Şeyx Abbas Qumi İmam əLİNİn fəZİLƏTLƏRİ



Yüklə 0,52 Mb.
səhifə30/43
tarix26.07.2023
ölçüsü0,52 Mb.
#120007
1   ...   26   27   28   29   30   31   32   33   ...   43
İmam Əlinin fəzilətləri

On doqquzuncu fəzilət: O Həzrət yaxşı xasiyyətli (təbiətli) və gülərüz idi. Bu mətləb o qədər məşhurdur ki, hətta Əli (ə)-ın düşmənləri bu xüsusiyyəti onun üçün eyb saydılar. Əmras deyirdi: - O, çox zarafat edir. Əlbəttə Əmras Ömərin dediyi sözü təkrar edirdi. Ömər Əli (ə)-ın xəlifə seçilməməsi üçün «Əli (ə) çox zarafat edir» - deyə, bunu eyb saymışdır.
Nəql olunubdur ki, bir gün Müaviyə Qeys ibn Sədə dedi: Allah Əbul-Həsənə1 rəhmət etsin, çox gülərüz və zarafatçı idi.
Qeys dedi: Bəli, düz deyirsən. Allahın Rəsulu da öz sahəbələri ilə zarafat edərdi və həmişə gülərüzlü idi. Ey Müaviyə! Sən zahirdə belə dedin ki, güya onu tərifləyirsən, amma həqiqətdə sən o cənabı pislədin. And olsun Allaha, Əli (ə) gülərüzlü və zarafatçı olmaqla yanaşı, hamıdan heybətli idi. Əli (ə)-ın übuhhəti təqva sayəsində idi. Şamın alçaqlarının təsəvvür etdikləri sənin übuhhətin kimi deyil.
Rəvayət olunmuşdur ki, Əli (ə) xurma satanların yanından keçirdi. Gördü ki, bir kəniz ağlayır. Ondan «Niyə ağlayırsan?» - deyə, soruşdu. Kəniz dedi: Ağam (sahibim) xurma almaq üçün mənə bir dirhəm verdi. Xurmanı alıb apardım, amma o bəyənmədi. İndi gətirmişəm qaytaram, xurma satan isə geri götürmür.
O cənab xurma satana buyurdu:
- Ey Allahın bəndəsi, bu kənizdir və onun heç bir ixtiyarı yoxdur. Onun dirhəmini qaytar, öz xurmanı geri al!
Xurma satan ayağa qalxdı Əli (ə)-ın sinəsinə vurub Onu itələdi. Camaat dedi: Ey kişi, bu Əmirəl-möminin Əli (ə)-dır.
O kişi qorxdu. Xurmanı alıb dirhəmi kənizə qaytardı. Sonra Əli (ə)-a dedi. Məni bağışla! Həzrət buyurdu: Əgər işində düz olsa, səni tez bağışlayaram.
Ümumiyyətlə Həzrət Əli (ə) gülərüz idi. Həmişə təbəssüm edərdi.

وَ كانَ عَلَیهِ السَّلامُ بِشرُهُ دائِمٌ وَ ثَغرُهُ غَیثٌ لِمَن رَغِبَ وَ غِیاثٌ لِمَن رَهِبَ مالُ الآمِلِ وَ ثِمالُ الأَرامِل یَتَعَطَّفُ عَلَى رَعِیَّتِهِ وَ یَتَصَرَّفُ عَلى مَشِیَّتِهِ


«Həzrət Əli (ə) həmişə gülərüz idi. Hər kəsə ürək-dirək versəydi, elə bil ki, həmin şəxs üçün «ümid» yağış kimi yağırdı. Əli (ə)-ın qəlbində Allah qorxusu olduğu üçün başqalarının fəryadına çatardı və hamı ilə mehriban idi. Fəqirlərin, yoxsulların əlindən tuturdu. Öz iradəsi ilə işləri idarə edirdi».1

Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə