TƏFSİR ÜSULU VƏ TARİXİ
56
“Ata, ana və qohumların (vəfat etdikdə) qoyub getdikləri maldan
kişi lərə və qadınlara pay düşür. Həmin malın azından da, çoxundan da
(bunlara veriləcək) hissə müəyyən edilmişdir. Malın (vərəsələr arasın-
da) bölünməsi zamanı varis olmayan qohumlar, yetimlər və yoxsullar da
orada iştirak edərlərsə, onlara da o maldan bir şey verin və gözəl sözlərlə
könüllərini alın!”
65
“Ey iman gətirənlər! Müəyyən müddətə bir-birinə borc verib aldıqda,
onu yazın! Bunu (bu sənədi) aranızda bir nəfər katib ədalətlə yazsın! Katib
gərək Allahın öyrətdiyi kimi yazmaqdan boyun qaçırmasın, yazsın! Borclu
olan şəxs borcunu söyləyərək (deyə-deyə) yazdırsın və Rəbbi olan Allahdan
qorxaraq ondan (borcdan) bir şey əskiltməsin.”
66
“Ey iman gətirənlər! Allahın sizə halal buyurduğu pak nemətləri
(özünüzə) haram etməyin və həddi aşmayın. Doğrudan da, Allah həddi
aşanları sevməz!”
67
4. Quranda ibadətlər
Qurani-kərimdə namaz, oruc və həcc kimi ibadətlərdən də bəhs
olunmuşdur. İbadətlər, yuxarıda bəhs olunan etiqadlara, əxlaqi
və hüquqi əmrlərə baxışımızı həm fərdi, həm də ictimai cəhətdən
gücləndirər və canlı saxlar. Buna görə də ibadətlərin yerinə
yetirilməsi çox önəmlidir:
“Mən, həqiqətən, Allaham. Məndən başqa heç bir tanrı yoxdur. Mənə
ibadət et və Məni anmaq üçün namaz qıl!”
68
“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib
edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən
çəkinəsiniz!”
69
65 Nisa, 4/7-8
66 Bəqərə, 2/282
67 Maidə, 5/87
68 Taha, 20/14
69 Bəqərə, 2/183
QURANIN KİTAB ŞƏKLİNƏ SALINMASI
57
“Allahdan ötrü həcc və ümrə (kiçik həcc) əməllərini tam yerinə yeti-
rin!”
70
İbadətlər eyni zamanda Allahın işarələridir. Buna görə də onlar
təməl etiqadlarla yaxından əlaqəlidirlər:
“Ey iman gətirənlər! Allahın müəyyən etdiyi mərasimə (həcc məra-
siminə), haram (hörmətli) aya (həcc ayı hesab edilən zülhiccəyə və ya rəcəb
zülqədə, zülhiccə və məhərrəm aylarına), (Kəbəyə gətirilən) qurbanlara,
boynuna nişan taxılmış qurbanlıq heyvanlara, həmçinin Rəbbinin lütfünü
və razılığını diləyərək Beytülhərama (müqəddəs evə) üz tutub (ziyarətə)
gələnlərə hörmətsizlik etməyin!”
71
III. QURANIN KİTAB ŞƏKLİNƏ SALINMASI
Hz. Məhəmməd son peyğəmbər, aldığı vəhy də son vəhy
idi. Buna görə də Quranın nuru sadəcə Ərəbistan yarımadası ilə
məhdudlaşmamalıydı və məhdudlaşmadı da. Quran hələ kitab
şəklində deyilkən belə özünü “əl-Kitab”
72
adlandırırdı. Allahın Qu-
rana “əl-Kitab” adını verməsi Onun Quranın yazılmasını istədiyini
göstərirdi.
Miladi 610-632-ci illər arasında nazil olan Qurani-kərim o
dövrdə kitab şəklinə salınmamışdı. Ancaq gələn hər vəhyin gələ-
cəkdə meydana gətiriləcək kitabdakı yeri Hz. Peyğəmbər tərəfindən
gös tərilirdi. Quranın kitab şəklinə salınması mövzusunu aşağıdakı
kimi izah etmək olar:
A. Quranın Hz. Peyğəmbər zamanında yazılması
Yazı mədəniyyəti inkişaf etməyən ərəblər güclü hafizələri sa-
yəsində ayə və surələri əzbərləməkdə çətinlik çəkmirdilər. Ərəb
70 Bəqərə, 2/196
71 Maidə, 5/2
72 Bəqərə, 2/2 Nəml, 27/1
TƏFSİR ÜSULU VƏ TARİXİ
58
ya zısının hələ inkişaf etməməsi vəhyləri yazmağı çətinləşdirirdi.
Ancaq Məkkə dövrünün sonlarından etibarən yazma-oxuma bilən
müsəlmanların sayı artdı. Ticarətlə, xüsusilə də xarici ölkələrlə
ticarət əlaqələrində iştirak edən məkkəlilər arasında oxuyub yaza
bilənlərin sayı mədinəlilərdən çox idi. Belə ki, Peyğəmbərimizin
vəhyləri yazmağı tapşırdığı qırxa qədər vəhy katibinin çoxu mək-
kəli idi.
Nazil olan ayələrin Məkkə dövrünün ilk illərindən etibarən ya-
zılması Quranda
73
, hədis qaynaqlarında və tarix kitablarında bildi-
rilir. Hz. Peyğəmbər Quran ayələri nazil olduqda səhabilərə onu
əzbərləmələrini əmr etməklə yanaşı onlar içərisində yazı yazmağı
bilənlərə də onu yazmalarını tapşırırdı. Hz. Peyğəmbər nazil olan
ayə ləri vəhy katiblərinə yazdırıb sonra da onlara yazdıqları mətni
yüksək səslə oxumalarını əmr edərdi. Beləliklə o vəhy katibinin
doğ ru yazıb-yazmadığını təsbit edərdi. Zeyd İbn Sabit bu haqda
belə deyir: “Rəsulullah (s.ə.s) vəhyi mənə yazdırar və sonra yazdı-
ğımı oxutdurardı. Əgər bir səhvə yol vermişəmsə onu düzəldərdi.
Mən yalnız bu yoxlama işindən sonra vəhyi insanlara çatdırardım.”
74
Quranın Hz. Peyğəmbər zamanında yazıldığını göstərən bəzi
dəlillər bunlardır:
Hz. Ömərin müsəlman olması ilə nəticələnən hadisədə onun
bacısının oxuduğu Məkkədə nazil olan Taha surəsinin ilk ayələrinin
olduğu səhifə, vəhyin ilk günlərdən qələmə alındığını göstərən
qüvvətli bir dəlildir.
Hz. Osmanın aşağıdakı sözləri də Quranın ilk dövrdə yazıl-
dığını göstərir: “Rəsulullaha (s.ə.s.) vəhy gəldiyi zaman o, vəhy
73 Bax: Furqan, 25/5, Tur, 51/1-3, Abəsə, 80/11-16, Bəyyinə, 98/2
74 Heysəmi, Məcməuz-Zəvaid, VIII/257
QURANIN KİTAB ŞƏKLİNƏ SALINMASI
59
katiblərindən birini çağırar və : “Bu ayələri yazıb, filan ayələrin
yerləşdiyi surənin içinə qoy” buyurardı.
75
“Yalnız mənə nazil olan vəhyi yazın”
76
hədisi də Quranın Hz.
Peyğəmbər zamanında yazıldığına dəlalət edir.
Abdullah ibn Ömər belə deyir: “Hz. Peyğəmbər yanımızda
olan vəhy səhifələri ilə döyüşdə iştirak etməyimizi qadağan etdi.
Çünki o, vəhy səhifələrinin düşmənin əlinə keçməsini istəmirdi”.
77
Bəra ibn Azibdən isə belə rəvayət olunur: Nisa
surəsinin: “Zərər
çəkmədən (üzrsüz səbəbə görə evlərində) əyləşən möminlərlə Allah yolun-
da öz malları və canları ilə cihad edən (vuruşan) kimsələr bir olmazlar.
Allah malları və canları ilə vuruşanları (evlərində) əyləşənlərdən (ciha-
da getməyənlərdən) dərəcə etibarilə üstün tutdu. Allah bunların hamısı-
na (hər ikisinə savab) vəd etmişdir. (Lakin) Allah mücahidlərə (evlərində)
oturanlardan daha böyük mükafatlarla imtiyaz vermişdir”
78
ayəsi nazil
olduğu zaman Rəsulullah (s.ə.s.): “Filan şəxsi yanıma çağırın”-
dedi. Çağırılan şəxs (Zeyd ibn Sabit), mürəkkəb, qələm və səhifə
alıb gələnədə, Rəsulullah ona belə dedi: Nisa surəsinin 95-ci
ayəsini
yaz”
79
Bu son iki rəvayət də Quranın Hz. Peyğəmbər dövründə
yazıldığını göstərən dəlillərdəndir.
Hz. Peyğəmbərin vəhy katibləri enən ayələri dəvələrin kürək və
qabırğa sümüklərinə (azm), aşılanmış dərilərə (ədim), bəyaz daşlara
(lihaf), xurma yarpaqlarına (asib), taxtaya və papiruslara (qirdas)
yazırdılar. Ancaq Quran ayələrinin Hz. Peyğəmbər zamanında bir
kitab şəklinə gətirildiyinə dair hər hansı bir məlumat yoxdur. An-
caq Buxarinin Səhihində keçən bir hədisdə Hz. Peyğəmbərin hər
75 Əhməd b. Hənbəl, I, 57
76 Müslüm, Zühd, 16
77 Əhməd b. Hənbəl, II, 6, 10, 55, 63, 76
78 Nisa, 4/95
79 Buxari, Təfsir, 4.
Dostları ilə paylaş: |