Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə37/60
tarix30.10.2018
ölçüsü1,15 Mb.
#76451
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   60

QURAN ELMLƏRİ
141
edilmişdir.  Çünki  ayədə  “barmaq  ucları/ənamil”  kəlməsinin  yerinə 
barmaq/əsabi” kəlməsi işlədilmişdir. 
Cüzün zikr edilib bütünün qəsd edilməsinə gəlincə buna da 
…ٍةَبَقَر  ُريِرْحَتَف ... 
 “... Bir boyunu hürr etmək lazımdır...”
185
 ayəsini misal verə bilərik. 
Buradakı  “rəqabəh”  sözündən  məqsəd kölənin  şəxsidir  və  burada 
köləyə hürriyətinin verilməsi nəzərdə tutulmuşdur.
Bu  sahədə  Əbu  Übeydə  Mamər  ibn  əl-Müsənnanın  (vəfa tı 
210/825) “Məcazu -Quran” və Əbdüləziz ibn Əbdissəlamın (və fa tı 
660/1262) “əl-İşarə iləl icaz fi bədi ənvail məcaz” adlı əsərləri vardır.
O. Quranda təkrarlar
Quranda bəzən bir kəlmənin, bəzən də bir ayənin təkrar olun-
duğunu  görürük.  Ərəb  dilinin  ruhunu  anlamayan  və  bu  dili  öz 
dilləri ilə müqayisə edən bəzi Avrop
a
lı şərqşünaslar Qurandakı bu 
təkrarların lüzumsuz və darıxdırıcı olduğunu söyləmişlər. 
Məkkədə müşriklərin müsəlmanlara olan ədavətini hər kəs bi-
lir. Onların bütpərəstlik və şirkdəki israrlarına cavab olaraq verilən 
tənbehlərin əhəmiyyətini və ifadə tərzinin qüvvəsini artırmaq üçün 
kəlmə və ayələrin təkrarlanmasından daha təbii heç bir şey olmaz-
dı. O dövrdə ərəb dilində də belə təkrarlar mövcud idi. Quran da 
ərəblərin bu üslubunu daha cazibəli şəkildə davam etdirmişdir. Bu 
təkrarlara misal olaraq “Mənim əzabım və tənbehlərim necədir (düşü-
nün)?” ayəsini verə bilərik. Bu ayə Qəmər surəsində dörd dəfə təkrar 
edilmişdir.  Yenə  “Rəbbinizin  hansı  nemətlərini  yalanlaya  bilərsiniz?” 
ayəsi Rəhman surəsində otuz bir dəfə təkrar olunmuşdur.
185  Mücadələ, 58/3.


TƏFSİR ÜSULU VƏ TARİXİ
142
Qissələrin  təkrar  edilməsi  məsələsinə  gəlincə  burada  əsas 
məqsəd  insanların  bu  qissələrdən  ibrət  almasını  təmin  etməkdir. 
Bu qissələrdəki hadisələri insanlara müxtəlif vəsilələrlə göstərmək 
üçün  onların  təkrar  edilməsinə  ehtiyac  vardır.  Hz. Adəm  qissəsi 
Bəqərə, Əraf, Hicr, İsra, Kəhf və Taha surələrində təkrar edilmiş-
dir. Bu qissə Bəqərə surəsində Allahın nemətlərini, Əraf surəsində 
Allahın  bu  nemətlərinə  qarşı  insanların  az  şükür  etməsini,  Hicr 
surəsində Allahın insanı torpaqdan, cinləri isə atəşdən xəlq etdiyini 
və  bu  iki  maddənin  bir-birindən  üstün  olmadığını,  İblisin  özünü 
Adəmdən  üstün  görməsinin  cəhalət  və  aldanma  olduğunu,  İsra 
surəsində insanların fitnələrini, Kəhf surəsində isə insanın düşməni 
olan İblis və onun cinsindən olanlarla dost olmanın necə yanlış ol-
duğunu, Taha surəsində də insanın zəif nöqtələrini və bu zəifliyinə 
görə hər zaman Allahın yardımına möhtac olduğunu xatırladır.
P. Quranda məsəllər (Əmsəlul-Quran)
Quranda çox müraciət olunan anlatma metodlarından biri də 
məsəllərdir.  Quran  vermək  istədiyi  mesajı  çox  dəfə  diqqət  çəkici 
misallar və ya hadisələr mənasına gələn məsəllər vasitəsi ilə çatdır-
mışdır.
“Məsəl” kəlməsi, lüğətdə “dəlil , hüccət , bir şeyin sifəti, xalq ara-
sında yayılan və məşhur olan sözlər” mənalarını daşıyır. Cəmi “əmsal 
” sözüdür. 
Qurana nəzər saldıqda məsəllərin qayələri ortaya çıxır. Belə ki, 
Allah-təala Həşr surəsinin 21-ci ayəsində belə buyurur: 
.  َنو ُرَّاكَفَتَي ْمُهَّالَعَل  ِساَّانلِل اَ ُبِ ْضَن ُلاَثْمأَ ْلا  َ ْلِتَو 
 “ Bu misalları insanlar onları düşünsünlər deyə veririk ”
Yenə Zümər surəsinin 27-ci ayəsində belə buyurulur: 


QURAN ELMLƏRİ
143
.  َنو ُرَّاكَذَتَي ْمُهَّالَعَّال ٍلَثَم  ِّ ُك نِم  ِنآ�ْرُقْلا اَذَه  ِف  ِساَّانلِل اَنْبَ َض  ْدَقَلَو  
Biz bu Quranda insanlara hər cür misal gətirdik ki , bəlkə onlar bir 
düşünüb-daşınalar ”.
Qurandakı məsəlləri iki yerə ayırmaq olar :
1. Sarih (açıq) və zahir məsəllər 
2. Kamin (gizli), rəmzi məsəllər
Sarih (açıq) məsəllərə misal olaraq Rəd surəsinin 17-ci ayəsini 
verə bilərik : 
 ِراَّانلا  ِف ِهْيَلَع  َنوُدِقوُي اَّامِمَو اًايِباَّار اًادَبَز ُلْيَّاسسلا َلَمَتْحاَف اَهِرَدَقِب ٌةَيِدْوأَ�  ْتَلا َسَف ءاَم ءاَم َّاسلا َنِم َلَزنأَ�  
 ُعَفنَي اَم اَّامأَ�َو ءاَفُج  ُبَهْذَيَف ُدَبَّازلا اَّامأَ�َف َلِطاَبْلاَو  َّاقَحْلا  ُ ّللا  ُبِ ْضَي  َ ِلَذَك ُ ُلْثِّم ٌدَبَز ٍعاَتَم  ْوأَ� ٍةَيْلِح ءاَغِتْبا
. َلاَثْمأَلا  ُ ّللا  ُبِ ْضَي  َ ِلَذَك  ِضْرأَلا  ِف  ُثُكْمَيَف  َساَّانلا
O, səmadan su endirdi. Su quru vadiləri qədərincə doldurub axdı, 
sel də qabarmış köpükləri alıb apardı. Bəzək-düzək və qab-qaşıq düzəltmək 
üçün od üstündə qaynadılan şeylərin (mis, gümüş və s.) də buna bənzər 
köpüyü olur. Allah haqqı və batili belə misal göstərir. Köpük dağılıb gedir, 
insanlara fayda verən şeylər isə yerdə qalır. Allah misalları belə çəkər.” 
Bu ayədə Haqq-təala haqqı və haqq sahiblərini səmadan yağan və 
yerə bir çox faydası toxunan sulara, batil və batil olanları da haqqın 
üstünə çıxan, ancaq çox qısa bir müddətdə də yox olan köpüklərə 
bənzətmişdir.
Kamin (gizli) məsəllərə misal olaraq isə bu ayəni verə bilərik :
... اًادِكَن َّال
إِ
ا  ُجُرْ َي َل  َثُبَخ يِ َّالاَو ِهِّبَر  ِنْذ
إِ
ِب ُهُتاَبَن  ُجُرْ َي  ُبِّيَّاطلا ُ َلَبْلاَو
Yaxşı  torpağın  məhsulu,  Allahın  izni  ilə  (yaxşı)  çıxar.  Pis  (məh-
sulsuz) torpaqdan isə pis (qıt) məhsul çıxar.
186
 İbn Abbas bu ayədəki 
məsəlin mömin və kafir üçün çəkildiyini söyləmişdir. Yaxşı torpa-
186  Əraf, 7/58.


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə