Şeyx Abbas Qumi İmam əLİNİn fəZİLƏTLƏRİ


«And olsun Allaha, Əbu Talibin oğlunun (Əli (ə) ölümə ilan əlaqəsi, uşağın öz anasının südünə olan əlaqəsindən daha da çoxdur»



Yüklə 0,52 Mb.
səhifə7/43
tarix26.07.2023
ölçüsü0,52 Mb.
#120007
1   2   3   4   5   6   7   8   9   10   ...   43
İmam Əlinin fəzilətləri

«And olsun Allaha, Əbu Talibin oğlunun (Əli (ə) ölümə ilan əlaqəsi, uşağın öz anasının südünə olan əlaqəsindən daha da çoxdur».
İbn Əbil Hədid Əbu Bəkrə demək istəyir: Bir az yavaş get, yavaş! Belə deyil ki, hər kəs yüksək məqama çatmaq istəsə, onun ağır məsuliyyətini öz boynuna götürə bilər. Bu fikirləri, xəyalları başından çıxart; sən hara, yüksək məqama çatmaq hara!
İbn Əbil Hədid öz qalan sözlərində Həzrət Əmirəl-mominin (ə)-ı tərifləyir və eyni zamanda Əbu Bəkrin Əli (ə) kimi ola bilməməsini kinayə ilə belə bəyan edir:
Böyüklük və alicənablıq o adam üçündür ki, heç vaxt «Lat» bütünə ibədət etməyibdir. Sünnilərin hamısı bilirlər ki, Əmirəl-möminin Əli (ə) heç vaxt bütə səcdə etməyibdir. Elə buna görə də sünnilər Həzrət Əli (ə)-ın adını eşidərkən deyirlər:

کرم الله وجهه


«Allah-Təala onun üzünü ağ etsin!»
İbn Əbil Hədid sözünə belə davam edir: Həzrət Əli (ə) «Bəraət» ayələrini Allah məsləhəti ilə Məkkə kafirləri üçün oxudu. Halbuki, Peyğəmbər (s) həmin ayələri kafirlər üçün oxumağı sənə (Əbu Bəkrə) tapşırdı. Sən kafirlərin yanına gedib «Bəraət» ayələrini oxumaq məqsədi ilə Məkkəyə tərəf yola düşdün. Lakin, sən Mədinədən çıxandan sonra Cəbrayıl Peyğəmbərin (a) yanına nazil olub dedi: Bu işi ya sən, ya da Əli (ə) yerinə yetirməlidir. Sizdən başqa heç kəsin bu işi görməyə ləyaqəti yoxdur.
Sonra Peyğəmbər (s) Həzrət Əli (ə)-ı göndərdi. Əli (ə) ayələri alıb səni qeri qaytardı. Sən Peyğəmbərin (s) yanına qayıdandan sonra o Həzrət buyurdu: «Mən özüm səni geri qaytarmadım, bu iş Allahın əmri idi».
Həmçinin İbn Əbil Hədid deyir: Rəsulullah (s) Əbu Bəkr camaat namazında imamət etməyə icazə vermədi.
Bir gün Rəsulullah (s) xəstələndi. Həzrətin xəstəliyi şiddətlənmişdi. Bilal azan dedi. Peyğəmbər (s) buyurdu: «Mənim məscidə getməyə taqətim qalmayıbdır, sizin biriniz qabaqda durub camaat namazı qılsın».
Aişə dedi: - Atam Əbu Bəkrə deyin camaat namazı qılsın.
Həfsə dedi: - Atam Ömərə deyin camaat namazı qılsın.
Əbu Bəkr bunu eşidən kimi tələsik mehrabda durdu. Camaat da onun dalında cərgəyə durub namazlarını ona iqtida etməyə hazırlaşdılar.
Peyğəmbər bu xəbəri eşitdi. O Həzrət bildi ki, Əbu Bəkr camaat namazının imamətliyini ələ keçirtmək istəyir. Peyğəmbər (s) dünyadan gedəndən sonra da xəlifəlik iddiasını edəcək. Elə buna görə də Peyğəmbər (s) buyurdu: «Məni məscidə aparın».
Əmirəl-möminin Əli (ə) və Fəzl ibn Abbas Peyğəmbərin (s) qolundan tutub məscidə gətirdilər. Peyğəmbər (s) taqətsizlikdən yol gedə bilmirdi, zəiflikdən ayaqlarını qaldırıb addım ata bilmirdi. O Həzrət məscidə çatandan sonra əli ilə işarə edərək Əbu Bəkri mehrabdan çıxartdı. Peyğəmbər (s) özü namaz qıldı. Sonra Əbu Bəkr və Ömərə əmr etdi ki, Mədinə şəhərindən çıxsınlar və Üsamət ibn Zeydin1 qoşununa qoşulub ona kömək etsinlər. Həmçinin Peyğəmbər (s) Üsamət ibn Zeydin qoşunundan ayrılıb geri qayıdan şəxsə lənət oxudu.
Üsamət ibn Zeyd Mədinənin yaxınlığındakı «Cürüf» adlı məntəqədən ötüb getməmişdi ki, Peyğəmbər (s) dünyadan getdi. Bunu eşidən Əbu Bəkr Zeydin əmrindən çıxaraq Mədinəyə qayıtdı.
İbn Əbil Hədid deyir: Həzrət Əli (ə) elə bil şəxs deyil ki, «ğar» mağarasında ürəyi qorxuya düşsün; elə bir şəxs deyil ki, «Bədr» müharibəsində kölgə altında oturub özünü gizlətsin.2
Həzrət Əli (ə) elə bir şəxsdir ki, Rəsulullah Məkkədən çıxıb Mədinəyə gedəndə müşriklər və kafirlərin bundan xəbəri olmaması üçün O Həzrətin yatağında yatdı. Kafirlər elə bilirdilər ki, yatağda yatan Peyğəmbərdir. Onlar bu xəyal ilə Peyğəmbəri (s) öldürmək üçün münasib fürsət axtarırdılar.3 Buna görə də Əli (ə) Peyğəmbərin (s) yatdığı yerdə yataraq öz canını Rəsulullahın (s) yolunda fəda etməyə hazır oldu. Kafirlərin siyirilmiş qılıncları qarşısında özünü ölümə hazırladı. Həmin vaxt Əbu Bəkr Rəsulullah (s) ilə birlikdə Məkkənin kənarındakı dağda olan mağaraya sığındı. Əbu Bəkr öz-özünə fikirləşirdi ki, kafirlər Peyğəmbəri (s) axtara-axtara bura da gələ bilərlər. Buna görə də o, qorxusundan qəm-qüssə içində qərq olmuşdu. Onun ürəyi döyündüyü üçün Peyğəmbər (s) buyurdu:

لَا تَحْزَنْ إِنَّ اللَّهَ مَعَنَا



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə