Данная книга представляет собой самоучитель по возможностям последней



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə3/20
tarix14.10.2017
ölçüsü0,58 Mb.
#4953
1   2   3   4   5   6   7   8   9   ...   20

 

 

Kompüter  qrafikasında  əsas  üç  rəng  modelindən  və  onların  çoxlu  sayda 



törəmələrindən (modifikasiyasından) istifadə olunur. 

Orta məktəb dərsliklərindən məlumdur ki, müxtəlif rənglər toplusu nəticəsində 

ağ rəng əldə olunur. Rənglər qarışığını bir az dəyişsək, digər rəngləri də almış olarıq. 

Məsələn,  istifadə  etdiyimiz  televizorlarda  üç  rəngdən:  qırmızı,  yaşıl  və  göy  rənglər 

qarışığından  və  onların  çalarlarından  istifadə  edilir.  Üç  rəngin  baş  hərfləri  ilə 

adlanan  birinci  model 



RGB

  (


R

ed

  –  qırmızı, 



G

reen


  –  yaşıl, 

B

lue


  –  göy)  üç  rəqəm 

vasitəsilə  göstərilir  və  tərkibində  olan  hər  bir  rəngin  qiymətini  təzahür  etdirir. 

Beləliklə,  ağ  rəng  tərkibdə  olan  üç  rəngin  dəyişmə  tezliyinin  (sıfra  bərabər 

qiymətində)  maksimum  qiymətində,  qara  rəng  isə  minimum  qiymətində  (sıfra 

bərabər qiymətində) alınır. Model çox sadə olduğu üçün əksər fərdi kompüterlər ona 

əsaslanaraq işləyirlər. 



RGB

 

modelinin  əsas  çatışmayan  cəhəti  ondan  ibarətdir  ki,  nəzəri  olaraq  bəzi 

rəngləri əldə etmək mümkün deyildir (məsələn, daha göy‐yaşıl rəngi). Bu səbəbdən 

də 


RGB

  modeli  konkret  quruluşa  malik  fərdi  kompüterlərdə  tətbiq  olunur. 

Kompüter qrafikasında istifadəçilər digər modellərdən də istifadə edirlər. 

Bizi əhatə edən rənglər müəyyən şəkildə ya obyekt tərəfindən əks olunur, ya da 

kı,  udulur.  Məsələn,  Günəş  şuaları  futbol  meydançasına  düşərək  meydançanı  yaşıl 

rəngə  boyayır.  Və  yaxud  da,  əldə  olunmuş  nəticəni  printerdə  çap  edərkən  kağız 

üzərinə  müəyyən  rənglər  hopur.  Umumiyyətlə,  təbiətdə  bütün  rənglər  ya  obyektin 

üzərinə  düşən  Günəş  şualarının  udulması  nəticəsində,  ya  da  ki,  Günəş  şualarının 

özündən alınır. 

Rənglərin belə effektindən istifadə edərək yeni model əldə olunmuşdur ki, buna 

da kompüter qrafikasında 

CMYK 



C

yan

 – mavi, 



M

agenta


 – al qırmızı, 

Y

ellow


 – sarı, 

blac


K

 – qara) modeli deyirlər. 

Kompüter qrafikasında 



M

agenta


 rəngini fuksin adlandırırlar. Ümumilikdə isə al 

qırmızı adlandırmaq qəbul olunmuşdur. 

Fizikadan  məlumdur  ki,  mavi  rəng  qırmızı  rəngin,  al  qırmızı  rəng  yaşıl  rəngin, 

sarı  rəng  isə  göy  rəngin  udulması  nəticəsində  yaranır.  Deməli  göstərilən  üç  rəngin 

maksimum  qarışığı  qara,  minimum  qarışığı  isə  ağ  rəngi  əldə  etməyə  inkan  verir. 

Həqiqətdə  isə  tam  qara  rəngi  əldə  etmək  mümkün  deyil.  Bu  ancaq  nəzəri 

mümkündür. 

Göstərilən  iki  modeldə  alınmış  rənglər  istifadəçi  tərəfindən  tutarlı  səviyyədə 

qəbul edilmədiyi üçün daha əlverişli olan üçüncü modeli aydınlaşdıraq. 

Bu modeldə istifadə edilən rənglər üç ədəd (və ya üç parametr) vasitəsilə təzahür 

olunur. Üç parametrdən biri rəngin özünü, ikincisi rəngin dolğunluğunu və üçüncü 

parametr isə rəngin parlaqlığını göstərir. Kompüter qrafikasında model 



HSV

 (

H

ue

 – 


rəngin tonunu, 

S

aturation

 – dolğunluğunu, 

V

alue


 – parlaqlığını göstərir) adlanır. 

Kompüter  qrafikasında  rəsmləri  İnternet  şəbəkəsində  yerləşdirməkdən  ötrü 

keyfiyyətə  xələl  gətirmədən  faylın  həcmini  kiçilmək  üçün 

GIF

  qrafik  formatından 

istifadə olunur. Formatın üstün cəhəti onda yaradılmış təsvirə istifadəçinin şəffaf fon 



 

verə  bilməsidir.  Format  faylda  bir  neçə  rəsmi  saxlamağa  imkan  verdiyi  üçün, 

istifadəçi  rəsmlərin  ardıcıllığını  dəyişdirməklə  onların  animasiya  olumasına  da  nail 

olur.  Formatın  əsas  mənfi  cəhəti  rəsmlərdə  rənglər  qarışığının  istənilən  səviyyədə 

olmamasıdır. 

Format  istifadəçiyə  256  rəngdən  istifadə  etməyə  imkan  yaradır.  Odur  ki, 

formatdan  istifadə  edərək  az  sayda  rənglərdən  ibarət  təsviri  yaddaşda  saxlamaq 

istifadəçi üçün əlverişli olur. 

Bəzən  iş  prosesində  rəsmlərin  keyfiyyətinə  xələl  gətirmədən  həcmini  kiçildərək 

istifadə olunması istifadəçi üşün əlverişli olur. Belə işlərin həyata keçirilməsi 



JPEG

 

formatı  vasıtəsi  ilə  mümkündür.  Formatda  faylın  həcminin  kiçildilməsi  (təxminən 



250  dəfə)  zamanı  təsvirin  üzərində  pilləvari  effekt  yaranır,  bəzi  rənglərin  incəliyi 

(tonu)  itir,  amma  təsvirin  ümumi  görünüşü  dəyişmədiyi  üçün  təsvir  orijinaldan 

fərqlənmir.  Bu  səbəbdən  də  faylı  sıxlaşdırmaq  üçün  istifadəçiyə  böyük  imkanlar 

verən 


JPEG

  formatı  nəinki  İnternet



 

şəbəkələrində,  həmçinin  digər  sahələrdə  də 

geniş istifadə olunur. 

Göstərilən  dörd  formatın  üstün  və  çatışmayan  cəhətlərini  bilərək  istifadəçi 

qoyulmuş məsələnin həll edilməsindən ötrü əlverişli olan formatı özü seçməlidir. 

QRAFİK FAYLLARIN FORMATI 

Qeyd etdiyimiz kimi,  istənilən rəsmi fərdi kompüterin  yaddaşına  yazmaq üçün 

mütləq onun kodlaşdırılması lazımdır, yəni informasiya bitlər ardıcıllığı formasında 

fayl şəklinə salınmalıdır. Deməli, yaradılmış fayl formatlanmalı və istifadəçilər üçün 

yararlı olmalıdır. 

Windows


‐da əsas istifadə olunan qrafik format 

BMP


‐dir. Format ağ‐qara, boz və 

ya  rəngli  təsvirləri 

RGB

  modelindən  istifadə  etməklə  yaddaşda  saxlamağa  inkan 



yaradır.  Formatın  əsas  üstünlüyü  onun  sadəliyi,  həmçinin 

Windows


  əməliyyat 

sistemində  istifadə  olunan  bütün  proqramlar  tərəfindən  qəbul  edilməsidir.  Əsas 

çatışmazlığı  24  bitə  bərabər  rəng  qarışığından  istifadə  ediləndə  faylların  böyük 

ölçüdə alınmasıdır. 

Kompüter  qrafikasında  peşəkar  rəssamlar 

TIFF 


formatından  bəhrələnirlər. 

Format  təsvirin  istənilən  rənglər  qarışığında 

RGB

  və 


CMYK

  modellərinin  istifadə 

edilməsinə  imkan  verir.  Format  faylın  keyfiyyətinə  xələl  gətirmədən  onun 

sıxlaşdırılmasına  şərait  yaratmaqla  yanaşı,  yaddaşda  əlavə  informasiyanın 

saxlanmasına  da  imkan  verir.  Nəticədə  istifadəçi  qrafik  redaktorlardan  istifadə 

etməklə  həmin  informasiyanı  özünəməxsus  interpretasiya  edə  bilir.  Bütün  qeyd 

etdiyimiz xüsusiyyətlər 

TIFF


 formatının əsas mənfi cəhəti kimi də qəbul edilməlidir. 

İstənilən  proqram  istifadə  edilən  informasiyanı  özünün  başa  düşdüyü  şəkildə 

fayla  yaza  bilər.  Belə  olan  halda  digər  proqram  ilə  faylı  açmaq  istədikdə,  proqram 

istifadəçiyə səhv haqqında məlumat verməklə yanaşı, təsvir ilə də işləməkdən imtina 

etdiyini  bildirir.  Beləliklə,  məlum  olur  ki,  bütün  proqramlar  yaradılmış  fayllarla 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə