Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə14/60
tarix30.10.2018
ölçüsü1,15 Mb.
#76451
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   60

TƏFSİR ÜSULU VƏ TARİXİ
56
“Ata,  ana  və  qohumların  (vəfat  etdikdə)  qoyub  getdikləri  maldan 
kişi lərə və qadınlara pay düşür. Həmin malın azından da, çoxundan da 
(bunlara  veriləcək)  hissə  müəyyən  edilmişdir.  Malın  (vərəsələr  arasın-
da) bölünməsi zamanı varis olmayan qohumlar, yetimlər və yoxsullar da 
orada iştirak edərlərsə, onlara da o maldan bir şey verin və gözəl sözlərlə 
könüllərini alın!”
65
“Ey iman gətirənlər! Müəyyən müddətə bir-birinə borc verib aldıqda, 
onu yazın! Bunu (bu sənədi) aranızda bir nəfər katib ədalətlə yazsın! Katib 
gərək Allahın öyrətdiyi kimi yazmaqdan boyun qaçırmasın, yazsın! Borclu 
olan şəxs borcunu söyləyərək (deyə-deyə) yazdırsın və Rəbbi olan Allahdan 
qorxaraq ondan (borcdan) bir şey əskiltməsin.”
66
“Ey  iman  gətirənlər!  Allahın  sizə  halal  buyurduğu  pak  nemətləri 
(özünüzə) haram etməyin və həddi aşmayın. Doğrudan da, Allah həddi 
aşanları sevməz!”
67
4. Quranda ibadətlər
Qurani-kərimdə namaz, oruc və həcc kimi ibadətlərdən də bəhs 
olunmuşdur.  İbadətlər,  yuxarıda  bəhs  olunan  etiqadlara,  əxlaqi 
və hüquqi əmrlərə baxışımızı həm fərdi, həm də ictimai cəhətdən 
gücləndirər  və  canlı  saxlar.  Buna  görə  də  ibadətlərin  yerinə 
yetirilməsi çox önəmlidir:
“Mən, həqiqətən, Allaham. Məndən başqa heç bir tanrı yoxdur. Mənə 
ibadət et və Məni anmaq üçün namaz qıl!”
68
“Ey  iman  gətirənlər!  Oruc  tutmaq  sizdən  əvvəlki  ümmətlərə  vacib 
edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən 
çəkinəsiniz!”
69
65  Nisa, 4/7-8
66  Bəqərə, 2/282
67  Maidə, 5/87
68  Taha, 20/14
69  Bəqərə, 2/183


QURANIN KİTAB ŞƏKLİNƏ SALINMASI
57
“Allahdan ötrü həcc və ümrə (kiçik həcc) əməllərini tam yerinə yeti-
rin!
70
İbadətlər eyni zamanda Allahın işarələridir. Buna görə də onlar 
təməl etiqadlarla yaxından əlaqəlidirlər:
“Ey iman gətirənlər! Allahın müəyyən etdiyi mərasimə (həcc məra-
siminə), haram (hörmətli) aya (həcc ayı hesab edilən zülhiccəyə və ya rəcəb 
zülqədə,  zülhiccə  və  məhərrəm  aylarına),  (Kəbəyə  gətirilən)  qurbanlara, 
boynuna nişan taxılmış qurbanlıq heyvanlara, həmçinin Rəbbinin lütfünü 
və razılığını diləyərək Beytülhərama (müqəddəs evə) üz tutub (ziyarətə) 
gələnlərə hörmətsizlik etməyin!”
71
III. QURANIN KİTAB ŞƏKLİNƏ SALINMASI
Hz.  Məhəmməd  son  peyğəmbər,  aldığı  vəhy  də  son  vəhy 
idi.  Buna  görə  də  Quranın  nuru  sadəcə  Ərəbistan  yarımadası  ilə 
məhdudlaşmamalıydı  və  məhdudlaşmadı  da.  Quran  hələ  kitab 
şəklində deyilkən belə özünü “əl-Kitab”
72
 adlandırırdı. Allahın Qu-
rana “əl-Kitab” adını verməsi Onun Quranın yazılmasını istədiyini 
göstərirdi.
Miladi  610-632-ci  illər  arasında  nazil  olan  Qurani-kərim  o 
dövrdə kitab şəklinə salınmamışdı. Ancaq gələn hər vəhyin gələ-
cəkdə meydana gətiriləcək kitabdakı yeri Hz. Peyğəmbər tərəfindən 
gös tərilirdi. Quranın kitab şəklinə salınması mövzusunu aşağıdakı 
kimi izah etmək olar:
A. Quranın Hz. Peyğəmbər zamanında yazılması
Yazı mədəniyyəti inkişaf etməyən ərəblər güclü hafizələri sa-
yəsində  ayə  və  surələri  əzbərləməkdə  çətinlik  çəkmirdilər.  Ərəb 
70  Bəqərə, 2/196
71  Maidə, 5/2
72  Bəqərə, 2/2 Nəml, 27/1


TƏFSİR ÜSULU VƏ TARİXİ
58
ya zısının  hələ  inkişaf  etməməsi  vəhyləri  yazmağı  çətinləşdirirdi. 
Ancaq Məkkə dövrünün sonlarından etibarən yazma-oxuma bilən 
müsəlmanların  sayı  artdı.  Ticarətlə,  xüsusilə  də  xarici  ölkələrlə 
ticarət əlaqələrində iştirak edən məkkəlilər arasında oxuyub yaza 
bilənlərin  sayı  mədinəlilərdən  çox  idi.  Belə  ki,  Peyğəmbərimizin 
vəhyləri yazmağı tapşırdığı qırxa qədər vəhy katibinin çoxu mək-
kəli idi. 
Nazil olan ayələrin Məkkə dövrünün ilk illərindən etibarən ya-
zılması Quranda
73
, hədis qaynaqlarında və tarix kitablarında bildi-
rilir.  Hz.  Peyğəmbər  Quran  ayələri  nazil  olduqda  səhabilərə  onu 
əzbərləmələrini əmr etməklə yanaşı onlar içərisində yazı yazmağı 
bilənlərə də onu yazmalarını tapşırırdı. Hz. Peyğəmbər nazil olan 
ayə ləri vəhy katiblərinə yazdırıb sonra da onlara yazdıqları mətni 
yüksək  səslə  oxumalarını  əmr  edərdi.  Beləliklə  o  vəhy  katibinin 
doğ ru  yazıb-yazmadığını  təsbit  edərdi.  Zeyd  İbn  Sabit  bu  haqda 
belə deyir: “Rəsulullah (s.ə.s) vəhyi mənə yazdırar və sonra yazdı-
ğımı oxutdurardı. Əgər bir səhvə yol vermişəmsə onu düzəldərdi. 
Mən yalnız bu yoxlama işindən sonra vəhyi insanlara çatdırardım.”
74
Quranın Hz. Peyğəmbər zamanında yazıldığını göstərən bəzi 
dəlillər bunlardır:
Hz.  Ömərin  müsəlman  olması  ilə  nəticələnən  hadisədə  onun 
bacısının oxuduğu Məkkədə nazil olan Taha surəsinin ilk ayələrinin 
olduğu  səhifə,  vəhyin  ilk  günlərdən  qələmə  alındığını  göstərən 
qüvvətli bir dəlildir.
Hz.  Osmanın  aşağıdakı  sözləri  də  Quranın  ilk  dövrdə  yazıl-
dığını  göstərir:  “Rəsulullaha  (s.ə.s.)  vəhy  gəldiyi  zaman  o,  vəhy 
73  Bax: Furqan, 25/5, Tur, 51/1-3, Abəsə, 80/11-16, Bəyyinə, 98/2
74   Heysəmi, Məcməuz-Zəvaid, VIII/257


QURANIN KİTAB ŞƏKLİNƏ SALINMASI
59
katiblərindən  birini  çağırar  və  :  “Bu  ayələri  yazıb,  filan  ayələrin 
yerləşdiyi surənin içinə qoy” buyurardı. 
75
 “Yalnız mənə nazil olan vəhyi yazın”
76
 hədisi də Quranın Hz. 
Peyğəmbər zamanında yazıldığına dəlalət edir.
Abdullah  ibn  Ömər  belə  deyir:  “Hz.  Peyğəmbər  yanımızda 
olan vəhy səhifələri ilə döyüşdə iştirak etməyimizi qadağan etdi. 
Çünki o, vəhy səhifələrinin düşmənin əlinə keçməsini istəmirdi”.
77
 
Bəra  ibn Azibdən  isə  belə  rəvayət  olunur:  Nisa
 
surəsinin:  “Zərər 
çəkmədən (üzrsüz səbəbə görə evlərində) əyləşən möminlərlə Allah yolun-
da öz malları və canları ilə cihad edən (vuruşan) kimsələr bir olmazlar. 
Allah malları və canları ilə vuruşanları (evlərində) əyləşənlərdən  (ciha-
da getməyənlərdən) dərəcə etibarilə üstün tutdu. Allah bunların hamısı-
na (hər ikisinə savab) vəd etmişdir. (Lakin) Allah mücahidlərə (evlərində) 
oturanlardan daha böyük mükafatlarla imtiyaz vermişdir
78
 ayəsi nazil 
olduğu  zaman  Rəsulullah  (s.ə.s.):  “Filan  şəxsi  yanıma  çağırın”-
dedi. Çağırılan şəxs (Zeyd ibn Sabit), mürəkkəb, qələm və səhifə 
alıb gələnədə, Rəsulullah ona belə dedi: Nisa surəsinin 95-ci
 
ayəsini 
yaz”
79
  Bu  son  iki  rəvayət  də  Quranın  Hz.  Peyğəmbər  dövründə 
yazıldığını göstərən dəlillərdəndir.
Hz. Peyğəmbərin vəhy katibləri enən ayələri dəvələrin kürək və 
qabırğa sümüklərinə (azm), aşılanmış dərilərə (ədim), bəyaz daşlara 
(lihaf), xurma yarpaqlarına (asib), taxtaya və papiruslara (qirdas) 
yazırdılar. Ancaq Quran ayələrinin Hz. Peyğəmbər zamanında bir 
kitab şəklinə gətirildiyinə dair hər hansı bir məlumat yoxdur. An-
caq  Buxarinin  Səhihində  keçən  bir  hədisdə  Hz.  Peyğəmbərin  hər 
75   Əhməd b. Hənbəl, I, 57
76   Müslüm, Zühd, 16
77   Əhməd b. Hənbəl, II, 6, 10, 55, 63, 76
78   Nisa, 4/95
79   Buxari, Təfsir, 4.


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə