Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə35/60
tarix30.10.2018
ölçüsü1,15 Mb.
#76451
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   60

QURAN ELMLƏRİ
133
b. Hz. Peyğəmbəri və möminləri təsəlli etmək.
Haqqa  dəvət  çətin  bir  işdir.  Bütün  peyğəmbərlər  bu  yolda 
müxtəlif  problemlərlə  qarşılaşmışlar.  Hz.  Mühəmməd  də  bəzən 
müxaliflərinin hücumlarına, işgəncələrinə və təxribatlarına məruz 
qalmışdır. Belə vəziyyətlərdə Allah-Təala əvvəlki peyğəmbərlərin 
qissələrini inzal edərək onların da bu cür problemlərlə qarşılaşdıq-
larını  bildirmiş,  onlara  təsəlli  verərək  iradəli  olmağa  çağırmışdır. 
Rəsulullaha (s.ə.s) təsəlli verən bu qissələr eyni zamanda yurdların-
dan qovulan möminlər üçün də təsəlli qaynağı olmuşdur.
c. İnsanrı düşündürmək və onların ibrət almalarına vəsilə ol-
maq
Qissələrin qayələrindən biri də insanların bu qissələr üzərində 
düşünüb ibrət almalarıdır.
Məsələn:
  َبْلأَلا  ِل ْوأُ ِّل ٌةَ ْبِع ْمِه ِص َصَق  ِف  َن َك  ْدَقَل  
And  olsun,  onların  (keçmiş  peyğəmbərlərin  və  ümmətlərinin) 
qissələrində ağıl sahibləri üçün bir çox ibrətlər vardır....”
172
 ayəsi də buna 
işarə edir. Hicr, 15/75, Həcc, 22/46 ayələrində də bu məsələyə təmas 
edilmişdir.
Quran  qissələri  əsasən  yaxşı  ilə  pis  arasındakı  mübarizədən 
bəhs edir. Bu mübarizədə qissələr həm yaxşıların, həm də pislərin 
duyğu  və  düşüncələrini  ortaya  qoyaraq,  yaxşının  haqq,  pisin  isə 
batil olduğunu göstərir. Hər bir insan Quran qissələrindən özünə 
görə bir nümunə ala bilər. 
172  Yusuf, 12/111.


TƏFSİR ÜSULU VƏ TARİXİ
134
d. Bütün peyğəmbərlərin eyni şeyi təbliğ etdiklərini, İslamın 
beynəlmiləliyini göstərmək.
Tarix  boyu  bütün  peyğəmbərlər Allahın  varlığını  və  birliyini 
təbliğ edib bəşəriyyəti şirkdən uzaqlaşdırmağa çalışmışlar. Ənbiya 
surəsinin  48-92-ci  ayələri  buna  ən  gözəl  nümunədir.  Bu  ayələrdə 
Ona ortaq qoşulan tanrıların, başqa cür ifadə etsək, haqq və batilin 
mücadiləsinə yer verilmiş, son ayədə də bu bəhs olunan şeylərin 
qayəsinə toxunulmuşdur:
“(Ey insanlar!) Həqiqətən, bu (tövhid dini olan islam) tək bir din ola-
raq sizin dininizdir. Mən də sizin Rəbbinizəm. Buna görə də yalnız Mənə 
ibadət edin!
173
e. Səmavi dinlərin əsasının bir olduğunu, hamısının bir Al-
lahdan gəldiyini bəyan etmək.
Biz Nuhu öz tayfasına (peyğəmbər) göndərdik. O dedi: “Ey camaa-
tım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Mən 
(müsibəti)  böyük  günün  (qiyamət  gününün)  sizə  üz  verəcək  əzabından 
qorxuram!”
174
Ad tayfasına da qardaşları Hudu (peyğəmbər göndərdik). O dedi: “Ey 
camaatım! Allaha ibadət edin. Sizin ondan başqa heç bir tanrınız yoxdur. 
Məgər (Allahın əzabından) qorxmursunuz?”
175
“Səmud tayfasına da qardaşları Salehi (peyğəmbər göndərdik). O dedi: 
“Ey  camaatım! Allaha  ibadət  edin.  Sizin  Ondan  başqa  heç  bir  tanrınız 
yoxdur. Rəbbinizdən sizə açıq-aydın bir dəlil gəldi. Allahın bu dişi (maya) 
dəvəsi sizin üçün (peyğəmbərliyimi təsdiq edən) bir möcüzədir. Buraxın 
173 Ənbiya, 21/92.
174 Əraf, 7/59.
175 Əraf, 7/65.


QURAN ELMLƏRİ
135
Allahın torpağında otlasın, ona pislik etməyin, yoxsa çox şiddətli bir əzaba 
düçar olarsınız!
176
2. Qissələrin xüsusiyyətləri
Qurani-kərim ilahi mesajı insanlara çatdırmaq üçün tarixi ha-
disələrdən vasitə kimi istifadə etmişdir. Buna görə də bu qissələr 
mü əyyən  xüsusiyyətləri  özlərində  cəmləşdirmişlər  ki,  onları  belə 
sı ralamaq olar:
a. Qurani-kərim hadisəlrin çox təfərrüatına girməmiş, şəxs, za-
man və məkan adlarına çox yer verməmişdir.
b. “Yusif” qissəsi xaric digər heç bir qissə tam olaraq verilməmiş, 
digər bütün qissələr hissə-hissə qeyd olunmuşdur.
c.  Quran  qissədən  hansı  məqsədlə  istifadə  edirsə  hadisənin 
sadəcə o məqsədlə bağlı olan hissəsini vermişdir.
ç. Quran ərəblər arasında bilinən qissələri zikr etmişdir. Çünki 
bilinən qissələr olmasaydı insanları qəsd olunan yola yönləndirmək 
çox çətin olardı. 
d. Qissələr çox təkrar edilmişdir. Ancaq hər dəfə işləndiyi su-
rə lərin ümümi mətninə görə bəzi dəyişikliklər edilərək tək rar lan-
mış dır. 
Qissələrin tarixdə baş verən həqiqi hadisələr olmadığını, bun-
larin  məsəllər  olduğunu  söyləyənlər  olsa  da  Qurani-kərimin  özü 
onların iddialarını rədd edərək belə buyurur:
  ِف  َّا ِّسلا َُلْعَي يِ َّالا ُ َل َزنأَ� ْلُق   . ًالي ِصأَ�َو ًاةَرْكُب ِهْيَلَع  َلْمُت  َي�ِهَف اَ َبَتَتْكا َينِلَّاوأَ ْلا ُيِطا َسأَ� اوُلاَقَو   
. اًايمِحَّار ا ًاروُفَغ  َن َك ُهَّانإِا  ِضْرأَ ْلاَو  ِتاَواَمَّاسلا
176 Əraf, 7/73.


TƏFSİR ÜSULU VƏ TARİXİ
136
Onlar dedilər:”Bu, əvvəlkilərin əfsanələridir. O isə onların üzünü kö-
çürtmüş və onlar səhər-axşam onun üçün oxunur”. De: “Onu göylərdə və 
yerdə olan sirləri bilən nazil etmişdir. O bağışlayandır, rəhmlidir.”
177
 Bu 
ayələr sadəcə Quranın başqaları tərəfindən Hz. Peyğəmbərə yazdı-
rıldığı iddiasını deyil, eyni zamanda onun “əvvəlkilərin əfsanələri” 
olması şəklindəki iddiaları da rədd edir.
M. Qurandakı andlar (Əqsamul-Quran)
1. Andın mahiyyəti
“Qəsəm” kəlməsi, “əqsəmə” felindən törəyən isim olub “andyə-
min” mənalarına gəlir. Dini bir termin olaraq and “bir kəsin bir işi 
edib etməyəcəyi və ya bir hadisənin doğru olub olmaması haqqındakı sözü-
nü Allahın adını ve ya sifətlərini zikr edərək qüvvətləndirməsidir.
Qurani-kərimdəki  andların  bir  çoxu Allah-təalaya  aid  olmaq-
la yanaşı bəzi ayələrdə Hz. Peyğmbərə (s.ə.s.) də and içməsi əmr 
edil mişdir. Allah-təala bəzən öz adına, bəzən Qurana, mələklərə, 
qi yamət  gününə,  peyğəmbərlərə  və  kainatdakı  günəş,  ay,  ulduz, 
gecə, gündüz və s. kimi şeylərə and içir.
Quranın bir çox surəsində andlar olmaqla bərabər onun on yed-
di surəsi andla başlayır. Bu da xitab olunan insanların diqqətini cəlb 
etmək üçündür. Bu andları aşağıdakı kimi sistemləşdirmək olar:
a. Tövhidə dair andlar:
. ٌدِحاَوَل ْ ُكَهَلإِا َّانإِا . اًارْكِذ  ِتاَيِلاَّاتلاَف . اًارْجَز  ِتاَرِجاَّازلاَف  .اًّف َص  ِتاَّافا َّاصلاَو
“Cərgə-cərgə  duranlara,  qovduqca  qovanlara  və  Quran  oxuyanlara 
and olsun, həqiqətən sizn Rəbbiniz birdir.
178
b. Quranın haqq bir kitab olduğuna dair andlar:
177  Furqan, 25/5-6.
178  Saffat, 37/1-4.


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə