Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə27/60
tarix30.10.2018
ölçüsü1,15 Mb.
#76451
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   60

TƏFSİR ÜSULU VƏ TARİXİ
104
b. Nəsxlə əlaqədar nəsslərin şəri bir hökm daşıması və mənsux 
nəssin əbədi olduğuna dair hər hansı bir ifadənin olmaması lazım-
dır.
c. Nasixlə mənsux arasında zaman baxımından fərq olmalıdır.
Yəni mənsux ayə nasix ayədən əvvəlcə nazil olmalıdır. Əks halda 
nəsx olmaz.
d.  Nəsxə  aid  olan  hökm  yaxşılıq  və  ya  pislikdən  bəhs  edən 
hökm  olmamalıdır.  Məsələn,  ana-ataya  yaxşılıq  etmək,  zülm  və 
əxlaqsızlıq kimi hökmlərdə nəsx qeyri-mümkündür.
e. Nasixin ən azından mənsux səviyyəsində və ya ondan daha 
üstün olması vacibdir.
5. Nəsxin növləri 
Müfəssirlər Quranda üç növ nəsxin olduğunu söyləmişdirlər:
a.  Hökm  qalır,  amma  mətn  nəsx  edilir.  “Rəcm”  ayəsi  kimi. 
Hədis kitablarında bu ayə belə keçir: “Evli kişi ilə evli bir qadın zina 
edərsə, Allahdan bir cəza olaraq onları mütləq rəcm edin. Allah əzizdir, 
hikmət sahibidir”. Səhihi Buxaridə keçən bir rəvayətə görə Hz. Ömər 
belə bir ayənin əvvəllər var olduğunu, sonra isə mətninin nəsx olu-
dunğunu söyləyir. Lakin hədis tənqidçilərinin bir çoxu bu hədisin 
səhihliyini  qəbul  etməmişlər.  Bundan  başqa  bu  rəvayət  Quranın 
ümumi prinsiplərinə uyğun gəlmir. Çünki məntiqlə düşünsək, ya-
zılı olmayan bir ayənin hökmünün mühafizə edildiyini qəbul etmək 
mümkün deyildir. Əgər bu ayə bir hökm gətirmişsə nə üçün onun 
mətni  Quranda  yazılmamışdır?  Bir  mətnin  Qurandan  olduğunu 
qəbul etmək üçün onun mütəvatir olaraq gəlməsi lazımdır. Rəcm 
ayəsi isə belə bir xüsusiyyət daşımır.
b. Mətnin həm oxunuşu, həm də hökmü nəsx edilir. Yəni vəhy 
edilməsinə baxmayaraq həm hökmü, həm də mətni nəsx edildiyi 


QURAN ELMLƏRİ
105
üçün  Qurana  yazılmayan  ayələr.  Buna  misal  olaraq  Hz. Aişədən 
nəql olunan “Bilinən on əmizdirmə haramlıq yaradır” ayəsi haqqındakı 
rəvayətdir. O, bu barədə belə demişdir: “Bilinən on əmizdirmə haram-
lıq yaradır” ayəsi Quranda var idi. Ancaq daha sonra “bilinən beş 
əmmək” ayəsi ilə nəsx edildi. Hz. Peyğəmbər vəfat edərkən onlar 
Quran ayələri kimi oxunurdular”.
119
c.  Mətn  qalır,  hökm  isə  nəsx  edilir.  Buna  misal  olaraq  Ənfal 
surəsinin 65 və 66-cı ayələrini verə bilərik.
  ُكنِّم نُكَي ن
إِ
اَو  ِ ْينَتَئِم ْاوُبِلْغَي  َنو ُرِبا َص  َنوُ ْشِع ْ ُكنِّم نُكَي نإِا ِلاَتِقْلا  َلَع َينِنِمْؤُمْلا  ِضِّرَح ُّ ِبَّانلا اَُّيأَ�  َي  
  َنوُهَقْفَي َّال ٌمْوَق ْمَُّانأَ�ِب ْاو ُرَفَك َنيِ َّالا َنِّم اًافْلأَ� ْاوُبِلْغَي ٌةَئِّم
“ Ey Peyğəmbər! Möminləri döyüşə qaldır. Əgər sizin aranızda iyirmi 
nəfər səbirli adam olsa, iki yüz ( kafirə) qalib gələr, əgər aranızda yüz nəfər 
olsa kafirlərdən mininə üstün gələr, çünki onlar anlamaz camaatdır” 
120
 
ِ ْينَتَئِم ْاوُبِلْغَي ٌةَرِبا َص ٌةَئِّم  ُكنِّم نُكَي نإِاَف اًافْعَض ْ ُكيِف َّانأَ� َِلَعَو ْ ُكنَع ُّللا  َفَّافَخ َنآلا   
  َنيِرِبا َّاصلا َعَم  ُ ّللاَو ِ ّللا  ِنْذ
إِ
ِب  ِ ْينَفْلأَ� ْاوُبِلْغَي  ٌفْلأَ�  ْ ُكنِّم نُكَي ن
إِ
اَو 
“İndi isə Allah (vəziyyəti) sizin üçün yüngülləşdirmişdir. O bilir ki, 
sizdə zəiflik vardır. Əgər içərinizdə yüz səbirli adam olsa, onlar iki yüz 
adama qalib gələrlər. Əgər sizdən min nəfər olsa, Allahın izni ilə iki min 
nəfərə qalib gələr. Axı Allah səbr edənlərlədir.”
121
İlk ayədə “iyirmi”və “ yüz” kimi veilən rəqəmlər, ikinci ayədə 
yüz” və “min” kimi verilmişdir. Alimlər də burdan yola çıxaraq 
ikinci ayənin birinci ayəni nəsx etdiyi nəticəsinə gəlmişlər. Ancaq 
nəsxi  qəbul  etməyənlər  müsəlmanların  əsri-səadəttən  sonra  say 
baxımından  çoxaldıqlarını,  keyfiyyət  baxımından  isə  azaldığını, 
119  Müslim, Rəda, 24.
120  Ənfal, 8/65
121  Ənfal, 8/ 66


TƏFSİR ÜSULU VƏ TARİXİ
106
buna görə də müsəlmanların güclü olduqları zaman birinci ayə ilə, 
bu gücə sahib olmadıqları zaman isə ikinci ayə ilə əməl etmələrinin 
lazım olduğunu söyləmişdirlər. 
  Nəsxin bu növünə Bəqərə surəsinin 234 və 240-cı ayələri də 
misal göstərilir. Belə ki, 240-cı ayədə qadınların iddət müddəti bir il, 
234-cü ayədə isə dörd ay on gün olaraq göstərilir və 234-cü ayənin 
240-cı ayəni nəsx etdiyi bildirilir. Lakin nəsxi qəbul etməyənlər 240-
cı ayədəki bir il müddəti, qadının istəyinə bağlı olaraq ərinin evində 
qala biləcəyi müddət, digər ayədəkinin isə qalma məcburiyyətində 
olduğu müddət kimi açıqlamışlar. 
Nəsx  mövzusunda  bir  çox  əsər  qələmə  alınmışdır  ki,  Əbu 
Übeyd  əl-Qasım  İbn  Səllamın  (vəfatı-224/838)  “ən-Nasix  və-l  mən-
sux”, Məkki İbn Əbu Talibin (vəfatı-437/1045) “əl-Ecaz fi nasixil-Qu-
ran  və  mənsuxuhi”  və  Mustafa  Zeydin  “ən-Nəsx  fi  Quranil-  kərim” 
adlı əsərləri bunlardan bəziləridir.
C. Möhkəm və mütəşabeh ayələr
Mütəşabeh”, lüğətdə iki şeyin bir-birinə bənzəməsi mənasına 
gələn “təşabüh” məsdərindən törəmiş ismi-faildir. Məfhum olaraq 
da “nəyin qəsd olunduğu bilinməyən, izaha, təvilə ehtiyacı olan ayələr” 
deyə tərif edə bilərik. Ayələrin möhkəm və mütəşabehliyi mövzu-
sunda Quranda bu ayələr keçir:
1. Hud surəsini 1-ci ayəsində belə buyurulur:
ٍيِبَخ ٍيمِكَح  ْن َُّال نِم  ْتَل ِّصُف َّا ُث ُهُت َيآ�  ْتَ ِكْحأُ�  ٌباَتِك رَلا
  “Əlif,  ləm,  ra  (bu)  elə  bir  kitabdır  ki,  ayələri  hikmət  sahibi  və  hər 
şeydən  xəbəri  olan  (Allah)  tərəfindən  möhkəm  təsbit  edilmiş,  sonra  isə 
müfəssəl  aydınlaşdırılmışdır”.  Bu  ayəyə  görə  Quran  başdan  sona 
qədər möhkəm ayələrdən ibarətdir.


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə