133
Elçinin yaradıcılığında yuxarıda qeyd etdiyimiz kimi tam
7500-dən yuxarı təkrarlanan antroponimlərlə rastlaşdıq. Dildəki
antroponimlərin rolu və vəzifəsi eyni deyildir. Müxtəlif tarixi
dövrlərdə cəmiyyətdə işlənən antroponimlər bir-birində fərqlən-
mişdir. Azərbaycan xalqının qədim yaşayış dövründə ancaq şəxs
adları əsas olmuşdur.
“Kitabi-Dədə Qorqud” da da şəxs adları, əsas olmuşdur. Hə-
min dövrdə soyad, ata adı, ləqəb, titul və s. antroponimlər ya iş-
lənməmiş ya da az işlənmişdir. Lakin bir qədər sonra, orta
əsrlərdə ad və ata adı yanaşı işlənmişdir.
Azərbaycan xalqının adət-ənənəsinə soyad ənənəsi XIX əsr-
dən daxil olmuşdur. Lakin bu dövrə qədər də bir nəsli, bir tay-
fanın o nəslin adı ilə də adlandırmışlar və adla paralel şəxsin mən-
sub olduğu nəslin adı da çəkilərmiş. Sofu-oğlanları, Şahsevənlər
və s. adla adlandırılmışlar.
Jurnalist Z.Yusifov bu barədə yazır: “Ad insanın daimi yol
yoldaşıdır; yaxşısı başucalığı, pisi gülüş hədəfi. Ad valideynin
övladına bağışladığı ilk hədiyyədir: yaxşısı bir elin ürəyincə olur,
pisi könül sındırır. Nəhayət, ad bir milləti tanıdan ən gözəl nişa-
nədir, yaxşısını yaşadaq, pisini kənara ataq” [2].
Antroponimik kateqoriyalar müasir Azərbaycan dilinin lüğət
tərkibində iki formada işlənir:
1. Əsas adlar
2. Köməkçi adlar
Rəsmi qeydiyyatda alınan adlar əsas sayılır. Azərbaycanlılar
içərisində elə bir adam olmaz ki, onun şəxsi adı və yaxud atasının
adı olmasın. Müasir Azərbaycan ədəbi şifahi nitqində qeyd etdi-
yimiz antroponimik modellər çox zaman bütövlükdə işlənmir.
Bəzən ad təklikdə, bəzən də soyad ilə birlikdə işlənir.
İzabel Xanukoff, Amedeo Avandro, Marina Sutayeva, Vartan
Nersesoviç, Yevgeni Yevtuşenko, Leonid İliç Brejnev, Boris Ni-
konoviç Pnomoryov, Fərid Kazımlı, Mürşüd Gülcahani, Nəcəf
Ağayeviç, Vera Nikolayevna, Fazil Ziya, Lev Aleksandroviç,
Zilber, Mircəfər Bağırov, Tahir, Əbdül Qafarzadə, Yrdakiya Stan-
slavovna və b.
134
Göründüyü kimi Elçin yaradıcılığında işlənən ad + soyad
formasının çoxu alınma yəni, əcnəbi adlar və soyadlarıdır. Bu da
Elçinin milliliyi ilə bərabər müasirliyini də göstərir.
Elçin yarıcılığında həmçinin Azərbaycan antroponimik site-
mində köməkçi adlar kateqoriyasına daxil olan ləqəb, təxəllüs və
titul formalarına da geniş şəkildə rast gəlmək olur. Bunlar bil-
diyimiz kimi, hər hansı bir şəxsin həyat yaradıcılığının müəyyən
mərhələsində meydana gəlir və onun ya adına qoşularaq birgə, ya
da adını əvəz edərək təklikdə işlənir. Bunlara aid yuxarıda
nümunələr vermişik.
Şəxs adı cəmiyyətdə insanın birinin digərindən fərqləndiril-
məsi üçün şərti işlədilən sözə deyilir. Şəxs adı çox geniş anlayışır.
Elə buna görə də müasir Azərbaycan ədəbi dilində şəxs adı
anlayışı ilə bağlı bir çox termini işlənməkdədir.
Məs.: “adi ad”, “poetik ad”, “kişi adı”, “qadın adı”, “oğlan
adı”, “qız adı”, “dini ad”, “çox işlənən ad”, “rəmzi ad”, “müasir
ad”, “qədim ad”, “köhnə ad”, “gizli ad”, “nadir ad”, “qondarma
ad”, “qəşəng ad”. Hər bir xalqın mədəni inkişaf tarixində şəxs
adları böyük əhəmiyyət kəsb etmiş və edir. Elə buna görədir ki,
şəxs adları məsələsi tarixən xalqın görkəmli şəxsiyyətlərinin, alim
və yazıçılarımızın diqqət mərkəzində olmuşdur.
Azərbaycan şəxs adları müxtəlif xüsusiyyətlərdən ən başlıcası
kişi və qadın adlarını bildirməsidir. Bu xüsusiyyətə görə müasir
Azərbaycan şəxs adları 3 qrupa bölünür: -kişi adları, qadın adları,
kişi və qadın üçün müştərək işlənən adlar.
Qeyri-adi – bədii antroponimlərə ancaq yazılı ədəbiyyat və
folklorda müəyyən bədii məqsədlərlə bağlı müraciət olunan adlar-
dır. Bu tip adlara daha çox yazılı ədəbiyyatda rast gəlinir. Bu da
onunla bağlıdır ki, yazıçı əsərdə hər bir obraza ad qoyarkən bir
çox məqamları nəzərdən keçirir və obrazın bütün keyfiyyətlərini
tam şəkildə açmaq üçün bəzən uydurma adlardan istifadə edir.
Elçin də belə adlardan yan keçməmişdir. Onun əsərlərində belə
adlara tez-tez rast gəlmək mümkündür.
Hamıya məlumdur ki, antroponimlər bədii əsərin lüğət tərki-
binin əsas hissəsidir. Bədii əsərlərdə şəxs adları müəyyən məqsəd
135
üçün istifadə olunur. Əsərin məzmunu ilə əlaqədar şəxs adlarının
seçilməsi, bu adlarla hadisələrin münasibəti bir-biri ilə sıx bağlı-
dır. Tədqiqatçılar göstərirlər ki, yazıçı bədii əsərin digər xüsusiy-
yətləri ilə yanaşı antroponimlərin də işlədilməsinə xüsusi fikir
verirlər. Buradan aydın olur ki, yazıçılar obrazlara ad qoyarkən
ona diqqətlə yanaşır. Buradan aydın olur ki,yazıçılar obrazlara ad
qoyarkən ona diqqətlə yanaşır. Belə bir halı Elçinin əsərlərində də
görmək olar. Onun “Baladadaşın ilk məhəbbəti” adlı kitabının ön
sözündə “Mələklə mən arasında” giriş sözündə belə qeyd edir ki,
“Mən bu kitabın adını şirin və acısı ilə bərabər, yaşanmış illərin
ancaq mənə məxsus hiss-həyəcan şərəfinə “32” qoymaq istəyir-
dim, Amma, bax, indicə qələmi götürdüm və bu hekayələr toplan-
mış qovluğun üstündə həmin hekayələrdən birinin adını yazdım,
“Baladadaşın ilk məhəbbəti”.
Ona görə yox ki, 1972-ci ildə yazılmış bu hekayə məşhur
oldu, əsasında film çəkildi; bir çox dillərə tərcümə edildi. Mənim
Moskvada nəşr olunmuş rus dilində ilk kitabının adını daşıdı. Ona
görə yox ki, bu hekayəyə qədər “aerodrom” papaqlı Baladadaşlar
sənətdə ancaq satiranın hədəfi olurdu, az qala mənəvi məhdudluq
meyarına çevrilirdi və birdən-birə bu “aeodrom” papaqlı simaqə-
dər ustasının lirik-romantik (yəni insan) aləmi peyda oldu.
Yəqin daha çox ona görə ki, Baladadaşın varlığı, onun təmizli-
yi, iddiasızlığı, səmimiliyi mənim üçün 32 ilin daşınan yükü mü-
qabilində çox əhəmiyyətli bir şeydir [3,4].
Bir sənətkar kimi Elçinin başlıca xidməti ədəbiyyatı ideoloji
buxovlardan xilas edib onu həyata, insanlara, mənəviyyata ya-
xınlaşdırmaqdan, daha doğrusu, ədəbi fikrin adı həyat hadisələri
ilə qaynayıb qarışmasına nail olmaqdan ibarətdir. Elçin sadə
insanların adi həyatı, təbii psixologiyasını, yoldaşlığı gerçək həyat
tərzini öz axarında, ədəbiyyatda, idealogiyada olduğu kimi deyil,
həyatda olduğu kimi yüksək bədii-estetik səviyyədə və böyük
uğurla qələmə almışdır! (İsa Həbibbəyli; “ Böyük yazıçı düşüncə-
sinin qoşa qanadları” ustad haqqında söz).
Yazıçı əsərin adı ilə yanaşı obrazların adlarının seçilməsində
də bəzi məqamları nəzərə almalıdır. Belə ki, şəxs adlarının mənası
Dostları ilə paylaş: |