Данная книга представляет собой самоучитель по возможностям последней



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə4/20
tarix14.10.2017
ölçüsü0,58 Mb.
#4953
1   2   3   4   5   6   7   8   9   ...   20

 

 

düzgün işləyə bilmirlər. Lakin 



RGB

 və 


CMYK 

modellərində işləyən proqramlar 

TIFF 

formatında sərbəst işləməklə yanaşı, formatla tam uzlaşırlar. 



TIFF 

formatının bütün xüsusiyyətləri peşəkar rəssamlara əlverişli olduğu üçün iş 

prosesində yaranmış problemləri onlar çox asanlıqla aradan qaldıra bilirlər. 

KOMPÜTER QRAFİKASI PROQRAMLARI 

Kompüter  qrafikasında  çoxlu  sayda  proqramlardan  istifadə  edilir.  Hətta  bəzi 

məsələləri  xüsusi  proqramlardan  istifadə  etmədən  də  həll  etmək  olar,  belə  ki, 

Windows


‐un son versiyaları təsvirlərlə işləməyə uyğunlaşdırılmışdır. 

Windows 2000, Windows XP

  və 

Windows Me



  əməliyyat  sistemlərində  rəsmləri 

və  fotoşəkilləri  fərdi  kompüterin  yaddaşında  saxlamaq  üçün  xüsusi  qovluqdan, 

My 

Pictures


 

(Мои рисунки

 – Şəkillərim) istifadə edilir. 

Bilirik  ki,  şəkillər  üzərində  çoxlu  sayda  əməliyyatları  (nəzərdən  keçirmək,  çap 

etmək,  skanerdən  və  ya  rəqəmli  kameradan  yenisini  əlavə  etmək  və  s.)  yerinə 

yetirmək mümkündür. 

Sadə qrafik faylları 

Paint 


rəsm redaktorundakı alətlərin köməyi ilə redaktə etmək 

olur. 


Imaging 

proqramının  köməyi  ilə  skanerdən  və  ya  rəqəmli  kameradan  təsviri 

almaq mümkündür. 

Əgər  Siz 

Word

  mətn  redaktoru  və  ya 



Excel 

elektron  cədvəlindən  istifadə 

edirsinizsə,  deməli  öz  işinizdə 

Microsoft Office

  proqram  paketindən  istifadə 

edirsiniz.  Bu  paketə  rəsmləri  və  fotorəsmləri  redaktə  etmək  üçün 

Microsoft Photo 

Editor


  proqramı  da  daxildir.  Proqram  istifadəçiyə  rəsmin  ölçüsünü,  parlaqlığını, 

şəffaflığını  əldə  etməyə  imkan  yaradır.  Proqramın  köməyilə  müxtəlif  effektlərdən 

istifadə  etməklə  adi  fotorəsmi  yüksək  keyfiyyətli  rəsm  əsərinə  çevirmək 

mümkündür. 

Müxtəlif illüstrasiyalar yaratmaq və ya hazır fotorəsm üzərində daha mürəkkəb 

əməliyyatlar aparmaq üçün 

Microsoft Office

 proqram paketinə daxil olan 

PhotoDraw

 

qrafik redaktorundan istifadə etmək olar. 



Vektor  qrafikası  redaktorları  arasında  geniş  yayılmış 

CorelDRAW, Adobe 

Illustrator

  və 


Macromedia FreeHand

  proqramlarını  göstərmək  olar.  Proqramlar 

kifayət qədər güclü olmaları ilə yanaşı, istifadəçilər üçün müəyyən tip məsələləri həll 

etməkdə əlverişlidirlər. 

Rastr  qrafikası  redakrorları  arasında  isə  əlverişli  olan  və  geniş  yayılmış 

proqramlara  misal 

Adobe PhotoShop, Corel Photo-Paint, Corel Painter

  (proqramın 

ilk  adı 

Fractal Design

 

Painter,


  son  zamanlara  kimi  isə 

MetaCreations Painter

 

olmuşdur) göstərmək olar. 




 

Bəzən iş prosesində xüsusi proqramlardan da istifadə olunur. Belə proqramların 

köməyilə İnternetdə istifadə edilən qrafik materialları təhlil etmək, həcmli təsvirləri 

modelləşdirmək, real gözəl mənzərələr yaratmaq və s. mümkündür. 

Peşəkar  istifadəçilər  lazımi  nəticəni  əldə  etmək  üçün  verilənləri  yaratdıqları 

faylların  birindən  digərinə  köçürmək  üçün  bir  neçə  proqramdan  eyni  zamanda 

istifadə edirlər. 

Peşəkar  istifadəçılər  kompüter  qrafikasında  lazımi  səviyyədə  təsvirlər  əldə 

etmək üçün müxtəlif köməkçi avadanlıqlardan da istifadə edirlər. Belə avadanlıqlara 

nümunə  olaraq 

Agfa,

 

Canon, Kodak, Nikon, Olympus



  və  digər  firmalar  tərəfindən 

istehsal  olunan  rəqəmli  fotokamera, 

Web

‐kamera,  qrafik  planşet,  skaner,  lazer  və 



şırnaqlı printerləri və s. göstərmək olar. 

Kompüter  qrafikasında  istifadə  edilən  fraktal  qrafika  riyazi  hesablamaya 

əsaslanır.  Fraktal  qrafikanın  əsas  elementi  riyazi  formuldur.  Burada  fərdi 

kompüterin  yaddaşında  rastr  və  vektor  qrafikasında  olduğu  kimi  obyekt  deyil, 

obyekti  təzahür  edən  tənliklər  saxlanılır.  Riyazi  formullara  əsaslanaraq  mürəkkəb 

illüstrasiyalardan  tutmuş  üçölçülü  obyektlərə  kimi  müxtəlif  təsvirlər  əldə  etmək 

mümkündür. 



 

 

GİRİŞ 

CorelDRAW

  vektor  qrafik  redaktoru 

Corel

 

Corporation 



Kanada  firmasi 

tərəfindən  hazırlanmiş  və  ğeniş  imkanları  ilə  (hazır  təsvirlərə  malik  böyük  həcmli 

kitabxananın  olması,  geniş  imkanlara  malik  ğüclü  qurulmuş  öyrədici  sistemi  və  s.) 

bütün  istifadəçilər  tərəfindən  məmnuniyyətlə  istifadə  edilən  proqramdır. 

CorelDRAW

  qrafik  redaktorunda  digər  redaktorlarda  analoqu  olmayan  bəzi 

vasitələrin  olması  onun  nadir  qrafik  redaktor  olmasına  sübutdur.  Proqramdan 

bəhrələnən  istifadəçi  ondan  istifadə  etməklə  bu  sahədə  demək  olar  ki,  məqsədinə 

tamamilə nail ola bilir. 

Qrafik  redaktorun  köməyi  ilə  obyektlər  üzərində  çoxlu  sayda  əməliyyatları 

aparmaqla yanaşı, yüksək keyfiyyətli təsvirlərin alınmasına görə proqram ona yaxın 

olan proqramlar arasında lider sayıla bilər. 

CorelDRAW

 vektor qrafik redaktorunda 

istənilən  nəticəni  əldə  etmək  üçün  az  sayda  əməliyyatın  həyata  keçirilməsi 

kifayətdir. 

Corel Photo Paint

  rastr  qrafikasının,  həmçinin  hazırlanmış  faylı  səhifələmək 

üçün  istifadə  edilən 

Corel Ventura Publisher

  proqramının 

CorelDRAW

  qrafik 

redaktoru  ilə  sıx  əlaqəsi  istifadəçiyə  elektron  və  poliqrafiya  nəşrləri  sisteminin 

hazırlanmasında ğeniş imkanlar yaradır. 

CorelDRAW

 vektor qrafik redaktorunda istənilən təsvir çoxlu sayda hissələrdən 

ibarət olur. Bu hissələri ayrı‐ayrılıqda redaktə etmək tələb olunur. Qrafik redaktorda 

bu  hissələri  obyektlər  adlandırırlar.  Obyekt  kimi  düz  xətt,  dairə,  düzbucaqlı,  əyri, 

qapalı əyri, çoxbucaqlı və s. nəzərdə tutulur. 

CorelDRAW

  vektor  qrafik  redaktorunda  sadə  obyektlərdən  istifadə  etməklə 

mürəkkəb obyekt yaratmaq mümkündür. Yaradılmış mürəkkəb obyekt vahid obyekt 

kimi  qəbul  olunur  və  onun  da  redaktəsi  sadə  obyektin  redaktəsi  kimi  çox  asanlıqla 

yerinə yetirilir. 

CorelDRAW

  vektor  qrafik  redaktorunda  yaradılmış  obyektin  daxilini  müxtəlif 

rənglərlə  boyamaq  mümkündür.  Boyama  prosesi 

CorelDRAW

  vektor  qrafik 

redaktorunda obyektin rənglə doldurulması adlanır. 

CorelDRAW

 vektor qrafik redaktorunda obyektin konturunu dəyişməklə yanaşı, 

onu  rəngləmək  də  olur.  Yaradılmış  obyektlərin  özünəməxsus  düyün  nöqtələri  olur 

ki, onları da hərəkət etdirməklə obyekti istənilən şəklə salmaq mümkündür. 

CorelDRAW

 vektor qrafik redaktorunda rastr təsvirlərini də redaktə etmək olur. 

Vahid obyekt kimi götürülən rastr təsviri redaktə etmək istifadəçiyə heç bir çətinlik 

törətmir. 

Qeyd  etdiyimiz  kimi, 

CorelDRAW

  vektor  qrafik  redaktorunun  əsas  vəzifəsi 

obyekt  və  onun  üzərində  yerinə  yetirilən  əməliyyatlar  ardıcıllığını  həyata 

keçirməkdir.  Odur  ki,  qrafik  redaktorda  standart  obyektlər  (məsələn,  düzbucaqlı, 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə