Демо Сонэ Плайбажк



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə59/227
tarix08.09.2018
ölçüsü2,16 Mb.
#67724
1   ...   55   56   57   58   59   60   61   62   ...   227

mənbələrində   “Skuthoi”   (İskit,   Skuz),   Hind   mənbələrində   “Caka”,   fars

mənbələrində “Saka” adlandırılan Sak (İskit, Skif və s.) Türklərin ana yurdunu

bir   çox  tədqiqatçılar   Batı   Sibir   və   Tanrı   dağları,   bəziləri   Dunay  və   Volqa

çayları   ətrafı,   bəziləri   Qara   dəniz   sahilləri,   bəziləri   də   Orta   Asiya   və

Türküstanla bağlayırlar. Onların fikrincə Sakların ilk boyları eradan əvvəl VIII

əsrdə Tanrı dağları, Fərqanə və Kaşğar bölgəsindən qərbə doğru köç etmiş,

onların bir qolu Aral gölü və Sayhun çayı  (Sır-Dərya)  ətrafında yerləşmiş,

digər bir qolu Xəzər dənizinin quzeyindən keçərək güney Rusiyaya getmiş, bir

qismi   də   Qara   dənizin   quzeyinə   gələrək   bu   bölgədə   öncədən   yaşayan

Kimmerləri   Qafqazın   güneyinə,   oradan   da   Ön   Asiyaya   doğru   köç   etməyə

məcbur etmiş və bu bölgələrdə yerləşmiş, böyük bir İmperatorluq qurmuş və

müxtəlif səbəblərdən bu İmperatorluq dağılmış və Saklar müxtəlif ölkələrə

köç etməyə məcbur olmuşlar.

Bu   fikri   qəbul   etməyən,   Sakların   tarixi,   dili   və   ədəbiyyatı   haqqında

sanballı bir əsər yazan Azərbaycan alimi Bəxtiyar Tuncay özünəqədərki bir

çox mənbə və elmi əsərləri saf-çürük edərək belə bir elmi qənaətə gəlmişdir

ki: “Bu fikir gerçəyi o zaman əks etdirmiş olardı ki, “Sak” etnoniminə Aşşur-

Babil   qaynaqlarından   daha   qədim   qaynaqlarda   rastlanmış   olaydı   və   həmin

qaynaqlarda bu etnik qrupdan başqa ölkənin sakinləri kimi söz açılaydı. Lakin

belə mənbələr yoxdur. Saklardan bəhs edən ən qədim qaynaqlar məhz Aşşur-

Babil mixi kitabələridir və həmin kitabələr Saklardan məhz Azərbaycan və Ön

Asiya  sakinləri kimi  söz açmaqdadırlar. Orta Asiya  Saklarından bəhs edən

mənbələrə   gəlincə   onlar   haqqında   söz   açdığımız   kitabələrdən   (Assur-Babil

mixi yazılarından-A.M.) çox-çox sonrakı əsrlərə aiddirlər. Bu isə o deməkdir

ki, mənbələr Sakların Orta Asiyadan Ön Asiya və Azərbaycana gəldiklərini

deyil,   əksinə   Azərbaycandan   Orta   Asiya   istiqamətinə   köç   etdiklərini

təsdiqləyir.. Arxeoloji tapıntılar da eyni şeyi isbat etməkdədir” (Bax: Bəxtiyar

Tuncay, göstərilən əsəri, səh.19).

Bəzi   tədqiqatçılar   Heredota   istinadən   belə   bir   fikir   irəli   sürürlər   ki,

Sakların   (İskitlərin,   Skiflərin)   Azərbaycan   və   Ön   Asiya   ərazilərində

yaşamalarının   başlanğıcı   eradan   əvvəl   XV   əsrə   aiddir.   Eradan   əvvəl   II

minilliyin   ortalarında   formalaşan   Saklar   600-700   ildən,   Kimmerlərin

tənəzzülü başlayandan sonra özlərinin inkişaf mərhələsinə qədəm qoymuş və

nəhayət   eradan   əvvəl   VII   əsrdə   Azərbaycan   və   Ön   Asiyada   özlərinin

dövlətlərini   yaratmışlar.   Bu   müəlliflər   öz   fikirlərini   əsaslandırmaq   üçün

Heredotun   “İskitlərin   ilk   hökmdarı   Tarqıtay   dövründən   I   Daranın   onların

ölkəsinə hücumuna qədər 1000 (min) il keçmişdir” ifadəsini əsas götürmüş və

Sakların Azərbaycan və Ön Asiyada I Daradan min il öncə məskunlaşdığını

əsaslandırmağa çalışmışlar.



İstər eradan əvvəl VII-VI əsrlərə aid Assur mənbələrinə, istər eradan

əvvəl V əsrdə yaşamış Heredota, istər eradan əvvəl I əsrdə yaşamış Sicilyalı

Diadora və istərsə də bir çox müasir tədqiqatçılara görə Saklar ilk öncə Araz

çayı sahillərində yaşamış, sonradan Avrasiyanın geniş ərazilərinə yayılmışlar

(Bax: Qeredot, İstoriya, Moskva 1985; Aliyev İ., İstoriya Midii, Baku 1960;

İsmayıl   M.,   Azərbaycan   xalqının   yaranması,   Bakı   1955;   Bəxtiyar   Tuncay,

göstərilən əsəri və s.) 

Bu   gün   belə   Azərbaycan   ərazisində   bu   qədim   Türk   xalqının   adını

daşıyan onlarla yer adı mövcuddur (Sakkız, Sak dağı, Sakkarsu, Şəki və s.). 

Azərbaycan   və   ümumiyyətlə   bütün   Türk   xalqlarının   etnogenezisində

mühüm   rol   oynayan   Kimmer   və   Saklarla   bağlı   toponimik   adlara   həm

Azərbaycan, həm Ön, Orta və Kiçik Asiyada, həm quzey Qafqazda, həm Qara

və Azov dənizi, həm Dunay, Dnepr və Don çayları sahillərində rast gəlinir ki,

bu da Sak Türklərinin geniş bir əraziyə yayılmalarını göstərir.

Tədqiqatçıların fikrincə həm Kutilər, həm Kimmerlər, həm Saklar, həm

də   Madaylar   (Midiyalılar)   eyni   dildə   və   ya   eyni   dilin   müxtəlif   ləhcə   və

şivələrində   danışan   eyni   etnosun-Türk   etnosunun   müxtəlif   konkret   soy   və

boyları olmuş, müxtəlif dövrlərdə onlardan hər hansı biri üstün vəziyyətdə

olduğu dövrdə həmin qövmün adı digərləri üçün də ümumiləşdirici ad kimi

çıxış   etmişdir   (Seçmələr   bizimdir-A.M.   Bax:   Bəxtiyar   Tuncay,   göstərilən

əsəri, səh. 127, 130).

Qədim mənbələrə görə Sakların bir qolu oturaq, digər bir qolu da köçəri

həyat sürmüş, həm əkinçilik, bağçılıq, həm də maldarlıq və heyvandarlıqla

məşğul   olmuşlar.   Oturaq   Saklardan   fərqli   olaraq   köçəri   Saklar   əlverişsiz

yerlərdə uzun müddət qalmamış, iqlim və mövsümə görə özlərinə yeni-yeni

yurdlar aramışlar. Ona görə də oturaq Saklardan fərqli olaraq köçəri Saklarla

bağlı hər hansı bir şəhər adına və onlara aid rəsm, heykəl və qabartma kimi

sənət   əsərlərinə   rast   gəlinməmişdir.   Lakin   oturaq   Saklardan   fərqli   olaraq

köçəri   Saklar   bəşəri   bir   mədəniyyət   yaratmışlar.   Saklara   aid   qazıntılar

nəticəsində   Güney   Azərbaycandan   Skandinaviyaya,   Skandinaviyadan   Sakit

okean sahillərinə, Şərqi Avropa və Qara dənizin qərb və şimal sahillərindən

Çin   səddinə   qədər   yüzlərlə   kurqan   tapılmışdır   ki,   bu   kurqanlardan   tapılan

zəngin   mədəniyyət   nümunələrinin   belə   bir   böyük   ərazidə   yayılmasına

baxmayaraq onların hamısı bir-birinə oxşardır. Bu onunla bağlıdır ki, köçəri

Saklar   özlərinin   yaratdıqları   sənət   əsərlərinin   böyük   bir   qismini   özləri   ilə

bərabər getdikləri yerlərə aparmışlar. 



1.6.

Hun Türkləri


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə