Demokratiya: gediləsi uzun bir yol



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/133
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#7909
1   ...   8   9   10   11   12   13   14   15   ...   133

 
24 
həvəslə və vaxtında düzəltmək və əzəmət zirvəsində olarkən ürəkdən gələn məsləhətləri hörmətlə qəbul etmək 
sizin, lordlar və icmalar, yüksək ehtirama layiq fəaliyyətinizə tamamilə müvafiq Ģücaətdir və yalnız ən ləyaqətli 
və müdrik Ģəxslər üçün mümkün olan keyfiyyətdir. 
 
 
____________________________________________________________________ 
1 Areopagitica — qədim Afinada Ali Məhkəmə (Areopag) qarĢısında deyilən nitq.  
2 Sekvestr — əmlakın həbsi. 
3 Ġtaliyanın Trident Ģəhərində 1545-ci ildə katolik kilsəsinin qurultayı protestant  məzhəbini və hər cür dini azadfikirliliyi 
lənətləyib küfr elan etmiĢdir.  
4 Ġspaniyanın Seviliya Ģəhərində 15-ci əsrdə ən qəddar inkvizisiya tribunalları keçirilirdi. 
5 1640-cı ildən əvvəl kral Birinci Karl parlamenti illərlə toplaĢmağa qoymurdu. 
 
 
 
 
6. ĠNGĠLTƏRƏ ĠNQĠLABI. LEVELLERLƏR  
Demokratiya və insan haqları uğrunda ilk kütləvi hərəkat 
 
 
17-ci əsr Ġngiltərə inqilabı bəĢəriyyətin həyatında Yeni Tarix dövrünü açır.  Bu, feodal zülmündən qurtulma, 
kapitalist istehsalının inkiĢafı, insanların bərabərlik və azadlıqlarını bəyan etmiĢ liberalizm ideologiyasının 
çiçəklənməsi və mənəvi yeniləĢmə uğrundakı kütləvi hərəkatlar dövrüdür.  17-ci əsr liberallarının, yalnız 
vətəndaşların  ümumi razılığı ilə fəaliyyət göstərməli olan dövlət haqqında və hakimiyyətin insan  həyatına 
müdaxiləsini məhdudlaşdırmaq barədəki  ideyaları müxtəlif sənədlərdə — parlament aktlarında, üsyana qalxmıĢ 
demokratların çağırıĢlarında, esse və pamfletlərdə hərtərəfli əksini tapmıĢdır.  Yüz il sonra bu ideyalar liberalizm 
məfkurəsini əvvəlcə Avropaya, sonralar isə bütün dünyaya yaymıĢ, Amerika və Fransa inqilablarına ruh və təkan 
vermiĢdir... 
 
1625-ci ildə Ġngiltərə taxtına gənc və özündənrazı I Karl qalxdı.  Az sonra kralın və onun əyanlarının özbaĢınalığı 
ölkədə və parlamentdə ciddi narazılıqlar doğurdu.  Lakin I Karl öz nazirlərini ayağa verməkdənsə parlamenti 
buraxmağı üstün tutdu.  Fəqət parlamenti buraxmaqla kral vəsaitsiz qalmıĢ oldu: ingilis azadlıq ənənələrinə sadiq 
qalan əhali özünün parlamentdəki nümayəndələrinin razılığı olmadan vergiləri ödəməkdən boyun qaçırırdı.  Kral 
yenidən parlamenti yığmağa məcbur oldu, lakin deputatlar əvvəlki tək kralın sevimli naziri — dövlət iĢlərini 
baĢlı-baĢına buraxmıĢ və dövlət vəsaitini dədə malı kimi öz bitib-tükənməyən əyləncələri yolunda səpələyən 
hersoq Bekingemin məhkəməyə verilməsini təkid etdilər. 
 
Kral təzədən parlamenti buraxdı, lakin xalq yenə parlamentsiz vergi ödəməkdən imtina etdi və 1628-ci ildə 
parlament yenidən çağırıldı.   Deputatlar kraldan Magna Carta-da müəyyən edilmiĢ və parlamentin razılığı 
olmadan vergi toplamağı krala qadağan edən parlament hüquqlarını və Ġngiltərə xalqının azadlıqlarını təsdiq edən 
―Hüquqlar haqqında müĢtərək ərizə‖ni (Petition of Rights) qanuna mindirməyi tələb etdilər.  QəzəblənmiĢ kral 
növbəti dəfə parlamenti buraxdı və düz on bir il onu toplamadı.  Ölkədə əsl terror baĢladı — vergi verməkdən 
boyunqaçırma, hakimiyyətin hər hansı Ģəkildə tənqidi, dövlət anqlikan kilsəsi ehkamlarından yayınma kral 
məhkəmələri tərəfindən qəddarcasına cəzalandırılırdı.  Zülm və təqiblərdən yaxa qurtarmağa can atan on minlərlə 
dindar dissident-puritan — əsasən sənayeçi və ticarətçilər  Amerikaya mühacirət etməyə məcbur oldular ki, bu da 
istehsalın kəskin azalmasına və kütləvi iĢsizliyə gətirib çıxardı.  Lakin güclü təzyiq və irticaya baxmayaraq kral 
yenə də əhalini xəzinəyə kifayət qədər vəsait verməyə məcbur edə bilmədi.  Xalqın narazılığı günü-gündən 
güclənir, repressiyalar və iqtisadi böhran ölkəni üsyan həddinə gətirib çıxarırdı. 
 
1640-cı ildə Ģotland protestantlarının qiyamını boğmaqda aciz qalan I Karl yenidən parlamenti topladı — ona pul 
gərəkdi.  Lakin toplaĢmıĢ parlament kralın bütün qeyri-qanuni fərmanlarını və vergilərini ləğv etdi, dövlət kilsəsi 
yepiskoplarını parlamentdən qovdu və kralın sevimli naziri Straffordun dara çəkilməsini tələb etdi.  Kral üsyan 
hədəsi altında bu tələbləri qəbul etməyə məcbur oldu.  Fəqət parlament bununla kifayətlənmədi, indi o, artıq 
kraldan nazirləri təyin etmək və vəzifəsindən götürmək, habelə kralın bütün hərəkətlərinə nəzarət etmək 
hüquqlarını, yəni konstitusiyalı monarxiyanın qurulmasını tələb etdi.  Kral Londonu tərk etdi, varlı feodal və 
zadəganlardan ibarət qoĢun yığmağa baĢladı. 
 
Parlament də öz növbəsində Yeni Nümunə Ordusu (New Model Army) adlandırdığı qoĢunu təĢkil etdi.  Parlament 
qoĢunu tarixdə Ģəxsən krala, Ģəhər-dövlətə deyil, bütövlükdə millətə qulluq etməyə and içmiĢ ilk peĢəkar ordu 
sayılır.  Parlamentin lideri Oliver Kromvelin baĢçılıq etdiyi bu ordunun əsgərləri öz yüksək döyüĢ əzmkarlığı, 


 
25 
bəyan edilmiĢ ideyalara sədaqəti, sarsılmaz nizam-intizamı ilə seçilirdi. Yeni Nümunə Ordusu əsgərlərindən biri 
öz məktubunda yazırdı:  
 
―Briqadamız [kralı təqib edərək] Ģimala doğru uzun marĢlarla hərəkət edir.  Əsgərlər xüsusilə ayaqqabı və corab 
çatıĢmazlığından əziyyət çəkirlər, bizim heç birimiz bunları ala bilmirik, çünki əmək haqqı aylarla verilmir.  Biz 
bunları yalnız soyğunçuluqla əldə edə bilərdik, lakin general-leytenantın [Kromvelin] ordusunda heç vaxt belə 
Ģeylər olmayıb və heç vaxt da olmayacaqdır; bundansa biz ayaqyalın getməyi üstün tutarıq, çoxlarımız elə bu cür də 
getməyə məcburdur...‖. 
 
Bu, ölkənin azad vətəndaĢlarının ordusu idi və bu ordu kralın və onun əshabələrinin hərbi dəstələrini məğlub etdi.  
1649-cu ildə I Karl parlamentin qərarı ilə edam edildi, Ġngiltərədə respublika quruldu... 
 
Yeni Nümunə Ordusunun əsgər və zabitləri arasında levellerlər (1) adını almıĢ radikal demokratlar hərəkatı 
nümayəndələrinin ideyaları geniĢ Ģöhrət qazanmıĢdı.  Levellerlər parlamentin ilkin — konstitusiyalı monarxiya 
qurulması  planını rədd edirdilər, bu, Yeni Tarix dövründə xalq suverenliyi və monarxiyanın tamamilə aradan 
götürülməsi uğrunda mübarizə aparan ilk hərəkat idi.  Levellerlər tarixdə birinci olaraq insan hüquqlarını dövlətin 
müdaxiləsindən qorumalı olan yazılı Konstitusiyanın qəbul olunmasını tələb edirdilər; bu, bizim insan hüquqları 
haqqındakı bugünkü təsəvvürümüzə uyğun Ģəkildə, yəni bu hüquqların toxunulmaz və ayrılmaz olması uğrunda 
mübarizə aparan ilk kütləvi hərəkat idi.  Levellerlərin liderləri — Con Lilbern, Riçard Overton, Uilyam Uolvin, 
Con Uildman hələ inqilabdan əvvəl mübarizəyə baĢlayaraq öz əsər və çağırıĢlarında bizim bu gün əziz 
tutduğumuz Ģəxsi və siyasi hüquqları: məhkəmədə öz əleyhinə şəhadətlik etməmək hüququ (insanın dini 
mənsubiyyətinin aşkar edilməsi üçün işgəncələr verilməsi təcrübədə geniş yayılmışdı); söz və din azadlığı; əmək 
və ticarət azadlığı, inhisarların ləğvi; qanun qarşısında bərabərlik; öz ölkəsini parlamentdəki nümayəndələri 
vasitəsilə idarə etmək hüququ; İngiltərənin bütün azad doğulmuş kişilərinin seçki hüququ və müstəbid hökumətə 
qarşı üsyan etmək hüququ uğrunda mübarizə aparırdılar.  Levellerlərin liderləri bütün bu tələbləri Ġngiltərənin 
yeni Konstitusiyası sayılan ―Xalq saziĢi‖ndə (Agreement of the People) (1647) əks etdirmiĢdilər.  Levellerlərin 
alaylarda əksəriyyət təĢkil edən tərəfdarları — əsgərlər bu sənədə az qala sitayiĢ edir və onun mətni yazılmıĢ 
vərəqələri öz Ģlyapalarına sancaqlayırdılar. 
 
Levellerlər hərəkatı cəmi dörd il (1645–1649) sürdü və onların tələblərini həddindən artıq radikal hesab edən 
parlament tərəfindən 1649-cu ildə yatırıldı.  Lakin yüz ildən bir qədər çox müddətdən sonra ―Xalq saziĢi‖ 
müddəalarındakı ideyalar ABġ-ın Ġstiqlaliyyət Bəyannaməsi və Konstitusiyasında öz əksini tapmıĢ oldu. 
 
Levellerlərin mətnləriylə tanıĢ olarkən bu yazıların dilinin nə qədər müasir olduğuna istər-istəməz heyran 
qalırsan! Levellerlərin pamflet və çağırıĢları apaydındır və 350 il bundan əvvəl uzaq Ġngiltərədə deyil, sanki bu 
gün, elə buradaca yazılıbmıĢ kimi bizi həyəcan və riqqətə gətirir:  
 
―Ser, mən azad doğulmuş ingilisəm, deməli, alihəzrət lordlara kölə və ya nökər olmağa yaramıram вvə 
alihəzrətlərin şəhadətlik tribunasına yaltaqcasına, barmaqların ucunda qaçmaq mənim üçün anadangəlmə 
hüquqlarıma xəyanət etmək kimi bir şey olardı‖ (Con Lilbernin 1646-cı ildə  qarĢısında ifadə verməkdən imtina 
etdiyinə görə parlament tərəfindən salındığı Nyugeyt həbsxanasının nəzarətçisinə yazdığı məktubdan)
 
―Əgər bu dörd yüz il ərzində minlərcə insan Maqna Carta-nın köməyi ilə əldə edilmiş hüquqlar uğrunda öz qanını, 
təhlükəsizliyini, həyatını qurban verməsəydi, bu sənəd çoxdan bəri adi bir perqament parçasına çevrilərdi‖ (Uilyam 
Uolvill). 
 
―Biz bu dünyaya Allah-təalanın mübarək əliylə göndərilmişik və hər birimizə doğuluş anından azad olmaq və 
mülkiyyət hüququ verilmişdir (bu sözlər sanki insan qəlblərinə nəqş edilmişdir ki, heç vaxt pozula bilməsin)...  Və 
hər kəs öz təbiəti etibarilə özü üçün həm Hakim, həm Keşiş, həm də Peyğəmbərdir və heç kəs onun öz şəxsi razılığı 
olmadan onun üzərində bu hüquqlara yiyələnə bilməz‖ (Riçard Overton)... 
 
 
Levellerlər həm mütləqiyyətlə, həm də levellerlərin təbliğ etdikləri azadlıq və seçki hüquqlarının anarxiyaya 
gətirib çıxaracağından ehtiyatlanan parlamentin mühafizəkar üzvləriylə mübarizə aparmalı olurdular.  Təhsilli 
adamların aludə olduqları Platon və Aristotelin ―səyləri‖ nəticəsində demokratiya sözü elə nüfuzdan düĢmüĢdü 
ki, levellerlər özləri haqqında demokratiya tərəfdarları kimi deyil, siyasi bərabərliyin tərəfdarları kimi 
danıĢırdılar.  1646-cı ildə Yeni Nümunə Ordusunun zərbələri altında kral hakimiyyəti dağıldıqca ölkədə yeni 
diktatura — parlament diktaturası bərqərar olurdu.  Ġnqilabın təntənəsi naminə öz həyatlarını qurban verən 
əsgərlər ölkədə yenidən senzuranın tətbiqi, parlamentin vahid anqlikan kilsəsinin əvəzinə ölkədə vahid 
presviterian kilsəsini bərqərar etmək cəhdləri haqqında xəbərləri hiddətlə qarĢıladılar.  Ən alçaldıcı isə bu idi ki, 
parlament qələbə üçün canlarından keçən əsgərləri hökuməti seçmək hüququndan məhrum etmək istəyirdi.   


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə