Şeyx Abbas Qumi İmam əLİNİn fəZİLƏTLƏRİ



Yüklə 0,52 Mb.
səhifə1/43
tarix26.07.2023
ölçüsü0,52 Mb.
#120007
  1   2   3   4   5   6   7   8   9   ...   43
İmam Əlinin fəzilətləri


İMAM ƏLİNİN FƏZİLƏTLƏRİ





Şeyx Abbas Qumi


İMAM ƏLİNİN
FƏZİLƏTLƏRİ

Bakı - 2006




Kitabın adı: İmam Əlinin fəzilətləri
Müəllif: Şeyx Abbas Qumi
Tərcümə edən: Seyyid Azər Əhmədoğlu
Mahir Bəylərzadə
Nəşriyyat: Əhli-beyt məktəbi
Çap tarixi 1998/1419
Çap növbəsi: Birinci
Tiraj 3000
ÖN SÖZ
الحمد لله علی تواتر آلائه المتجلی بخلقه لخلیفته والظاهر لقلوبهم بحجته والصلاة على محمد سيد بريته و بشير رحمته و على الاصفياء من عترته سيما ابن عمه و زوج ابنته و شعاع شمسه و باب مدينته صلوات الله عليهما و آلهما ما اتصل الغد بامسه واليوم بليلته
Bu kitab bir neçə fəsilə malikdir. Hər bir fəsildə Həzrət Əmirəl-möminin Əli (ə)-ın fəzilətlərindən biri haqqında söhbət olunur.

أنا و جميع من فوق التراب فداء لتراب نعل أبي تراب


امام مدحه ذکری و دابی و قلبی نحوه ما عشت صاب
Şeirin məzmunu:
«Mən və bütün yer üzündə yaşayanlar Həzrət Əbu Turabın (Əli (ə)-ın) ayaqqabısının altındakı torpağına qurban olaq!
Bu İmamı tərifləmək mənim adətimdir, nə qədər ki diriyəm ürəyimi ona bağlamış və onun aşiqiyəm».
Bu şeirimi mömin qardaşlarıma, Həzrət Əmirəl-möminin (ə)-ın şiələrinə hədiyyə edirəm. Onlar da məni öz dualarında yaddan çıxartmasınlar və imkan daxilində bu şeiri çap etdirərək ümumi müsəlmanları faydalandırıb və mənim üçün axirət zəxirəsi qərar versinlər.
Allahın Rəsulundan (s) rəvayət olunur: «Hər kəs Əli ibn Əbutalib (ə)-ın fəzilətlərindən birini qələmə alsa, həmin yazı pozulub aradan gedənə qədər Mələklər onun üçün istiğfar edərlər».1
Həmçinin o Həzrət buyurub: «Hər kəs Həzrət Əli (ə) haqqında yazılmış fəzilətə baxsa, Allah-Təala həmin şəxsin gözü ilə mürtəkib olduğu günahları bağışlayar».
Elm xadimləri üçün məlum olduğu kimi, Əmirəl-möminin Əli (ə)-ın fəzilətlərini heç bir bəyanla açıqlamaq mümkün deyil və o Həzrətin fəzilətləri heç bir kitaba sığmaz. Hətta səmavi mələklər Əli (ə)-ın mənəvi məqamlarını dərk edə bilməzlər.

علی را قدر پیغمبر شناسد


که هرکس خویش را بهتر شناسد2
Həqiqətən, Əli (ə) fəzilətlərini saymaq dənizin suyunu ovucla ölçməyə bənzəyir. Hədislərdə Əhli-beytin (ə) dilindən yazılıbdır: «Biz, Allahın kəlmələriyik, bizim fəzilətlərimizi sayıb qurtarmaq olmaz».3

کتاب فضل ترا آب بهر کافی نیست


که تر کنی سر انگشت و صفحه بشماری

Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə