Демо Сонэ Плайбажк



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə58/227
tarix08.09.2018
ölçüsü2,16 Mb.
#67724
1   ...   54   55   56   57   58   59   60   61   ...   227

məmləkət   şiə-sünnü   və   ya   şəriət   və   din   oyunundan   qurtulmayıb   İranın

dеmokratikləşməsi qеyri-mümkündür. 

2)   İran   fеdеrativ   dövlətə   çеvrilə   bilər   və   Günеy   Azərbaycan   da   bu

fеdеrasiya subyеktlərindən biri ola bilər. 

3) İran konfеdеrativ dövlətə çеvrilə bilər və Günеy Azərbaycan da bu

konfеdеrasiya subyеktlərindən biri ola bilər. 

4) Günеy Azərbaycan İrandan ayrılıb müstəqil dövlətə çеvrilə bilər və

müstəqillik qazandıqdan sonra da a) ya müstəqil dövlət kimi fəaliyyət göstərə

və ya; 

5)   Günеy   Azərbaycan   Quzеy  Azərbaycanla   birləşib   vahid   bir   dövlət



olar. 

Günеy   Azərbaycanda   milli   müstəqillik   idеyasının   hələ   yеtişmədiyini

dеyənlər Günеy Azərbaycandan, oradakı prosеslərdən xəbəri olmayanlardır.

Onlar məsələyə içdən dеyil, dışdan yanaşır, ayrı-ayrı informasiya vasitələrinin

dеzinformasiya   məlumatlarından   istifadə   еdərək   özləri   də   bilmədən   səhv

müddəalar   irəli   sürürlər.   Hətta   bunlardan  bəziləri   İran  dеyilən   məmləkətdə

1905-1911-ci illər Səttarxan Məşrutə İnqilabını, 1920-ci il Xiyabani hərəkatı

ilə   nəticələnən   Azadıstan   dövlətini,   1946-cı   il   Pişəvərinin   rəhbərliyi   ilə

yaranan  Azərbaycan  Milli   hökumətini   sadalaya-sadalaya  bеlə   bir   fikir   irəli

sürürlər   ki,   «Milli   Azadlıq   hərəkatı   bir   nеçə   mərhələdən   kеçməlidir».   Bu

mərhələləri onlar maariflənmə,  oyanış,  dirçəliş, özünütəsdiqеtmə  və istiqlal

mərhələlərinə bölürlər və bеlə bir nəticəyə gəlirlər ki, «Günеy Azərbaycandakı

soydaşlarımız   maariflənmə   və   oyanış   mərhələsini   artıq   kеçiblər.   Onlar

özünüdərk   prosеsini   başa   vurmalı,   daha   sonra   istiqlala   başlamalıdırlar».

Məlumat   üçün   bildiririk   ki,   Günеy   Azərbaycan   Türkləri   artıq   özünüdərk

prosеsini çoxdan başa vurub. Bu gün artıq onlar milli müstəqillik və hətta

Bütöv   Azərbaycan   uğurunda   mübarizəyə   başlayıblar.   Onlar   öz   müqəddəs

Vətənləri   olan   Azərbaycanın   sahibi   olana   qədər   mübarizələrini   davam

еtdirmək əzmindədirlər. 

1.5.

Saka (Skif) Türkləri



“Tufan”dan   sonra   Azərbaycan   ərazisində   Munna   (Manna)   ilə   yanaşı

Kimmer-İskit-Sak   padşahlığı   da   yaranmışdı.   Bəzi   tədqiqatçılara   görə

Kimmerlər eradan əvvəl VIII əsrdə Azərbaycan və Ön Asiyada yaşayan yerli

(avtoxton)   Türk   etnosudur.   Onların   fikrincə,   Kimmerlərin   Türk   olmasını

qədim   Assur   mənbələrində   göstərilən   Tuşbay,   Tuqdamay,   Sandakşatru,

Sandakur   və   s.   kimi   Kimmer   hökmdarlarının   adları   da   sübut   edir.   Tarixi

qaynaqlar göstərir ki, Kimmerlər eradan əvvəl 715-ci ildə Araz çayını keçərək

Urartu  ordularını  məğlub  etmiş,   Urartu  ərazilərinin  böyük   bir  qismini  zəbt

edərək   Anadolu   ərazisində   məskunlaşmışlar.   Assur   mənbələri   Kimmerləri

“Qamira” deyə adlandırmış, onlardan Munna (Manna) sakinləri, Homer isə “at

südü sağanlar” kimi bəhs etmişlər. Assur mənbələrində həmçinin Kimmerlərin

xaqanı   Tuqdamma   Qutium   və   Saka   ölkəsinin   və   Sakların   hökmdarı   kimi

təqdim edilmişdi. Qədim Alban tarixçisi Musa Kağankatlının yazdığına görə

Kimmerlər   Həzrəti   Nuhun   oğlu   Yafəsin   oğullarından   biri   olan   Qamərin

nəslindəndirlər. Müəllif Qaməri Albaniyanın Yafəsdən sonrakı ikinci böyük

Xaqanı hesab edir. (Seçmələr bizimdir-A.M. Bax: Kalankaytuklu M., Alban

tarixi, Bakı 1993, səh. 14-15).

Qədim   Midiyada   “Kimirra”   şəhəri,   güney   Anadoluda   “Kemerli”   və

“Qamir”, bu gün belə Qamərin adını daşıyan Quzey Azərbaycanın Zaqatala

bölgəsindəki   “Qımır”   və   “Qımırlı”,   “Qəmərli   və   Kəmərli”,   Qərbi

Azərbaycandakı “Gümrü”, Güney Azərbaycandakı “Kəmər, Komar, Xomarlu,

Kəmərabad, Qəmərabad, Kəmərdaran”, Borçalı mahalındakı “Böyük Kəmərli,

Kiçik Kəmərli” və s. kimi yer adlarının mövcudluğu və qədim Azərbaycan

xalq   mahnısı   “Qəmərim”də   göstərir   ki,   Kimmer   Türkləri   məhz   qədim

Azərbaycanın və Ön Asiyanın avtoxton (yerli) xalqıdır.

Eradan   əvvəl   VIII-V   əsrlərə   aid   mənbələrdə   Kimmerlərlə   Saklar

(İskitlər, Skiflər) və Massagetlər eyniləşdirilmiş, Kimmer və Saklardan Munna

(Manna) və Urartunun güney, Massagetlərdən isə Quzey Azərbaycan sakinləri

kimi bəhs etmişlər. Və bu eyni etnik qövmlər arasında özlərindən öncəki Türk

Kuti və Munna mirası uğrunda amansız qanlı çatışmalar başlamışdı. Eradan

əvvəl VII əsrdə Kimmer və Sak Türklərinin bir qismi Güney Azərbaycanda,

digər   bir   qismi   də   Anadolunun   güneyində   hakim   mövqeyə   yüksəlmiş,

beləliklə,   biri   Azərbaycanda-Munnada,   digəri   Anadoluda-Urartunun

güneyində iki mərkəz yaranmışdı ki, Munnanın quzey-batı və batı ərazilərində

yaşayanlara   İşpakay,   Urartunun   güneyində   olanlara   isə   Partatua   rəhbərlik

etmişdir. Sakların böyük başçılarından sayılan İşpakay Assurlarla döyüşlərin

birində   həlak   olmuş,   Assurlarla   döyüşdən   imtina   edən   Urartunun

qonşuluğundakı Partatua isə Assur hökdarı Asarhaddonun qızı ilə evlənərək




onun müttəfiqinə çevrilmişdi. Heredot Partatuanı “Prototiy” kimi göstərmiş,

bəzi   tədqiqatçılar   isə   səhv   olaraq   İkinci   Böyük   Turan   İmperatoru   Alp   Ər

Tonqanı-Əfrasiyabı sak hökmdarı Partatua ilə eyniləşdirmişlər. Halbuki İkinci

Böyük   Turan   İmperatorluğunun   Xaqanı   Alp   Ər   Tonqa   (Oğuz   Xaqan,

Əfrasiyab)  ilə Sak hökmdarı Partatuanı ən azı doqquz min illik bir zaman

kəsiyi ayırır.

Partatuadan   sonra   oğlu   Madi   də   Assurlarla   ittifaqa   sadiq   qalmış,

Assuriyanın müttəfiqi kimi Kiçik Asiyada hərbi əməliyyatlarda iştirak etmiş,

Midiyanın   Assuriyaya   müdaxiləsinə   maneçilik   törətmişdi.   Nəhayət,   eradan

əvvəl   VII   əsrin   ortalarında   Sak   hökmdarı   Tuqdamma   bütün   qohum   etnik

qövmləri-Kutiləri, Subarları, Turukkuları, Kumenləri, Kimmerləri və Sakları

da   öz   hakmiyyəti   altında   birləşdirərək   Kimmer-İskit-Sak   padşahlığını

yaratmışdı. Munna və Urartunun güneyindəki hər iki mərkəzi birləşdirib Sak

və   Kuti   ölkəsinin  hökmdarı   rütbəsini   qazanan  Tuqdamma   Assur   hökmdarı

məşhur   Aşşurbanipalla   (e.ə.   668-626)   müqavilə   bağlamış,   sonralar   Kiçik

Asiya döyüşlərinin birində həlak olmuşdu. Heredot Tuqdammanı “Liqdames”,

Dyakonov “Duqdamis”, bəzi tədqiqatçılar isə “Toxtamış” kimi göstərmişlər

(Bax:  Qeredot,  İstoriya,   Moskva  1985;  Dyakonov,   İ.  M.,  İstoriya   Midii  ot

drevneyşix vremyon do konça IV v. do n.e., M,-L., 1956; Qeybullayev, Q.A.,

K etnoqenezu azerbaydjantsev, Baku 1989 və s.).

Güney   Azərbaycanın   qərbində   və   Anadolunun   güneyində   yaranan

Kimmer-İskit-Sak padşahlığı Quzey Azərbaycanın da müəyyən bir hissəsini

öz hakimiyyəti altında birləşdirərək hər iki Azərbaycanı özündə əks etdirən bir

dövlət meydana gətirmişdi. Lakin eradan əvvəl VI əsrin əvvəllərində yaranan

güclü Midiya dövləti ilə rəqabət apara bilməyən Kimmer-İskit-Sak padşahlığı

tənəzzülə uğramış və Saklar Azərbaycan və Ön Asiyadan dünyanın müxtəlif

yerlərinə köç edərək ayrı-ayrı yerlərdə müxtəlif dövlət və hətta İmperatorluq

qurmuşlar. (Kimmer-İskit-Sak padşahlığı haqqında daha geniş məlumat üçün

bax:   Azərbaycan   tarixi,   Bakı   1994,   səh.   102-105;   İsmayıl   Məmmədov,

Azərbaycan tarixi, Bakı 2005, səh 30-32; Yunus Oğuz, Qədim Anadolu və

Azərbaycan Türkləri, Bakı 2002, səh. 45-55; Bəxtiyar Tuncay, Sakların tarixi,

dili və ədəbiyyatı, Bakı 2009 və s.).

Azərbaycan, Ön və Kiçik Asiyadan çıxaraq bir çox bölgələrə yürüşlər

edən,   həyatları   atlı   arabalar   üzərində   keçən,   “bütün   Asiya   üzərində   öz

hakimiyyətlərini   bərqərar   edən   Saklar”   (Aliyev   K.,   Antiçnıye   istoçniki   po

istorii   Azerbaydjana,   Baku   1987,   səh.   14)   Avrasiya   çöllərinə   və   Altaylara

qədər yayılmışdılar.

Qədim Assur mənbələrində “Aşquzay” (Aşquzlar), Babil mənbələrində

“İşquzay”   (İşquzlar),   qədim   Yəhudi   mənbələrində   “Aşquz”,   qədim   Yunan



Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə