Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə39/60
tarix30.10.2018
ölçüsü1,15 Mb.
#76451
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   60

TƏFSİR ÜSULU VƏ TARİXİ
148
formasında işlədilmişdir. Burada xitab Hz. Peğəmbərədir. Üçüncü 
felin cəm formasında işlədilməsinə gəldikdə İbnül-Ənbari bunun 
Hz. Peyğəmbəri ucaltmaq üçün belə işlədildiyini söyləyir.
18)  Xitab  zatadır,  ancaq  qəsd  olunan  başqasıdır  (Xitabul-ayn 
vəl-muradu ğayruhu)
Ey  Peyğəmbər,  Allahdan  qorx,  kafirlərə  və  münafiqlərə  itaət 
etmə!...”
199
 Burada da xitab Hz. Peyğəmbərədir. Ancaq qəsd olunan 
möminlərdir.  Çünki  Hz.  Peyğəmbər  onsuz  da  bu  kimi  şeylərdən 
uzaq dururdu.
19) Öyüd-nəsihət və ibrət xitabı (Xitabul-etibar)
(Saleh) onlardan üz döndərdi və dedi: “Ey mənim camaatım, artıq 
mən öz Rəbbimin risalələrini sizə çatdırdım və sizə öyüd-nəsihət etdim. 
Lakin siz nəsihət verənləri sevmirsiniz
200
20)  Şəxsə  xitabdan  sonra  başqasına  yönəlmək  (Xitabuş-şəxs 
summəl-udulu ilə ğayrihi)
Əgər  onlar  (köməyə  çağırdığınızda)  sizə  hay  verməsələr..”
201
 
ayəsində xitab Hz. Peyəmbərədir. Ayənin davamındakı “...onda bilin 
ki, o (Quran), Allahın bilgisi ilə nazil olbdu və Ondan başqa heç bir Tanr 
yoxdur!  Artıq  siz  təslim  (müsəman)  olarsınızmı?”  ifadələri  kafirlərə 
olan xitabdır.
21) İltifat xitabı (Xitabut-təlvin)
Artırmaq  məqsədilə  insanlara  sələmlə  verdiyiniz  malın  faizi...”
202
 
ifadəsindəki  xitab  ikinci  şəxsə  olduğu  halda,  ayənin  sonundakı 
belələri (öz mükafatlarını qat-qat artırmış olurlar” ifadəsi ilə üçüncü 
şəxsə xitab olunmuşdur.
199 Əhzab, 33/1.
200 Əraf, 7/79.
201 Hud, 11/14.
202 Rum, 30/39.


QURAN ELMLƏRİ
149
22)  Ağıl  sahiblərinə  xitab  edərcəsinə  cansızlara  olan  xitab 
(Xitabul-cəmadət xitabu mən yəqilu)
“...Ey dağlar və quşlar! onunla birlikdə (Allaha) təriflər deyin!...”
203
23) Təhrik xitabı (Xitabut-təhyic)
Ey iman gətirənlər! Allahdan qorxun və iman gətirənsinizsə sələm 
alacaqlarınızın qalanından əl çəkin
204
 Bu ayədə Allah-təala onları əv-
vəlcə imanla vəsfləndirir, daha sonra isə “iman gətirənsinizsə” ifa-
dəsi ilə onları faizi tərk etməyə çağırır.
24) Qəzəb və təhdid xitabı (Xitabul-ğadab )
“... Doğrudanmı siz onlar sizə düşmən olduğu halda Məni qoyub onu 
və  ondan  törəyənləri  özünüzə  himayəçilər  götürürsünüz?  Bu  haqsızlar 
üçün nə pis bir dəyişdüyüşdür!
205
25) Qəhrəmanlığa çağıran xitab (Xitabut-təşci vət-təhriz)
Allah sıx hörülmüş divar kimi səf bağlayaraq, Onun yolunda vu-
ruşanları sevir
206
 Burada birlikdə hərəkət etməyə və qəhrəmanlığa 
çağırış vardr. 
26) Nifrət xitabı (Xitabut-tənfir)
“...  Bir-birinizi  güdməyin  və  biriniz  o  birinizin  qeybətini  etməsin. 
Məgər  sizlərdən  biri  qardaşı  ölərsə,  onun  ətini  yemək  istəyərmi?  Siz  ki 
buna ikrah etdiniz. Allahdan qorxun, axı Allah tövbələri qəbul edəndir, 
rəhmlidr
207
 
27) Meyl və istək xitabı (Xitabut-təhənnün vəl-istidaf)
203 Səba, 34/10.
204 Bəqərə, 2/278.
205 Kəhf, 18/50.
206 Saff, 61/4.
207 Hucurat, 49/12.


TƏFSİR ÜSULU VƏ TARİXİ
150
De:“Ey özlərinə qarşı həddini aşmış bəndələrim, Allahın mərhə mə-
tindən əlinizi üzməyin...”
208
28) Məhəbbət, sevgi xitabı (Xitabut-təhbib)
O zaman İbrahim öz atasına dedi: “Ata, sən nə üçün qulağı eşitməyən, 
gözü görməyən və səni heç bir şeydən qurtara bilməyənə ibadət edirsən?
209
29) Aciz qoyma xitabı (Xitabut-taciz)
Əgər bəndəmizə nazi etdiyimizə sizin bir şübhəniz varsa, onda ona 
bənzər bir surə gətirin...”
210
30) Yalanlama xitabı (Xitabut-təkzib)
“...De: “Əgər siz düz danışırsınızsa Tövratı gətirib oxuyun!
211
31) Heyfslənmə bildirən xitab (Xitabut-təhsir vət-tələhhüf)
De: “Hikkənizdən gəbərin! 
212
32) Şərəfləndirmə xitabı (Xitabut-təşrif)
 Bu xitab növü Quranda “qul” sözü ilə işlədilmişdir. 
33) Mövcud olmayana xitab (Xitabul-mədum)
Ey Adəm övladı
213
 xitabı indiki və gələcək nəsillərə şamildir. 
S. Quranda sual və cavablar
Qurani-kərimdə  müxtəlif  suallar  və  bunlara  verilən  müxtəlif 
cavablar vardır ki, bunları on üç başlıq altında toplamaq olar:
 1) Sualın arxasınca dərhal verilən cavab 
208 Zumər, 39/53.
209 Məryəm, 19/42.
210 Bəqərə, 2/23.
211 Ali-İmran, 3/93.
212 Ali-İmran, 3/119.
213 Əraf, 7/26.


QURAN ELMLƏRİ
151
Səndən nəyi infaq edəcəklərini soruşsalar, de: “Artıq qalanı”...”
214
2) Munfasıl cavab. Bu da iki cür olur. 
a) Sualla cavab eyni surədə olur. Məsələn , “Onlar dedilər: “Bu 
necə peyğəmbərdir ki, yemək yeyir, bazarları gəzib dolaşır...”
215
 sualına 
yenə həmin surənin iyirminci ayəsində belə cavab verilir : “Səndən 
əvvəl  də  ancaq  yemək  yeyən  və  bazarlarda  gəzib  dolaşan  peyğəmbərlər 
göndərmişdik...
b) Sualla cavab ayrı-ayrı surələrdə olur. Məsələn “... “Mərhəmətli 
nə olan şeydir...”
216
 sualının cavabı Rəhman surəsinin 1-3 ayələrində 
verilmişdir: “Mərhəmətli (Allah) Quranı öyrətdi, insanı xəlq etdi”.
3) Sualın cavabı gizli olur
Əgər  Quranla  dağlarhərəkətə  gətirilsəydi,  yaxud  yer  parça-parça 
kəsilsəydi və onunla ölülər dilə gətirilsəydilər belə...”
217
 ayəsinin cavabı 
gizlidir. Bu gizli cavab da belədir: “o ancaq Quran idi”.
4) Sual zikr olunmadan verilən mücərrəd cavab
“... Axı Allah sizin imanınızı itirməz...”
218
 Bu, qiblə dəyişdirilmədən 
əvvəl  Betytül-məqdisə  yönəlib  namaz  qılanların  namazılarının 
qəbul olunub-olunmaması barədə verilən sualın cavabıdır.
5) Bir suala iki cavab
Onlar dedilər: “Barı bu Quran iki şəhərdən birində olan böyük bir 
adama nazil ediləydi!
219
 Bu sulaın iki cavabı vardır: 
a. “Onlar sənin Rəbbinin mərhəmətini bölürlər?
220
214 Bəqərə, 2/219.
215 Furqan, 25/7.
216 Furqan, 25/60.
217 Rəd, 13/31.
218 Bəqərə, 2/143.
219 Zuxruf, 43/31.
220 Zuxruf, 43/32.


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə