Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə40/60
tarix30.10.2018
ölçüsü1,15 Mb.
#76451
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   60

TƏFSİR ÜSULU VƏ TARİXİ
152
 b. “Sənin Rəbbin istədiyini xəlq edir və seçir...”
221
6) İki suala bir cavab
Əgər  sizə Allahın  lütfü  və  mərhəməti  olmasaydı, Allah  şəfqətli  və 
rəhimli olmasaydı, (onda işiniz necə olardı?)”
222
 Bu sualların cavabı “ifq 
hadisəsi
 
ayəsidir.
7) Məhzuf cavab
Məgər öz Rəbbindən aydın dəlilə malik olanın .... halı bəd əməlləri 
özü üçün bəzədilmiş, öz həva-həvəslərinə uymuş kəslərin halı kimidir?
223
 
Bu ayənin cavabı məhfuzdur, yəni cavab yazılmasada qəsd olun-
muşdur.
8) Cavab sualla əlaqəsi olmayan başqa bir fəsildə olur
İbrahimi də (peyğəmbər göndərdik). O zaman o, öz camaatına dedi: 
“Allaha ibadət edin və Ondan qorxun! Əgər bilsəniz, bu, sizin üü daha 
xeyirlidir.
224
 Bu ayənin cavabı yenə eyni surənin iyirmi dördüncü 
ayəsində verilmişdir:
Onun  (İbrahimin)  camaatının  cavabı  ancaq:“Onu  öldürün  və  ya 
yandırın”-demələri oldu ...” 
9) Kəlamın içərisində olan cavab
Sad.Öyüd-nəsihətli Qurana and olsun!...”
225
Kafirlər  Hz.  Mühəmmədin  haqq  bir  peyğəmbər  olmadığını 
zənn edirdilər. Bu ayələr isə Hz. Mühmmədin risalətinin doğru ol-
duğunu bildir.
10) Kəlamın sonunda olan cavab
221 Qəsəs, 28/68.
222 Nur, 24/20.
223 Mühəmməd, 47/14.
224 Ənkəbut, 29/16.
225 Sad, 38/1-4.


QURAN ELMLƏRİ
153
Onlar qeyb barəsində ehtimallar quraraq deyəcəklər: “Üçdürlər, dör-
düncüsü onların itidir”...”
226
 Bunun cavabı isə yenə eyni ayədə veril-
mişdir: “De: Mənim Rəbbim onların sayını daha yaxşı bilir...
11) Sualın içərisində olan cavab
 “Onlar isə bunlara üz tutaraq soruşdular:“Nə itirmisiniz?”Dedilər:Biz 
hakimin piyaləsini itirmişik...”
227
12) Vaxta mövquf cavab
Rəbbiniz dedi: “Məni çağırın. Mən də avab verim...”
228
Səhabilər duaya icabətin vaxtını Hz. Peyğəmbərdən soruşurlar. 
Onların bu sualına cavab olaraq Allah-təala bu ayəni nazil etdi: 
Bəndələrim səndən Mənim haqqımda soruşsalar, Mən yaxındayam, 
məni çağıranın səsinə cavab verərəm. Qoy onlar da Mənə cavab versinlər 
Mənə iman gətirsinlər ki, bəlkə düz yola qovuşalar
229
13) Nəhy cavabı
“... Siz əgər müttəqisinizsə, sözdə yumuşaqləq (işvə-naz) göstərməyin 
ki, ürəyində mərəz olan tamah salmasın...”
230
T. Ayələr və surələr arasındakı münasibət 
(Münasəbətul-Quran) 
“Münasibət” kəlməsi lüğətdə “yaxınlıq və oxşarlıq” mənalarına 
gəlir. Termin olaraq “bir- birinin ardınca gələn söz və cümlələr və ya 
ard-arda anladılan hadisələr arasındakı əlaqə” deməkdir. “Münasəbətul-
Quran” da ayə və surələr arasındakı məna baxımdan əlaqəni ortaya 
çıxardan bir Quran elmidir. 
226 Kəhf, 18/22.
227 Yusuf, 12/71-72.
228 Mömin, 40/60.
229 Bəqərə, 2/186.
230 Əhzab, 33/32.


TƏFSİR ÜSULU VƏ TARİXİ
154
Bilindiyi kimi Quran ayələri fasilələrlə müxtəlif səbəblərə görə 
nazil  olmuşdur. Ancaq  ayələrin  fərqli-fərqli  zamanlarda  nazil  ol-
ması onlar arasında hər hansı bir əlaqənin olmaması demək deyil-
dir. Həm ayələr və surələr, həm də ayələrin və surələrin əvvəli ilə 
axırları arsında elə bir əlaqə vardır ki, onlardan hər hansı birinin 
yerini dəyişdirmək mümkün deyildir. Çünki bu Quranın tərtibi ilə 
bağlıdır. Tərtib isə Quranın möcüzəvi yönlərindən biridir.
Fəxrəddin ər-Razi (vəfatı-606/1209) Bəqərə surəsinin əvvəli ilə 
axırı  arasında  əlaqə  olduğunu  söyləmişdir.  Ona  görə Allah-təala 
Bəqərə surəsinə qeybə iman edən, namaz qılan və Allahın verdi-
yi  ruzini  başqalarına  da  infaq  edən  möminləri  öyərək  başlamış, 
surənin  sonunda  da  həmin  möminlərin  Hz.  Mühəmmədin  (s.ə.s) 
ümməti olduğunu bildirmişdir.
Bundan başqa Vaqiə surəsinin sonu ilə Hədid surəsinin əvvəli 
arasında da əlaqə olduğu söylənmişdir. Vaqiə surəsinin son ayəsi 
. ِيم ِظَعْلا  َكِّبَر ِ ْس ِب  ْحِّبَسسَف  
Elə isə Uca Rəbbinin şəninə təriflər de!” ayəsidir. Bu ayənin ardın-
dan gələn Hədid surəsinin birinci ayəsində də sanki Allahın şəninə 
təriflər deməsinə dəlil olsun deyə belə buyurulur:
. ُيمِكَحْلا  ُزيِزَعْلا  َوُهَو  ِضْرأَ ْلاَو  ِتاَواَم َّاسلا  ِف اَم ِ َّا ِلل  َحَّابَسس
 “Göylərdə və yerdə olanların hamısı Allaha təriflər deyir. O, qüdrət, 
hökm və hikmət sahibidir”. 
Quranın  ilk  surəsi  ilə  son  surəsi  arasında  da  digər  surələrdə 
olduğu kimi əlaqə vardır. Belə ki, Fatihədə Allahın sifətləri sayıl-
dıqdan sonra hidayətdən bəhs olunmuş, Nəs surəsində də hidayətə 
çatmanın  ancaq  şeytanın  şərrindən  Allaha  sığınmaqla  mümkün 
olacağı bildirilmişdir.


QURAN ELMLƏRİ
155
Ayələr  və  surələr  arasındakı  əlaqə  barədə  müstəqil  əsərlərin 
sayı olduqca azdır. əz-Zərkəşi bunun səbəbini bəlağət elmi sayılan 
münasəbətul-Quran elminin çətinliyinə bağlayır.
Mənbələr  Quran  ayələri  və  surələri  arasındakı  münasibətdən 
bəhs edən ilk İslam aliminin Əbu Bəkir ən-Nisaburi (vəfatı-324/936) 
olduğunu bildirir. Lakin onun bu sahəyə aid yazılı bir əsəri yoxdur. 
Fikirləri şifahi halda nəql olunmuşdur.
Bu sahənin bir Quran elmi kimi formalaşmasında Fəxrəddin ər-
Razinin rolu çox böyükdür. “Quranın hamısı tək bir surə, hətta tək 
bir ayədir” prinsipindən hərəkət edən ər-Razi, ayə və surələr arasın-
dakı münasibətə toxunaraq Qurandakı məna bütünlüyünü ortaya 
çıxarmağa çalışmışdır. O, Bəqərə surəsini təfsir edərkən belə deyir: 
“ Kim bu surənin nəzm və tərtibindəki gözəllikləri düşünərsə, Qu-
ran kəlmələrinin fəsahət və məna üstünlüyü baxımından möcüzəvi 
olduğunu qısa bir zamanda idrak edər. Çünki o, tərtibi və ayələrinin 
nəzmi cəhətdən möcüzəvi bir kitabdır. Üslub baxımından Quranın 
möcüzə olduğunu söyləyənlərin məqsədi də elə bu olmalıdır.” 
 Razidən başqa Haralli, Mursi, Əbu Həyyan, Məqdisi və digər 
müfəssirlər də öz təfsirlərində bu mövzuya geniş yer vermişlər.
Hicri VIII əsrdə məşhur müfəssir Əbu Həyyanın müəllimi olan 
Əbu Cəfər Əhməd b. İbrahim əl-Qirnati (vəfatı-708/1344) “əl-Burhan 
fi tərtibil-Quran” adlı bu mövzuda ilk müstəqil əsər qələmə almış-
dır. Daha sonrakı əsrlərdə Bürhanəddin İbrahim b. Ömər əl-Bikai 
(vəfatı-885-1480) “Nəzmud-dürər fi tənasübül ay vəs-suvər” adlı təfsir 
əsərini yazmış və bu əsərdə münəsəbətul-Quran mövzusuna geniş 
yer  ayırmışdır.  Bu  əsər  bu  sahədə  yazılmış  ən  önəmli  əsər  qəbul 
olunur. 


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə