Демо Сонэ Плайбажк



Yüklə 5,52 Mb.
Pdf görüntüsü
səhifə53/240
tarix26.01.2018
ölçüsü5,52 Mb.
#22585
1   ...   49   50   51   52   53   54   55   56   ...   240

~ 114 ~ 

 

ABŞ  -  Iran münasibətlərinin daha da gərginləşməsi, mütərəqqi dünya 



ictimaiyy

əti  tərəfindən millətlərin öz müqəddəratını  təyin etmək hüququna 

göst

ərilən  sayğı  və  diqqət,  ən  başlıcası,  Iran  daхilindəki millətlərin milli 



özünüd

ərk və  öz müqəddəratını  təyinetmə  duyğusunun  güclənməsi, Güney 

Az

ərbaycan Türklərinin və  digər  xalqların  milli  siyasi  təşkilatlarının 



yaranması,  Quzey  Azərbaycan və  xaricdə  yaşayan  Azərbaycan Türklərinin 

Milli T


əşkilatlarının Güney Azərbaycan Milli Hərəkatını dəstəkləməsi İranın 

parçalanması  və  ya federasiyaya çevrilməsini  qaçılmaz  etməklə  bərabər, 

Güneyd

əki Azərbaycan Türklərinin milli istiqlal mücadiləsini daha inamla 



sürdürm

ək üçün əlverişli şərait hazırlamışdır. Həmçinin İranın Hakim dairələri 

İranı  çağdaş  bir  dövlət  halına  salıb  idarə  edə  bilmirlər. Onlar sadəcə  olaraq 

buna qadir deyill

ər. Iranda əhalinin vəziyyəti getdikcə  pisləşir.  Xalqın 

v

əziyyəti ağırlaşdıqca, təbii ki, onun etirazı da güclənir. İranda artıq müəyyən 



qüvv

ələr,  ən  başlıcası  isə  ayrı-ayrı  xalqar  öz  milli  haqlarını  almaq  uğrunda 

İranın mövcud rejiminə qarşı mübarizə aparırlar. Güney Azərbaycan Türkləri 

m

əhz tarixi ədalətin bərpası  uğrunda  mübarizə  aparır  və  çalışırlar ki, qan 



tökülm

ədən və  ya az qan tökülməklə  fəal mübarizə  aparıb  Güney 

Az

ərbaycanın müstəqilliyinə nail olsunlar. 



Bu gün dünyada, Güney v

ə Quzey Azərbaycanda Güney Azərbaycanın 

müst

əqilliyi və Bütöv Azərbaycanın yaranması üçün bir çox siyasi və ictimai-



siyasi t

əşkilatlar  yaranıb  və  bu yöndə  fəaliyyət göstərir.  Artıq  Bütöv 

Az

ərbaycan  ideyası  Elçibəy tərəfindən siyasi gündəmə  gətirilmiş,  Bütöv 



Az

ərbaycan Birliyi, Dünya Azərbaycanlıları  Konqresi,  Güney  Azərbaycan 

Milli H

ərəkatı  adlı  təşkilatlar  yaradılmışdır  ki,  bütün  bunlar  da  Güney 



Az

ərbaycanın  müstəqilliyi  uğrunda  mübarizənin  başlanması  deməkdir.  İndi 

artıq  birləşə  bilməyimizin  tarixi  şəraiti  yetışməkdə  və  əvvəlkilərdən daha 

üstün, daha gerç

ək bir imkan yaranmaqdadır. Ona görə də indi əsas məsələ bu 

t

əşkilatları bir araya gətirib vahid proqramla hərəkət etməkdir. Elə bir proqram 



işləyib  hazırlamaq  lazımdır  ki,  bu  təşkilatları  bir  araya  gətirə  bilsin və  bu 

vahid t


əşkilat  qarşıdan  gələn hərəkatı  tam  idarə  edə  bilsin.  Əks  təqdirdə 

h

ərəkat təşkilatı qabaqlayar və gələcəkdə əks qüvvələr təşəbbüsü ələ alaraq bu 



h

ərəkatın istiqamətini dəyişər və nəticədə indiyə qədər qazanılan bütün əməyi 

boşa çıxarar. Bəzi məlumatlara görə, Azərbaycanın Güneyində 50- yə qədər 

ictimai, m

ədəni və siyasi təşkilat fəaliyyət göstərir və onların hamısı da Güney 

Az

ərbaycanın  gələcəyi  haqqında  düşünürlər. Onlar bütün güclərini Güney 



Az

ərbaycanın  müstəqilliyinə  həsr etməyə  hazırdırlar.  Lakin  onların  hamısı 

müst

əqilliklə  bağlı  məsələdə  bir araya gələ  bilməsələr, vahid bir təşkilatda 



birl

əşməsələr, onların bütün zəhmətləri hədər gedə bilər.  




~ 115 ~ 

 

Unudulmamalıdır  ki,  Azərbaycan  8  milyonluq  bir  xalqın  deyil,  50 



milyonluq bir xalqın vətənidir. Xalqımızın milli şüuru yüksəldikcə o, bir yerə 

toplaşacaq, milli şüur mərkəzləşəcək, mərkəzləşmiş milli şüur Azərbaycanın 

birl

əşməsi problemini həll edəcək. Azərbaycanın bütövlüyü ilə bağlı Elçibəy 



göst

ərir ki: “Mənim (Elçibəyin  -  A.M.) ehtimal etdiyim ən düzgün, sakit 

variant Qüzeyd

əki dövlətin möhkəmlənməsi, güclənməsi, Güneydə  yeni 

dövl

ətin  yaranması  və  sonradan  bunların  arasında  danışıqlar  aparılıb 



birl

əşdirilməsidir...  Ancaq  tarix  bizim  arzumuzdan  asılı  deyil,  sabah  nə 

olacağını heç kəs deyə bilməz... Məncə, (Elçibəyə görə - A.M.) Azərbaycanın 

bütövl


əşməsi tarixi o qədər də yaxın deyil”.  

Bütün  bunların  həyata keçməsi  üçün  xalqımız  ilk  növbədə  öz milli 

kimliyini d

ərk etməli, öz dilini, tarixini, mədəniyyətini  qoruyub  saxlamalı, 

V

ətənin hər şeyinə sahib çıxmalı, onu aşağılamağa çalışanlara qarşı mübarizə 



aparmalıdır.  Xalqın  ziyalıları  Azərbaycan zərurətini dərk edib onu xalqa 

açıqlamalı, bölünmüş xalqların birləşmə təcrübələrini araşdırıb öyrənməli və 

öyr

ətməlidirlər.  Dini,  ideoloji,  dünya  görüşündən  asılı  olmayaraq  hər bir 



Az

ərbaycan Türkünün Güney Azərbaycan və  Bütöv Azərbaycan  uğrunda 

mübariz

əsi  onun  şərəf  işi  olmalıdır.  İndi  artıq  dünyada  yaşayan  bütün 



Az

ərbaycan Türklərinin milli ruhu Azərbaycana  qayıtmaqdadır.  Bu  milli 

ruhun qayıdışı Güney Azərbaycan Milli Hərəkatına yeni bir stimul verəcək və 

bu, 


ən  azı  Güney  Azərbaycanın  müstəqilliyi ilə  nəticələnəcək.  Bu  gün  artıq 

yüz minl


ərlə  Azərbaycan Türkü Güney Azərbaycanın  müstəqilliyi və  Bütöv 

Az

ərbaycan  ideyasının  daşıyıcısıdır.  Bu  ideya  daşıyıcılarının  milli  ruhu 



ümummilli bir h

ərəkat yaradacaq ki, bu hərəkatın  da  qabağında  dünya 

tarixind

ə lənətlənmiş, irticaçı, terrorist bir rejim tab gətirə bilməyəcək. Onların 

bu mübariz

əsi Güney Azərbaycan müstəqil olana və  Azərbaycan birləşənə 

q

ədər davam edəcək. Çünki bu birləşmə tarixi məntiqə uyğun təbii prosesdir. 



Xalqını,  millətini sevən hər bir Azərbaycan Türkünün qəlbində  Bütöv 

Az

ərbaycan məfkürəsi mövcüddur. Bu, əslində  milli ruhun, böyük xalq 



ruhunun bütövl

əşməsi deməkdir. Ruhi birlik dildə, fikirdə  və  işdə  birliyin 

əsasıdır. Dil təfəkkürlə bağlı olduğundan xalqımızın fikirdə birliyi, dil birliyini 

d

ə yaratmaqdadır. İndiki halda çalışmaq lazımdır ki, dil birliyi prosesi tezliklə 



başa  çatsın  və  işdə  birliyə  başlanılsın.  Çünki  dil  müstəqilliyi siyasi 

müst


əqilliyin  başlanğıcıdır.  Ona  görə  də, Güney Azərbaycanda mübarizənin 

ilkin  forması  dil  uğrunda  mübarizə  ilə  başlayıb  və  bu gün də  bu mübarizə 

davam etm

əkdədir. Bu mübarizənin tərəfdarları  çalışırlar  ki,  Türk  dili  də 

İranda dövlət dili və ya ən azı Güney Azərbaycanda aparıcı dil olsun. Bu dildə 

t

ədris aparılsın, ilk, orta və ali məktəblərdə tədris olsun. Türk dilində radio-




Yüklə 5,52 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə