Данная книга представляет собой самоучитель по возможностям последней



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə5/20
tarix14.10.2017
ölçüsü0,58 Mb.
#4953
1   2   3   4   5   6   7   8   9   ...   20

 

ellips,  çoxbucaqlı,  avtofiqur,  spiral  və  çərçivələr)  ilə  yanaşı  xətlərdən  və  əyrilərdən 

ibarət qeyri‐standart obyektlər də yaratmaq mümkündür. 

Geniş  imkanlara  malik 

CorelDRAW

  vektor  qrafik  redaktorunun  vasitəsilə  gözəl 

və valehedici rəsm əsərləri yaratmaq mümkündür. 

Qrafik redaktorun proqram pəncərəsi 

Windows

 proqram örtüyündə olduğu kimi 



standart  elementlərə  malikdir.  Yəni, 

CorelDRAW

  proqramında  da  menyu  cubuğu, 

alətlər  çubuğu,  müxtəlif  əməliyyatları  icra  edən  düymələr,  həmçinin  onu  digər 

proqramlardan fərqləndirən özünəməxsus xüsusiyyətləri də vardır. 

Qeyd etmək lazımdır ki, 

CorelDRAW

 proqramının 8‐ci versiyasından başlayaraq 

xüsusi  idarəetmə  elementi  olan 

Dockers


‐dən  istifadə  edilməyə  başlanmışdır

Dockers



‐dən  istifadə  olunması  ilə  istifadəçi  işçi  sahənin  ölçüsünü  avtomatik 

tənzimləyə bilir və nəticədə təsvirin görkəmini əl ilə miqyaslaşdırmaq tələb edilmir. 

CorelDRAW

 proqramının digər nadir xüsusiyyəti seçilmiş obyektin tipindən asılı 

olaraq  xüsusiyyətlər  çubuğunun 

Property Bar 

(

Панель  свойств



  –  Xüsusiyyətlər 

Çubuğu)  idarəetmə  elementlərini  dinamik  dəyişməsidir.  Yəni,  istifadəçi  mətn 

seçdikdə,  mətnə  uyğun  idarəetmə  elementləri,  xətt  seçdikdə  isə,  xətdə  uyğun 

idarəetmə elementləri və s. masaüstündə əmələ gələcəkdir. 

CorelDRAW

  ilə  səmərəli  işləmək  üçün  proqramın  parametrlərini  həll  ediləcək 

məsələyə  uyğunlaşdırmaq  lazımdır.  Proqramın  parametrlərinin  qurulması  çox 

nadirdir və qeyd edildiyi kimi, digər proqramlar ilə müqayisədə analoqu yoxdur. 

Kitabın  yazılmasında  əsas  məqsəd  yüksək  kompüter  qrafikası  nümunələri 

yaratmaq və təsvirləri redaktə etmək üçün nəzərdə tutulmuş 

Corel 

korporasiyasının 



CorelDRAW Graphics Suite 12

  proqramının  axırıncı  versiyasını  oxuculara 

öyrətməkdir. 

CORELDRAW VEKTOR QRAFİK REDAKTORUNU NECƏ 

YÜKLƏMƏLİ? 

CorelDRAW

  qrafik  redaktorudan  istifadə  qaydaları  müxtəlifdir.  İşlədiyiniz 

pəncərədən,  yerinə  yetirdiyiniz  əməliyyatdan  və  s.  hallardan  asılı  olaraq  aşağıdakı 

üsullardan ən sürətli olanını seçə bilərsiniz: 

• 

CorelDRAW



  vektor  qrafik  redaktorunu  düzgün  qaydada  qurmuşsunuzsa, 

Start


  (

Пуск


  –  Başla)  menyusunun 

All Programs

  (

Все  Программы



  –  Bütün 

Proqramlar)  alt  menyusunda

  CorelDRAW 

qrafik  redaktorunun

 

adını 


görəcəksiniz (şəkil 4.). Ancaq bu adın 

All Programs

 (

Все Программы



 – Bütün 

Proqramlar)  menyusunda  olması  zəruri  deyildir.  Onun  yeri  dəyişdirilmiş, 

yaxud ad menyudan silinmiş ola bilər; 



 

 

 



Şəkil 4.

 

Start

 (

Пуск

 – 

Başla) menyusu, 

All Programs

 (

Все Программы

 – 

Bütün 

Proqramlar) alt menyusu

 

•  Masaüstündə  (

Desktop

)  qısa  yol  piktoqramı  (



shortcut

)  yaratmaqla  da 

CorelDRAW

  qrafik  redaktorunu  işlədə  bilərsiniz.  Masaüstündə 

CorelDRAW

 

vektor  qrafik  redaktoru  üçün  bir  qısa  yol  piktoqramı  yaradın  və  lazım 



gəldikdə  hər  dəfə 

CorelDRAW

  qrafik  redaktorunu  yükləmək  üçün  bu 

piktoqram üzərində ikiqat sıxın; 



CORELDRAW VEKTOR QRAFİK REDAKTORUNDAN NECƏ 

ÇIXMALI? 

CorelDRAW

 vektor qrafik redaktorundan çıxmağın müxtəlif yolları vardır: 

• 

CorelDRAW



 vektor qrafik redaktorunun əsas pəncərəsinin 

File


 (

Файл


 – Fayl) 

menyusundan 

Exit

 (

Выход



 – Çıx) əmrini seçməklə proqramdan çıxa bilərsiniz; 

• 

CorelDRAW



 vektor qrafik redaktorunun proqram pəncərəsinin 

Control Menu 

(

Панель  управление



  –  İdarəetmə  Menyusu)ndan 

Close


  (

Отмена


  –  Bağla) 

əmrini  seçməklə,  ya  da  pəncərənin  yuxarı  sağ  küncündəki 

Close

  (


Отмена

  – 


Bağla) düyməsinə sıxmaqla da proqramdan çıxa bilərsiniz. 

QEYD: Əgər o anda açıq və üzərində dəyişiklik edilmiş bir faylınız varsa, çıxmazdan 

öncə 


CorelDRAW

  vektor  qrafik  redaktoru  Sizdən  bu  faylı  yaddaşa  yazıb 

yazmayacağınızı soruşacaqdır. 

 




 

 

PROQRAM PƏNCƏRƏSİNİN ƏSAS HİSSƏLƏRİ 

CorelDRAW

  vektor  qrafik  redaktorunda  işləməzdən  əvvəl  bu  proqramın  əsas 

anlayışları  ilə  tanış  olmağınız  daha  məqsədəuyğundur.  Bununla  da 

CorelDRAW

 

vektor  qrafik  redaktorunu  qısaca  da  olsa  gözdən  keçirmiş  olar  və  kitabın  sonrakı 



paraqraflarında veriləcək mövzulara daha asan alışarsınız. 

Proqram  yükləndikdə  şəkildə  göstərilmiş  dialoq  pəncərəsi  açılacaqdır  (şəkil 5.). 

Bu pəncərə Sizə müxtəlif məzmunda işə başlamaq imkanlarını təklif edir. 

 

Şəkil 5.



 

Proqram yükləndikdə açılmış dialoq pəncərəsi

 

Dialoq pəncərəsində aşağıdakı funksiyaları yerınə yetirən düymələr vardır

• 

New 



(

Новый


  –  Yeni)  –  Proqramda  təyin  olunmuş  ölçülər  əsasında  boş  sənəd 

yaratmaq üçündür; 

• 

Recently Used 



(

Последний  используемый

  –  Son  istifadə  edilmiş)  –  Son 

istifadə olunmuş sənədləri açmaq üçündür; 

• 

Open 


(

Открыть


 – Aç) – İstənilən rəsm faylını açmaq üçündür; 

• 

New From Template 



(

Новый  по  шаблону

  –  Ülgülərin  yenisi)  –  Sehirbaz 

pəncərəsi açılır və ülgü seçilir (məsələn, vizit vərəqəsi, buklet və s. formalar); 

• 

CorelTUTOR 



(

Учебник CorelTUTOR

  – 

CorelTUTOR



  dərsliyi)  –  Öyrədici 

proqram açılır və istifadəçiyə 

CorelDRAW

 proqramının əsasları öyrədilir; 

• 

What’s New? 



(

Что нового?

 – Yeni nə var?) – Proqramın əvvəlki versiyalarında 

işləmiş istifadəçilər axırıncı versiyanın yenilikləri ilə tanış ola bilərlər. 



QEYD:  Dialoq  pəncərəsinin  təkrar  yüklənmələrdə 

Show this Welcome Screen

 

masaüstündə  görünməməsini  əldə  etmək  üçün 



Startup 

(

Показывать  это  окно  при 



запуске

 – Yüklənmədə göstərməli) qeyd edilməsini ləğv etmək kifayətdir. 

CorelDRAW

  vektor  qrafik  redaktorunu  işlətdiyiniz  zaman  qarşılaşacağınız 

proqram pəncərəsinin ümumi görünüşü şəkildə göstərildiyi kimidir (şəkil 6.). 

 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə