Данная книга представляет собой самоучитель по возможностям последней



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə20/20
tarix14.10.2017
ölçüsü0,58 Mb.
#4953
1   ...   12   13   14   15   16   17   18   19   20

Qeyd etmək lazımdır ki, iki rəngdən çox rəngə malik olan rastr təsviri göstərilən 

üsulla dəyişdirmək mümkün deyil. 

Dialoq  pəncərəsindəki

 Replace a

 

color


 

mode of palette 

(

Изменить  модель 



цвета  или

 

палитру



  –  Rəng  modelini  və  ya  rəng  palitrasını  dəyişdir)  parametri 

seçilərsə,  rəng  modelini  və  ya  rəng  palitrasını  sazlamağa  imkan  verən  (şəkil 56.) 

dialoq pəncərəsi açılacaqdır. 

 

Şəkil 59.



 

Rəng modelinin (və ya rəng palitrasının) dəyişməsi dialoq pəncərəsi 

Dialoq pəncərəsində növbəti parametrləri seçə bilərsiniz: 

• 

Find any color model or color palette 



(

Найти  любую  модель  цвета  или 

цветовую  палитру

  –  İstənilən  rəngin  modelini  və  ya  rəng  palitrasını  axtar) 

parametri  seçilmiş  olarsa,  yaradılmış  sənəddə  istifadə  edilən  bütün  rənglər 

palitrasını dəyişmək olar; 

• 

Find a color model 



(

Найти  модель  цвета

  –  Rəng  modelini  axtar)  parametri 

seçilmiş  olarsa,  istifadəçi  model  qutusundakı  siyahıdan  modeli  dəqiq 

seçməklə, model axtarışını məhdudlaşdıra bilər; 

• 

Find a color palette 



(

Найти  цветовую  палитру

  –  Rəng  palitrasını  axtar) 

parametri  seçilmiş  olarsa,  istifadəçi  rəng  palitrası  sahəsindən  istədiyi  rəng 

palitrasını seçə bilər; 

• 

Fills 



(

Заливки


  –  Doldurmalar)  parametrini  seçməklə,  obyektin  iç  rəngini 

dəyişdirmək mümkündür; 

• 

Outlines 



(

Контуры


  –  Konturlar)  parametrini  seçməklə,  obyektin  konturunun 

rəng çalarını dəyişdirmək olar. 

Dialoq  pəncərəsindəki 

Replace


 

outline pen properties 

(

Изменить  свойства



 

контура


  –  Konturun  xüsusiyyətini  dəyişdir)  parametri  seçilmiş  olarsa,  masaüstünə 

obyektin konturunun xüsusiyyətlərini müəyyənləşdirən dialoq pəncərəsi açılacaqdır 

(şəkil 57.). 

Dialoq pəncərəsi iki sahədən ibarətdir: 

 



 

 

• 



Find 

(

Найти



 – Tap) – axtarışın parametrləri verilən sahə; 

• 

Replace 



(

Заменить


  –  Dəyişdir)  –  obyektin  konturunun  yeni  xüsusiyyətləri 

təyin olunan sahə. 

 

 

Şəkil 60.



 

Obyektin konturunun xüsusiyyətlərini dəyişdirmək üçün dialoq pəncərəsi 

Hər  bir  sahədəki  parametrlər  özünəməxsus  funksiyanı  yerinə  yetirirlər.  Bunlar 

aşağıdakılardır: 

• 

Outline width 



(

Толщина  контура

  –  Konturun  genişliyi)  parametri  konturun 

genişliyinin axtarışını və dəyişməsini yerinə yetirir; 

• 

Scale outline width image 



(

Сохранять пропорции

 – Surətin kontur genişliyini 

miqyaslaşdır)  parametri  obyektin  konturu  ilə  ölçüsü  arasında  (konturun 

ölçüsü dəyişdikdə) mütənasibliyi saxlayır; 

• 

Outline Overprint 



(

Перекрытие  контура

  –  Konturun  üstünün  örtülməsi) 

düyməsi konturun üstünün örtülüb‐örtülmədiyini müəyyənləşdirir. 




 

Şəkil 61.

 

Mətnin xüsusiyyətlərini dəyişdirmək üçün dialoq pəncərəsi 

Dialoq  pəncərəsindəki 

Replace text properties 

(

Изменить  свойства  текста



  – 

Mətnin  xüsusiyyətlərini  dəyişdir)  parametri  seçilmiş  olarsa,  masaüstünə  mətnin 

formatını dəyişdirmək üçün dialoq pəncərəsi açılacaqdır (şəkil 58.). 

Dialoq  pəncərəsi  iki  sahədən  ibarətdir  və  bu  sahələrdəki  parametrləri  seçməklə 

yazı tipini, ölçüsünü və s. parametrləri nizamlamaq olar. 

Beləliklə,  axtarış  sehirbazınin  köməyilə  istifadəçi  açılmış  dialoq  pəncərələrində 

bütün  parametrləri  nizamladıqdan  sonra 

Ready 


(

Готово


  –  Hazırdır)  düyməsini 

sıxdıqda  masaüstündə 

Find

 

and Replace 



(

Найти  и  Заменить

  –  Tap  və  Dəyişdir) 

dialoq  pəncərəsi  görünəcəkdir  və  onun  da  üzərindəki  düymələri  sıxmaqla  dəyişmə 

əməliyyatını yerinə yetirmək mümkündür (şəkil 59.). 

 

Şəkil 62.



 

Find

 

and Replace 

(

Найти и Заменить

–Tap və Dəyişdir) dialoq pəncərəsi 

SƏNƏDƏ BAXIŞDA MÜXTƏLİF REJİMLƏRDƏN İSTİFADƏ 

EDİLMƏSİ 

CorelDRAW

  vektor  qrafik  redaktorunda  sənədə  baxış  keçirmək  üçün  müxtəlif 

rejimlərdən  istifadə  olunur.  Bu  rejimlərdə  istifadəçi  yaradılmış  təsvirlərin 

keyfiyyətini  fərqləndirməklə  yanaşı,  təsvirin  masaüstündə  görünmə  sürətini  də 

formalaşdıra bilər. 

Təsvirin  keyfiyyətli  alınması  genişləndirilmiş  baxış  rejimində  daha  əlverişlidir. 

Rejimdə təsvirin masaüstündə görünüşü çap qurğusundan alındığı ilə eynidir (şəkil 

60.). 

 



 

 

 



Şəkil 63.

 

Təsvirə baxış rejimi 

Rejimdən  istifadə  etmək  üçün 

View 

(

Вид



  –  Görünüş)  menyusundan 

Enhanced 

(

Расширенный



 – Genişləndirilmiş) əmri seçilməlidir. 

Rejimin  çatışmazlığı  ölçücə  böyük  olan  təsvirlərin  müəyyən  gecikmələrlə  (gücü 

az olan kompüterlərdə) masaüstündə təzələnmə sürətinin azlığıdır. 

Belə olan halda adi rejimdən istifadə etmək məsləhətdir. Bu məqsədlə 

View 

(

Вид



 

–  Görünüş)  menyusundan 

Normal 

(

Обычный



  –  Adi)  əmrini  seşmək  kifayətdir.  Adi 

rejimdə  təsvirin  bəzi  detalları  dəyişməz  qalır.  Təsvirdə  istifadə  olunan  rənglərin 

qarışığı  isə  keyfiyyətsiz  olur.  Buna  baxmayaraq,  təsvirin  keyfiyyətinə  xələl  gəlmir, 

təsvir  dəyişməz  qalır.  Göstərilən  çatışmazlığa  baxmayaraq  istifadəçinin  təsvir  ilə 

masaüstündə işləmə sürəti artır. 

Təsvir  ilə  işləmə  sürətini  artırmaq  üçün 

View 

(

Вид



  –  Görünüş)  menyusundan 

Draft 


(

Черновой


  –  Qaralama)  əmrini  seçmək  lazımdır.  Seçimdən  sonra  təsvirin 

keyfiyyəti azalsa belə, istifadəçi təsvirin üzərində sürətlə işləmə imkanı əldə edir. 

 

Şəkil 64.

 

Təsvirə baxış rejimi 



 

Təsvirlə  işləyərkən  bəzən  onun  rənglə  doldurulmasından  deyil,  ancaq 

konturlarından istifadə edilir (şəkil 61.). 

İş  rejimi

 View 

(

Вид



  –  Görünüş)  menyusundan 

Wireframe

  (

Контурный



  –  Kontur 

Xətti)  əmrinin  seçilməsi  ilə  təyin  edilir.  Rejimdə  təsvirin  rəngləri  masaüstündə 

görünmür.  Təsvir  üzərində  işləmə  sürəti  artsa  da,  təsvirlə  işləmək  istifadəçi  üçün 

əlverişli olmur. Belə rejimdə işləmək istifadəçidən müəyyən vərdiş tələb edir. 

Bəzən təsvirin masaüstündə daha təbii əks olunması iş prosesində tələb olunur. 

Bunun  üçün 

View 

(

Вид



  –  Görünüş)  menyusundan 

Simple Wireframe 

(

Простой


 

контурный

 – Sadə Kontur Xətt) əmrinin seçilməsi kifayətdir. 

Əksər  hallarda  kompüterin  gücünün  yüksək  olmasından  istifadə  edərək 

genişləndirilmiş rejimdən istifadə edilir. Və yaxud, çoxlu sayda obyektlərdən ibarət 

böyük həcmli illüstrasiyalar yaratmaq üçün adi rejimdən istifadə edilir. Gücü az olan 

kompüter istifadəçilərinə digər rejimlərdən istifadə məsləhət görülmür. 

Təsvirə  masaüstündə  tam  baxmaq  lazım  gələrsə,

 View

  (


Вид

  –  Görünüş) 

menyusundan 

Full-screen preview

 (

Полноэкранный просмотр



 – Tam Ekran Baxışı) 

əmrini seçmək lazımdır. Baxış zamanı təsvirin özü ekranı tam tutduğu üçün ekranda 

təsvirdən başqa heç bir element görünməyəcəkdir. Əvvəlki vəziyyətə qayıtmaq üçün 

Mouse


‐un sol düyməsini masaüstünün istənilən yerində sıxmaq kifayətdir. 

 Əgər  təsvirin  seçilmiş  bir  hissəsinə  tam  ekran  baxışı  keçirmək  tələb  olunarsa, 

View 

(

Вид



  –  Görünüş)  menyusundan 

Preview


 

Selected Only 

(

Просмотр  только



 

выделенного

  –  Yalnız  Seçilmişə  Baxış)  əmrini  seçmək  lazımdır.  Əmrin  yenidən 

seçilməsi bu görünüşü ləğv edəcəkdir. 



QEYD: Seçilmiş obyektlərin miqyası baxış zamanı dəyişməz qalır. 

Bəzən  yaradılmış  təsvirə  baxış  keçirən  zaman  baxişa  maneəçilik  yaranır.  Belə 

olan  halda 

Window


  (

Окно


  –  Pəncərə)  menyusundan 

Refresh


 

Window 


(

Обновить


 

окно


 – Pəncərəni Təzələ) əmri seçilməlidir. Əmri icra edən kimi təsvirin görünməsinə 

maneəçilik edən ünsürlər kənarlaşacaqdır. 

Mürəkkəb  quruluşa  malik  təsvirlərdə  əmrin  yerinə  yetirilməsi  müəyyən  vaxt 

aparır. Ancaq nəticədə istifadəçi masaüstündə yüksək keyfiyyətə malik təsviri (və ya 

illüstrasiyanı) əldə etmiş olur. 

EFFEKTLƏRİN TƏTBİQİ 

CorelDRAW

  vektor  qrafik  redaktoru  peşəkar  səviyyəsində  yüksək  keyfiyyətli 

illüstrasiyalar yaratmağa imkan verir. İstifadəçi bu məqsədlə çoxlu sayda orijnal təbii 

effektlərdən istifadə edə bilər. Bunlarla yanaşı istifadəçinin ixtiyarında rastr təsvirləri 

təhlil etmək üçün güclü alətlər dəsti də vardır. 

CorelDRAW

  qrafik  redaktorunda  rastr  qrafikasının  bədii  effektlərindən  istifadə 

edilməsi  digər  rastr  qrafikası  redaktorlarından  istifadə  də  üstünlüyü  açıq  aydın 

bildirir.  Belə  olan  halda  istifadəçi  yaratdığı  və  redaktə  etdiyi  obyektlərin  gözəl  və 

valehedici  qrafik  sənədlərə  çevrilməsindən  ötrü  müxtəlif  orijinal  effektlərdən  tam 

istifadə etmək imkanına malik olur. 




 

 

Beləliklə, 



CorelDRAW

  vektor  qrafik  redaktorundan  faydalanan  istifadəçi  əvvəl 

qeyd edildiyi kimi proqramın geniş imkanlarından istifadə etməklə həddindən artıq 

valehedici və gözəl sənət əsərləri yarada bilər. 

Qeyd edilənlərin həyata keçməsi üçün menyu çubuğundakı

 Effects 

(

Эффекты


 – 

Effektlər) menyusundan, 

Toolbox 

(

Панель набора инструментов



 – Alətlər Qutusu) 

üzərindəki  alətərdən  və 

Property Bar

  (


Панель  свойств

  –  Xüsusiyyətlər  Çubuğu) 

üzərindəki müvafiq düymələrdən istifadə etmək məqsədəuyğundur. 

