Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə7/60
tarix30.10.2018
ölçüsü1,15 Mb.
#76451
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   60

BİRİNCİ FƏSİL
VƏHY VƏ QURAN



I. ÜMUMİ OLARAQ VƏHY
Qurani-kərimə görə Allah insanı digər varlıqlardan fərqli ya-
rat mışdır.  Onu  müəyyən  dərəcədə  hürr  yaratmış  və  etdiyi  əməl-
lərdən məsul tutmuşdur. İnsan Allahın ona verdiyi idrak gücü ilə 
pisi  yaxşıdan,  gözəli  çirkindən,  doğrunu  yanlışdan  ayıra  biləcək 
qabiliyyətdədir.  Ancaq  insan,  ətraf  mühitin,  nəfsinin  istəklərinin 
və şeytanın təsiri ilə hər zaman Yaradanını tanımaya və əxlaqlı ol-
maya bilər. Allah yaratdığı insanın bu zəif nöqtələrini bildiyi üçün 
ona nümunəvi insanları rəhbər olaraq göndərməyi murad etmiş və 
onunla sözlü münasibət (vəhy) qurmuşdur. Bu, Allahın insanlara 
bəxş  etdiyi  sonsuz  şəfqət  və  mərhəmətinin  təzahürüdür. Allahın 
sözlü münasibəti (vəhy) ilk peyğəmbərdən başlayaraq son elçi Hz. 
Məhəmmədə qədər davam etmişdir.
Vəhy deyildikdə Quran və ya digər səmavi kitablar başa düşül-
məklə yanaşı, vəhyin mahiyyət baxımından bir-birindən fərqli növ-
ləri də vardır. Buna görə də Quran vəhyinə keçmədən əvvəl vəhy 
mövzusunda ümumi məlumat vermək faydalı olar. 
A. Vəhyin Tərifi
1. Leksik mənası
 “Vəha” felinin məsdəri olan vəhy sözü “gizli və sürətli bir şəkildə 
bildirmək”, “ilham etmək
22
, “işarə etmək
23
, “fısıldamaq
24
, “əmr etmək
25

22   Maidə 5/111, Nəhl 16/168.
23   Məryəm 19/11.
24   Ənam 6/112.
25   Fussilət 41/12, Zilzal 99/4-5.


TƏFSİR ÜSULU VƏ TARİXİ
30
“ təlqin etmək “
26
, “yazmaq” və “vəsvəsə vermək
27
 mənalarını daşıyır. 
Məfhum olaraq vəhy, “Uca Allahın, ümumi olaraq varlqıqlara hərəkət 
tərzlərini bildirməsi, xüsusi olaraq da insanlara çatdırmaq istədiyi ilahi 
əmr, qadağa və xəbərlərin hamısını vasitəli və ya vasitəsiz bir tərzdə, gizli 
və sürətli bir şəkildə peyğəmbərlərinə göndərməsi” kimi tərif edilə bilər.
2. Terminoloji mənası
 
Allah-təalanın peyğəmbərlər vasitəsilə insanlara mesajlarını çatdır-
masına”  vəhy  deyilir.  Vəhy  məfhumunun  Quranda  işlədilməsinə 
nəzər saldıqda görürük ki, bu termin “bəzi şeylərin bir varlıqdan 
başqa  bir  varlığa  çatdırılması”  mənasına  da  gəlir.  Bu  mənada 
Qurani-Kərim şeytanların
28
 və insanların (Hz. Zəkəriyənin)
29
 vəhy 
etməsindən söz açır. Ancaq vəhyin bu növü hər nə qədər “vaha” 
felindən törəsə də, o ilahi vəhy deyildir. 
Vəhy  kəlməsinin  mənşəyi  barədə  dilçilər  müxtəlif  fikirlər 
söyləmişlər. Bəzilərinə görə bu kəlmə ərəb mənşəli, bəzilərinə görə 
isə süryani mənşəlidir. Ancaq əksər alimlər vəhy kəlməsinin ərəb 
mənşəli  olduğu  qənaətindədirlər.  Vəhy  sözü  Quranda  səksənə 
yaxın ayədə keçir ki, bunların yetmişindən çoxunda feil şəklində 
işlənmişdir.
B. Vəhyin mahiyyəti
İslama  görə  vəhy  Allah  təalanın  peyğəmbərlər  vasitəsilə  in-
sanlara mesajlarını çatdırması deməkdir. Vəhy məfhumunun Qu-
randa işlədilməsinə nəzər saldıqda bu məfhumun fərqli anlamlara 
gəldiyini görürük. Bunları ilahi və qeyri-ilahi vəhy olaraq iki yerə 
ayırmaq olar. Yuxarıda da qeyd etdiyimiz kimi Qurani-kərim şey-
26   Ənam 6/121.
27   Ənam 6/112, 121.
28   Ənam 6/112, 121.
29   Məryəm 19/11.


ÜMUMİ OLARAQ VƏHY
31
tanların
30
  və  insanların  (Hz.  Zəkəriyənin)
31
  vəhy  etməsindən  söz 
açır. Ancaq  vəhyin  bu  növü  hər  nə  qədər  “vaha”  felindən  törəsə 
də,  o  ilahi  vəhy  deyildir.  Vəhy  məfhumu  ilə  ifadə  edilən  bu  cür 
vəhylərə qeyri-ilahi vəhy deyilir.
Qurani-Kərim vəhy kitabları kimi Hz. İbrahimin səhifələrindən, 
Hz. Musaya nazil olan Tövratdan, Hz. Davuda nazil olan Zəburdan 
və Hz. İsaya endirilən İncildən bəhs edir. Bundan başqa Quranda 
Züburul Əvvəlin (Əvvəlkilərin Kitabları)
32
 ifadəsi də keçir.
Vəhy, Allah,  mələk,  peyğəmbər  və  insan  arasındakı  əlaqə dir. 
Vəh yin başlanğıc nöqtəsində Allah, bitiş nöqtəsində isə peyğəmbər-
lər vardır. Onlar arasındakı əlaqənin təmin olunmasında isə mələk 
rol oynayır. Ancaq burada son nöqtə peyğəmbərlə qurtarmır. Çünki 
vəhy peyğəmbərlər vasitəsi ilə insanları dünyada və axirətdə xoşbəxt 
etmək üçün göndərilmişdir. İlk mərhələdə mələk (Cəbrayıl) vəhyi 
Al lahdan alır, ikinci mərhələdə isə onu peyğəmbərlərə çatdırır. 
Bu mövzuda üzərində durulması zəruri olan məsələlərdən bi ri 
də mələklə peyğəmbər arasındakı əlaqənin necə qurulması mə sə-
ləsidir. İslam alimləri bu məsələni əsasən iki istiqamətdə izah et-
miş lər.  Onlara  görə  eyni  anlaşma  sisteminin  olması  üçün  hər  iki 
tə rəfin də başa düşəcəyi ortaq bir dilin işlədilməsi lazımdır. Vəhy 
ta rixinə nəzər saldıqda görürük ki, hər peyğəmərə vəhy öz dilində 
gön dərilmişdir. Bundan başqa vəhy əsnasında danışan və dinləyən 
eyni kateqoriyaya mənsub olmalıdırlar ki, bunun da iki yolu vardır. 
Ya dinləyən danışanın təsiri ilə onun səviyyəsinə qalxar, ya da da-
nışan dinləyənin səviyyəsinə enər. Hz. Mühəmməd (s.ə.s.) hər iki 
şəkildə də vəhy almışdır.
30   Ənam 6/112, 121.
31   Məryəm 19/11.
32   Şüəra 26/196.


TƏFSİR ÜSULU VƏ TARİXİ
32
Böyük  İslam  sosioloqu  İbn  Xaldun  bu  məsələ  ilə  əlaqədar 
olaraq  belə  deyir:  “Vəhyin  nuru  ortaya  çıxdıqda  peyğəmbərlər 
ətrafındakı  şeylərdən  tamamilə  sıyrılaraq  mənəviyyata  yönəlirlər 
və onlara baxdıqda sanki onların yatdığı və ya bayıldığı fikri hasil 
olur. Halbuki belə deyildir. Onlar bu şəkildə görünsələr də, əslində 
ruhları uca ruhlar və mələklərlə ruhani münasibət qurduqları üçün 
bəşəri sifətdən tamamilə ayrılırlar. Bu anda peyğəmbərlər fısıltı ilə 
söylənilən sözləri eşidir və anlayırlar”.
33
 
Bəzi hədislər də, Rəsulullahın (s.ə.s.) vəhy gəldiyi zaman çək-
diyi iztirabları, fiziki ağrıları, sarsıntıları xəbər verir. Bu rəvayətlərin 
birində Hz. Aişə belə deyir: “Mən onu soyuq bir gündə vəhy alarkən 
gördüm, alnından tər damlaları axırdı”.
34
 Digər bəzi hədislərdə isə 
mələk vəhy gətirərkən Rəsulullahın (s.ə.s.) rənginin saraldığı, bə-
zən titrədiyi, bayılıb yerə yıxıldığı, bəzən də iniltili səslər çıxardığı 
bil dirilir.
35
 
Vəhydə üzərində durulması lazım olan əsas məsələlərdən biri 
də vəhyin çox gizli və son dərəcə sürətli şəkildə gəlməsidir. Bildiyi-
miz kimi vəhy Peyğəmbərimizə (s.ə.s.) sadəcə tək olduğu vaxtlarda 
deyil, eyni zamanda səhabələri ilə birlikdə ikən də gəlirdi. Lakin ona 
vəhy gələrəkən yanındakılar nə mələyi mələk şəklində görürdülər, 
nə də onun səsini eşidirdilər. Bundan başqa vəhy son dərəcə sürətli 
şə kildə gəlirdi ki, peyğəmbərlərin xaricində heç bir insan bu qədər 
sür ətli danışığı dinləyə bilmə qabiliyyətində deyildir.
33   İbn Xəldun, Müqəddimə, I/217
34   Buxari, Bədul-vəhy, 2
35   Buxari, Fəzailil-Quran, 2, Müslüm, Fəzail, 88, Əhməd b. Hənbəl, 
Müsnəd, I. 34, 464


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə