinlik törədir
və nəticədə rəsm çətinliklə kodlaşdırılır, vektor faylı isə kompüterin yaddaşında rastr
qrafikasına nəzərən çox yer tutmuş olur.
Ümumiyyətlə, vektor qrafikası ilə işləyərkən güclü redaktor proqramlarından
istifadə etmək lazımdır. Bəzən istifadəçilər kompüter qrafikası ilə işləyərkən vektor
obyektlərini redaktə etmək üçün rastr qrafikasından, bəzən də əksinə, rastr
obyektlərini vektor qrafikasından istifadə etməklə təhlil edirlər.
RƏNGİN ƏKS ETDİRİLMƏSİ
Qeyd etdiyimiz kimi, hər piksel rəng haqqında, hər bir obyekt də özünün
boyandığı rəng və onu əhatə edən kontur haqqında müəyyən informasiya daşıyır.
Obyektin boyandığı rəngin mürəkkəbliyindən asılı olaraq informasiya 1 bitdən 32
bitə qədər ola bilər. Əgər rəng ağ və qara rənglərdən ibarətdirsə, obyekt “
0
” və “
1
”
ilə kodlaşdırılır və ya çox da mürəkkəb quruluşa malik olmayan obyekt 256 rəng və
rənglər qarışığından ibarət olur. Belə hallarda bu tip rəsmləri kodlaşdırmaq
istifadəçiyə çətinlik törətmir.
Bəzən obyekt milyonlarla rənglər toplusundan ibarət olur. Belə olan halda
sözsüz ki, obyekti kodlaşdırmaq çətinlik yaradır. Bu məqsədlə rənglərin təsvir
olunma modelindən istifadə edilir. Rənglər modeli təsvirdə istifadə olunan rənglərin
yaranma usulunu müəyyənləşdirir.