İNTERAKTİV TƏHRİFLƏR, ÖRTÜKLƏRİN TƏTBİQİ VƏ 

PERSPEKTİVLƏR 

İnteraktiv effektin təhrif olunması yaradılmış obyektlərin formasını ciddi şəkildə 

dəyişdirir. Odur ki, interaktiv effektdən istifadə edərək müəyyən nəticəni əldə etmək 

istifadəçi üçün çətinlik yaradır. Bu məqsədlə aşağıdakı nümunələri araşdıraq. Bunun 

üçün: 

•  Əvvəlcə  kvadrat  obyekti  yaradın  və  onu  rənglər  palitrasından  qara  rənglə 



boyayın; 

• 

Toolbox 



(

Панель  набора  инструментов

  –  Alətlər  Qutusu)  üzərindəki 

interaktiv alətlər yerləşən yardımçı çubuqdan 

 alətini seçin; 

• 

Property Bar 



(

Панель  свойств

  –  Xüsusiyyətlər  Çubuğu)  üzərindəki 

 

düyməsini sıxın; 



• 

Mouse


–un  göstəricisini  yeni  yaradılmış  obyektin  üzərində  yerləşdirin  və  sol 

düyməsini sıxın; 

• 

Mouse


‐un  sol  düyməsini  buraxmadan  göstəricisini  obyekt  üzərində 

sürükləyin və sonra sol düyməni buraxın. Kvadrat təhrifə uğrayacaqdır (şəkil 

62.,  solda).  Obyektin  təhrifə  uğraması  vektorun,  obyektin  hansı  hissəsində 

yerləşməsindən və uzunluğundan asılıdır. Yerinə yetirilmiş əməliyyatları ləğv 

edin. 

Property Bar



 

(

Панель свойств



  –  Xüsusiyyətlər  Çubuğu)  üzərindəki 

 

düyməsini  sıxın.  Obyektin  təhrif  olunması  tamam  başqa  formada  olacaqdır 



(şəkil 62., sağda); 

•  Yerinə  yetirilmiş  əməliyyatları  təkrar  ləğv  edin. 

Property Bar 

(

Панель 



свойств

  –  Xüsusiyyətlər  Çubuğu)  üzərindəki 

 düyməsini  sıxın.  Obyekt 

digər  formada  təhrifə  uğrayacaqdır  (şəkil 63.,  solda).  Eyni  əməliyyatı  təkrar 

edin.  Bu  dəfə 

Property Bar



 

(

Панель  свойств



  –  Xüsusiyyətlər  Çubuğu) 

üzərindəki 

 düyməsini  sıxın.  Təhrifə  uğramış  obyekt  şəkildə  göstərilən 

formanı alacaqdır (şəkil 63., sağda); 




 

Şəkil 65.

 

Təhrifə uğramış obyekt 

 

Şəkil 66.



 

Təhrifə uğramış obyektin başqa görünmələri 

• 

Property Bar 



(

Панель  свойств

  –  Xüsusiyyətlər  Çubuğu)  üzərindəki 

 

düyməsi  obyekti  saat  əqrəbinin  əksinə, 



 düyməsi  isə  obyekti  saat  əqrəbi 

istiqamətində obyektin mərkəzi ətrafında fırladır; 

• 

 sahəsinə  artım  istiqamətində  ədəd  daxil  edin  (məsələn,  1).  Obyekt 



tamam başqa forma alacaqdır (şəkil 64.); 

 

Şəkil 67.



 

Digər formada təhrifə üğramış obyekt 

• 

 sahəsinə artan və ya azalan istiqamətdə ədədlər daxil edin, obyekt saat 



əqrəbi və ya onun əksinə istiqamətdə mərkəzi ətrafında fırlanacaqdır. 

 



 

 

Beləliklə, 



Property Bar 

(

Панель  свойств



  –  Xüsusiyyətlər  Çubuğu)  üzərindəki 

digər  düymələri  də  sıxmaqla  yaradılmış  obyekti  təhrifə  uğradaraq  gözəl  effektlər 

almaq olar. 

Təhrifin  başqa  növü  obyekt  üzərində  örtükdən  istifadə  etməkdir.  Bunun  üçün 

aşağıdakıları yerinə yetirin: 

•  Müəyyən formaya malik mətn yazın; 

• 

Toolbox 


(

Панель  набора  инструментов

  –  Alətlər  Qutusu)  üzərindəki 

interaktiv  alətlər  olan  yardımçı  çubuqdan 

 alətini  seçin. 

Mouse


–un 

göstəricisini  yazdığınız  sözün  üstünə  gətirin.  Yaradılmış  obyekt  ətrafında  8 

düyündən  ibarət  qırmızı  rəngli  punktir  xətt  əmələ  gələcəkdir.  Kompüter 

qrafikasında obyekti əhatə etmış qırmızı xətt örtük adlanır (şəkil 65.); 

 

Şəkil 68.

 

Örtüklü obyekt 

•  Düyünləri 

Mouse

‐un köməyi ilə yeni yerlərə dartın. Obyektin forması dəyişsə 



də,  örtük  obyekti  yenə  də  əhatə  edəcəkdir  (şəkil  66. ).  Yəni,  örtüyü  idarə 

etməklə, obyektin forması istifadəçi tərəfindən dəyişdirilə bilər. 

 

Şəkil 69.

 

Örtüyünün yeri dəyişmiş obyekt 

Adi  mətndən  ibarət  obyekt  yaradın. 

Toolbox 

(

Панель набора инструментов



  – 

Alətlər  Qutusu)  üzərindəki  interaktiv  alətlər  olan  yardımçı  çubuqdan 

 alətini 

seçin. 


Mouse

–un  göstəricisini  yazdığınız  sözün  üzərində  yerləşdirin.  Mətnin 

ətrafında  örtük  əmələ  gələcəkdir. 

Effects 


(

Эффекты


  –  Effektlər)  menyusundan 

Envelopes 

(

Оболочки


  –  Örtüklər)  əmrini  seçin.  Masaüstünün  sağ  tərəfində  açılmış 

təstiqləyici  üzərindəki 

Add Preset 

düyməsini  sıxın  və  örtüklər  siyahısından 

zövqünüzə  uyğun  gələnini  seçin  (məsələn,  ürəkşəkilli  örtük  formasını).  Əməliyyatı 

tamamlamaqdan ötrü 

Apply 

(

Применить



 – Tətbiq Et) düyməsini sıxın. 

Yazılmış mətn ürəkşəkilli örtük ilə qapanacaqdır (şəkil 67.). 




 

Şəkil 70.

 

Örtüklə qapanmış mətn 

Qeyd  etmək  lazımdır  ki,  örtük  mətnin  yazılış  ardıcıllığını  dəyişsə  də,  mətnin 

yazıldığı simvollar olduğu kimi qalır. 

Beləliklə, 

CorelDRAW

 vektor qrafik redaktorunda örtüyü idarə etməklə istənilən 

obyektin formasını dəyişdirmək mümkündür. 

CorelDRAW

  vektor  qrafik  redaktorunda  perspektiv  illüziya  obyekti  yaratmaq 

imkanı  vardır.  Perspektiv  illüziyanı  həyata  keçirməkdən  ötrü  yaradılmış  obyektin 

uzununa ölçüsünü sağdan və ya soldan dəyişmək lazımdır. 

Obyekt  üzərində  perspektiv  illüziyanın  yaradılmasını  nümunələrlə  göstərək. 

Bunun üçün: 

• 

Effects 



(

Эффекты


  –  Effektlər)  menyusundan 

Add Perspective 

(

Добавить 



перспективу

 – Perspektiv Əlavə Et) əmrini seçin. Yaradılmış mətn 4 ədəd qara 

rəngli xırda kvadratlar ilə əhatə olnacaqdır (şəkil 68.); 

 

Şəkil 71.



 

Perspektiv effektini əldə etmək üçün yaradılmış obyekt 

•  +  işarəsi  almış 

Mouse

–un  göstəricisini  obyektin  üzərindəki  kvadratlardan 



istənilən  birinin  üzərinə  gətirib  onları  istənilən  istiqamətdə  hərəkət  etdirin. 

Göstəricinin  hərəkətindən  asılı  olaraq  yaradılmış  obyekt  müxtəlif  perspektiv 

effektlərlə öz formasını dəyişəcəkdir (şəkil 69.); 

•  Perspektiv  effektini  ləğv  etmək  üşün 

Effects 

(

Эффекты



  –  Effektlər) 

menyusundan 

Clear Perspective 

(

Удалить



 

перспективу

 – Perspektivi ləğv et) 

əmrini seçin. Yaradılmış mətn əvvəlki formasını alacaqdır. 

 



 

 

 



 

 

Şəkil 72.



 

Müxtəlif perspektif effeklər almış obyektlər 

Şəkildən  aydın  görünür  ki,  perspektiv  illüziya  yaradılmış  obyektə  müəyyən 

dərinlik verə bilir. Bu da valehedici nəticələr alınmasına imkan yaradir. Daha gözəl 

nəticələrə  yaradılmış  obyektə  üçölçülü  görünüşün  və  kölgənin  verilməsi  ilə  nail 

olmaq mümkündür. 

OBYEKTLƏRDƏ KÖLGƏNİN ƏLDƏ EDİLMƏSİ 

CorelDRAW

  vektor  qrafik  redaktorunda  yaradılmış  obyektlərin  müxtəlif 

formada  (yarışəffaf,  kənarlarına  görə  paylanmış  və  müxtəlif  istiqamətdə  yıxılmış) 

kölgəsini almaq mümkündür. Bu məqsədlə: 

• 

Toolbox 



(

Панель  набора  инструментов

  –  Alətlər  Qutusu)  üzərindəki 

 

alətini seçin və obyekt yaradın (məsələn, İQTİSAD UNİVERSİTETİ); 



• 

Toolbox 


(

Панель  набора  инструментов

  –  Alətlər  Qutusu)  üzərindəki 

 

alətini seçin; 



•  Obyekt üzərindəki vektoru, onun başlanğıcını və sonunu hərəkət etdirməklə 

(hərəkətin  istiqaməti  şəkillərdə  aydın  görünür)  gözəl  effektlərə  malik 

obyektlər almaq olar (şəkil 70.). 



 

 

 



 

 

Şəkil 73.



 

Kölgə effekti tətbiq edilmiş obyektlər 

• 

Property Bar 



(

Панель  свойств

  –  Xüsusiyyətlər  Çubuğu)  üzərindəki 

 

siyahısından  kölgə  şəffaflığını  nizamlamaq  olar.  Çubuğu  sağa  sürüklədikcə 



şəffaflıq  artır  (çubuğun  50  və  100  vəziyyəti  şəkildə  uyğun  olaraq  solda  və 

sağda göstərilir) (şəkil 71.); 

 

 

Şəkil 74.

 

 Yarmışəffaf və şəffaf kölgə 

• 

Property Bar 



(

Панель  свойств

  –  Xüsusiyyətlər  Çubuğu)  üzərindəki 

 

düyməsini  sıxdıqda  açılmış  çubuqdan  kölgə  sərhədinin  paylanmasını  idarə 



etmək  olar.  Çubuğu  sağa  sürüklədikcə,  kölgə  sərhədinin  paylanması  çoxalır 

(çubuğun  0  və  20  vəziyyəti  şəkildə  uyğun  olaraq  solda  və  sağda  göstərilir) 

(şəkil 72.); 

 



 

 

 



Şəkil 75.

 

Kölgə sərhədinin paylanması 

• 

Property Bar 



(

Панель  свойств

  –  Xüsusiyyətlər  Çubuğu)  üzərindəki 

 düymələri ardıcıl sıxdıqda uyğun olaraq: 

a) birinci düymə soldan sağa sürükləndikdə, şəffaflıq uyğun olaraq azalıb‐artır; 

b)  ikinci  düymə  soldan  sağa  sürükləndikdə,  kölgənin  uzunluğu  uyğun  olaraq 

azalıb‐artır; 

c)  üçüncü  düymə  sıxıldıqda  açılmış  rənglər  qutusundan  istənilən  rəngi  seçmək 

olar. 

• 

Property Bar 



(

Панель  свойств

  –  Xüsusiyyətlər  Çubuğu)  üzərindəki 

 

siyahısından  qiymətləri  dəyişdirməklə  kölgənin  istiqamətini  dəyişdirmək 



mümkündür (şəkil 73., solda və sağda); 

 

Şəkil 76.



 

İstiqaməti dəyişdirilmiş kölgə 

Kölgəni  ləğv  etmək  üçün 

Property Bar 

(

Панель  свойств



  –  Xüsusiyyətlər 

Çubuğu) üzərindəki   düyməsini sıxmaq kifayətdir. 

Beləlikə,  nümunələrdən  aydın  görünür  ki,  yazılmış  mətnin  kölgələri  üzərində 

çoxlu sayda əməliyyatlar həyata keçirib, gözəl effektlər əldə etmək mümkündür. 



 

Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə