Демо Сонэ Плайбажк



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə9/227
tarix08.09.2018
ölçüsü2,16 Mb.
#67724
1   ...   5   6   7   8   9   10   11   12   ...   227

İmperiyasının   tarixini   iki   dövrə-qədim   və   yeni   dövrə   bölmək   olar   ki,

Mayyaların   ən   qədim   dövrü   də   məhz   Mu   qitəsi   və   Günəş   İmperiyası   ilə

bağlıdır. Ceyms Çörçvord məşhur arxeoloq V. Nivenin Meksikada topladığı

2600-ə qədər gil lövhəni incələyərək belə qərara gəlmişdi ki, bu lövhələrin ən

azı 12 min ildən artıq yaşı var.

Mu xalqı qədim dünya mədəniyyətinin, maarifinin, elminin, təhsilinin

və ticarətinin də inkişafında əvəzsiz rol oynamışlar. Onların sayəsində onların

davamçıları   olmuş   Uyğur   Türkləri   Hind-Çində,   Türküstanda,

Mesopatomiyada, Azərbaycanda qədim Mayalılar isə Orta Amerikada tarixdə

görünməmiş   bir   “Elm   İmperatorluğu”   qurmağa   nail   olmuşdular.   Onlar

xüsusilə,   riyaziyyat,   astronomiya,   həndəsə,   fizika,   kimya   və   memarlıq

sahəsində   çox   inkişaf   etmiş,   heyrətamiz   irəliləyişlər   əldə   etmişdilər.

Tədqiqatçıların   fikrincə   “Mayyalıların   öz   zamanlarında   yaratdıqları

rəsədxanalar XVIII əsrdəki Paris qülləsindən daha mükəmməl idi”.

Amerika Mayyalıları da Misirlilər kimi Günəş İmperatorluğundan əxz

etdikləri elm sayəsində sonsuzluq haqqında fikirlər yürütmüş, piramidaların

yaradıcısı olmuş, astronomik tablolar və riyazi bilgilərlə günün saatlarını və

ilin fəsillərini ölçüb-biçmişlər. Onlar dünya riyaziyyat tarixində “sıfırı” kəşf

edən,   dünya   tibb   elmində   ilk   beyin   əməliyyatı   aparan   xalq   olmuşlar.

Mayyalıların   mükəmməl   Günəş   və   Ay   təqvimləri,   Veneranın   vəziyyətini

göstərən   dəqiq   cədvəlləri   olmuşdur.   Tədqiqatçıların   fikrincə   Mayyalıların

müasir tibbin çox yaxın zamanlarda kəşf etdiyi “bakteriya” haqqında bilgiləri

olmuşdu. Mayyalılar kimya, biologiya və əczaçılıq elmləri sahəsində də çox

böyük   uğurlar   əldə   etmişdilər.   Ümumiyyətlə,   Mayyalılar   elmin   müxtəlif

sahələrində   mədəniyyətin   ən   yüksək   zirvəsinə   yüksəlmiş,   xüsusilə   tibb   və

memarlıq   sahəsində   çox   böyük   uğurlar   əldə   etmişdilər.   Mayyalıların   ən

əzəmətli binaları Yükatanın ən böyük şəhəri olan Uxmaldadır. Arxeoloqlar

Yükatanda üst-üstə inşa edilən qədim 7 mərtəbəli binalara rast gəlmişlər.

Qədim Maya  İmperatorluğu dövründə Mayalılar güclü mərkəzə sahib

deyildilər. İmperiya siyasi baxımdan ortaq din, mədəniyyət və yazıya malik

ayrı-ayrı   ölkə   və   şəhər   federasiyasından   ibarət   idi.   Hər   ölkə   və   şəhər   öz

hökuməti tərəfindən idarə olunmuş, siyasətini özü tənzimləmiş, hər ölkə və

şəhər   öz   yaşayışını   özü   həll   etmiş   və   hər   ölkə   və   şəhərin   sənətkarlıq

baxımından öz memarlıq üslubu olmuşdu. Bütün bunlarla yanaşı hər ölkə və

şəhər İmperiyanın bir hissəsi idi və bir təhlükə baş verdikdə bu federasiya

subyektləri mərkəzə  tam bağlanır  və İmperatorluğun iradəsinə  tabe olurdu.

Qədim  Mayalıların  ən  yüksək  dini   və  siyasi  gücü  hökmdarda   toplanmışdı.

Maya hökmdarı da Misir fironları kimi dini və hərbi hakimiyyətə malik idi.

Maya   xalqı   dini   baxımdan   öz   hökmdarlarına   böyük   hörmət   bəsləyirdi.



Hökmdardan   aşağıda   əsillilər   sinfi,   onlardan   aşağıda   elm   adamları   və

zadəganlar zümrəsi, daha sonra isə ən böyük zümrə olan sənətkarlar zümrəsi

gəlirdi.   Qədim   Mayyada   köləlik   olmamışdır.   Maya   İmperiyasının   paytaxtı

Hiranipura şəhəri (Tədqiqatçıların fikrincə Hiranipura “Okeanda yaşayanların

yurdu” deməkdir-A.M.), əhalisi təqribən 30 milyon nəfər olmuşdu.

Ümumiyyətlə,   Mayya   mədəniyyəti   və   onların   Türk   tarixi   ilə   əlaqəsi

haqqında   XX   əsrin   20-30-cu   illərində   elmi   araşdırmalar   aparılsa   da   bu

araşdırmalar uzun zaman üzə çıxarılmamışdır. Bu baxımdan Türk alimi Sinan

Meydanın,   Tatar   alimləri   Karamullin   və   Aribcanovun   araşdırmalarını   bu

pərdənin üstünü açan ilk təşəbbüslərdən saymaq olar. (Bax: Sinan Meydan,

Atatürk və Kayıp kıta Mu, Truva 2005; Vaprosı tyurkskoqo yazıkoznaniya,

Kazan 1976, səh. 129-143; M. Qordiyeva, İx toçka zreniya,  Moskva 1976,

səh. 79-80).

Maya İmperatorluğunda yazıdan da istifadə edilmişdir. Tədqiqatçıların

fikrincə bu yazıların bəziləri Maya memarlığında simvolik rəsm ilə, bəziləri də

Uyğur-Maya   hiyeqrafik   yazı   ilə   yazılmışdır.   Maya   yazılarının   ən   önəmlisi

Mayalıların   müqəddəs   kitabı   olan   “Popol   Vuh”   əsəridir.   Tədqiqatçılar

göstərirlər ki, dünyanın bütün dillərində qədim Maya sözləri vardır. Onların

fikrincə Yaponiyada işlədilən dilin yarısı, Meksika yerli dilinin yarıdan çoxu

Qara-Maya   dilidir.   Hindistanda   yaşanan   dilin   də   kökündə   Nağa-Maya   dili

dayanır. Misir dili də bu qəbildəndir. Qədim Misirdəki xalqlar Hindistandan

gələn Mayalılar və təxminən 16 min il öncə Atlantidadan gələn xalqlardan

ibarət olmuşdur. Qədim Misirlilər Günəş İmperiyasının müstəmləkəsi olmuş,

Günəş İmperiyası fəlakətə uğrayıb Sakit Okeana qərq olduqdan sonra Misir

müstəqil İmperiya olmuşdur.

Mu   qitəsindən   gəmilərlə,   “Maya”   adı   ilə   Hind-Çinə   gəlmiş,   burada

Nağa-Maya   adı   ilə   böyük   bir   imperatorluq   quraraq   yüksək   mədəniyyət

yaratmış Uyğurlar isə İmperiya dağıldıqdan sonra onların bir qismi gəmilərlə

Hindistandan qədim Kəngər körfəzinin (indiki Bəsrə və ya Fars körfəzinin)

şimalında, Fərat çayının sahillərində yerləşərək “Akkad”, daha sonra isə bütün

ətrafı   tutaraq   “Şumer”   adını   almışlar.   Bəzi   tədqiqatçılar   Akkadları   sami

xalqlardan hesab etsələr də Ceyms Çörçvord Akkadlarla Şumerləri eyni xalq

hesab edir və göstərir ki: “Akkad” sözü Nağa-Maya dilində “yumuşaq yer,

bataqlıq”, “Şumer” sözü isə “düz ərazi” deməkdir. (Bax: Ceyms  Çörçvord,

göstərilən əsərləri). Alimin fikrincə qədim Yunanlıların yazılarında da Qara

Maya dilinə aid xeyli söz var. Əsl Yunanlar Ceymsin fikrincə-Atlantida yolu

ilə   Orta   Amerikadan   gəlmiş,   Anadolu,   Balkan   yarmadalarında   və   Egey

adalarında yurd salmışlar.




Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə