Данная книга представляет собой самоучитель по возможностям последней



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə2/20
tarix14.10.2017
ölçüsü0,58 Mb.
#4953
1   2   3   4   5   6   7   8   9   ...   20

 

 

Beləliklə,  rəsmi  hissələrə  bölməklə  onu  kodlaşdırıb  kompüterə  daxil  etdikdən 



sonra  kompüterin  daxilində  gedən  mürəkkəb  çevrilmə  prosesindən  sonra  ekranda 

təhlil olunmuş hazır məhsulu (nəticəni) almış oluruq. 

Qeyd  etmək  lazımdır  ki,  müasir  texnologiyaya  malik  fərdi  kompüterlər  belə 

işlərin öhdəsindən gəlirlər. 

İstifadəçi nəzərə almalıdır ki, 

A4

 formatına malik şəkli kompüterdə təhlil etmək 



üşün  765 

Mbayt


  yaddaş  tələb  olunur.  Yaddaşın  belə  tutumda  olması  hətta  müasir 

kompüterlər  üşün  də  çoxdur.  Odur  ki,  təsvirin  byraxılma  qabiliyyəti  ilə  yaddaşın 

tutumu  arasında  müəyyən  mütənasibliyin  olmasına  daim  çalışmaq  lazımdır. 

Nəticədə belə alınır ki, eyni buraxılma qabiliyyətinə malik olan təsvirlər çoxlu sayda 

nöqtələrlə  təsvir  edilsə  belə,  rəsmlərin  ekranda  təsvir  olunma  keyfiyyəti  yüksəlmiş 

olur. Bu isə kompüterin yaddaşında yaranmış böyük tutuma malik fayllarla işləyən 

istifadəçiyə müəyyən çətinlik yaradır. 

Rastr  təsvirlər  hesablama  texnikasında  geniş  istifadə  olunur.  İnternet

 

şəbəkələrindən alınan rəsmlər də rastr faylları formasında istifadəçiyə təqdim edilir. 



Digər tərəfdən bu sahədə çoxlu sayda proqramların olması rastr təsvirləri ilə işləyən 

istifadəçiyə geniş imkanlar verir. Belə proqramlara nümunə kimi qrafik redaktorları 

göstərmək mümkündür. 

Rastr  təsvirin  əsas  mənfi  cəhəti  masaüstündə  görünən  təsvirin  ölçüsünün 

böyüdülməsi  və  ya  kiçildilməsi  prosesinin  (daha  doğrusu  təsvirin  ölçüsünün 

miqyaslaşdırılması)  çox  çətin  həyata  keçirilməsidir.  Əsas  səbəb  odur  ki,  təsvirin 

ölçüsünü  kiçildən  zaman  bir‐birinə  qonşu  olan  nöqtələr  birləşərək  bir  nöqtəyə 

çevrilir. Nəticədə rəsmin xırda detallarının aydın görünüşü itir. Təsviri böyütdükdə 

isə onun üzərində pilləvari effekt əmələ gəlir. 

Göstərilən  mənfi  cəhətlərlə  yanaşı  rastr  təsviri  fərdi  kompüterin  yaddaşında  və 

istifadə edilən diskdə həddindən artıq yer tutur. 

Bütün göstərilən çatızmazlıqları aradan qaldırmaq üçün hesablama texnikasında 

təsvirin kodlaşdırılmasını vektor üsulu ilə həyata keçirirlər. 

VEKTOR QRAFİKASI 

Məlumdur  ki,  istənilən  rəsm  əyrilərdən,  düzxətlərdən  və  digər  həndəsi 

fiqurlardan əmələ gəlir. Odur ki, rəsmləri fərdi kompüterin yaddaşında kodlaşdırıb 

saxlamaqdan  ötrü  onları  mütləq  riyazi  formullara  və  həndəsi  fiqurlara  çevirmək 

lazımdır.  Belə  çevrilmə  üsulu  vektor  üsulu  adlanır.  Məsələn,  dairədən  ibarət  rəsmi 

kodlaşdırmaq  üçün  onu  piksellərə  bölmək  yox,  sadəcə  olaraq  dairənin  radiusunu, 

mərkəz  koordinatını  və  rəngini  təyin  etmək  lazımdır,  və  yaxud  düzbucaqlının 

tərəflərinin  ölçüsü  ilə  yanaşı  rəngini  təyin  etmək  kifayətdir.  Beləliklə,  istənilən 

həndəsi fiqurun riyazi formulunu bilməklə, ondan müxtəlif fiqurlar yaratmaq olar. 



Qeyd  etdiyimiz  kimi,  mürəkkəb  obyektlər  sadə  obyektlərdən  təşkil  olunur. 

Məsələn, xarici yaddaş qurğusu kimi gündəlik istifadə etdiyimiz mürəkkəb quruluşa 

malik disketin rəsmini bir neçə sadə düzbucalı ilə qurmaq mümkündür (şəkil 3.). 

 

Şəkil 3.



 

Sadə elementlərdən ibarət mürəkkəb quruluşa malik obyekt 

İstənilən  vektor  təsviri  çoxlu  sayda  həndəsi  fiqurlardan  ibarətdir  və  onların  da 

hər  birini  ayrı‐ayrılıqda  redaktə  etmək  mümkündür.  Hər  bir  hissə  kompüter 

qrafikasında obyekt adlanır. Deməli, sadə obyektlərin ardıcıl düzülüşündən istifadə 

etməklə  müxtəlif  xarakterli  mürəkkəb  obyektlər  yaratmaq  və  yaradılmış  obyektləri 

kompüterin yaddaşında rəqəm formasında saxlamaq mümkündür. Nəticadə, obyekti 

heç  bir  təhrifə  yol  vermədən,  ekranda  ölçüsünü  dəyişməklə  istənilən  şəkildə 

miqyaslaşdırmaq olar. Belə olan halda sözsüz ki, vektor üsulu ilə rəsmi təhlil edəndə 

onun keyfiyyəti dəyişməz qalır. Bu vektor üsulu ilə təsvirin müsbət cəhətidir. Üsulun 

digər  müsbət  xüsusiyyəti  isə  rəsmin  rastr  qrafikasına  nəzərən  kompüterin 

yaddaşında az yer tutmasıdır. 

Vektor  qrafikasının  çatışmayan  cəhəti  əsasən  ondan  ibarətdir  ki,  riyazi 

formulların köməyi ilə təsvir olunan çoxlu sayda əyrilərdən və düz xətlərdən ibarət 

olan rəsmi (və ya fotoşəkli) kompüterin ekranında orijinal kimi almaq çətinlik törədir 

və nəticədə rəsm çətinliklə kodlaşdırılır, vektor faylı isə kompüterin yaddaşında rastr 

qrafikasına nəzərən çox yer tutmuş olur. 

Ümumiyyətlə,  vektor  qrafikası  ilə  işləyərkən  güclü  redaktor  proqramlarından 

istifadə  etmək  lazımdır.  Bəzən  istifadəçilər  kompüter  qrafikası  ilə  işləyərkən  vektor 

obyektlərini  redaktə  etmək  üçün  rastr  qrafikasından,  bəzən  də  əksinə,  rastr 

obyektlərini vektor qrafikasından istifadə etməklə təhlil edirlər. 



RƏNGİN ƏKS ETDİRİLMƏSİ 

Qeyd  etdiyimiz  kimi,  hər  piksel  rəng  haqqında,  hər  bir  obyekt  də  özünün 

boyandığı  rəng  və  onu  əhatə  edən  kontur  haqqında  müəyyən  informasiya  daşıyır. 

Obyektin  boyandığı  rəngin  mürəkkəbliyindən  asılı  olaraq  informasiya  1  bitdən  32 

bitə qədər ola bilər. Əgər rəng ağ və qara rənglərdən ibarətdirsə, obyekt “

0

” və “



1

” 

ilə kodlaşdırılır və ya çox da mürəkkəb quruluşa malik olmayan obyekt 256 rəng və 



rənglər  qarışığından  ibarət  olur.  Belə  hallarda  bu  tip  rəsmləri  kodlaşdırmaq 

istifadəçiyə çətinlik törətmir. 

Bəzən  obyekt  milyonlarla  rənglər  toplusundan  ibarət  olur.  Belə  olan  halda 

sözsüz  ki,  obyekti  kodlaşdırmaq  çətinlik  yaradır.  Bu  məqsədlə  rənglərin  təsvir 

olunma modelindən istifadə edilir. Rənglər modeli təsvirdə istifadə olunan rənglərin 

yaranma usulunu müəyyənləşdirir. 

 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə