Şeyx Abbas Qumi İmam əLİNİn fəZİLƏTLƏRİ


«Ey dinar və ey dirhəm! Məni aldatmayın, gedin başqasını aldadın»



Yüklə 0,52 Mb.
səhifə14/43
tarix26.07.2023
ölçüsü0,52 Mb.
#120007
1   ...   10   11   12   13   14   15   16   17   ...   43
İmam Əlinin fəzilətləri

«Ey dinar və ey dirhəm! Məni aldatmayın, gedin başqasını aldadın».


ON BİRİNCİ FƏSİL

İbn Əbil Hədid (sünni alimi) deyir: Əgər Həzrət Əmirəl-möminin (ə) iftixar məqamına gəlsə, Allah-Taala ona bəxşeş etdiyi fəsahət, bəlağətlə öz fəzilətlərini bəyan etsə və bu işdə bütün fəsih ərəblər o Həzrətə kömək etsə, yenə də onun məqamı haqqında Rəsulullahın (s) buyurduqlarının onda bir hissəsini bəyan edə bilməzlər. Mənim məqsədim Həzrət Əli (ə)-ın fəzilətləri haqqında olan məşhur hədislər deyil ki, şiə alimləri onun imamətini bu hədislərlə sübut edir. Məsələn: «Qədir-xum» hədisi, Həzrət Əli (ə)-ın ilk dəfə iman gətirməsi haqqında olan hədis və bu cür hədislər mənim məqsədim deyil. Mənim mühəddislərin2 o Həzrətin məqamı haqqında nəql etdikləri bir necə xüsusi hədislərdir və bu hədislər Həzrət Əli (ə)-dan başqa heç bir əsabın barəsində deyilməyibdir. Mən burada bizim (sünnülər) hədis alimlərimizin Həzrət Əli (ə)-ın fəzilətləri haqqında rəvayət etdikləri hədislərin, az bir hissəsini nəql edəcəyəm. Çünki onların nəql etdikləri hədislərlə xatircəmlik tapıram, bu hədislər başqalarının rəvayət edir.


Sonra İbn Əbil Hədid Həzrət Əli (ə)-ın fəzilətləri haqqında 24 hədis rəvayət edir. Hədisləri nəql edəndən sonra deyir: Bu hədisləri rəvayət etməyimin səbəbi bundan ibarətdir ki, Həzrət Əli (ə)-dan uzaqlaşanları və onu istəməyənləri qəflət yuxusundan oyadım. Çünki, onlar elə başa düşürdülər ki, Həzrət Əli (ə) qururlu bir şəxsdir. Onlar, Həzrət Əli (ə)-ın «Nəhcül-bələğə» kitabını oxuyan zaman, orada bir sıra cümlələri, o cümlədən Həzrətin Allah nemətlərinə şükr etməsi, Rəsulullah (s) üçün istəkli şəxs olmasını və başqalarından seçilməsini oxuyarkən, onu təkəbbürçü, qururlu bir şəxs kimi təsəvvür edirlər. Bundan qabaq əshabların bir dəstəsi də o Həzrət haqqında bu cür fikirləşirdilər. Necə ki, Ömərə dedi: - Həzrət Əli (ə)-ı qoşun başçısı və sərkərdə et!
Ömər dedi: - Bu məqam Əli (ə)-ın gözündə kiçikdir və o, bundan tüksək məqama çatmaq istəyir.
Yaxud Zeyd ibn Sabit deyir: Biz, Əli və Usamədən qururlu bir şəxs görmədik.
İbn Əbil Hədid deyir: - Mən Həzrət Əli (ə)-ın buyurduğu:

نحن الشعار و الاصحاب و نحن الخزنةو الابواب


kəlamların şəhərində bu hədisləri nəql edirəm ki, camaat Rəsulullahın (s) yanındakı o Həzrətin yüksək məqamını tanısınlar. Camaat bilməlidirlər ki, əgər Rəsulullah (s) Həzrət Əli (ə)-ın fəzilətlərini bəyan edibdirsə, deməli o Həzrət bu fəzilətlərə laiqli bir şəxsdir. Belə olan surətdə daha Onu «təkəbbürçü», «qururlu» ünvanları altında müttəhəm etmək düzgün iş deyil. O Həzrət sözün həqiqi mənasında bütün fəzilətlərə malik idi. O, heç vaxt qururlu şəxslər kimi nə danışıqda, nə də əməldə rəftar etmədi. Əksinə Həzrət Əli (ə)-ın əxlaqı hamının əxlaqından üstün, təbii xüsusiyyəti hamıdan üstün, təvazökarlığı hamıdan çox, səbri hamının səbrindən artıq və gülərüz bir şəxs idi. Necə ki, o vaxt bəziləri Həzrət Əli (ə)-a «xoştəbiət» və «zarafatcı» sözlərini nisbət verirdilər. Halbuki, bu iki xüsusiyyət (xoştəbiət, zarafatçı) təkəbbür və qururla ziddir.
İbn Əbil Hədid başqa bir yerdə deyir: Həzrət Əli (ə)-ın fəzilətləri o qədər çoxdur ki, onlarla sayıb qurtarmaq və şərh etmək mümkün deyil. Bir halda ki, hətta Həzrətin düşmənləri Onun fəzilətlərinə iqrar edirlər və Onun fəzilətlərini ört-bastır edə bilmirlərsə, mən Həzrət Əli (ə) haqqında nə deyə bilərəm.
Bildiyiniz kimi Bəni-Üməyyə sülaləsi müsəlmanların xilafətini qəsb etdilər, şərqdən qərbə qədər qüdrət sahibi oldular. Onlar Həzrət Əli (ə)-ın nurunu söndürmək və Onun məhəbbətini xalqın qəlblərindən çıxartmaq üçün bütün ağlasığmaz hiylələrə əl atdılar. Həzrət Əli (ə)-a ağlabatmaz töhmətləri verdilar. Minbərin üstündə Həzrətə (nəüzu billah) lənət oxudular. Həzrət Əli (ə)-ı tərifləyənlərə işkəncə verir, zindana salır və öldürürdülər. Onu fəzilət və şöhrəti haqqında olan hədisləri nəql etməyə qoymurdular. Hətta camaat öz övladlarının adını «Əli» qoymağa qorxurdular. Hər kəsin adı Əli idisə öz adını gizlədirdi. Buna baxmayaraq yenə də Həzrət Əli (ə)-ın adı yüksəlir və xalqın gözündə ucalırdı. Necə ki, müşk ətrinin üstünü nə qədər çox örtsələr bir o qədər onun ətirli iysi ətrafı bürüyər, həmçinin Həzrət Əli (ə)-ın adını nə qədər çox aradan aparmaq istəyirdilərsə bir o qədər Onun adı şöhrət tapırdı. Həzrət Əli (ə) günəş kimi idi. Günəşin işığını da söndürmək mümkün deyil. O Həzrət işıqlı bir gündüz idi, Əgər Onu bir göz görmürdüsə başqa gözlər görürdü.
Mən elə bir şəxsiyyətin haqqında nə deyə bilərəm. Hər bir fəzilət ona mənsubdur və hər bir firqəni, tayfanı özünə cəzb edir. O, bütün fəzilətlərin rəisi və bütün tərifə laiq xüsusiyyətlərin mənbəidir. Fəzilətin cavan çağlarını o, ələ keçiribdir və fəzilət meydanında hamıdan çox irəliləyibdir. Hər kəs bir fəzilətdə kamilləşsə, bilməlidir ki, o Həzrətin ardıcılı olması və ondan itaət etməsi sayəsindədir. Məlum olduğu kimi elmlərin ən şərafətlisi və ən müqəddəs İlahi elmdir. Çünki, hər elmin şərəfi və müqəddəsliyi onun mövzusu qədərdir. İlahi elmin mövzusu da bütün mövcudatdan müqəddəsdir. Buna görə də İlahi elm ən şərəfətli elmdir. Belə bir elmin banisi Həzrət Əli (ə)-dır və bu elmi özündən sonrakı nəsillər üçün yadigar qoyubdur.
İbn Mərdəviyyə öz kitabında yazır ki, Nafe ibn Əzrəq Abdullah ibn Ömərə dedi: Əli (ə) mənim düşmənimdir. Abdullah ibn Ömər dedi: Ey Allah düşməni, sən elə bir şəxslə düşmənçilik edirsən ki, Onun keçmişdə İslama etdiyi xidmətlərin hətta biri belə dünya və dünyada olanların hamısından yaxşıdır.
Müəllif deyir: Həzrət Əli (ə)-ın fəzilətlərini onun düşmənləri də təsdiq edirlər. Hətta Əmirəl-möminin Əli (ə)-ın ən qəddar düşmənlərindən biri olan Əmr ibn As (Əmras) o Həzrətin fəziləti haqqında şeir deyibdir.


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə