Данная книга представляет собой самоучитель по возможностям последней



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə9/20
tarix14.10.2017
ölçüsü0,58 Mb.
#4953
1   ...   5   6   7   8   9   10   11   12   ...   20

 

 

Bədii  mətn  obyekti  yaratmaq  üçün  Toolbox  (Панель  набора  инструментов  – 



Alətlər Qutusu) üzərindəki 

 Text (Текст – Mətn) alətini seçin.  

Qeyd etmək lazımdır ki, istər 

Artistic Text 

(

Художественный текст



 – Bədii mətn) 

ilə,  istərsə  də 

Paragraph Text 

(

Простой  текст



  –  Paraqraf  Mətni)  mətn  obyekti  ilə 

işləyərkən 

CorelDRAW

  proqramı  istifadəçiyə 

Microsoft Word

  mətn  redaktorunda 

olduğu kimi geniş imkanlar yaradır.  

Daxil  edilmiş  mətnin  sağdan,  soldan,  ortadan  və  s.  nizamlanması  üçün 

 

Horizontal Aligment



  (

Горизонтальное  выравнивание

  –  Üfqi  Tarazlaşdırma) 

düyməsini sıxın. Köməkçi dialoq pəncərəsindən tarazlaşdırma parametrlərini seçin. 

CorelDRAW

  vektor  qrafik  redaktorunun 

Microsoft Word

  mətn  redaktorundan 

gözə  çarpan  bir  fərqi  də  ondan  ibarətdir  ki,  burada  yazı  tipinin  ölçüsünü  kəsr 

ədədləri ilə göstərmək mümkündür. 

 

CorelDRAW



  qrafik  redaktorunun  bir  xüsusiyyəti  də  qeyd  edilməlidir.  Bu  da

 

Microsoft Word



  mətn  redaktorundan  fərqli  olaraq  yığılmış  mətnin  hər  iki  tərəfdən

 

Full 



(

По  ширине

  –  Eninə)  və 

Force Full

  (

Полное  по  ширине



  –  Tamamilə  Eninə) 

tarazlaşdırılması variantının olmasıdır. 



TƏSVİRİN REDAKTƏ EDİLMƏSİ 

Sözsüz  ki,  rəsm  çəkərkən  mütləq,  obyektlərin  formasını  və  masaüstündə 

yerləşmə vəziyyətini dəyişmək tələb olunur. Odur ki, obyekti yaratdıqdan sonra onu 

mütləq redaktə etmək lazımdır. Bu səbəbdən də obyektin forma və xüsusiyyətlərini 

dəyişdirməzdən əvvəl o seçilməlidir. 

OBYEKTİN SEÇİLMƏSİ 

Obyektlərin  yaradılması  zamanı  onun  ətrafında  qara  rəngli  düzbucaqlıların 

əmələ  gəlməsi  barədə  öndə  qeyd  etmişdik,  yəni  obyekt  seçildikdən  sonra  onun 

redaktəsinə  başlamaq  mümkündür.  Bəzən  bir  neçə  obyektin  birlikdə  (və  ya  ayrı‐

ayrılıqda) seçilib redaktəsi tələb olunur. 

 

Şəkil 9.



 

Ətrafında qara rəngli ikiistiqamətli ox işarələri əmələ gəlmiş seçilən obyekt 


Obyekti seçmək üçün 

Toolbox 


(

Панель набора инструментов

 – Alətlər Qutusu) 

üzərindəki 

 

Pick 


(

Указатель

 – Göstərici) alətini seçin.  

Əgər  obyektin  iş  zamanı  güzgü  əksini  almaq  tələb  olunarsa,  onda

 Property Bar 

(

Панель  свойств



  –  Xüsusiyyətlər  Çubuğu)  üzərindəki 

 

Mirror Buttons



  (

Кнопки 


зеркального отражения

 – Güzgü Düymələri)nin sıxılması kifayətdir. 

 

Seçmənin digər yolu da vardır. Bunun üçün seçilmiş obyektin ən sol və yüksək 



nöqtəsi  seçilir. 

Mouse


‐un  sol  düyməsinin  sıxılmış  vəziyyətində  (ox  obyektləri  əhatə 

etməklə)  oxu  aşağıya  doğru  sürükləyin.  Bu  zaman  seçilmiş  obyektlər  punktir 

düzbucaqlı ilə qapanacaqdır (şəkil 7.). 

 

Şəkil 10.



 

Punktir düzbucaqlı ilə qapanmiş seçilən obyekt 

MİQYASIN DƏYİŞDİRİLMƏSİ 

Bəzən kiçik ölçüyə malik obyektlərlə (və ya təsvirlərlə) işləmək çətinlik yaratdığı 

üçün  onların  böyüdülməsi  lazım  gəlir. 

CorelDRAW

  proqramı  obyektlərə  müxtəlif 

miqyaslarda baxmağa imkan yaradır. İşçi sahənin miqyasını dəyişdirməklə (artırmaq 

və  ya  azaltmaqla)  onların  fraqmentlərini  geniş  formatda  gözdən  keçirmək  olar. 

Bununla  yanaşı 

CorelDRAW 

proqramında  böyüdülmüş  kiçik  fraqmentlərlə  işləmək 

ustifadəçi üçün çox əlverişlidir. 

İşçi  sahənin  miqyasını  dəyişdirmək  üçün 

Toolbox 

(

Панель  набора 



инструментов

  –  Alətlər  Qutusu)  üzərindəki 

 

Zoom 


(

Масштаб


  –  Miqyaslaşdır) 

alətini seçin.  

Obyektin  (və  ya  fraqmentin)  miqyasını  başqa  üsullarla  da  dəyişdirmək  olar. 

Obyektin (və ya fraqmentin) sol küncündə 

Mouse

‐un sol düyməsini sıxıb saxlamaqla 



aşağı  sağ  küncünə  qədər  sürükləyin.  Seçilmiş  obyekt  punktir  xətlə  qapanacaq  və 

Mouse


‐un sol düyməsini buraxdıqda obyektin miqyası böyüyəcəkdir. 

 

Düymə 

Yerinə yetirdiyi funksiya 

 

Zoom In 



(

Увеличить  масштаб

  – 

Miqyası Böyüt) 



 

Zoom Out 

(

Уменшить  масштаб



  –

Miqyası Kiçilt) 

 



 

 

Düymə 



Yerinə yetirdiyi funksiya 

 

Zoom To Selected 



(

Увеличить 

Выбранные

 – Seçilmişi Miqyaslaşdır) 

 

Zoom All Objects 



(

Увеличить  Все 

обьекти

 

– 



Bütün 

Obyektləri 

Miqyaslaşdır) 

 

Zoom To Page 



(

Увеличить  до 

Страницы

 – Səhifə Qədər Miqyaslaşdır)

 

Zoom To Page Width 



(

Увеличить 

Ширину  Страницы

  –  Səhifə  Eni  Qədər 

Miqyaslaşdır) 

 

Zoom To Page Height 



(

Изменить 

высоту 

страницы


 

– 

Səhifənin 



Hündürlüyü Qədər Miqyaslaşdır) 

SON NƏTİCƏLƏRİN BƏRPASI VƏ LƏĞVİ 

CorelDRAW

 proqramında əməliyyatların nəticələrinin ləğvi və bərpası 

Microsoft 

Word

  mətn  redaktorunda  olduğu  kimidir. 



CorelDRAW 

vektor


 

qrafik  redaktorunda 

bu  məqsəd  üçün 

Standard 

(

Стандартная



  –  Standart  Alətlər  Çubuğu)  üzərindəki 

düymələrin  köməyindən  istifadə  olunur.  Odur  ki,  onlar  haqqında  geniş  məlumat 

verməyə ehtiyac yoxdur. 

OBYEKTLƏRİN SURƏTİNİN ÇIXARILMASI, YERİNİN 

DƏYİŞDİRİLMƏSİ VƏ LƏĞVİ 

CorelDRAW

  vektor  qrafik  redaktorunda  yaradılmış  obyektləri  ləğv  etmək  üçün 

Microsoft Word

  mətn  redaktorunda  olduğu  kimi  onları  seçib 

[Delete]


  düyməsini 

sıxmaq kifayətdir. 

Obyektlərin  yerini  dəyişdirmək  üçün  onları  əvvəlcə  seçib  klaviatura  üzərindəki 

ox  düymələri  vasitəsilə  istənilən  istiqamətdə  hərəkət  etdirmək  mümkündür.  Və  ya 

obyekti  seçib 

Mouse


‐un    göstəricisini  onun  mərkəzinə  (və  ya  obyektin  istənilən 

yerinə)  gətirib  sol  düyməsini  sıxaraq  obyekti  istənilən  istiqamətdə  hərəkət  etdirə 

bilərsiniz. 

Bəzən yaradılmış obyektlərin dəqiq olaraq üfqi və ya şaquli istiqamətdə hərəkət 

etdirilərək  yerinin  dəyişdirilməsi  tələb  edilir.  Bu  əməliyyatı  yerinə  yetirmək  üçün

 

[Ctrl]



 düyməsini sıxıb klaviatura üzərindəki ox düymələrindən istifadə etmək olar (və 

ya 


Mouse

‐un sol düyməsini obyekt üzərində sıxıb onu sürükləmək kifayətdir). 

Obyektin surətini alaraq yerini dəyişdirmək lazım gələrsə, əvvəlcə obyekti qeyd 

edin və klaviatura üzərindəki rəqəmlər blokundakı   düyməsini sıxın. 

Mouse

‐un sol 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə