~ 114 ~
ABŞ - Iran münasibətlərinin daha da gərginləşməsi, mütərəqqi dünya
ictimaiyy
əti tərəfindən millətlərin öz müqəddəratını təyin etmək hüququna
göst
ərilən sayğı və diqqət, ən başlıcası, Iran daхilindəki millətlərin milli
özünüd
ərk və öz müqəddəratını təyinetmə duyğusunun güclənməsi, Güney
Az
ərbaycan Türklərinin və digər xalqların milli siyasi təşkilatlarının
yaranması, Quzey Azərbaycan və xaricdə yaşayan Azərbaycan Türklərinin
Milli T
əşkilatlarının Güney Azərbaycan Milli Hərəkatını dəstəkləməsi İranın
parçalanması və ya federasiyaya çevrilməsini qaçılmaz etməklə bərabər,
Güneyd
əki Azərbaycan Türklərinin milli istiqlal mücadiləsini daha inamla
sürdürm
ək üçün əlverişli şərait hazırlamışdır. Həmçinin İranın Hakim dairələri
İranı çağdaş bir dövlət halına salıb idarə edə bilmirlər. Onlar sadəcə olaraq
buna qadir deyill
ər. Iranda əhalinin vəziyyəti getdikcə pisləşir. Xalqın
v
əziyyəti ağırlaşdıqca, təbii ki, onun etirazı da güclənir. İranda artıq müəyyən
qüvv
ələr, ən başlıcası isə ayrı-ayrı xalqar öz milli haqlarını almaq uğrunda
İranın mövcud rejiminə qarşı mübarizə aparırlar. Güney Azərbaycan Türkləri
m
əhz tarixi ədalətin bərpası uğrunda mübarizə aparır və çalışırlar ki, qan
tökülm
ədən və ya az qan tökülməklə fəal mübarizə aparıb Güney
Az
ərbaycanın müstəqilliyinə nail olsunlar.
Bu gün dünyada, Güney v
ə Quzey Azərbaycanda Güney Azərbaycanın
müst
əqilliyi və Bütöv Azərbaycanın yaranması üçün bir çox siyasi və ictimai-
siyasi t
əşkilatlar yaranıb və bu yöndə fəaliyyət göstərir. Artıq Bütöv
Az
ərbaycan ideyası Elçibəy tərəfindən siyasi gündəmə gətirilmiş, Bütöv
Az
ərbaycan Birliyi, Dünya Azərbaycanlıları Konqresi, Güney Azərbaycan
Milli H
ərəkatı adlı təşkilatlar yaradılmışdır ki, bütün bunlar da Güney
Az
ərbaycanın müstəqilliyi uğrunda mübarizənin başlanması deməkdir. İndi
artıq birləşə bilməyimizin tarixi şəraiti yetışməkdə və əvvəlkilərdən daha
üstün, daha gerç
ək bir imkan yaranmaqdadır. Ona görə də indi əsas məsələ bu
t
əşkilatları bir araya gətirib vahid proqramla hərəkət etməkdir. Elə bir proqram
işləyib hazırlamaq lazımdır ki, bu təşkilatları bir araya gətirə bilsin və bu
vahid t
əşkilat qarşıdan gələn hərəkatı tam idarə edə bilsin. Əks təqdirdə
h
ərəkat təşkilatı qabaqlayar və gələcəkdə əks qüvvələr təşəbbüsü ələ alaraq bu
h
ərəkatın istiqamətini dəyişər və nəticədə indiyə qədər qazanılan bütün əməyi
boşa çıxarar. Bəzi məlumatlara görə, Azərbaycanın Güneyində 50- yə qədər
ictimai, m
ədəni və siyasi təşkilat fəaliyyət göstərir və onların hamısı da Güney
Az
ərbaycanın gələcəyi haqqında düşünürlər. Onlar bütün güclərini Güney
Az
ərbaycanın müstəqilliyinə həsr etməyə hazırdırlar. Lakin onların hamısı
müst
əqilliklə bağlı məsələdə bir araya gələ bilməsələr, vahid bir təşkilatda
birl
əşməsələr, onların bütün zəhmətləri hədər gedə bilər.
~ 115 ~
Unudulmamalıdır ki, Azərbaycan 8 milyonluq bir xalqın deyil, 50
milyonluq bir xalqın vətənidir. Xalqımızın milli şüuru yüksəldikcə o,
bir yerə
toplaşacaq, milli şüur mərkəzləşəcək, mərkəzləşmiş milli şüur Azərbaycanın
birl
əşməsi problemini həll edəcək. Azərbaycanın bütövlüyü ilə bağlı Elçibəy
göst
ərir ki: “Mənim (Elçibəyin - A.M.) ehtimal etdiyim ən düzgün, sakit
variant Qüzeyd
əki dövlətin möhkəmlənməsi, güclənməsi, Güneydə yeni
dövl
ətin yaranması və sonradan bunların arasında danışıqlar aparılıb
birl
əşdirilməsidir... Ancaq tarix bizim arzumuzdan asılı deyil, sabah nə
olacağını heç kəs deyə bilməz... Məncə, (Elçibəyə görə - A.M.) Azərbaycanın
bütövl
əşməsi tarixi o qədər də yaxın deyil”.
Bütün bunların həyata keçməsi üçün xalqımız ilk növbədə öz milli
kimliyini d
ərk etməli, öz dilini, tarixini, mədəniyyətini qoruyub saxlamalı,
V
ətənin hər şeyinə sahib çıxmalı, onu aşağılamağa çalışanlara qarşı mübarizə
aparmalıdır. Xalqın ziyalıları Azərbaycan zərurətini dərk edib onu xalqa
açıqlamalı, bölünmüş xalqların birləşmə təcrübələrini araşdırıb öyrənməli və
öyr
ətməlidirlər. Dini, ideoloji, dünya görüşündən asılı olmayaraq hər bir
Az
ərbaycan Türkünün Güney Azərbaycan və Bütöv Azərbaycan uğrunda
mübariz
əsi onun şərəf işi olmalıdır. İndi artıq dünyada yaşayan bütün
Az
ərbaycan Türklərinin milli ruhu Azərbaycana qayıtmaqdadır. Bu milli
ruhun qayıdışı Güney Azərbaycan Milli Hərəkatına yeni bir stimul verəcək və
bu,
ən azı Güney Azərbaycanın müstəqilliyi ilə nəticələnəcək. Bu gün artıq
yüz minl
ərlə Azərbaycan Türkü Güney Azərbaycanın müstəqilliyi
və Bütöv
Az
ərbaycan ideyasının daşıyıcısıdır. Bu ideya daşıyıcılarının milli ruhu
ümummilli bir h
ərəkat yaradacaq ki, bu hərəkatın da qabağında dünya
tarixind
ə lənətlənmiş, irticaçı, terrorist bir rejim tab gətirə bilməyəcək. Onların
bu mübariz
əsi Güney Azərbaycan müstəqil olana və Azərbaycan birləşənə
q
ədər davam edəcək. Çünki bu birləşmə tarixi məntiqə uyğun təbii prosesdir.
Xalqını, millətini sevən hər bir Azərbaycan Türkünün qəlbində Bütöv
Az
ərbaycan məfkürəsi mövcüddur. Bu, əslində milli ruhun, böyük xalq
ruhunun bütövl
əşməsi deməkdir. Ruhi birlik dildə, fikirdə və işdə birliyin
əsasıdır. Dil təfəkkürlə bağlı olduğundan xalqımızın fikirdə birliyi, dil birliyini
d
ə yaratmaqdadır. İndiki halda çalışmaq lazımdır ki, dil birliyi prosesi tezliklə
başa çatsın və işdə birliyə başlanılsın. Çünki dil müstəqilliyi siyasi
müst
əqilliyin başlanğıcıdır. Ona görə də, Güney Azərbaycanda mübarizənin
ilkin forması dil uğrunda mübarizə ilə başlayıb və bu gün də bu mübarizə
davam etm
əkdədir. Bu mübarizənin tərəfdarları çalışırlar ki, Türk dili də
İranda dövlət dili və ya ən azı Güney Azərbaycanda aparıcı dil olsun. Bu dildə
t
ədris aparılsın, ilk, orta və ali məktəblərdə tədris olsun. Türk dilində radio-