Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə15/60
tarix30.10.2018
ölçüsü1,15 Mb.
#76451
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   60

TƏFSİR ÜSULU VƏ TARİXİ
60
il Ramazan ayında o vaxta qədər nazil olan ayələri Cəbrayılın hü-
zurunda oxuduğu bildirilir. Vəfatından öncəki Ramazan ayında isə 
Cəbrayıl Quranı başdan sona qədər iki dəfə oxumuşdur.
80
 Bir çox 
ayədə vəhyi Hz. Peyğəmbərin hafizəsinə yerləşdirməyi Öz üzərinə 
götürən, ona hər hansı bir əlavənin edilməyəcəyini və ya ondan hər 
hansı bir şeyin əksilməyəcəyini bildirən Allah-təala (Haqqa, 44-45), 
son Ramazan ayında da Quran mətninin son yoxlanışını Cəbrayıl 
vasitəsi ilə etmişdir. Çünki Allah belə buyurur: “Zikri Biz endirdik və 
onu qoruyacaq olan da Bizik.” (Hicr 9)
B. Quranın Hz Peyğəmbər zamanında kitab şəklinə salınma-
masının səbəbləri
Quran ayələri Hz. Mühəmməd (s.ə.s) zamanında yazılmasına 
rəğmən  kitab  halına  gətirilməmişdi.  Bunun  da  səbəblərini  İslam 
alimləri aşağıdakı kimi izah etmişlər:
1. Hz. Əbu Bəkrin xəlifəliyi dövründə Quranın cəm olunması-
nın  və  Hz.  Osmanın  zamanında  istinsax  edilməsinin  səbəbi  ehti-
yacın ortaya çıxması idi. Hz. Peyğəmbərin zamanında isə Quranın 
kitab  halına  gətirilməsinə  ehtiyac  yox  idi.  Çünki  “əminul-vəhy” 
olan Peyğəmbər həyatdaykən Qurana hər hansı bir xələlin gəlməsi 
qeyri-mümkün idi.
2. Son nazil olan ayələrlə Hz. Peyğəmbəri vəfat etməsi arasın-
da sadəcə doqquz gecə olduğu rəvayət edilir. Belə qısa müddətdə 
Quranın o günkü şərtlərdə kitab halına gətirilməsi qeyri-mümkün 
idi. Çünki Zeyd ibn Sabit dağınıq olan Quran mətnlərini bir ildə bir 
yerə toplaya bilmişdi.
80   Buxari, Səhih, VI, 229


QURANIN KİTAB ŞƏKLİNƏ SALINMASI
61
3. Quran bir dəfədə nazil olmamışdır. Hz. Peyğəbər də vəhyin 
nə zaman kəsiləcəyini bilmirdi. Quran nazil olmağa davam etdiyi 
üçün onu kitab şəklinə salmaq mümkün deyildi.
4.  Bəzi  alimlər  isə  bunu  nəsx  məsələsi  ilə  əlaqələndirmişlər. 
Vəhy davam edərkən bəzi ayələrin nəsx olunması ehtimalı vardı. 
Bu ehtimal ola-ola Quran kitab şəklinə salınsaydı qarışıqlıq mey-
dana  gələ  bilərdi.  Belə  bir  qarışıqlığın  meydana  gəlməməsi  üçün 
Quran kitab şəklinə salınmadı.
Bütün bunları göz önündə tutduqda, Rəsulullah (s.ə.s.) həyatda 
ikən Quranın kitab halına gətirilməməsinin səbəbi asanlıqla başa 
düşülür.
C. Quranın Hz. Əbu Bəkir zamanında kitab şəklinə salın ma sı
Yuxarıda da qeyd olunduğu kimi müəyyən səbəblərə görə Hz. 
Peyğəmbərin sağlığınnda Quranı cəm etmək mümkün olmamışdı. 
Quranın cəm olunması prosesi Hz. Peyğəmbərin vəfatından sonra 
xəlifə olan Hz. Əbu Bəkrin zamanında baş verdi. Peyğəmbərimiz 
“əminul-vəhy” idi. Ancaq ondan sonra dövlətin başına keçən Hz. 
Əbu Bəkir bu sifəti daşımırdı. Buna görə də o, Quranı Müshəf halı-
na gətirməyə məcbur idi.
Bundan  başqa  Hz.  Əbu  Bəkirin  xəlifəliyi  dövründə  dindən 
dönən qəbilələrlə müharibələr aparılırdı. Bu savaşlardan biri olan 
Yəmamə savaşında 10200 müsəlmanın şəhid olduğu, bunların da 
500 və ya 700 nəfərinin Quran hafizi olduğu rəvayət olunmuşdur. 
Hz. Ömər bu savaşın dəhşətini belə təsvir edir: “Rəsulullahın (s.ə.s.) 
əshabı Yəmamədə kəpənəklərin alova düşüb yandıqları kimi şəhid 
edildilər”.
81
 
81   Mustafa Sadiq Rafii, İcazul-Quran, s. 17


TƏFSİR ÜSULU VƏ TARİXİ
62
 Hz. Ömər bu hadisədən sonra hafizlərin şəhid olduğunu əsas 
gətirərək  Hz.  Əbu  Bəkirə  Quranın  kitab  şəklinə  salınmasının  va-
cibliyini bildirir. Hz. Əbu Bəkir isə Hz. Peyğəmbərin belə etmədiyi 
bu işi edə bilməyəcəyini söyləyir. Ancaq Hz. Ömərin israrı ilə o bu 
təklifi qəbul edir və bu iş üçün ən uyğun olan adamın Zeyd İbn 
Sabit olduğuna qərar verilir. Zeyd çağrılır və Quranın kitab şəklinə 
salınması məsələsi ona bildirilir. Əvvəlcə o da bu təklifdən boyun 
qaçırsa  da,  sonra  bu  işin  vacib  olduğu  qənaətinə  gəlir  və  təklifi 
qəbul edir.
Quranı cəm etmək üçün Məscidi-Nəbəvidə iclas təşkil olunur 
və burada Zeyd ibn Sabitin rəhbərliyi altında komissiya qurulur. 
Bu komissiyanın üzvləri aşağıdakılar idi: Hz. Ömər, Hz. Əli, Hz. 
Osman, Übeyy ibn Kəb, Abdullah ibn Məsud, Abdullah ibn Ömər, 
Abdullah ibn Abbas, Abdullah ibn Zübeyr, Abdullah ibn Səid, Tal-
ha, Səd, Hüzeyfə, Əmr ibn As, Əbu Hüreyrə, Xalid ibn Vəlid, Əbu 
Musa əl-Əşəri, Əbu Zeyd və Əbu Dərda. 
Zeyd  Quranı  cəm  edərkən  gətirilən  ayələrin  həqiqətən  Hz. 
Peyğəmbərin hüzurunda yazılmasına dair iki şahid tələb edirdi. İki 
şahid gətirə bilməyənlərin sözünə etibar etmirdi. Tövbə surəsinin 
son iki ayəsi ilə
82
 Əhzab surəsinin 23-cü ayəsini sadəcə Hüzeymə 
b. Sabit əl-Əsari gətirmişdi. Hz. Peyğəmbərin onun şahidliyini iki 
nəfərin şahidliyi ilə eyni tutmasından yola çıxaraq onun gətirdiyi 
bu  ayələr  də  qəbul  edilərək  Qurana  yazılmışdır.  Həm  də  Tövbə 
surəsindəki  ayələr  son  enən  ayələrdən  olduğu  üçün  hələ  də 
hafizələrdə  qorunub  saxlanılırdı.  Digər  səhabələr  də  bu  ayələri 
əzbər bilirdilər ki, bu da həmin ayələrin ilahi olduğunu göstərir.
82  Tövbə, 9/128-129


QURANIN KİTAB ŞƏKLİNƏ SALINMASI
63
Hz. Əbu Bəkrin əmri ilə kitab halına gətirilən Quran başda Hz. 
Ömər və Hz. Əli olmaqla bütün səhabələr tərəfindən qəbul edilmiş-
dir. Onun cəm etdirdiyi Qurana heç bir səhabə etiraz etməmişdir.
1. Quranın cəm etmə vəzifəsinin Zeyd ibn Sabitə verilməsi
Quranın cəm edilməsi həvalə olunan Zeyd bu hadisə haqqın-
da belə deyir: “Yəmamə döyüşündən sonra Əbu Bəkir məni yanına 
çağırdı. Onun yanına getdikdə Ömər də onunla birlikdə idi. Əbu 
Bəkir mənə belə dedi: Ömər yanıma gələrək Yəmamə döyüşündə 
bir  çox  hafizin  şəhid  edildiyini,  hərb  meydanlarında  Quranı 
əzbərləyənlərin şəhid edilməsi ilə Quranın yox olma təhlükəsindən 
qorxduğunu  söylədi  və  mənə  Quranı  cəm  etmə  vəzifəsini  verdi. 
Mən ona belə cavab verdim: Allah Rəsulunun etmədiyi bir işi mən 
necə edə bilərəm? Ancaq Ömər bu işin xeyirli bir iş olduğuna and 
içdi və bu məsələni dəfələrlə təkrarladı. Nəhayət Allahın köməyi 
ilə bu iş ağlıma yatdı və Allah qəlbimə rahatlıq bəxş etdi. Ömərlə 
həmfikir olduğumu söylədim. Əbu Bəkir sonra mənə (Zeydı) belə 
dedi: Sən ağıllı bir gəncsən. Rəsulullahın vəhy katiblərindən birisən. 
Sənin  ittiham  olunacaq  hər  hansı  bir  qəbahətin  də  yoxdur.  Buna 
görə də, Quranı araşdıraraq cəm et”.
Zeyd sözlərinə belə davam edir: Allaha and olsun ki, əgər mənə 
dağı belimdə daşımağı təklif etsəydilər, onu daşımaq Quranı cəm 
etməkdən daha asan olardı. Əbu Bəkir israra etməyə davam etdi. 
Nəhayət Allah, Əbu Bəkirlə Ömərin qəlbinə sükunət verdiyi kimi 
mənim də qəlbimə sükunət verdi. Beləliklə mən, Quranı xurma bu-
daqlarından, ağ daşlardan və insanların hafizələrindən cəm etməyə 
başladım. 
83
Bu vəzifənin Zeydə verilməsinin səbəbi onun Hz. Peyğəmbərin 
xüsusi vəhy katibi olması, Quranı gözəl oxuması, Hz. Peyğəmbərin 
83   Buxari, Fəzailil-Quran, 3


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə