Şeyx Abbas Qumi İmam əLİNİn fəZİLƏTLƏRİ


«İlahi, həqiqətən Əbu Turab dinini inkar etdi və sənin yolundan çıxdı»



Yüklə 0,52 Mb.
səhifə3/43
tarix26.07.2023
ölçüsü0,52 Mb.
#120007
1   2   3   4   5   6   7   8   9   ...   43
İmam Əlinin fəzilətləri

«İlahi, həqiqətən Əbu Turab dinini inkar etdi və sənin yolundan çıxdı».
Bəli, insafsızlar bu cür nalayiq sözlər işlədirdilər. Ömər ibn Əbdüləziz xilafəti dövründə çıxış zamanı Əmirəl-möminin (ə)-ı təhqir etmək qadağan olsa da bu bidət xalq arasında qalmışdı. Çünki xalq bu cür tərbiyyə etmişdilər və camaat o Həzrətə nalaiq söz deməyə adət etmişdilər. Hərran1 camaatı deyirdilər:

لا صلاة الا بلعن ابى تراب


«Namazda Əbi Turaba2 (nəuzubillah) lənət oxumasan, namaz deyil».
Əli (ə) şiələri üçün yer kürəsinin heç bir hissəsində əmin-amanlıq yox idi. Hər bir an onların canını və malını təhlükə gözləyirdi. Şiələr pərakəndə olmuşdu, hərəsi bir yerdə yaşayırdı. Əgər bir nəfərə yəhudi, yaxud nəsrani desəydilər, «Əlinin şiəsi» deməkdən yaxşı idi.
Bu hadisənin şərhi çox uzundur və burada onların hamısını yazmaq məqsədində deyiləm. Lakin qeyd etmək istəyirəm ki, belə bir ağır vəziyyətdə o Həzrətin fəzilətləri haqqında nəql olunmuş hədislər şərq və qərbi bürüyübdür.
Xəlil ibn Əhməd Əruziyə dedilər ki, Əmirəl-möminin Əli (ə)-ın fəzilətlərindən birini nəql et!
O, dedi: - Bu haqda nə deyim? O Həzrətin dostları düşmənin qorxusundan öz canlarını qorumaq üçün Onun fəzilətlərini gizlətdilər; eyni zamanda Həzrətin düşmənləri paxıllıq və düşmənçilik üzündən Onun fəzilətlərini ört-bastır etmək üçün əllərindən gələni əsirgəmədilər. Dost-düşmən Əli (ə)-ın fəzilətlərini gizlətməsinə baxmayaraq, o Həzrətin aşkar olmuş parlaq fəzilətləri şərq və qərbi bürüdü.
Müəllif deyir: Xəlilin bu sözü çox mətin və düzgün bir sözdür. Bunu o Həzrətin möcüzələrindən saymaq olar. Əgər belə olmasaydı, gərək Əli (ə)-ın hətta bir dənə fəzilətindən belə əsər qalmırdı, Onun nuru bütövlüklə sönmüş olurdu və Həzrətin əlleyhinə aparılmış təbliğatlar millətlər arasında qalırdı. Lakin Əli (ə)-ın fəzilətləri şərq və qərbi əhatə edibdir. Onun dost və düşməni tərifləyir, fəzilətləri dillər əzbəri olmuşdur.

يُرِيدُونَ لِيُطْفِئُوا نُورَ اللَّهِ بِأَفْوَاهِهِمْ وَاللَّهُ مُتِمُّ نُورِهِ وَلَوْ كَرِهَ الْكَافِرُونَ



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə