Демо Сонэ Плайбажк


Türkün tarixi həm Yerdə, həm də Göylərdədir”



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə8/227
tarix08.09.2018
ölçüsü2,16 Mb.
#67724
1   ...   4   5   6   7   8   9   10   11   ...   227

Türkün tarixi həm Yerdə, həm də Göylərdədir”.

 (Hüseyn Cavid)

Türk tarixini şərti olaraq üç böyük dövrə bölmək olar. Birinci dövr ən

qədim dövrlərdən başlayaraq “Tufan”a qədərki dövrü (“Nuh tufanı”na qədərki

dövrü), ikinci dövr “Tufan”dan sonra bizim eraya qədərki dövrü (Nuhdan İsa

Məsihə   qədərki   dövrü),   üçüncü   dövr   isə   bizim   eranın   başlanğıcından

günümüzə qədərki dövrü (İsa Məsihdən günümüzə qədərki dövrü) əhatə edir.

Dünya  tarixşünaslığı səhv olaraq Türk tarixini eradan əvvəl IV əsrdə

böyük imperatorluq qurmuş Hun Türklərinə bağlayırlar. Bəzi tədqiqatçılar bir

az da irəli gedərək İskitləri də Türk hesab etmiş və Türk tarixini eradan əvvəl

VIII   əsrə,   bəziləri   Şumerləri   də   Türk   hesab   edərək   eradan   əvvəl   IV-II

minilliklərə, bəziləri Kür-Araz çayları və Urmiya gölü ətrafında eradan əvvəl

III minillikdə yaranan Aratta dövlətinə, bəziləri də Çayhun və Sayhun (Amu-

Dərya-Sır-Dərya) çayları ətrafında eradan əvvəl X-VI minilliklərdə yaranan

Turan dövlətinə bağlamışlar.

Dünyanın   məşhur   mədəniyyət   və   din   tarixçiləri,   arxeoloqları,

etnoqrafları, dilçiləri, geoloqları və digər tədqiqatçıları min illər boyu zaman-

zaman   bəşəriyyətin   yaddaşından   silinən  iki   qitəni-Mu   və   Atlanta   qitələrini

tarixin ən qədim sivilizasiya mərkəzləri hesab edirlər. Belə tədqiqatçılardan

biri   də   ingilis  alimi   Ceyms   Çörçvoddur.   Ceyms   Çörçvord  insanlıq  tarixini

tədqiq   edib   üzə   çıxaran   nadir   tədqiqatçılardandır.   O,   insanlığın   ana   yurdu

adlandırdığı   “Mu   mədəniyyəti”ni   tədqiq   və   nəşr   etməklə   insanlıq   tarixinə

əvəzsiz bir xəzinə bəxş etmişdir. Sakit okeanda batmış “Mu qitəsi”ni aşkar

etməklə Ceyms Çörçvord böyük bir bəşəri mədəniyyətin üzə çıxmasına nail

olmuşdur. (Bax: Churchward James, Kayıp Kıta Mu, Çevirən Rengin Ekiz,

İzmir 2007; Churchward James, Batık Kıta Munun Çoçukları, Çevirən Ercan

Arısoy,   İzmir   2008;   Churchward   James,   Munun   Kutsal   Sembolleri,   İzmir

2006 və s.).

XIX   əsrin   sonu   XX   əsrin   30-cu   illərində   əlli   il   (1886-1936)   yer

kürəsinin   bütün   qitələrini   gəzmiş,   ayrı-ayrı   ölkələrdə   tədqiqat   aparan

arxeoloqlar,   geoloqlar,   antropoloqlar,   etnoloqlar,   hidroloqlar   və   tarixçilərlə

əlaqə yaratmış, Hindistan, Birma, Tibet, Amerika, Avropa və s. ölkələrdəki

monastırlarda çalışan rahiblərlə görüşmüş, çox zəngin litoqrafik, hiyeqrofik,

rəmzi   və   həndəsi   yazıları   toplamış,   ayrı-ayrı   ölkələrdə   rast   gəldiyi

xarabalıqların,   ən   qədim   abidələrin,   piramidaların,   möhtəşəm   sarayların

qalıqlarının   şəklini   çəkmiş,   müxtəlif   monastr   və   kilsələrdə   saxlanılan   gizli

lövhələrdəki   rəmzi   yazıların   şifrələrini   açmış,   insanlığın   ilk   çağlarından

başlayaraq ayrı-ayrı qitələrdə yurd salan insanların tarixini, onların yaratdığı



maddi   və   mənəvi   mədəniyyəti   tədqiq   etmiş   məşhur   ingilis   alimi   Ceyms

Çörçvord   “Tufan”a   qədərki   dünya   sivilizasiyasının   sirlərini   elm   aləminə

açmışdır.

Ceyms  Çörçvorda görə 70 min  il öncə Mu qitəsindən dörd müxtəlif

yolla  Asiya,   Avropa,   Afrika   və   Amerika   qitələrinə   yayılanlar   bu   qitələrə

özlərinin yüksək mədəniyyətlərini də aparmışlar. Alimin fikrincə birinci yol

“Maya” adı ilə Mu qitəsindən çıxaraq Asiyasnın şərq bölgələrinə yayılanlar

“Uyğur”   (Oxu:   Türk-A.M.)   adı   ilə   tanınmışlar.   İkinci   yolla   yayılanlar

gəmilərlə   “Maya”   adı   ilə   Hind-Çinə   gəlmiş,   burada   “Nağa-Maya”   adı   ilə

tanınmışlar. Üçüncü yolla  çıxan Mu qitəsinin insanları gəmilərlə Afrikanın

şərqinə   gələrək  Efiopiyada   “Maya”   adı   ilə   yurd   salmışlar.   Dördüncü  yolla

gəmilərlə   çıxanlar   isə   Amerika   qitəsində   qədim   Mayya   mədəniyyətini

yaratmışlar.   Bu   qədim   Mu   qitəsində   tarixin   ilk   imperatorluğu   olan   Günəş

İmperatorluğu yaradılmışdı.

Bu   Günəş   İmperiyası   bütün   dünyaya   hakim   olmuş,   qanunları   bütün

xalqları idarə etmişdi. Günəş İmperiyasının müstəmləkələri olan Quzey, Orta

və   Güney   Amerika,   Qərbi   Avropa,   Misir,   Babilistan,   Anadolu,   Birma,

Hindistan   və   qədim   Uyğurustan   (Oxu:   Türküstan-A.M.)   mədəniyyətləri   də

məhz   Mu   mədəniyyəti   əsasında   formalaşmışdır.   Mu   xalqı   gəmilərlə   Sakit

Okeanın   doğusundan   batısına,   güneyindən   quzeyinə   yol   açmış,   qitənin

sənətkarları, memarları, arxitektorları, mühəndisləri həm öz ölkələrində, həm

də   müstəmləkələrində   daşdan   məbədlər,   saraylar   tikmiş,   şəhərlər   salmış,

mərmər daşlar döşənmiş yollar çəkmişdilər. 

Mu xalqı tikilmiş məbədləri, sarayları qabartmalarla bəzəmiş, məbəd və

saray divarlarında   özləri   haqqında  bilgilər   həkk  etdirmişdilər.  Tədqiqatçıya

görə Mu qitəsində yeddi böyük, xeyli miqdarda kiçik şəhər, qəsəbə və kəndlər

olmuşdu   ki,   bu   yaşayış   yerlərinin   əksəriyyəti   çayların   dənizə   və   okeana

tökülən vadilərində salınmışdı  ki, digər ölkələrlə gəmi  ticarəti və alış-veriş

üçün   əlverişli   olsun.   Ümumiyyətlə,   Mu   xalqı   gəmiçilikdə   mahir   usta

olmuşdular. Alim Ceyms Tibet monastırlarından birində rastlaşdığı lövhələrdə

dünyanın müxtəlif bölgələrini özündə əks etdirən bir qədim xəritədə Güney

Amerikaya, hətta Aralıq dənizi yolu ilə Anadoluya belə rast gəldiyini qeyd

edərək   göstərir   ki,   bu   xəritəyə   görə   deyə   bilərik   ki,   25   min   il   öncə   Mu

sakinləri   müstəmləkələri   olan   Güney   Amerikaya   və   Aralıq   dənizi   yolu   ilə

Anadoluya belə gəmilərlə gedirlərmiş. Bu onu göstərir ki, Günəş İmperiyası

yox   olmadan   öncə   Mayyalılar   Güney   Amerikada   və   dünyanın   müxtəlif

yerlərində böyük bir mədəniyyət yaratmışdılar. Alimə görə Amerika qitəsinin

ortasında   yerləşən,   sərhədləri   Meksikanın   bir   hissəsini,   eləcə   də   Belize,

Qvatemala, Honduras və Salvadora qədər böyük bir ərazini əhatə edən Maya



Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə