Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə13/60
tarix30.10.2018
ölçüsü1,15 Mb.
#76451
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   60

QURANİ-KƏRİM (QURAN VƏHYİ)
53
bilərsiniz?! Onlardan (o iki dənizdən) inci və mərcan çıxar. Belə olduqda 
Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!”
56
c. Axirət etiqadı
Quran bizə iman əsaslarından olan axirət etiqadından da bəhs 
etmişdir. İnsanın bu dünyadakı həyatı əbədi deyildir. Dünya həyatı 
insan  üçün  imtahandır.  O,  öldükdən  sonra  təkrar  dirildiləcək  və 
dünyada etdiyi əməllərə görə hesaba çəkiləcəkdir.
“Yer özünə məxsus bir şiddətlə lərzəyə gəlib titrəyəcəyi zaman. Yer 
öz yükünü çıxardıb atacağı zaman. İnsan (təəccüblə): “Buna (bu yerə) nə 
olub?” – deyəcəyi zaman . Məhz o gün (yer) öz hekayətini söyləyəcəkdir. 
Çünki  (bunu)  ona  sənin  Rəbbin  vəhy  etmişdir  (buyurmuşdur)!  O  gün 
insanlar  əməllərinin  özlərinə  göstərilməsi  üçün  (qəbirlərindən  məhşərə) 
dəstə-dəstə  çıxacaqlar!  (Cənnətliklər  sağ  tərəfə,  cəhənnəmliklər  isə  sol 
tərəfdə olacaqlar). Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu 
(onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). Kim də zərrə qədər pis iş 
görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir).”
57
Yuxarıda  saydığımız  başlıqlar  İslami  digər  dinlərdən  ayıran 
əsas qavram və etiqadlardır. Digər dinlərdə bu qavram və etiqad-
larya  fərqli  şəkildədir,  ya  da  heç  yoxdur.  Məsələn  Xristianlığın 
Allah  anlayışı  İslamın  Allah  anlayışından  çox  fərqlidir.  İslamın 
peyğəmbər və ilahi kitab anlayışı da digərlərininkindən fərqlidir. 
2. Quranda əxlaq
Yuxarıda Quranın əsas qavram və etiqadlarından bəhs etdik. 
Quranın əxlaq anlayışına görə bunların həyata da əks olunması la-
zımdır. Allaha və axirətə iman, insanın həyatına və davranışlarına 
da əks olunmalı, davranışlarına imanı istiqamət verməlidir:
56  Rəhman, 55/17-23
57  Zilzal, 99/1-8


TƏFSİR ÜSULU VƏ TARİXİ
54
“Bəndələrinin tövbəsini O qəbul edir, günahları O bağışlayır və sizin 
nə etdiyinizi də O bilir. İman gətirib yaxşı işlər görənlərin duasını qəbul 
edən, Öz nemətini onlara artıran da Odur. Kafirləri isə şiddətli bir əzab 
gözləyir!”
58
Quran, müsəlman inandığı Allah etiqadına görə həyatına yön 
verməsini istəyir:
“Həqiqətən,  Allah  (Quranda  insanlara)  ədalətli  olmağı,  yaxşılıq 
etməyi, qohumlara (haqqını) verməyi (kasıb qohum-əqrəbaya şəriətin va-
cib bildiyi tərzdə əl tutmağı) buyurar, zina etməyi, pis işlər görməyi və 
zülm etməyi isə qadağan edir. (Allah) sizə düşünüb ibrət alasınız deyə, 
belə öyüd-nəsihət verir!”
59
“(Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli 
işlər  görməyi  əmr  edən  və  pis  əməlləri  qadağan  edən  bir  camaat  olsun! 
Bunlar (bu camaat), həqiqətən nicat tapmış şəxslərdir.”
60
“Onlar öz iştahaları çəkdiyi (özləri yemək istədikləri) halda (və ya: Al-
lah rizasını qazanmaq uğrunda) yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. 
(Və sonra da yedirtdikləri kimsələrə belə deyərlər: ) “Biz sizi ancaq Allah 
rizasından ötrü yedirdirik. Biz sizdən (bu ehsan müqabilində) nə bir mü-
kafat, nə də bir təşəkkür istəyirik.”
61
Allah kainatı insan üçün yaratmış və onun ixtiyarına vermişdir. 
İnsan da öz növbəsində təbiəti və kainatı qorumalı, onlarla Allahın 
istədiyi şəkildə davranmalıdır:
Sizə verdiyimiz ruzilərin təmizindən (halalından) yeyin, lakin bunda 
həddi aşmayın (israfçılıq, xəsislik və nankorluq etməyin, ehtiyacı olana şəri 
58  Şura, 42/25-26
59  Nəhl, 16/90
60  Ali İmran, 3/104
61  İnsan, 76/8-9


QURANİ-KƏRİM (QURAN VƏHYİ)
55
qayda üzrə kömək göstərin), yoxsa qəzəbimə düçar olarsınız. Qəzəbimə dü-
çar olan isə mütləq uçuruma düşüb bədbəxt (cəhənnəmlik) olar.”
62
3. Quranda hüquq və öhdəliklər
Quranda  fərdin  cəmiyyətdəki  hüquqları  və  öhdəliklərindən 
də bəhs olunur. Belə ki, Quranda bəzi sosial və təşkilati məsələlər 
üzərində  durulmuş  və  fərdlər  arasındakı  münasibətlər  haqqında 
dini və hüquqi hökmlərə yer verilmişdir. Allah etiqadının və əxlaqın 
sosial həyatdakı əksi Qurandakı hüquq və öhdəliklərdə özünü açıq 
şəkildə göstərir. Etiqadlı və əxlaqlı fərdlər sosial həyatda ədalətli 
olacaq, başqalarına haqsızlıq etməyəcəklər:
“Ey iman gətirənlər! Allah qarşısında (borcunuzu yerinə yetirməkdə) 
sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kini-
niz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxın-
dır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır!”
63
Quran ədalət qarşısında hamının bir olduğunu və hüququn üs-
tünlüyünün hər kəs tərəfindən qəbul edilməsinin zəruriliyini dilə 
gətirir:
“Ey  iman  gətirənlər!  (Şahidliyiniz)  sizin  özünüzün,  ata-ananızın, 
yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışan Allah 
şahidi olun! (Əleyhinə şahidlik edəcəyiniz şəxs) istər dövlətli, istər kasıb ol-
sun, hər halda Allah onların hər ikisinə (sizdən) daha yaxındır. Nəfsinizin 
istəyinə uyub haqdan üz çevirməyin! Əgər dilinizi əyib büzsəniz və ya 
(doğru şəhadət verməkdən, yaxud ümumən şahidlikdən) boyun qaçırsanız, 
(bilin ki) Allah etdiyiniz işlərdən xəbərdardır!”
64
Quranda, bu ədalət işığında, sosial ədalət, ailə və iqtisadiyyat 
sahələrinə dair əmr və qadağalar da vardır:
62  Taha, 20/81
63  Maidə, 5/8
64  Nisa, 4/135


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə