Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə38/60
tarix30.10.2018
ölçüsü1,15 Mb.
#76451
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   60

TƏFSİR ÜSULU VƏ TARİXİ
144
ğın  məhsulu  yaxşı  olduğu  kimi  yaxşı  mömünün  də  əməli  yaxşı-
dır. Məhsulsuz torpağın məhsulu qıt və pis olduğu kimi kafirin də 
əməli pisdir.
Qurandakı məsəlləri ələ alan bir çox müstəqil əsər qələmə alın-
mışdır ki, bunlardan bir neçəsi aşağıdakılardır:
ət-Tirmizi (vəfatı-279/892), əl-Əmsal minəl-Kitab və Sünnə 
İbnul-Qayyim əl-Cəvziyyə (vəfatı-751/1350), əl-Əmsal Fir Qur-
a nil-Kərim
Abdürrəhman Həsən əl-Meydani, əl-Əmsalul-Quraniyyə
Q. Xəlqul-Quran məsələsi
Əhli-sünnə alimləri Qurani-kərmin Allahın kəlamı olduğu üçün 
məxluq olmadığı görüşünü mənimsəmişlər. İslam dininin meyda-
na çıxdığı ilk əsrdə Quranın məxluq olub-olmadığı məsələsi yox idi. 
Lakin hicri II əsrdə başlayan bu məsələ ilə bağlı mübahisələr, hic-
ri III əsrdə daha da artdı. Mötəzili məzhəbinin təsiri altında qalan 
xəlifə Məmun (h.198-218) Quranın məxluq olduğunu rəsmi olaraq 
elan etdi. O bu görüşə qarşı çıxan alimlərə müxtəlif işgəncələr ver-
dirmiş və bu işgəncələr nəticəsində də onların bir çoxu vəfat etmiş-
di. Bu alimlər arasında dövrün böyük alimi hesab olunan Əhməd 
İbn  Hənbəl  də  vardı.  “Xəlqul-Quran”  məsələsi  xəlifə  Mötəsim 
(h.218-227)  və  əl-Vasiq  (h.227-232)  zamanında  da  davam  etmiş, 
Mütəvəkkilin (232-247) hakimiyyətə gəlməsi ilə isə bu məsələ qa-
dağan edilərək əhli-sünnə alimlərinin görüşü əsas alınmışdır. 
Mənbələr  “xəlqul-Quran”  məsələsinin  əslində  daha  əvvəlki 
dövrlərdə  ortaya  çıxdığını  göstərir.  Tədqiqatçı-alim  Zəhəbi  qeyd 
edir ki, Cad ibn Dirhəm adlı bir nəfərin “Allah İbrahimi dost seçmədi 
və Musa ilə danışmadı” fikrini irəli sürdüyü üçün qətl edilmişdir.


QURAN ELMLƏRİ
145
Mötəzili  alimlər  Quranın  məxluq  olduğunu  söyləsə  də,  bu 
məsələnin  bəzi  yönləri  ilə  əlaqədar  onlar  arasında  da  ixtilaflar 
olmuşdu.  Belə  ki,  onların  bir  hissəsi  Quranın  cism  olduğunu 
söylərkən,  digər  bir  hissəsi  isə  onun  cism  olmadığı  qənaətində 
idilər. Həmçinin onların bəzisi Quranın baqi olduğu, bəzisi isə baqi 
olmadığı  fikrini  irəli  sürmüşlərdi.  Ancaq  əvvəllər  mötəzili  olan 
Əşərinin Quranın qeyri-məxluq olduğu görüşünü müdafiə etməsi 
ilə mötəzili məzhəbinin görüşü tədricən ortadan qalxdı.
R. Quranda xitablar
Ümumiyyətlə Qurani-kərimdəki xitablar əsasən üç yerə ayrılır:
1. Hz. Peyğəmbərə olan xitablar.
2. Hz. Peyğəmbərin xaricindəkilərə olan xitablar.
3. Həm Hz. Peyğəmbərə, həm də onun xaricindəkilərə olan xi-
tablar.
Bu xitabları otuz üç başlıq altında ələ almaq olar:
1) Xitab ümumidir və qəsd olunan da ümumidir.
Şübhəsiz Allah insanlara heç bir şeylə zülm etməz ...”
187
2) Xitab xüsusudir və bu xitabdan da xüsusilik qəsd olunur.
Ey Peyğəmbər! Rəbbindən sənə nazil olanı təbliğ et
188
3) Xitab xüsusidir, ancaq ondan ümumilik qəsd olunur.
Ey Peyğəmbər! Qadınları boşadıqda....”
189
Burada xitab Hz. Peyğəmbərə olsa da, bu xitab eyni zamanda 
boşanan hər kəsə şamildir.
4) Xitab ümumidir, ancaq ondan xüsusilik qəsd olunur.
187 Yunus, 10/44.
188 Maidə, 5/67.
189 Talaq, 65/1.


TƏFSİR ÜSULU VƏ TARİXİ
146
Onlara, insanların inandığı kimi inanın deyildikdə...”
190
Burada “insanlardan” muradın Abdullah İbn Salam olduğuna 
dair rəvayətlər vardır.
5) Cinsə xitab
Ey insanlar!” xitabı Quranda bir çox yerdə keçməkdədir və bu 
xitabla insan cinsi nəzərdə tutulur.
6) Növə xitab
Ey İsrail oğulları!”
191
 xitabı ilə Yaqub oğulları qəsd olunmuşdur.
7) Zata xitab
Ey İsa!”, “ Ey Musa!”, “Ey İbrahim!” və s. kimi xitablar buna 
misal verilə bilər.
8) Mədh xitabı
Ey iman edənlər!” xitabı əksər hallarda məkkəlilərdən mədinəli 
mühacir və ənsarları ayırmaq üçün işlədilmişdir.
9) Zəmm xitabı
Ey kafirlər!” xitabı kimi.
10) Üstünlük və kəramət bildirən xitab
Ey Adəm! Sən zövcənlə bərabər Cənnətə yerləş...”
192
 ayəsində ol-
duğu kimi.
11) Alçaltma xitabı (Xiabul-ihanə)
Allah  dedi:  “Onda  rədd  ol  buradan!  Sən,  daşqalaq  olunasısan. 
Qiyamət gününə qədər sənə lənətlər olacaqdır.
193
 Bu ayədə Allah şeyta-
nın pis xislətlərini bildirir.
12) Qarşıdakını ələ salma xitabı (Xitabut-təhəkküm)
190 Bəqərə, 2/13.
191 Bəqərə, 2/40.
192 Əraf, 7/19.
193 Hicr, 15/34-35.


QURAN ELMLƏRİ
147
Dad, axı sən (iddiana görə) qüdrətli, kəramətli idin!”
194
 Bu ayədəki 
xitab  Əbu  Cəhilədir.  Çünki  o,  mövqe  və  zənginliyinə  güvənərək 
özünün  çox  şərəfli  və  qüdrətl  olduğunu  söləyirdi. Allah-təala  da 
onun bu sözlərinə istehza ilə o zaman əzabı dad deyir.
13) Təkdə işlənən kəlmə ilə cəmə olan xitab (Xitabul-cəm bilaf-
zil-vahid)
Ey insan, səni öz səxavətli Rəbbinə qarşı tvlayıb aldadan nədir?
195
 
Burada insan kəlməsi təkdə işlədilsədə bütün insanlara şamildir.
14)  Cəmdə  işlənən  kəlmə  ilə  təkə  olan  xitab  (Xitabul-vahid 
bilafzil-cəm)
Ey peyğəmbərlər! Yaxşı nemətlərdən yeyin və əməlisaleh olun...”
196
 
Buradakı xitab Hz. Peyğəmbərədir. Çünki onun zamanında onunla 
bərabər başqa bir peyğəmbər olmamışdır.
15) Təsniyə ilə təkə olan xitab (Xitabul-vahid bilafzil-isnəyni)
 (Əmr olunacaq): “Atın cəhənnəmə hər cür tərs kafiri
197
16) Təkdə işlənən kəlmə ilə təsniyəyə olan xitab (Xitabul-isnəyni 
bilafzil-vahid)
“Firon dedi: “SizinRəbbiniz kimdir, ey Musa?
198
 Burada Hz.Musa 
ilə yanaşı Harun da qəsd olunmuşdur.
17) Təkdən sonra cəmə olan xitab (Xitabul-cəm bədəl-vahid)
Sən hansı bir vəziyyətdə olsan, Qurandan nəyi oxusan, siz hansı işi 
görsəniz, başınız bunlara qarışan zaman (bilin ki) Biz sizə şahidik” (Yu-
nus 10/61). Ayədəki ilk fellər təkdə işlədilmişkən, üçüncü fel cəm 
194 Duxan, 44/49.
195 İnfitar, 82/6.
196 Müminun, 23/51.
197 Qaf, 50/24.
198 Taha, 20/49.


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə