Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə19/60
tarix30.10.2018
ölçüsü1,15 Mb.
#76451
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   60

QURANIN OXUNUŞU
73
Übeyd əl-Qasım ibn Səllam (vəfatı-224/828), Əbu Hatim əs-Sicistani 
(vəfatı-255/868)  və  İbn  Cərir  ət-Təbəri  (vəfatı-310/922)  olduğunu 
bildirir. Lakin hər nə qədər qiraət mövzusunda əsərlər qələmə alın-
sa da, hələ “yeddi qiraət” ifadəsi işlədilmirdi.
Hicri  IV  əsrdə  Əbu  Bəkr  İbn  Mücahid  (vəfatı-324/935)  xalq 
arasında yayılan qiraətləri bir yerə toplayaraq “Kitabus-Səba” adlı 
əsərini  yazdı.  Bundan  sonra  xalq  da  onun  bu  təsnifini  əsas  aldı. 
Daha sonra isə İbn əl-Cəzəri (vəfatı-833/1429) bu yeddi qiraət ima-
mının qiraətlərinə üç qiraət əlavə edərək onların sayını ona çatdırdı 
və bu qiraətlər “qiaraəti aşərə” adlandırıldı. 
1. Qiraətlərin növləri
Qiraətlər səhih və qeyri-səhih ( şaz) deyə iki yerə ayrılır. Səhih 
qiraətlər “mütəvatir” və “məşhur”, qeyri-səhih qiraətlər isə “ahad”, 
müdrəc” və “mövzu” qiraətlərdən ibarətdir.
a. Səhih qiraətlər
Qiarətlərin  məqbulluğu  (səhihliyi)  şərtlərini  alimlər  belə 
müəyyənləşdirmişlər:
1. Qiraət gərək ərəb dilinin sintaktik kateqoriyalarından birinə 
(vəch min vücuh ən-nəhv) müvafiq olsun, dilçilik qaydalarını poz-
muş olmasın.
2. Hz. Osman Müshəfinin yazılışına (rəsm) müvafiq olsun.
3.  İsnadı  ardıcıl  olaraq  (bit-təvatür)  Peyğəmbərə  (s.ə.s)  gedib 
çıxsın.
Mütəvatir qiraətlər isnadı düzgün, sübuta yetirilmiş və ardıcıl 
şəkildə  ötürülmüş  qiraətlərdir.  Bunlar  “qiraət  əl-səba/yeddi  qiraət” 
imamlarının nəql etdiyi qiraətlərdir.


TƏFSİR ÜSULU VƏ TARİXİ
74
Məşhur qiraətlərə gəlincə bunlar isnadı düzgün, lakin ardıcıllı-
ğı tam olmayan, ərəb dili qaydalarına və Müshəfin rəsminə müva-
fiq olan, qarelər arasında məşhur olan, onlar tərəfindən səhv və ya 
müstəsna ( şaz) hesab edilməyən qiraətlərdir. Əbu Cəfər , Yaqub və 
Xələfin qiraətləri məhz məşhur qiraətlərdir.
b. Qeyri-səhih (şaz) qiraətlər
Mütəvatir qiraətin üç şərtinin və ya bu şərtlərdən hər hansı biri-
nin olmadığı qiraətlər qeyri-səhih qiraətlərdir. Daha əvvəl qeyd et-
diyimiz kimi bu qiraətlər üç yerə bölünür: ahad, müdrəc və mövzu 
(uydurma) qiraətlər.
İsnadı düzgün, lakin ərəb dili qaydalarına və müshəfin rəsminə 
müxalif olan, qarelər arasında tanınmayan qiraətlərə “ahad qiraətlər” 
deyilir. Bu qiraətlərdə oxumaq düzgün sayılmır.
Müdrəc  qiraətlər  bəzi  ayələrə  təfsir  şəklində  əlavə  edilmiş 
dəyişiklikləri nəzərdə tutan qiraətlərdir. Səd ibn Əbi Vəqqasa, İbn 
Abbasa və İbn Zübeyrə aid edilən bəzi qiraətlərdə onların təfsirləri 
qiraət ünsürü kimi qəbul edilmişdir. Məsələn, Nisə surəsinin 12-ci 
ayəsiki ifadə “və ləhu əxun əv uxtun” şəklində oxunarkən, Səd ibn 
Əbi  Vəqqas  təfsir  məqsədilə  “min  ümmin”  ifadəsini  buraya  əlavə 
etmiş və bu əlavə qiraət ünsürü hesab edilmişdir.
Mövzu qiraətlər (uydurma qiraətlər) əsli olmadan kimə isə isti-
nad edilən qiraətlərdir. Mühəmməd ibn Cəfər Xüzainin İmam Əbu 
Hənifəyə istinad etdiyi Fatir surəsinin 28-ci ayəsindəki “Allah” sö-
zünü damməli oxuması buna misal verilə bilər. Bu oxuyuşa görə 
ءاَمَلُعْلا ِهِداَبِع  ْنِم َالله  َشْ َي اَمَّانإِا
 
ayəsi “... Allah, alim qullarından qorxar...” 
mənasına gəlir. Halbuki ayənin əsl mənası belədir: “ ...Allahdan qul-
lar içərisində yalnız alim olanlar qorxar...” 


QURANIN OXUNUŞU
75
Quranda  fərqli  qiraətlərə  izn  verilməsini  alimlər  müxtəlif 
səbəblərlə izah edirlər:
1. Ərəblər Quran enmədən əvvəl müxtəlif ləhcələrdə danışır-
dılar.  Onların  hamısının  bir  ləhcədə  danışmaları  qeyri-mümkün 
idi. Buna görə də müxtəlif ləhcələrdə danışan ərəblərin təhrifə yol 
verməmələri və Quranı oxumalarını asanlaşdırmaq üçün müxtəlif 
qiraətlərədə oxumalarına izn verildi. 
2.  Quranın  fərqli  qiraətlərdə  oxunmasının  bir  hikməti  də  bü-
tün  ərəb  qəbilələrinə  Quranın  möcüzəvi  bir  kitab  olduğunu 
göstərməkdir. Çünki Quran onlara özünün və ya on surəsinin və 
yaxud da bir surəsinin bənzərini gətirmələri mövzusunda meydan 
oxuyarkən sadəcə bir ləhcədən deyil, müxtəlif ləhcələrdən istifadə 
etsələr belə onun bənzərini yarada bilməyəcəklərinə diqqət çəkir. 
3. Bundan başqa qiraətlər İslam hüquqşünaslarının hökm çıxar-
maqda  müraciət  etdikləri  bir  yoldur.  Fəqihlərdən  biri  bir  qiraəti 
əsas  alarkən,  digər  fəqih  başqa  bir  qiraəti  əsas  almışdır.  Məsələn 
Maidə surəsinin 6- ayəsindəki “və ərculəkum” ifadəsindəki “ləm” 
hərfini Nafi, İbn Amir, əl-Kisai və Həfs kəsrə ilə oxumuşlar. “Ləm” 
hərfini fəthə ilə oxuyanların qiraətinə görə dəstəmaz alarkən ayaq-
lar yuyulmalı, kəsrə ilə oxuyanlara görə isə məsh edilməlidir.
4. Qiraətlər eyni zamanda Hz. Peyğəmbərin ümmətinin digər 
ümmətlərdən  üstünlüyünü  göstərir.  Çünki  bu  ümmət  Rəblərinin 
kitabına  böyük  maraq  göstərmiş,  onun  fərqli  oxunuş  şəkillərini 
Peyğəmbərdən  öyrəndikdən  sonra  onu  elm  halına  gətirmiş  və 
beləliklə Quranı təhrif və təbdildən qorumuşlar. 
2. Qiraət imamları və raviləri
a. Əbu Abdurrəhman Nafi (vəfatı-169/785). İsfahanlıdır, Mədi-
nədə yaşamışdır. Onun raviləri Qalun və Vərşdir.


TƏFSİR ÜSULU VƏ TARİXİ
76
b. Abdullah ibn Kəsir (vəfatı-120/738). Məkkəlilərin qiraət ima-
mı olan İbn Kəsir tabeun alimlərindəndir. Onun raviləri Bəzzi və 
Qunbüldür.
c. Əbu Əmr əl-Mazini (vəfatı- 154/770). Bəsrəlilərin qiraət ima-
mıdır. Raviləri əd-Duri və əs-Susidir.
d. Abdullah  ibn Amir  (vəfatı-118/736).  Şamlıların  qiraət  ima-
mıdır. Tabeun alimlərindən olub qiraəti səhabələrdən əxz etmişdir. 
Raviləri Hişam və İbn Zəkvandır.
e. Əbu Bəkr Asim ibn Əbi-n Nücud (vəfatı-128/745). Tabeundan 
olan Asim Kufəlilərin qiraət imamıdır. Raviləri Əbu Bəkr Şubə və 
Həfsdir. 
f. Həmzə ibn Həbib əz-Zəyyat (vəfatı-156/773). Raviləri Xələf və 
Xəlladdır.
g. Əli ibn Həmzə əl-Kisai (vafatı-189/805). Raviləri əd-Duri və 
Əl- Harisdir. 
h.  Əbu  Cəfər  Yəzid  ibn  əl-Qəqa  əl-Məxzumi  (vəfatı-130/747). 
Raviləri İsa ibn Vərdan və Süleyman İbn Cəmmuzdur.
i.  Yəqub  ibn  İshaq  (vəfatı-  205/820).  Raviləri  Mühəmməd  ibn 
Mütəvəkkil və Rəvh ibn Əbdülmümindir.
j. Xələf ibn Hişam (vəfatı-229/843). Raviləri İshaq ibn İbrahim 
və İdris ibn Əbdülkərimdir.
Qiraət-i Əşərə” deyə bilinən bu qiraətlərdən bu gün sadəcə üçü 
işlənməkdədir  ki,  bunlar Asim,  Nafi  və  Əbu  Əmrin  qiraətləridir. 
Günümüzdə  müsəlmanların  əksəriyyəti  Quranı  demək  olar  ki 
Asim  qiraətinin  Həfs  rəvayətinə  görə  oxuyurlar.  Nafi  qiraətinə 
gəlincə  bu  qiraətdən  Misir  istisna  olmaqla  Şimali  Afrikanın  bəzi 


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə