Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə11/60
tarix30.10.2018
ölçüsü1,15 Mb.
#76451
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   60

QURANİ-KƏRİM (QURAN VƏHYİ)
45
müşrikləri sənə iman gətirmədilər)!”
46
 Quran müşriklərin təkrar diril-
mə nin mümkünsüzlüyünə dair iddialarını rədd etmişdir.
47
Yenə məkki surələrdə qiyamət və axirət təsvirləri, inkarçıların 
acı aqibəti və möminlərə veriləcək mükafatlar geniş şəkildə anlatıl-
mışdır.
48
 Qeybi mövzular, cənnət və cəhənnəm təsvirləri əsasən bu 
ayələrdə yer alır. 
Məkkə dövründə ibadətlər də formalaşmağa başlamışdır. Əv-
vəlcə  müxtəlif  ayəılərdə  ibadət  şüuru  formalaşdırılmış,  əxlaqi  və 
mənəvi  kamilliyə  aparan  davranışlara  diqqət  çəkilmişdir.  Məkki 
ayələrdə namaz və zəkat üzərində durulmuşdur.
Məkki  ayələrdə  qissələr  də  mühüm  yer  tutur.  Məkki  ayələr 
mədəni ayələrə görə daha qısadır.
b. Mədəni ayələr
Endiyi  məkandan  asılı  olmayaraq  hicrətdən  sonra  nazil  olan 
ayələrə  də  mədəni  ayələr  deyilmişdir.  Mədəni  ayələrdə  işlənən 
mövzuların başında siyasət və hüquq məsələləri gəlir. Bu ayələrdə 
əsasən sosail nizamla əlaqədar əmrlər vardır. Belə ki, adam öldürmə, 
oğruluq və zina üçün cəzalar bu ayələrlə bildirilmiş, ailə, evlənmə, 
boşanma, miras və s. məsələlər bunlarla açıqlanmışdır.
Bu dövrdə nazil olan ayələrdə iqtisadi sahəyə aid bəzi qaydalar 
da qoyulmuşdur. Mədinədə Məkkə dövründə fərz olunan namaza 
və zəkata oruc və həcc ibadətləri də əlavə olunmuşdur. Digər dini 
topluluqlarla münasibətlər haqqındakı ayələr də məhz Mədinədə 
nazil olan ayələrdir. Bu ayələrdə müsəlmanların yəhudilərlə, xris-
tianalarla və digər din mənsubları ilə münasibətləri ələ alınmışdır.
46  Qaf, 50/1
47  Möminun, 23/79-90, Yasin, 36/48-54, 78-83, Saffat, 37/16-39
48  Tur, 52/7-28, 45-48, Haqqə, 69/13-37, Məaric, 70/1-16, Təkvir, 81/1-14, 
İnfitar, 82/1-19, Leyl, 92/5-21, Zilzal, 99, 1-8


TƏFSİR ÜSULU VƏ TARİXİ
46
Mədəni ayələr daha uzun olub, ictimai məsələləri ələ aldıqları 
üçün ədəbi üslüb daşımırlar. Quranın 65-70%-ini məkki, 30-35%-ini 
mədəni ayələr təşkil edir.
Məkki və mədəni ayələrin fərqləndirilməsi ilə əlaqədar olaraq 
müsəlman alimləri bəzi meyarlar təklif etmişlər:
1.  Məkki  ayələri  əqidə  məsələləri  ilə,  xüsusilə  tövhid,  vəhy, 
nübüvvət, məad, habelə ən mühim əxlaqi məsələlərlə əlaqədar ola-
raq nazil edilmişdir. 
2. Mədəni ayələrdə isə əsasən əhli-kitabın iddialarına cavab ve-
rilir, münafiqlərin tutduqları mövqe pislənir. Bu ayələrdə həmçinin 
möminlərin həyatı ilə bağlı hökmlər ehtiva olunur. 
Məkki və mədini ayələri bilmək müfəssirə və mütərcimə hansı 
Quran ayələrinin əvvəl, hansılarının isə sonra nazil edilməsi barədə 
fikir hasil etməyə imkan verir. Alimlər hansı ayənin hansı ayədən 
sonra  endiyinin  müəyyənləşdirilməsinin  qeyri-mümkün  olduğu-
nu  söyləsələr  də,  surələrin  xronoloji  ardıcıllığını  təxmini  olsa  da 
müəyyənləşdirməyə  çalışmışlar.  Onlar  doxsan  surənin  Məkkədə, 
iyirmi dörd surənin isə Mədinədə nazil olduğu nəticəsinə gəlmişlər. 
Lakin həm məkki, həm də mədəni surələrdə qeyri-məkki və qeyri-
mədəni ayələrin olduğu şübhəsiz bir həqiqətdir.
2. Surə
Surə” lüğətdə “yüksək məqam”, “üstün dərəcə”, “şan”, “şərəf”, “bi-
nanın mərtəbələri” kimi mənalara gəlir. Termin olaraq da ”ayələrdən 
meydana gələn, əvvəli və sonu olan müstəqil Quran bölməsi” şəkıində 
tərif edilmişdir. Quranda 114 surə vardır ki, bunların ən qısa olanı 
üç ayədən ibarət olan Kövsər surəsi, ən uzun olanı isə 286 ayədən 
meydana gələn Bəqərə surəsidir.


QURANİ-KƏRİM (QURAN VƏHYİ)
47
Surələrin  adları  qissələrdə  keçən  şəxslərin  və  haqqında  bəhs 
etdikləri  cəmiyyətlərin  adlarından  və  ya  əhatə  etdikləri  mövzu-
lardan  və  yaxud  da  bəzi  surələrin  əvvəlində  yerləşən  müqəttəə 
hərflərindən  götürülmüşdür.  Hər  nə  qədər  surə  adlarının  həm 
tövqifi, həm də ictihadi olduğu söylənmişsə də, bu adların ictiha-
di  olduğunu  söyləmək  daha  doğru  olardı.  Çünki  bəzi  surələrin 
birdən çox adı vardır. Sadəcə Fatihə surəsinin iyirmiyə qədər adı 
məlumdur.
Ehtiva  etdikləri  ayələrin  sayına  görə  də  surələrə  bəzi  adlar 
verilmişdir. Yüzdən çox ayənin olduğu Quran surələrinə “tuvəl”, 
təxminən yüz ayənin olduğu surələrə “miun”, yüzdən az ayə olan 
surələrə ”məsani”, daha kiçik surələrə də “müfəssəl” surələr deyilir.
E. Quran mətninin tərtibi
Quranın  tərtibindən  məqsəd  onun  ayə  və  surələrinin 
düzülüşündə hansı meyarların əsas alınması məsələsidir. Bilindiyi 
kimi Quranın ayə və surələri enməyə başladığı andan etibarən ard-
arda deyil, Hz. Peyğəmbərin göstərdiyi şəkildə tərtib edilmişdir. 
1. Ayələrin tərtibi
Ayələrin ilahi tərtiblə tərtib olunduğuna dair İslam alimləri ar-
sında ittifaq vardır. Bu tərtibə tövqifi tərtib deyilir. Tərtib işində Hz. 
Peyğəmbərin  və  səhabilərin  ictihadı  olmamışdır.  Hz.  Peyğəmbər 
namazlarda və digər yerlərdə ayələri Cəbrayıl tərəfindən bildirilən 
tərtibə  görə  oxumuşdur.  Məkki  ibn  Əbu  Talibin  (437/1045) 
bildirdiyinə  görə,  ayələrin  müəyyən  bir  tərtiblə  düzülməsi  və 
surələrin  əvvəlinə  bəsmələnin  qoyulması  Hz.  Peyğəmbərin  əmri 
ilə olmuşdur. Buna görə də Rəsulullah (s.ə.s.) əmr etmədiyi üçün 
Tövbə surəsinin əvvəlinə bəsmələ qoyulmamışdır.


TƏFSİR ÜSULU VƏ TARİXİ
48
Bir  rəvayətdə  Hz.  Peyğəmbərin  belə  buyurduğu  bildirilir: 
“Kim  gecə  əl-Bəqərə  surəsinin  son  iki  ayəsini  oxuyarsa,  bu  ona 
kifayətdir”.
49
 
Başqa bir rəvayətdə isə Hz. Peyğəmbərin Dəccalın or-
taya çıxışında ondan qorunmaq üçün Kəhf surəsinin ilk on ayəsini 
oxumağı  tövsiyə  etdiyi
50
  nəql  olunur  ki,  bütün  bunlar  Quran 
ayələrinin tərtibinin ictihadi deyil, təvqifi olduğunu göstərir.
Səhabilər  də  Quranı  Rəsulullahdan  (s.ə.s)  eşitdikləri  kimi 
əzbərləmiş, yazmış və ilahi tərtibi mühafizə etmişlər. Hz. Əbu Bəkr 
zamanında Quran kitab şəklinə gətirilərkən, daha sonra Hz. Osman 
dövründə Quranın nüsxələri çoxaldılarkən bu tərtib olduğu kimi 
qorunmuş və heç bir dəyişiklik olunmadan günümüzə qədər gəlib 
çatmışdır.
2. Surələrin tərtibi
İslam alimləri surələrin tərtibi mövzusunda müxtəlif fikirlər or-
taya atmışlar. Səslənən bu fikirləri üç başlıq altında toplamaq müm-
kündür:
a. Surələrin tərtibi ictihadidir. 
Bu  qrupda  yer  alan  alimlərin  başında  İmam  Malik  (vəfa tı 
179/795) gəlir. Baqillani də bu fikri dəstəkləmişdir. Bu görüşü mü-
dafiə  edənlər  Hz.  Osmanın  Quranı  çoxaldarkən  surələri  yenidən 
tərib etdirməsini və Hz. Əli, Abdullah İbn Məsud Və Übey İbn Kəb 
kimi xüsusi Quran nüsxələri olan səhabilərin hər birinin nüsxəsində 
surələrin fərqli şəkildə tərtib olunmasını əsas gətirirlər.
49   Müslüm, Səlatul-müfəssirin, 256
50   İbn Kəsir, Təfsir, III/70-71


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə