Şeyx Abbas Qumi İmam əLİNİn fəZİLƏTLƏRİ



Yüklə 0,52 Mb.
səhifə22/43
tarix26.07.2023
ölçüsü0,52 Mb.
#120007
1   ...   18   19   20   21   22   23   24   25   ...   43
İmam Əlinin fəzilətləri

Beşinci fəzilət: Həzrət Əli (ə) «Xəndək» müharibəsində Əmr ibn Əbdəvidlə döyüşdü. Əli (ə)-ın ona vurduğu zərbə Peyğəmbərin (s) ümmətinin qiyamətə qədərki əməlllərindən üstündür. Peyğəmbər (s) bu haqda buyurdu:

لَضَربَةُ عَلِیٍّ خَيرٌ مِن عِبادَةِ الثّقلین


«Həqiqətən Əli (ə)-ın zərbəsi çin və insin ibadətindən üstündür».
Altıncı fəzilət: Əbu Bəkr və Ömər Xeybər müharibəsində İslamın bayrağını götürüb döyüş meydanına yollandılar. Lakin onlar döyüşmədən meydandan qaçdılar. Peyğəmbər (s) buyurdu:

لأعطينَّ الراية غداً رجُلا يحبّه الله ورسوله ويُحبّ الله ورسوله كرَّار غير فرَّار لا یَرجِعُ حَتّی یَفتَح اللهُ عَلی یَدیه


«Sabah bayrağı elə bir şəxsə verəcəyəm ki, Allah və Rəsulu onu çox istəyir, həmçının o, Allahı və Rəsulunu çox istəyir. O, elə bir şəxsdir ki, döyüş zamanı arası kəsilmədən düşmən qarşısında qaçmaz. O, Allahın köməyi ilə Xeybəri fəth etməyincə geri qayıtmayacaq».
Səhər açıldı. Peyğəmbər (s) İslam bayrağını Həzrət Əli (ə)-a verdi. Əli (ə) meydana yollandı. O, düşmənin pəhləvanlarından biri olan Mərhəbi cəhənnəmə vasil etdi. Sonra Xeybər qalasının qapısını yerindən qopartdı və Xeybəri fəth etdi.
Yeddinci fəzilət: Mühacirlər1 Peyğəmbərin (s) göstərişi ilə Məkkə şəhərindən Mədinə şəhərinə köçdülər. (Çünki, müşriklər və kafirlər müsəlmanlara həddindən artıq əzab-əziyyət verirdilər). Onlar, Mədinədə Peyğəmbərin (s) məscidinin ətrafında özləri üçün ev tikdilər. Hər evdən bir qapı məscidin içinə açılırdı. Rəsulullah (s) Allahın hökmü ilə Məaz ibn Cəbələ buyurdu ki, camaatı məscidə çağırsın. Camaat məscidə gələndən sonra Peyğəmbər (s) buyurdu: «Əli (ə)-dan başqa hər kəsin evinin qapısı məscidin içinə açılırsa, həmin qapını bağlasın və bir daha məscidə daxil olmasın!»
Peyğəmbər (s) buyurdu: Bu hökm Allah tərəfindəndir.

قَالَ رَسُولُ اللَّهِ (ص) لَا يَحِلُّ لِأَحَدٍ أَنْ يُجْنِبَ فِي هَذَا الْمَسْجِدِ إِلَّا أَنَا وَ عَلِيٌّ وَ فَاطِمَةُ وَ الْحَسَنُ وَ الْحُسَيْنُ عَلیهِمُ السَّلام وَ مَنْ كَانَ مِنْ أَهْلِي فَإِنَّهُمْ مِنِّي‏



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə