Şeyx Abbas Qumi İmam əLİNİn fəZİLƏTLƏRİ


«Mən, həqiqətən, sənin Rəbbinəm. Nəleynini ayyaqqabını) çıxart, çünki sən müqəddəs vadidə - Tuvadasan!»



Yüklə 0,52 Mb.
səhifə6/43
tarix26.07.2023
ölçüsü0,52 Mb.
#120007
1   2   3   4   5   6   7   8   9   ...   43
İmam Əlinin fəzilətləri

«Mən, həqiqətən, sənin Rəbbinəm. Nəleynini ayyaqqabını) çıxart, çünki sən müqəddəs vadidə - Tuvadasan!».2
Sultan bu ayəni eşidən kimi atdan düşdü və əmr etdi ki, həmin nasibinin boynunu vursunlar.
DÖRDÜNCÜ FƏSİL

İbn Əbil Hədid Mötəzilə1 firqəsinin ən böyük alimlərindən biridir. O, Əmirəl-möminin Əli (ə)-ın tərifi haqqında yeddi qəsidə yazıbdır. Həmin qəsidələr «Əl-qasidüssəbə» adı ilə şöhrət tapıbdır. «Mədarik» kitabının müəllifi seyyid Mühəmməd və Rəzi İmami həmin qəsidələrə şərh yazıbdır. Qəsidələrdən birini Əmirəl-mominin (ə)-ın müqqədəs zərihinin üstündə yazıblar. Bu qəsidə yetmiş beytdir. Onun bir neçə beyti İmam Hüseyn (ə)-ın müsibəti haqqındadır.


Həmçinin İbn Əbil Hədid Məkkənin fəthi barəsində aşağıdakı qəsidəni deyibdir:

فيا رتبة لو شئت ان تلمس السهى بها لم يكن ما رمته متعذرا


ويا قدميه اىّ قدس وطئتما و اى مقام قمتما فيه انوارا
فليس سواع بعدها بمعظم ولا الات مسجودا و معذرا
Şerin məzmunu:
«O, (Əli (ə)) elə bir məqama malikdir ki, əgər «Suha» ulduzuna onun məqamı ilə çatmaq istəsən, sənin üçün mümkündür.
Ey Əli (ə)-ın ayaqları, siz nə qədər müqqədəs yerə qədəm qoydunuz və nə qədər böyük yerdə durdunuz!
Həzrət Əli (ə) Peyğəmbərin (s) çiyninə çıxıb bütləri sındırandan sonra, artıq «Suvaq» bütü hörmətdən və «Lat» bütünə heç kəs səcdə etmədi».
Əbil Hədid qeyd olunan beytlərdə müxtəlif sənədlərlə rəvayət olunmuş Əli (ı)-ın bir fəzilətinə işarə edibdir. O da bundan ibarətdir ki, Həzrəti Əli (ə) Peyğəmbərin (s) çiyninə ayağını qoyub Kəbənin damına çıxdı. Bütləri yerə ataraq onları tikə-tikə etdi. Şairlər bu haqda fars və ərəb dillərində çoxlu şeirlər yazıbdır.
Sonra İbn Əbil Hədid «Hüneyn» müharibəsini və Rəsulullahın (s) bu müharibədə Əbu Bəkrin vasitəsi ilə məğlubiyyətini, Əbu Bəkrin qorxub döyüşdən qaçmasını və Əli (ə)-ın şücaətini şeirə çəkir.
İbn Əbil Hədid deyir ki, Əbu Bəkrin «Hüneyn» müharibəsində qaçması təəccüblü deyil, bu iş onun adəti idi. Çünki, Əbu Bəkr «Ühüd» və «Xeybər» müharibəsində də döyüşdən qaçıb Peyğəmbəri (s) tək qoydu.
İbn Əbil Hədid «Xeybər»in fəthi haqqında yazır:

وما أنس الا انس الذين تقدم و فرهما والفر قد علما حوب


وللراية العظمى و قد ذهبا بها ملابس ذل فوقها و حلابيب
عذرتكما ان الحمام لمبغض و ان بقاء النفس للنفس محبوب
Şeirin məzmunu:
Hər nəyi yaddan çıxartsam da bir hadisəni yaddan çıxartmaram. O da bundan ibarətdir ki, o iki nəfər (Ömər və Əbu Bəkr) müharibə zamanı hamıdan qabaq özlərini irəli atırdılar. Lakin elə ki, döyüş başlanırdı ikisi də cihaddan (Allah yolunda döyüşdən) qaçırdılar. Halbuki, cihaddan qaçmaq həlakedici günahlardan biridir və onlar bunu yaxşı bilirdilər.
Həmçinin heç vaxt yaddan çıxartmaram: Əbu Bəkr və Ömər Rəsulullahın (s) bayrağını götürüb müharibəyə getdilər. Lakin döyüşdən qaçaraq İslam bayrağımı zillət rənginə boyadılar.
Bəli, onlar ölümdən qorxurdular və yaşamaq istəyirdilər. Ölümdə qorxmayıb öz canını İslam yolunda fəda verməyə hazır olan başqa bir şəxsdir ki, buyurur:

والله لإبن أبى طالب آنس بالموت من الطفل الى مخالب أمه



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə