Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə12/60
tarix30.10.2018
ölçüsü1,15 Mb.
#76451
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   60

QURANİ-KƏRİM (QURAN VƏHYİ)
49
b. Surələrin tərtibi tövqifidr, yəni ilahidir. 
Əl-Ənbari, Əlusi, Kirmani kimi alimlər ayələrin tərtibinin töv-
qifi olduğunu söyləmişlər. Bu görüşdə olanlara görə Cəbrayıl vəhy 
gətirərkən hər surənin yerini Hz. Peyğəmbərə bildirmişdir.
c. Surələrin bir qismi tövqifi, bir qismi isə ictihadidir. 
Onlara  görə  surələrin  bir  hissəsi  Hz.  Peyğəmbər  tərəfindən 
tərtib olunmuş, digər hissəsi də ümmətin həvaləsinə buraxılmışdır. 
Məsələn İbn Atityyə (546/1151), “Səbut-Tival”, “Həvamim/yeddi ha-
mim” və “müfəssəl” kimi bir çox surənin Hz. Peyğəmbərin ictihadı 
ilə, digər surələrin isə müsəlmanlar tərəfindən tərtib olunduğunu 
söyləmişdir. İbn Hacər də (852/1448) də, “surələrin bir hissəsinin ic-
tihadi olması, digər hissəsinin də tövqifi olmasına mane deyildir”-
deyərək yuxarıdakı görüşü dəstəkləmişdir.
İslam alimlərinin bir çoxu bu görüşlər içərisində birinci görü-
şün daha müvafiq olduğunu söyləyirlər.
F. Quranın əsas mövzuları
Qurani-kərim insanların ehtiyaclarına və hadisələrin inkişafına 
görə fərqli vaxtlarda nazil olduğu üçün müxtəlif mövzulardan bəhs 
edən ayələr ard-arda düzülmüş və mövzu bütünlüyü əsas alınma-
mışdır. Quranın ələ aldığı mövzular müxtəlif surələrə yayılmışdır. 
Buna görə də Quranı oxuyanlar və ya dinləyənlər bir çox mövzu 
ilə  qarşılaşırlar.  Quranın  bu  üslubu  əslində  çox  təsirlidir.  Lakin 
bu  Quranın  mövzularını  müəyyən  başlıqlar  altında  toplamamızı 
çətinləşdirir. 
İslam alimləri Quranın mövzularını müxtəlif başlıqlar altında 
təs nif etməyə çalışmışlar. Bəzi alimləri bütün mövzuları sadəcə bir 
neçə başlıq altında toplayarkən, bəziləri də yüzlərlə başlıqdan is-
tifadə etmişlər. Məsələn, müfəssir Təbəri, Quranın, Allahın varlığı 


TƏFSİR ÜSULU VƏ TARİXİ
50
və birliyi (tövhid), xəbərlər, qissələr və dinlə əlaqədar hökmlərdən 
ibarət olduğunu söyləmişdir. Zəməxşəri isə Qurandakı mövzuları, 
Allahı tanıdan ayələr, ibadətlər, əmir və qadağalar, axirət (vəd və 
vaid) deyə təsnif etmişdir. Razi də ona oxşar başlıqları seçmişdir: 
ilahiyyat, axirət (məad), peyğəmbərlik (nübüvvət), qəza və qədər. 
Əbu Bəkir İbn Ərəbi isə Quran ayələrini tövhid, təzkir və əhkam 
başlıqları altında toplamış və bu başlıq adlarını belə izah etmişdir:
Tövhid: Məxluqata və Allahın ad, sifət və feillərinə dair möv-
zuları əhatə edir.
Təzkir: Mükafatlandırma vədi və cəzalandırma təhdidi, Cənnət 
Cəhənnəm, batini və zahiri təmizlik mövzularından ibarətdir.
Əhkam:  Məsul  olduğumuz  şeylər,  faydalı  və  zərərli  şeylərin 
nələr olduğu, əmrlər, qadağalar və məndublar kimi mövzular bu 
başlıq altında incələnir.
Halis Albayrak isə Quranın əsas mövzularını aşağıdakı şəkildə 
təsnif etmişdir:
1. Allah-aləm münasibətləri.
2. Allah-insan münasibətləri
3. İnsan-insan münasibətləri
4. İnsan-aləm münasibətləri 
Biz bu alimlərin təsnifatları içərisindən aşağıdakı təsnifatı seçi-
rik və mövzuları da bu təsnifata görə ələ alırıq
51
:
1. Quranda əsas qavramlar və etiqadlar
Qurani-kərimin üzərində durduğu əsas mövzu Allah etiqadı-
dır. İnsanın və yaradıcısının kim olduğu, insanın harada yaşadığı 
51   Bu təsnifat üçün bax. Mehmet Paçacı, Kurana Giriş, s. 61-68.


QURANİ-KƏRİM (QURAN VƏHYİ)
51
və  aqibətinin  necə  olacağı  mövzuları  bu  başlıq  altında  ələ  alına 
bilər. Allah bütün məxluqatın Yaradıcısı və Rəbbidir. O, hər şeyə 
qadirdir. Kainatı yaratmış, dünyanı yoxdan var etmişdir. Yaratdıq-
larından biri olan insanı bura yerləşdirmiş və təbiəti də onun əmri 
altına vermişdir. İnsan bu dünyada şüurlu varlıq kimi yaşadıqdan 
bir müddət sonra öləcək və dünyada işlədiyi əməllərə görə Allaha 
hesab verəcəkdir. Qurandakı bu təməl qavram və etiqadlardan əsas 
olanları belə sıralaya bilərik:
a. Allah etiqadı 
Qurana  görə  Allah,  hər  şeyi  yaradan,  hər  şeyə  gücü  çatan, 
bənzəri olmayan, tək olan Tanrıdır. Bütün kainatı o xəlq etmişdir:
“Həqiqətən, göylərdə və yerdə möminlər üçün ibrətlər vardır! 
Sizin yaradılışınızda və (Allahın yer üzünə) yayıb səpələdiyi can-
lılarda tam yəqinliklə inananlar üçün (Allahın birliyinə, qüdrət və 
əzəmətinə, qiyamət gününün haqq olmasına dəlalət edən) əlamətlər 
vardır.  Gecə  və  gündüzün  bir-birinin  ardınca  gəlib-getməsində, 
Allahın  ruzi  vermək  üçün  göydən  yağış  yağdırmasında,  onun 
vasitəsilə  yeri  ölümündən  (quruduqdan)  sonra  diriltməsində  və 
küləkləri (müxtəlif tərəflərə) yönəltməsində ağılla düşünənlər üçün 
(Allahın hər şeyə qadir olmasını sübut edən) dəlillər vardır.
(Ya Peyğəmbər!) Bunlar Allahın ayələridir (qüdrət nişanələridir). Biz 
onları (Cəbrail vasitəsilə) sənə doğru oxuyub bildiririk. Bəs onlar Allaha və 
Onun ayələrinə (Qurana) inanmadıqdan sonra hansı kəlama inanırlar?”
52
Allah insanın doğru yolu tapması üçün ona peyğəmbərlər və 
kitablar göndərmişdir:
“Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə (Qurana) inanmış və 
möminlər də iman gətirmişlər. (Onların) hamısı Allaha, Onun mələklərinə, 
52  Casiyə, 45/3-6


TƏFSİR ÜSULU VƏ TARİXİ
52
kitablarına və (bütün) peyğəmbərlərinə iman gətirərək dedilər: “Biz Onun 
peyğəmbərləri arasında fərq qoymuruq. (Allahın hökmlərini) eşitdik (an-
ladıq) və itaət etdik. Ey Rəbbimiz, bizi bağışla, (axırda) Sənin dərgahına 
(hüzuruna) qayıdacağıq!”
53
b. İnsanın məsul varlıq olması
Qurani-kərimdə  təbiətin  Allah  tərəfindən  yaradıldığı  və  in-
sanların ixtiyarına verildiyi bildirilir. Təbiət eyni zamanda Allahın 
varlığının dəlilidir. İnsana düşən isə, ona verilən bu qədər nemətin 
fərqinə vararaq yaşamasıdır:
“Biz, Adəm övladını şərəfli və hörmətli elədik, onları suda və quru-
da (gəmilərə, heyvanlara və başqa nəqliyyat vasitələrinə) mindirib sahib 
etdik,  özlərinə  (cürbəcür  nemətlərdən)  təmiz  ruzi  verdik  və  onları  ya-
ratdığımız  məxluqatın  çoxundan  xeyli  üstün  etdik.  (İnsan  şüur,  nitq 
qabiliyyəti, gözəl surət, boy-buxun, əllə yemək və s. bu kimi məziyyətlərinə 
görə həmişə Allaha şükür edib yalnız Ona tapınmalı, Rəbbinə heç bir şərik 
qoşmamalıdır!)”
54
“(Ya Peyğəmbər!) De: “Sizi yoxdan yaradan, sizə qulaq, göz və qəlb 
verən  Odur.  (Allahın  nemətlərinə)  nə  az  şükür  edirsiniz!”  De:  “Sizi 
yer  üzünə  yayıb  səpələyən  Odur.  (Qiyamət  günü)  Onun  hüzuruna 
toplanacaqsınız!”
55
“İki məşriqin və iki məğribin Rəbbi (günəşin və ayın yazda və qış-
da  çıxıb  batdığı  yerlərin  sahibi)  Odur.  Belə  olduqda  Rəbbinizin  hansı 
nemətlərini yalan saya bilərsiniz?! (Suları şirin və acı olan) iki dənizi O 
qovuşdurdu (bir-birinə qovuşmaq üçün açıb buraxdı). Amma onların ara-
sında maneə vardır, bir-birinə qatışmazlar (özləri üçün müəyyən edilmiş 
həddi  aşmazlar).  Belə  olduqda  Rəbbinizin  hansı  nemətlərini  yalan  saya 
53  Bəqərə, 2/285
54  İsra, 17/70
55  Mülk, 67/23-24


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə