Данная книга представляет собой самоучитель по возможностям последней



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə10/20
tarix14.10.2017
ölçüsü0,58 Mb.
#4953
1   ...   6   7   8   9   10   11   12   13   ...   20

düyməsini  sıxıb  saxlayaraq  obyektin  dəqiq  alınmış  surətini  isdədiyiniz  yerə 

sürükləyin.  Surəti  çıxarılmış  obyektin  yerinin  dəyişdirilməsi,  qeyd  etdiyimiz  kimi 

klaviatura üzərindəki ox düymələrinin köməyi liə də yerinə yetirilə bilər. 

Obyektlərin  surətinin  çıxarılması,  kəsilərək  yeni  yerə  daşınması 

Microsoft Word

 

mətn redaktorunda olduğu kimi 



Standard 

(

Стандартная



 – Standart) alətlər çubuğu 

üzərindəki düymələr vasitəsilə həyata keçirilir. 



TOR VƏ XƏTKEŞLƏRDƏN İSTİFADƏ 

CorelDRAW

  proqramında  obyektlərin  hərəkət  etdirilməsi  və  transformasiyası 

üçün  müxtəlif  alətlərdən  istifadə  edilir.  Xətkeşlər  obyektin  yerinin  və  ölçülərinin 

təyin  olunmasına,  oxlar  və  tor  isə  obyektin  tutduğu  mövqenin  dəqiq  təyin 

olunmasına imkan verir. 

Əgər  masaüstündə  xətkeşlər  yoxdursa, 

View 


(

Вид


  –  Görünüş)  menyusundan 

Rulers 


(

Линейки


  –  Xətkeşlər)  əmri  seçilməlidir.  Xətkeşlərin  ölçü  vahidini 

müəyyənləşdirmək  üçün 

Property Bar

  (


Панель  свойств

  –  Xüsusiyyətlər  Çubuğu) 

üzərindəki 

Units 


(

Единицы


  –  Vahidlər)  düyməsini  sıxıb,  uyğun  olan  ölçü  vahidini 

(məsələn, millimetr) seçin. 

Xətkeşlərin  kəsişdiyi  yerdə 

 düyməsi  yerləşir. 

Mouse

‐un  göstəricisini 



düymənin üzərində yerləşdirib sol düyməsini sıxıb onu hərəkət etdirməklə xətkeşlər 

üzərində koordinat başlanğıcını (“0” nöqtəsinin yerini) dəyişmək olar. 



OBYEKTLƏRİN “KİLİDLƏNMƏSİ” 

Bəzən obyektlər üzərində müəyyən əməliyyatları yerinə yetirən zaman (məsələn, 

redaktə işlərini həyata keçərəndə) bəzi obyektlər işin yerinə yetirilməsinə maneçilik 

edir. Və yaxud, obyektləri ləğv edəndə (və ya yerini dəyişəndə) istifadəçi müəyyən 

xarakterli  səhflər  buraxmış  olur.  Belə  halların  obyektlərlə  baş  verməsinin  qarşısını 

almaq üçün seçilmiş bəzi obyektləri “kilidləmək” lazım gəlir. 

“Kilidləmə”ni  həyata  keçirmək  üçün  əvvəlcə  ixtiyari  iki  obyekt  hazırlayın  və 

onlardan birini seçin. 

Arrange 

(

Компоновать



 – Nizamla) menyusundan 

Lock Object 

(

Заблокировать  объект



  –  Obyekti  “Kilid”lə)  əmrini  seçin.  Seçilmiş  obyektin 

ətrafındakı doldurma nişanları formalarını dəyişərək “qıfıl” şəklini alacaqdır (şəkil 8.

). 

 

Şəkil 11.



 

 “Kilid”lənmiş obyekt 

“Kilid”lənmiş  obyekti  (həmçinin  digər  obyektləri)  redaktə  etmək  və  yerini 

dəyişdirmək  mümkün  deyil.  Nəticədə  istifadəçi  buraxdığı  səhvlərin  qarşısını  almış 

olur. 


 


 

 

Obyekti  “qıfıl”dan  azad  etmək  üçün 



Arrange 

(

Компоновать



  –  Nizamla) 

menyusundan 

Unlock Object 

(

Разблокировать объект



 

– Obyekti Aç) əmrini seçin. 

Əgər  çari  sənəddəki  bütün  obyektləri  “qıfıl”dan  azad  etmək  tələb  olunarsa, 

Arrange 


(

Компоновать

 

– 

Nizamla) 



menyusundan 

Unlock All Object 

(

Разблокировать все объекты



 – Bütün Obyektləri Aç) əmri seçilməlidir. 

OBYEKTİN RƏNGLƏ DOLDURULMASI VƏ KONTUR RƏNGİNİN 

DƏYİŞDİRİLMƏSİ 

CorelDRAW

 qrafik redaktorunda hazırlanmış obyektləri əksər hallarda müxtəlif 

rənglərlə  boyayırlar.  Bu  məqsədlə  masaüstünün  sağ  tərəfində  yerləşmiş  rəng 

palitrasından istifadə edilir. 

QEYD: 

CorelDRAW

  proqramında  ağ  rəng  və  parlaq  rəng  məfhumundan  istifadə 

olunur. 


Rənglər  palitrasının  yuxarı  hissəsində  yerləşən 

 hücrəsi  rəngin  olmadığına 

işarədir. 

CorelDRAW

  proqramında  rəngin  yoxluğu  ilə  ağ  rəng  arasında  fərq  vardır. 

Yəni, obyekt rəng ilə doldurulmayıbsa, o parlaq rəngdə olacaqdır və onun altındakı 

obyekt  ekranda  görünəcəkdir  (şəkil  9. ,  solda,  üstə).  Şəkildəki  obyektləri, 

düzbucaqlını qırmızı, ellipsi isə ağ rənglə (və ya sarı) boyasaq, ellips düzbucaqlının 

bir  hissəsinin  üstünü  örtəcəkdir  (şəkil 9.,  sağda,  yuxarıda  və  ya  solda,  aşağıda). 

Bəzən obyektlərin masaüstündə göstərilməsində kontur anlayışından istifadə edilir. 

Ellipsi  seçin, 

Mouse


–un  göstəricisini  palitrada  ağ  rəngin  üstünə  yerləşdirin  və  sağ 

düyməsini  sıxın.  Bu  zaman  düzbucaqlı  ilə  ellipsin  kəsişmə  sərhədində  ellipsin 

konturu əmələ gələcəkdir (şəkil 9., sağda, aşağıda). 

 

 



Şəkil 12.

 

Düzbucaqlı və ellips obyektlərinin masaüstündə vəziyyəti 

 

İstər  düzbucaqlının,  istərsə  də  ellipsin  müxtəlif  rənglərlə  boyanmasına 



baxmayaraq, düzbucaqlının fonunda ellipsin konturu daim görünəcəkdir. 

Yenidən  ellips  obyektini  hazırlayın  və  seçin.  Rəng  doldurmasını  aradan 

götürmək  üçün 

Mouse


–un

 

göstəricisini  palitra  üzərindəki 



 düyməsi  üzərinə 

yerləşdirib  onun  sol  düyməsini  sıxın,  ellips  görünməz  olacaqdır.  Bu  zaman 

düzbucaqlı tam görünəcəkdir. 



Mouse

‐un göstəricisini   düyməsinin üzərinə gətirib sağ düyməsini sıxdıqda isə 

ellipsin  konturu  da  görünməz  olacaqdır.  Görünməz  ellips  ilə  də  digər  obyektlər 

üzərində aparılan əməliyyatları həyata keçirmək mümkündür. 

Düzbucaqli  və  ellipsi  birlikdə  seçdikdə,  rəng  palitrasından  istənilən  bir  rəngi 

seçib 


Mouse

‐un  sol  düyməsini  onun  üzərində  sıxdıqda,  düzbucaqlı  və  ellips  eyni 

rənglə boyanacaqdır. 

 

Şəkil 13.



 

Əlavə rəng çalarının seçilməsi 

Əgər  istifadəçi  əlavə  rəng  çalarını  əldə  etmək  istəyirsə, 

Mouse

–un  göstəricisini 



rəng palitrasının istənilən rənginin üzərinə gətirib sol düyməsini sıxaraq bir müddət 

saxlamalıdır.  Bu  zaman  seçilmiş  rəngin  köməkçi  rəng  çaları  masaüstündə 

görünəcəkdir. 

Mouse


‐un  sol  düyməsini  buraxıb  onu  təkrar  yardımçı  rəng  çalarının 

üzərində  sıxdıqda,  yaradılmış  obyektin  (məsələn,  düzbucaqlı,  ellips)  rəngi 

dəyişəcəkdir.  Əksinə,  sağ  düymə  sıxılarsa,  onda  obyektin  konturu  öz  rəngini 

dəyişəcəkdir (şəkil 10.). 

Digər  üsul  ilə  də  obyektin  və  konturun  rəngini  dəyişdirmək  mümkündür. 

Palitradan  rəngi  seçdikdən  sonra 

Mouse

‐un  sol  düyməsi  sıxılmış  vəziyyətdə,  onu 



obyektin  üzərinə  sürükləmək  lazımdır.  Bu  zaman 

Mouse


‐un  göstəricisi  formasını 

dəyişəcəkdir. Sol düyməni buraxan kimi obyekt (məsələn, düzbucaqlı) seçilmiş rəngə 

boyanacaqdır.  Əməliyyat  obyektin  konturu  üçün  edilərsə,  kontur  da  seçilmiş  rəngə 

boyanacaqdır. 

Beləliklə,  palitradan  rəngləri  seçməklə,  obyektləri  müxtəlif  rənglərlə  boyamaq 

mümkündür. 

Əgər  rənglər  palitrası  üzərində  istifadəçiyə  lazım  olan  rəng  olmazsa,  palitranın 

aşağı  və  yuxarı  hissəsində  yerləşən  sürüşdürmə  düymələrindən  istifadə  etməklə 

digər rəngləri əldə edə bilər. 

 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə