136
ilə o adı daşıyan obraz arasında heç də həmişə uyğunluq olmur.
Yəni birinin adı gözəldirsə, onun özü də adı kimi gözəl olmaya
bilər. Başqa bir tərəfdən nəzərə almaq lazımdır ki, bəzən heç də
gözəl adı olmayan birisi daxili aləmcə çox zəngin bir surət kimi
verilir. Obrazın adı ilə onun fəaliyyəti arasındakı fərqdən daha
çox üslubi məqamlardan təsirini artırmaq üçün istifadə olunur.
Buradan aydın olur ki, hər bir yazıçı obrazlara ad vermək
məqsədinə diqqətlə yanaşır. Bəzən əsərlərdə həmahəng adlardan
istifadə olunur. Məs.: ”Ağ dəvə” əsərində Ağakərim, Balakərim,
Əzizağa, Həsənağa, Ağahüseyn, İbadulla, Həmidulla; “Dolça”
povestində - Nailə, Firuzə, Kəmalə, Amalə adları müəyyən əsasla
xüsusilə son heca, ad və ya müəyyən səslə ahəngdardır. Bir şeyi
də qeyd etmək lazımdır ki, bu cür həmahəng adların qoyulması o
dövrün ad qoyma ənənəsi ilə bağlı olan məsələdir.
V.Vinoqradov göstərir ki, bədii ədəbiyyatda ad, familiya, lə-
qəblərin seçilməsi, müxtəlif janrlarda onların söz yaradıcılığı və
ya strukturası baxımından funksiyası bir çox nümunələrdə nüma-
yiş etdirə bilər. Bu üslubiyyatın ən böyük və mürəkkəb sahələrin-
dən biridir [4,5, 52-53].
Doğrudan da bədii ədəbiyyatda obraz adlarının seçilməsi və
onların mənalarının obrazın xarakteri ilə əlaqələndirmək əsərin
yazılması qədər çətindir. Çünki bədii ədəbiyyatda obrazın xarak-
terinin açılmasında da bir növ açar rolunu oynayır. Əgər “obraz
adı xarakter açılmasında, onun fəaliyyəti istiqamətinin müəyyən-
ləşdirilməsində, əsərin ideyasının asan başa düşülməsində epiqraf
rolunu oynayır” desək yanılmarıq [6,18].
Bu məsələ bir çox şəxslərin diqqətini cəlb etmişdir. Hətta
H.Əliyev “Ümumi antrponimika” adlı əsərində şəxs adlarının
araşdırılmasında bir sıra metodları göstərir: təsviri, tarixi, müqa-
yisəli-qarşılaşdırma metodu, areal metod, statistik metod”.
Müxtəlif üslubi metodlardan bəhs edərkən yazır ki, antroponimlər
üslubi tədqiqatlar üçün çox zəngin material verir. Antroponimlə-
rin ümumi və xüsusən üslubi cəhətlərini izah etmək üçün Elçinin
əsərlərinin bir neçəsinin adını çəkmək kifayətdir. Onun hekayələ-
rində ciddi, dərin, əhatəli və böyük həyat həqiqətləri canlandırılır.
137
Yazıçının hekayə qəhrəmanları da sadə, sıravi insanların cərgə-
sindən olub, aydın mənəviyyatlı, təbii xalq həyatını təmsil edən
yadda qalan, koloritli, parlaq obrazlardır. Yazıçı gerçəkliyə o qə-
dər sadiqdir ki, onun təsvir etdiyi obraz-ları oxucu nəinki duyur,
başa düşür, onları həyatda olduğu kimi görə bilir. Elçinin hekayə-
sindəki “aerodrom” papaqlı, bir az iddialı, əncirli, üzümlü həyət-
lərdə adi həyat sürən sıravi insanların daxili aləmi kimi, zahiri
görkəmləri də, adları da çox zaman bənzərsizdir. Elçin böyük bir
rəssam kimi öz qəhrəmanlarının heç kəsə, heç bir yazıçının əsər-
lərində olan surətlərə bənzəməyən, bütün cizgiləri ilə yalnız özü-
nünkü (Elçininki!) olan fərdiləşmiş rəsmini məharətlə çəkə bilir.
Müxtəlif illərdə Elçinin qələmindən çıxmış “Baladadaşın ilk
məhəbbəti”, “Ayaqqabı”, “Beş qəpiklik motosikl”, “Hotel Bris-
tol”, “Bu dünyadan qatarlar gedər”, “Bülbülün nağılı”, “Şuşaya
duman gəlib”, “Sarı gəlin”, “Araba”, “Qarabağ Şikəstəsi” və s. ki-
mi hekayələr kiçik janrın böyük bədii ölçülərinə və imkanlarına
yüksək səviyyədə cavab verən parlaq nümunələrdir. Elçinin yal-
nız hekayələri deyil, povestləri də, pyesləri də, romanları da
Elçinin “məxsusi janrıdır”.
Elçinin “Dolça” povesti bu janrda XX əsr boyu yazılmış ən
dəyərli əsərlərdən biridir. Müxtəlif illərdə qələmə alınmış “Bir
görüşün tarixçəsi”, “Toyuğun diri qalması”, “Bayraqdar” kimi po-
vestlərində də təsvir olunan həyat materialı və təqdim edilən in-
sanlar maraqlı, düşündürücü, mənalı, ən başlıcası isə bənzərsizdir-
lər! [1, 6]. Onun yaratdığı bu əsərləri də, obrazları da, obrazların
adları da tam olaraq bir-birini tamamlayır.
Müasir dövrdə belə bir tendensiya yaranmışdır ki, guya real
əsl adlarla şəxs adları arasında heç bir əlaqə yoxdur, onlar ancaq
şəxsi adlandırma, başqasından fərqləndirmə funksiyasına malikdir
[1, 6].
Ad qoyulması ilə bağlı “Qurani Kərim”də də mövcuddur. Al-
lah insanın taleyi və onun adla adlanmasını özü müəyyən edir.
Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, Elçin yaradıcılığı boyu
əsərlərinin hər birində Allahın adını çəkir ümumiyyətlə dini ad-
lara üstünlük verir. Nailə Rövşənqızı “Adınız sizə nə deyir?” adlı
138
məqaləsində yazır: Bu sahə ilə məşğul olan mütəxəssisləri adlarla
bağlı hər şey maraqlandırır: onların mənşəyi; dünyada məhşurlaş-
ması dinlə bağlı olub – olmaması və s. Hazırda onomastika elmi
bu mövzuda sualları adların insanın psixikası və psixologiyasına,
temperamenti və onun xarakterinə təsiri, həmçinin bu və ya digər
ada onun beyninin reaksiyası ətrafında qoyur. Adların gizli, hələ
tədqiq olunmamış fəaliyyətlə bağlı olması mistika deyil reallıqdır.
”Amerikalı həkimlər və psixiatrlar isə iddia edirlər ki, insanın adı
onun xarakterinə həmçinin onun fiziki və psixi sağlamlığına təsir
edən amillər arasındadır” [7]. Doğrudur nasirin bu yazılarıyla har-
dasa razılaşmaq olar. Bir şeyi də unutmayaq ki, hələ ta qədimdən
ulularımız övladlarına ad seçəndə qız üçün o adın gözəlliyinə,
oğlan üçün isə adın möhtəşəmliyinə xüsusi fikir verirdilər.
İslamdan qabaqki dövrdə “Dədə Qorqud” dastanlarında göstə-
rildiyi kimi xüsusi ad qoyma mərasimi keçirilərdi və burada adsız
qəhrəmanlar igidlik göstərdikdən sonra elin ağsaqqalı adqoyma
mərasimində iştirak edərdi və qəhrəmana ad qoyardı. “Adını mən
verdim, bəxtini, ömrünü isə yücə tanrı versin deyərdi” [8]. İslam-
dan sonra günü bu günümüzdə də ata-analar advermədə xüsusi
həssaslıq göstərirlər, baba və ya nənə öz adını yeni doğulmuş
nəvələrinə verir və yaxud gənc ailənin üzvüləri öz istəkləriylə
böyüklərin adlarını öz nəvələrinə qoyurdular.
Bu prinsip Elçinin əsərlərində də özünü göstərir. Onun “Sarı
gəlin” hekayəsində kiçik Fətullanın kiçik toyu üçün hədiyyə
almaq üçün o gümüş və firuzəylə bəzədilmiş evlərinin ən əziz və
qiymətli xatirəsi olan sədəfli balabanı satır. O, cavanlıqda dəlicə-
sinə sevdiyi Firuzə arvadın ehtiyac üzündən həyətdəki üzüm
ağacının yarpaqlarını yığıb satmaq və nəvəsinə hədiyyə almaq
istəyini bildirməsi Fətullanın hissiyatına, kişiliyinə toxunmuşdu,
özünə sindirə bilmirdi bunu, balaban və nəvəsi üçün Firuzənin
sonradan nə qədər yalvarış etməsinə baxmayaraq satmışdı.
Elçinin romanları da hekayə və povestləri kimi adi, təbii canlı
həyat materiallarından yoğrulmuşdur.Özünəqədərki, hətta öz döv-
ründə yaranmış inqilabi-tarixi, yaxud istehsalat romanlarından
fərqli olaraq, Elçinin romanlarında mühitimiz və məişətimiz aydın
Dostları ilə paylaş: |