Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə20/60
tarix30.10.2018
ölçüsü1,15 Mb.
#76451
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   60

QURANIN OXUNUŞU
77
bölgələrində istifadə olunur. Əbu Əmr qiraəti isə sadəcə Sudanda 
oxudulmaqdadır.
Bu mövzuda İslam alimləri bir çox əsərlər yazmışlar. Azərbay-
can alimləri Mühəmməd ibn Mahmud ət-Tusi (vəfatı- hicrətin 620-
ci  ilindən  sonra)  və  Mühəmməd  ibn  Abdulkərim  ət-Təbrizinin 
(vəfatı-704 h.) də qiraətlər elmi sahəsində böyük xidmətləri olmuş-
dur.
B. Yeddi hərf (əl-Əhruhufu-s səbə) məsələsi
Quran  qiraətində  ən  önəmli  məsələlərdən  biri  də  yeddi  hərf 
məsələsidir. Bu ifadə, “uc, tərəf , zirvə, tiyə , yön , üslub , ləhcə , qiraət” 
və s. kimi mənalara gələn “hərf ” sözü ilə yeddi rəqəmi anlamına 
gələn “səbə” kəlməsindən meydana gəlmişdir. “Səbə” kəlməsi ərəb 
dilində həqiqi və məcazi anlamlarda işlədilir. Həqiqi mənada yeddi 
sayını, məcazi mənada isə rahatlıq mənasını bildirir.
Übeyy ibn Kəbdən belə bir rəvayət gəlir : “Hz. Peyğəmbər Bənu 
Qiffar quyusunun başında olarkən Cəbrayıl onun yanına gəlmiş və 
demişdir:
Allah  təala  sənə əmr edir  ki,  ümmətin Quranı  bir  hərf  üzürə 
oxusun. 
Hz. Peyğəmbər dedi:
Allahdan  məni  bağışlamasını  diləyirəm.  Ümmətimin  gücü 
buna çatmaz. 
Bu  dialoq  bu  şəkildə  üç  dəfə  təkrarlandı.  Dördüncü  dəfə 
Cəbrayıl belə dedi:
Allah  sənin  ümmətinə  Quranı  yeddi  hərf  üzürə  oxumalarını 
əmr edir, hansı hərf üzürə oxusalar doğru oxumuş olarlar.
90
90  Müslüm, Salətul-müsafirin; 274. Əbu Davud, əl-Vitr, 22; Nəsai, əl-
İftitah, 38.


TƏFSİR ÜSULU VƏ TARİXİ
78
  Yenə  bu  mövzuda  Hz.  Ömərdən  gələn  başqa  bir  rəvayət 
belədir: ” Rəsulullahın (s.ə.s.) sağlığında Hişam İbn Hakimin (na-
mazda) Fürqan surəsini oxuduğunu eşitdim. Hişam bu surəni Hz. 
Peyğəmbərin mənə öyrətdiyindən fərqli olaraq oxuyurdu. Az qala 
onun üzərinə atılacaqdım. Ancaq salam verənə qədər səbr etdim. 
Salam verən kimi ondan soruşdum:
Bu surəni sənə bu şəkildə kim öyrətdi ? 
Hişam:
Rəsulullah öyrətdi -dedi.
Mən də ona:
Yalan söyləyirsən. Çünki Peyğəmbər bu surəni mənə sənin oxu-
duduğundan fərqli olaraq öyrətdi-dedim. Yaxasından tutaraq onu 
Rəsulullahın yanına apardım.
Ey  Allahın  Rəsulu!  Bu  adamın  Fürqan  surəsini  sənin  mənə 
öyrətdiyindən fərqli olaraq oxuduğunu eşitdim-dedim
Hz. Peyğəmbər mənə:
Hişamın yaxasını burax-dedi və ona :
Ey Hişam oxu!-deyə əmr etdi. Hişam da o surəni mənim Hi-
şamdan eşitdiyim kimi oxudu. O zaman Hz. Peyğəmbər:
Bu surə bu şəkildə endirildi dedi. Sonra da mənə sarı dönərək :
Ey Ömər oxu-deyə əmr etdi. Mən də Rəsulullahın (s.ə.s) mənə 
öyrətdiyi kim oxudum. Hz. Peyğəmbər mənə də:
Bu surə bu şəkildə endirildi. Quran yeddi hərf üzürə nazil ol-
muşdur. Bunlardan hansı sizə asan gəlirsə onu oxuyun buyurdu.
91
Yeddi  hərf  mövzusunda  qırx  altı  hədis  rəvayət  edilmişdir  ki, 
bunların otuz dördü səhihdir. 
91   Buxari, Fəzailul-Quran, 5; Müslüm, Salətul-müsafirin, 272.


QURANIN OXUNUŞU
79
Yeddi hərflə bağlı görüşlər:
Yeddi hərflə bağlı müxtəlif fikirlər söylənmişdir. Bu fikirlərdən 
birincisinə  görə  “yeddi  hərf”  bir  neçə  ərəb  qəbiləsinin  birgə  dili 
kimi başa düşülməlidir. Əbu Übeyd əl-Qasim ibn Səllam göstərirdi 
ki,  “əhrufu-s  səba”  hədisində  məqsəd  ərəb  qəbilə  dillərinin  yeddi 
ləhcəsinə işarə etməkdir, daha doğrusu, Quran ərəb qəbilələrindən 
yeddisinin,  məsələn,  Qüreyşin,  Hüzeylin,  Həvazinin,  Yəmən 
əhlinin və başqa qəbilələrin ləhcələrində nazil edilmişdir. 
Lakin bu fikrin əleyhdarları onu tutarlı dəlillərlə təkzib edirlər. 
İbn Qüteybə deyir ki, Quran yalnız Qüreyş ləhcəsində nazil olmuş-
dur və məlum Quran ayəsini (İbrahim, 4) misal gətirir. 
İkinci  rəy  ondan  ibarətdir  ki  ,  “yeddi  hərf”  nitqdə  müxtəlif, 
mənaca müvafiq yeddi ləfzdir. Bu müddəanı Süfyan İbn Üyeynə və 
Əbu Cəfər İbn Cərir ət-Təbəri müdafiə etmişlər. Təbərinin fikrincə 
yeddi hərf” bir sözün ləfzcə müxtəlif, mənaca müvafiq yeddi vari-
antıdır. Məsələn, biz “gəl” demək üçün “həlummə”, “əqbil”, “təal”, 
ileyyə”,  “qəsdi”,  “nəhvi”  və  “qurbi”  sözlərini  işlədirik.  Bu  sözlər 
tələffüzdə  müxtəlifdir,  mənaca  isə  müvafiqdirlər.  Quranda  da 
belədir: məsələn, “səyhətən” və “zəqyətən” ləfzcə müxtəlif olsalar da 
eyni mənalı sözlərdir.
Lakin bu rəyin tərəfdarları Quranda elə bir ləfz göstərə bilmirlər 
ki, yeddi cür tələffüz edilsin, amma eyni mənada olsun. 
Üçüncü rəyə əsasən, “yeddi hərf” qiraətlərdəki yeddi müxtəlif 
variantdır  (vücuh  əl-xilaf).  Bu  rəyin  tərəfdarları  səhih  və  şaz 
qiraətləri nəzərdə tutur və onların yeddi variantını göstərməyə ça-
lışırlar, guya hər variant bir hərfdir. Bu variantları İbn Qüteybə aşa-
ğıdakı kimi sadalayır:


TƏFSİR ÜSULU VƏ TARİXİ
80
1. Sözün sonluq fleksiyalarında (irab) ixtilaf. Bu cür ixtilaf sö-
zün yazılışını saxlayır, mənasını da dəyişdirmir, yalnız sonluqlar-
da, yaxud səs tərkiblərində dəyişikliyə səbəb olur, məsələn , “hünnə 
əthəru ləkum” (Hud, 78) kəlamında “əthəru” sözü “əthərə” kimi oxun-
muşdur.
2. Sözlərin sonluqlarında, yaxud səs tərkiblərində baş verən, on-
ların mənalarını dəyişdirən, yazılışlarını isə saxlayan dəyişikliklər, 
məsələn , “Rəbbəna baid beynə əsfarina” kəlamında ilk iki söz “Rəbbuna 
baədə” kimi oxunmuşdur.
3.  Sözlərin  sonluqlarında  dəyişiklik  etmədən  onların  hərfləri 
barəsində ixtilaf. Bu zaman sözlərin mənaları dəyişilirdi, halbuki 
yazılışı saxlanılırdı, məsələn, “keyfə nunşizuhə”
92
  kəlamı “nunşiruhə” 
kimi oxunmuşdur.
4. Sözün özü barəsində onun yazılış rəsmini dəyişdirən, amma 
mənasını dəyişdirməyən fərq, məsələn, “in kənət illə sayhətən” ( Ya-
sin 29) kəlamı “illə zəqyətən” kimi oxunmuşdur.
5. Sözün həm yazılışında, həm də mənasında dəyişiklik, məsələn, 
 təlhin məndud”
93
 kəlamı “və təlin məndud “ kimi oxunmuşdur ki, 
burada  “salxım-salxım  sallanmış  möüz“  dəyişilərək  “salxım-salxım 
bir-birinin üstünə düzülmüş tumurcuqlar” mənasını almışdır. 
6.  Sözün  cümlə  tərkibində  qabağa  və  ya  geriyə  çəkilməsi  ilə 
bağlı yerdəyişmə fərqi, məsələn, “və cəət səkrəu-l məvti bi-l həqqi” ( 
Qaf, 19) kəlamı “və cəət səkrətu-l həqqi bi-l məvti” kimi oxunmuşdur.
7.  Artırma  və  ya  əksiltmə  yolu  ilə  dəyişiklik,  məsələn,  “ləhu 
tisun    tisunə  nəcətən”
94
  cümləsinə  “nəcətən”  kəliməsindən  sonra 
ünsa” sözü də əlavə edilərək oxunmuşdur. 
92  Bəqərə, 2/259
93  Vaqiə, 56/29
94  Sad, 38/23


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə