Şeyx Abbas Qumi İmam əLİNİn fəZİLƏTLƏRİ


«Özlərini ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar»



Yüklə 0,52 Mb.
səhifə9/43
tarix26.07.2023
ölçüsü0,52 Mb.
#120007
1   ...   5   6   7   8   9   10   11   12   ...   43
İmam Əlinin fəzilətləri

«Özlərini ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar».1
Müəllif deyir: Bu məzmunda sünni və şiə təriqi ilə çoxlu rəvayətlər nəql olunubdur və şairlər onu şeirə çəkiblər.


ALTINCI FƏSİL

Şeyx Nuri (r.ə) «Şaxeye-Tuba» kitabında buyurub: Hillə şəhəhərində çox yaxşı bir kişi var idi. İnu adı Hacı Cavad idi. O, qəsidə oxuyurdu. Qəsidə oxuyan zaman əmmaməsini çıxardıb yerə qoyar və məclisin ortasında gəzə-gəzə qasidə oxuyardı. Mən 20 il bundan qabaq onun qasidə oxumağını Nəcəfi-Əşrəfdə gördüm. O, bir dənə hadisəni Hillə camaatından da eşitdim. Bu hadisə şöhrət tapmışdı. Hadisə bundan ibarətdir:


Bir gün Bağdadın böyük şəxsiyyətləri, o cümlədən qazi və müfti Hillə şəhərinə getdilər. Onlar Hillə şəhərinin var-dövlətli adamlarından birinin qonağı oldular. Şənlik keçirtmək məqsədi ilə ev sahibinə dedilər ki, Hacı Cavad onlar üçün qəsidə oxusun.
Hacı Cavad qasidə oxuyarkən, bəzi vaxt öz təbii halından çıxardı. Ev sahibi qorxurdu ki, o, şahları məzəmmət edən qəsidələr oxusun. Buna görə də onların təklifini qəbul etmək istəmədi. Lakin onlar çox təkid etdilər. Nəhayət, qərara aldılar ki, Hacı Cavad qəsidə oxusun. O, həmişəki adəti ilə ayağa qalxdı, əmmaməsini çıxardıb yerə qoydu. Sonra tərifli qəsidələri oxumağa başladı. O, tərifli qəsidələri oxuyub qurtardıqdan sonra özündən asılı olmayaraq məzəmmət edici qəsidələri oxumağa başladı. Bunu görən ev sahibi çox narahat oldu. Hacı Cavada qaş-göz ilə işarə etdi ki, bu cür qəsidələri belə bir məclisdə oxumasın. Lakin faydası olmadı. O, məzəmmət edici qəsidələri oxumaqda idi. Məclisdə olanlar qəlyan çəkirdilər. Hacı Cavadın məzəmmət edici qəsidələri onların ürəklərini dağladı, daha qsidənin təhqiramiz kinayələrinə dözə bilmədilər, səbirləri tükənmişdi. Hacı Cavadı xoşluqla sakitləşdirmək istədilər. Lakin mümkün olmadı. Onlardan biri Hacı Cavadı qəsidə oxumaqdan çəkindirmək üçün qəlyanın qızmar kömrünü onun əmmaməsinin üstünə qoydu. Lakin əmmamə yanmadı. Başqası bu işi təkrar etdi. Yenə də əmmamə yanmadı. Qəlyanın bütün kömürlərini onun əmmaməsi üstünə tökdüər. Lakin nə Hacı Cavad bu işi gördü, nə də əmmaməsi zərrə qədər belə tüstü çıxmadı. Onlar məcbur olub əmmaməyə od vurdular. Əmmaməni alov bürüdü və heç bir hissəsi görünmədi. Məclisdəkilər təəcüb icində qərq olmuşdular. Nəhayət, Hacı Cavad öz ürəyi istədiyi kimi qəsidəni sona çatdırdı. Əmmaməni qoyduğu yerdə görmədi. O, əmmamənin harada olmasını soruşdu. Dedilər: - Əmmamə həmin alovun arasındadır və yanır. Hacı Cavad əlini alovun içinə salıb əmmaməsini götürdü. O, əmmamənin üstündəki külləri yerə tökdü, sonra başına qoydu. Əmmamə zərrə qədər də yanmamışdı.
Məclisdəkilər heyrət içində idilər. Orada onların çoxu bu hadisəni öz gözləri ilə gördükləri üçün şiə oldular.
Bəli, bu hadisə İmamların möcüzələrindən biridir və həmin qəsidə fəzilətə malikdir. Həmçinin bu özü Hacı Cavad üçün bir kəramət hesab olunur.


YEDDİNCİ FƏSİL

Əbu Əbdillah Hüseyn ibn Əhməd «İbn Həccac» ləqəbiylə şöhrət tapmışdı. O, şiə şairlərinin və Əhli-beyti tərifləyənlərdən biri idi. İbn Həccac hicrinin 391-ci ilində Bağdad şəhərində dünyadan gedibdir. İmam Museyi Kazım (ə)-ın qəbrinin ayaq hissəsi tərəfində dəfn olunubdur. Onun vəsiyyəti ilə qəbrinin üstündəki lövhədə yazılıb.


وَكَلْبُهُمْ بَاسِطٌ ذِرَاعَيْهِ بِالْوَصِيدِ



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə