DəNİn keyfiYYƏTİ laboratoriyasi laboratoriya müdiri: b.ü. f d. Həsənova Qətibə Musa qızı



Yüklə 58,26 Kb.
Pdf görüntüsü
tarix30.03.2018
ölçüsü58,26 Kb.
#35517


DƏNİN  KEYFİYYƏTİ  LABORATORİYASI 

 

Laboratoriya müdiri: b.ü.f.d. Həsənova Qətibə Musa qızı  

Həsənova  Qətibə  Musa  qızı  1953-cü  ildə  Qazax  rayonunun  Qaymaqlı  kəndində 

qulluqçu  ailəsində  anadan  olmuşdur.  1969-cu  ildə  Qazax  şəhəri  1  №-li    orta 

məktəbi bitirərək, 1970-ci ildə Bakı Dövlət Unuversitetinin biologiya fakultəsinə 

daxil olmuş  və 1976-cı ildə həmin fakultəni bitirmişdir.  1977-ci ildə Əkinçilik 

ET  İnstitutunda  “Dənli  və  dənli  paxlalaı  bitkilərin  texnologiyası”  ixtisası  üzrə 

əyani  aspiranturaya  daxil  olaraq,  aspirantura  kursunu  Ümimittifaq  seleksiya  və 

genetika  institutunda  (Ukrayna,  Odessa  ş.)  “genetika”  ixtisası  üzrə  Akad. 

A.A.Sozinovun  rəhbərliyi  ilə  bitirdikdən  sonra  1984-cü  ildə  bu  ixtisas  üzrə 

“Qliadin  polimorfizminin  və  dənin  bərkliyinin  payızlıq  buğdaların  əlamətlərinin 

dəyişgənliyi  ilə  əlaqə”  mövzusunda  dissertasiya  işini  müdafiə  edərək,  biologiya 

elmləri  namizədi  elmi  dərəcəsini  almışdır.  Əmək  fəaliyyətinə  1972-ci  ildən 

Əkinçilik  ET  İnstitutunun  “biokimya  və  texnologiya”  laboratoriyasında  laborant 

vəzifəsində  çalışmaqla  başlayaraq  həmin  laboratoriyada  böyük  laborant,  kiçik 

elmi işçi, böyük və aparıcı elmi işçi, “biokimyəvi genetika” qrupunun rəhbəri və 

2009-cu ildən isə “Dənin keyfiyyəti” laboratoriyasının müdiri vəzifəsində çalışır. 

2015-ci  ildə    “Yumşaq  buğda  sortlarının  dən  keyfiyyətinin  genetik  əsasları  və 

onların seleksiyada istifadəsi” “seleksiya toxumçuluq” ixtisası üzrə  aqrar elmləri 

üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün doktorluq dissertasiyasını müdafiə 

etmişdir. 1 aprel 2016-cı ildə aqrar elmləri üzrə elmlər doktoru elmi adı almışdır. 

75  məqalənin    müəllifi  və  9  yumşaq  buğda,  arpa,  noxud  və  mərci  sortlarının 

həmmüəllifidir.

  

Əlaq tel:551-61-30 



Email:qqasanova53@mail.ru 

 

 



 

 

 




Laboratoriyada çalışan elmi əməkdaşlar: 

 

Məmmədova Sevinc Mehdi qızı - aparıcı elmi işçi, b.ü.f.d. 

Məmmədova Sevinc Mehdi qızı 06.10.1965-ci ildə anadan olmuşdur. 1982-1987-ci 

illərdə  ADU-nin  “Bioloq,  biologiya  və  kimya  müəllimi”  ixtisasını  bitirərək, 

təyinatla  Əkinçilik  İnstitutunda  əmək  fəaliyyətinə  başlamışdır.  2000-ci  ildə 

“Ekoloji  təmiz  herbisidin  təsiri  ilə  ali  bitkilərdə  fizioloji  və  biokomyəvi 

dəyişikliklər” dissertasiya mövzusunu müdafiə edərək “Bitki fiziologiyası” ixtisası 

üzrə “Biologiya” elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.  41 elmi 

əsərin  müəllifi  və  1  sortun  həmmüəllifidir.  Hazırda  “Payızlıq  bərk  və  yumşaq 

buğdaların  dünya  genofondundan  işçi  kolleksiyasının  və  başlanğıc  materialın 

yaradılması və onların ilkin tədqiqi” və həmçinin “Dənli bitkilərin yerli və dünya 

genofondunun toplanması, saxlanması, öyrənilməsi və seleksiya üçün perspektivli 

nümunələrin seçilməsi istiqamətində iş aparır.” 



Hüseynov Seyfulla İmaməli oğlu - aparıcı elmi işçi, b.ü.f.d. 

Hüseynov Seyfulla İmaməli oğlu 20.05.1955-ci ildə anadan olmuşdur. 1972-1977-

ci  illərdə  BDU-nin  “Kimya”  fakultəsini  bitrdikdən  sonra  təyinatla  Əkinçilik 

İnstitutunda  əmək fəaliyyətinə başlamışdır. 1989-cu ildə “Becərmə şəraitindən  və 

sort  xüsusiyyətlərindən  asılı  olaraq  soya  dəninin  biokimyəvi  xarakteristikası” 

mövzusu  ilə  03.00.04.  “Biokimya”  ixtsası  üzrə  dissertasiyasını  müdafiə  edərək 

“Biologiya”  elmləri  namizədi  alimlik  dərəcəsi  adına  layiq  görülmüşdür.  36  elmi 

əsərin, 2 elmi tövsiyyənin müəllifi, 2 sortun isə həmmüəllifidir.Hal-hazırda “Buğda 

və  digər  bitki  genotiplərinin  biotik  və  abiotik  streslərə  davamlılığının  fizioloji, 

biokimyəvi  və  molekulyar,  genetik  tədqiqatla  yaxşılaşdırılması  və  seleksiyanın 

seçmə metodlarının təkmilləşdirilməsi” mövzusu üzərində işləyir.  

Həmmüəllifi  olduğu  6  yumşaq  buğda,  2  bərk  buğda  və  bir  arpa  sortları  hazırda 

Kənd Təsərrüfati Nazirliyi yanında Bitki sortlarının qeydiyyatı və Toxum Nəzarəti 

üzrə  Dövlət  Xidmətində  sənaqdadır.  Həmmüəllifi  olduğu  “Günəşli  ”  yumşaq 

buğda sortu 17 aprel 2015-ci ildə rayonlaşdırılmışdır. 

Hal-hazırda  “müxtəlif  buğda  genotiplərinin  stress  şəraitində  morfofizioloji, 

biokimyəvi  və  aqronomik  göstəricilərinin  tədqiqi  və  yüksək  məhsuldarlığı 

şərtləndirən  əlamətlərin  müəyyən  edilməsivə  seleksiyada  istifadəsi”  mövusunu 

aparır və “Aqroekoloji şəraitdən asılı olaraq növmüxtəlifliyi ilə fərqlənən yumşaq 

buğda  sortlarının  dənində  gedən  biokimyəvi  və  texnoloji  proseslərin  tədqiqi”  

mövzusu üzərində işləyir. 

Əsədova Sevinc Aydın qızı- elmi işçi 

 

 




Laboratoriyanın fəaliyyət istiqamətləri: 

    

Laboratoriya  1950-ci  ildən  institutun  strukturunda  öz  ilkin  fəaliyyətinə  “bitkilərin 

biokimyası” və “kənd təsərrüfatı bitkilərində dənin texnologiyası və emalı” adları 

altında  başlamışdır.  Aqrar  Elm    Mərkəzinin  03  saylı  29  mart  2009-cu  il  və 

Əkinçilik  İnstitutunun 7/s saylı 31 mart 2009-cu il tarixli əmrlərinə uyğun  olaraq 

laboratoriya  institutun  modernləşdirilməsi  proqramına  əsasən  yeni  strukturdakı 

fəaliyyətinə    beynəlxalq  standatlar  səviyyəsində    aparılan  tədqiqat  işlərinə  

başlamışdır.  

1970-ci  ildən  başlayaraq  institutun    kompleks  seleksiya  proqramının  rəhbəri 

akademik Cəlal Əliyev  laboratoriyanın əməkdaşlarını bu işin həyata keçirilməsinə 

cəlb  etmişdir.  Laboratoriyanın  əsas  məqsəd  və  istiqaməti  seleksiya  şöbəsi  ilə 

kompleks şəkildə yumşaq və bərk buğdalar, arpa, qarğıdalı və ərzaq paxlalılarının 

dən  keyfiyyətinin  fiziki,  biokimyəvi,  texnoloji  və  genetik  xüsusiyyətlərini  tədqiq 

edərək bu bitkilər üzrə çalışan seleksiyaçılara ilkin valideyn formalarının və hibrid 

populyasiyasından təsərrüfat əhəmiyyətli xətlərin seçilməsində yaxından kömək lik 

göstərməkdir.  Bu  məqsədlə  laboratoriyanın  elmi  işçiləri  Abşeron,  Cəlilabad, 

Zaqatala, Tərtər, Şəki və Qobustan bölgə təcrübə stansiyalarında aparılan seleksiya 

proqramlarında  dənin  keyfiyyət  göstəricilərini  analiz  edərək  bu  işdə  yaxından 

iştirak edirlər.  

Mövcud  rəngarəng  torpaq-iqlim  şəraitinə  malik  olan  respublikamızın  ekoloji 

plastik,  yüksək məhsuldar və dən keyfiyyətinə malik sortlara  olan tələbatını  tam  

təmin      etmək    üçün  yumşaq  və  bərk  buğda  sortlarının  yaradılmasında  və   fermer 

təsərrüfatlarına  tətbiqində    biokimyəvi  genetikanın,  biokimya  və  texnologiyanın 

müasir metodlarından istifadə etməklə seleksiya proqramı həyata keçirilir.  

Dənin keyfiyyət göstəriciləri poligen əlamət olaraq torpaq-iqlim şəraitindən, gübrə 

norması  və  verilmə  müddətindən  asılı  olaraq  dəyişdiyinə  görə  məqsədyönlü 

seleksiyada bu əlamələrə görə seçmə aparılması çətinlik törədir, əksər hallarda isə 

qeyri  qənaətbəxş  formalarin  seçilməsinə  yol  verir.  Həmçinin  iqlim  şəraitinin  də 

illərdən  və  bölgələrdən  asılılığı  düzgün  aparılmamasına  səbəb  olur.  Ona  görə  də 

eyni materialın bir neçə il tədqiq edilməsi tələb olunur. Beləliklə, seleksiyada sort 

alma prosesinin müddəti uzanır, çox vaxt isə gözlənilən nəticə alınmır. 

Biokimyəvi  genetikanın  müasir  üsulları,  xüsusilə  də  elektroforez  üsulu  ilə  dənli 

bitkilərin  ehtiyat zülallarının tədqiqi dən keyfiyyətinin genetik  təbiətinin, sortların 

genetik  təmizliyinin  öyrənilməsini  və  zülal  markerlərinin  köməyi  ilə 

populyasiyadan  düzgün  seçmə  aparılmasını  daha  da  mükəmməlləşdirdir  və  bu 

markerlərin  mühit  və  becərmə  şəraitindən  asılı  olmaması  sort  alma  müddətinin 

qısalmasına kömək edir. 



Laboratoriya  kollektivinin    yüksək  keyfiyyətli  sortların  yaradılmasında  böyük 

töhfələri  vardır.  Belə  ki,  həm  ilkin  materialın,  həm  də  seleksiyanım  muxtəlif 

mərhələlərində,  yəni  nəzarət  və  müsabiqəli  sort  sınağında  dən  keyfiyyətinə  görə 

materialın düzgün qiymətləndirməsində böyük zəhməti vardır. Məhz bu zəhmətin 

müqabilində son dövrlərdə yüksək dən keyfiyyətinə və məhsuldarlığa malik  Azəri, 

Qırmızı gül, Murov 2, kimi yumşaq, Bərəkətli 95 kimi bərk buğda, Nərmin, Soltan 

noxud, Arzu mərci və Zaqatala 68, yaxşılaşdırılmış Yerli Zaqatala, Zaqatala 420 və 

s. qarğıdali  sortları seleksiyaçılar tərəfindən yaradılmışdır.  

Dövrün  təlabatı  yeni,  ekpress,  dəqiq  analiz  metodlarının    köməyi    ilə  dən 

keyfiyyətinin  analizini  tələb  edir.  Ona  görə  də  kollektivin  üzvləri,  seleksiyanın 

nəzəri  əsaslarini  tədqiq  etməklə  problem  məsələlərin  həlli  yollarinı  yəni 

biotexnoloji  üsulların  tətbiqi  sahəsinə  diqqətini  yönəltmiıdir.  Bu  yeni  sort  və 

hibridlərin  seleksiyası    prosesinə  işin  nəticələrinin  tətbiqinə  yönəlmişdir.  Hazırda 

alınacaq  yeni  sortun  yüksək  dən  keyfiyyətinin  əvvəlcədən  proqnozlaşdırılmasının 

mükəmməlləsdirilməsi sahəsində işlər aparılır.  

Əsas  yerlərdən birini gen  və genlər blokunun müəyyənləşdirilməsinə və onlardan 

təsərrüfat  əhəmiyyətli  göstəricilərin  markeri  kimi  istifadəsi  tutur.  Bu  məqsədlə 

buğdanın  qliadin  və  qlütenin  zülalları  əsas  tədqiqat  obyektidir.  Laboratoriyanın 

gələcək  prioritet  istiqamətlərindən  biri  arpa  və  qarğıdalıda  ehtiyat  zülalların 

elektroforeqramından  bir  sıra  təsərrüfat  əhəmiyyətli  göstərıcılərin  markeri  kimi 

istifadəsidir. 

 Son  dövrlərdə  institutun  modernləşdirilməsi  proqramının  həyata  keçirilməsi 

nəticəsində  əldə  olunan  müasir  tipli  avadanliqlar  texnoloji  keyfiyyət  analizlərinin 

çeşidlərinin  artırılmasına  imkan  yaratdığından  qarğıdalı,  arpa  və  ərzaq 

paxlalılarının  geniş  tədqiqi  həyata  keçiriləcək.  Eyni  zamanda  yumşaq  buğdalarda 

un çıxımı və çörək bişirmənin kompleks göstəricilərini, bərk buğdalarda makaron 

və  yarma  keyfiyyətləri  öyrəniləcəkdir.  Dənin  keyfiyyəti  laboratoriyası  bu  üsulları 

tətbiq  etməklə  təkcə  institutun  seleksiya  materiallarıni  deyil  həmşinin  instituta  

fermer  təsərrüfatlarından  daxil  olan  sort  və  nümunələri  də  qiymətləndirir  və  bu 

istiqamətdə işlərin genişləndirilməsi sahəsində  intensiv işlər aparır. 



Laboratoriya cihazları 

 

Aparatların adı 



və markası  

İstehsal

çı ölkə  

Funksiyası 

Şəkil 

  

Elektroforez EM 



cihazı EV 202 

  

Kanada 



  

DNT-nin ardıcılılığını təyin 

edir. 

 

 



 

 

 



 

 

 



 

 



  

Qaynar buxar 

cihazı 

Gemmyco YCW-



012S 

  

Tayvan 



  

Qarışdırıcı, isidici su hamamı 

 

  

Termostat 



  

Tayvan  


  

İstiliklə sterilize ve qurutma  

 

  

Dəyirman 



 

  

Rusiya 



 

  

Kleykovina və zülal miqdarını 



təyin etmək üçün şrotun 

alınmasında istifadə olunur.  

 

 

  



Soba Arianna TM  

 

  



İtaliya 

 

  



Sınaq çörəkbişirmək üçün 

istifadə olunur.  

 

 

  



Dəyirman LS-S11-

ZB  


 

  

Almani



ya 

 

  



Çörəkbişirmə xəmirin reoloji 

xüsusiyyətlərinin təyin etmək 

üçün 70% un çıxımını təmin 

edir. 


 

 

  



  

Dəyirman 

GXH81BA  

 

  



  

ABŞ  


  

  

  



Mərci və arpanın qabığını 

çıxarmaq üçün istifadə olunur.  

 

 

 



 

 

 




  

  

Dəyirman HM 210  



 

  

  



Türkiyə 

 

  



  

Şrot üçün istifadə olunur.  

 

 

  



  

Soba Arianna  

 

  

  



İtaliya 

 

  



  

Çörək bişirmə və xəmir 

qıcqırtmaq üçün istifadə olunur.  

 

 



  

Kleykovina yuyan 

GW 2200  

  

Türkiyə  



  

Xəmirdə kleykovinanın 

miqdarını təyin etmək üçün 

istifadə olunur.  

 

  

 Dən analizatoru 



GAC 2100  

  

ABŞ 



 

  

Dənin nəmliyini və natura 



çəkisini təyin etmək üçün 

istifadə olunur.  

 

 

  



Dən analizatoru, 

1241  


 

  

Canada  



 

  

Dəndə nəmliyi və zülal 



miqdarını təyin edir. 

 

  



Brabender, 

Farinoqraf  E 

827504 

  

Almani



ya 

 

  



Unun su udma qabiliyyətin və 

dənin bərkliyini təyin edir. 

 

 

  



Hissəciklərin 

çökməsi 5200  

 

  

Türkiyə 



  

α-amilazanın aktivliyini təyin 

edir.  

 



  

Şeyker 


(çalxalayıcı) 

Erkaya 


  

Türkiyə 


  

Sedimentasiya analizi üçün 

çalxalayıcı cıhaz 

 

  



 Xəmir qarışdıran 

Domino 


  

Italiya  

  

Xəmir qarışdırmaq üçün 



istifadə olunur. 

 

  



Kjeltec 

Tm

 FOSS 



8200 

  

Almani



ya 

  

Keyeldal üsulu ilə azotun təyini 



cihazı 

 

 Makaron 



pressləyici və 

makoran qurutma 



Arianna 

 Italiya    Press və quruducu cihaz 

 

 

  



 

 

 



 

Yüklə 58,26 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə