Daxili yanma mühərriki



Yüklə 58,13 Kb.
səhifə1/2
tarix11.12.2023
ölçüsü58,13 Kb.
#146885
  1   2
Daxili yanma mühərriki


Daxili yanma mühərriki
Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keçinAxtarışa keçin
Daxili yanma mühərriki — ardıcıl olaraq yanacağın yanmasından alınan enerjini mexaniki enerjiyə çevirən qurğudur. Yanacaq xaricində baş verən mühərriklər (məsələn buxar maşını, stiril mühərrik və b.) buraya aid deyildirlər. Qaz turbinləri isə daxili yanma mühərriki sayılır. Daxili yanma mühərrikləri (DYM) avtomobillərdəqatarlarda, hava nəqliyyatında və maşınlarda tətbiq edilirlər.

Mündəricat

  • 1İşləmə prinsipi

    • 1.1Təsnifatı

    • 1.2Tarixinə dair

  • 2Mənbə

İşləmə prinsipi[redaktə | mənbəni redaktə et]
DYM-də ümumi olaraq hava-yanacaq qarışı kamerada alovlandırılır və yandırlır. Yanacaq zamanı ayrılan istiliyin nəticəsində kamerada olan qazın genişlənməsi silindrdə olan porşeni və ya turbinin pərini itələyir. Vankel mühərrikində porşenlər ardıcıl olaraq işləyirlər. Çünki DYM çoxunda bunlardan Dizel prinsiplərindən istifadə edilir.
4-Gedişli Otto mühərrikinin işləmə prinsipi
Bütün 4 gedişli (taktlı) mühərriklər daimi olaraq iş prosesini təkrar edirlər. Bu proses aşağıdakı addımlardan ibarətdir:

  • 1-ci gediş:Sorma (Qaz və ya yanacaqla hava qarışığı) və ya yanacaq kamerasının sərbəst doldurulması. Giriş ventil açılır və çıxış ventil isə bağlı saxlanır. Kolba aşağı ölü nöqtəsində yerləşir.

  • 2-ci gediş: Sıxma (Yanacaq qarşığı sıxılır. Ventillərin ikisi də bağlı olur. Porşen aşağıya hərəkət edərək yanacaq-hava qarışığını sıxır. Porşen aşağı nöqtədən yuxarıya hərəkət edir. Bu nöqtəyə bir az qalmış yanacağa od vurulur. Bu Otto mühərriklərində kənar alışqanın hesabına, Dizel mühərriklərində isə öz-özünə avtomatik olaraq yerinə yetirilir.

  • 3-ci gediş: İşləmə (Yanacaq qarşığı yanır və porşen itələnir). Ventillər bağlı qalır.Temperaturun qalxması və qazın həcminin genişlənməsi nəticəsində kamerada təzyiq artır. Bu porşeni aşağı ölü nöqtəsinə qədər itələyir. Bu zaman porşen ilə şatunla əlqədə olan dirsəkli val hərəkətə gəlir və irəli-geri hərəkət fırlanma hərəkətinə çevrilir.

  • 4-ci gediş:İxracetmə (Yanmış qazın xaric edilməsi). Çıxış ventil açılır və yuxarıya (ölü nöqtəsinə)hərəkət edən porşen kamerada əmələ gəlmiş qazı xaricə itələyir. Qaz xüsusi borularda təmizlənərək ətraf mühitə ötürülür.

Sonuncu gedişlə bərabər olaraq kameraya yeni yanacaq sorulur və proses təkrarlanır. Yanancaq qarşığının sıxılması kimyəvi enerjinin mexaniki enerjiyə çevrilməsinə xidmət edir.
İki cür DYM mövcuddur. Onların iş tsiklləri bir-birindən fərqlənirlər. İki gedişli mühərriklərdə qazın sorulması və xarici və həmçinin sıxma və yanma prosesləri parallel baş verir. Burada da yuxarıda qeyd olunan tsiklin bütün mərhələləri baş verir. Sadəcə olaraq onlar 2 gedişli mühərrikdə kombinasiya olunublar. Onun üçün tam iş tsikli üçün 4 yox 2 gediş tələb olunur. Bu mühərriklərdə sorma və yanacaq qarşığının sıxılması mühərrikdən kənarda baş verir (çox vaxt dirsəkli valın alt hissəsində). Bu konstruksiyalarda dirsəkli val yalnız bir dəfə dönür. Qaz dəyişilməsi açıq halda baş verdiyindən, yanmış qazla təzə qazın nisbi qarışması baş verir.

Yüklə 58,13 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə