Şeyx Abbas Qumi İmam əLİNİn fəZİLƏTLƏRİ



Yüklə 0,52 Mb.
səhifə33/43
tarix26.07.2023
ölçüsü0,52 Mb.
#120007
1   ...   29   30   31   32   33   34   35   36   ...   43
İmam Əlinin fəzilətləri

İyirmi üçüncü fəzilət: Həzrət fəsihlərin4 fəsihi idi. Bu mətləb o qədər aydındır ki, hətta Müaviyə buna iqrar edib deyir: - And olsun Allaha, Qüreyş tayfası üçün fəsahət və bəlağət5 yolunu Əli (ə)-dan başqa heç kim açmamışdır. Söz və danışıq qanununu Ondan başqa kim təlim etməmişdir.
Fəsahət və bəlağət mütəxəssisləri o Həzrətin kəlamının tərifində belə deyirlər:

دُونَ کَلامِ الخالِق‏ِ فَوقَ کَلامِ المَخلُوقِ


«Əli (ə)-ın kəlamı, Allah kəlamından aşağı, məxluqatın kəlamından isə yuxarıdır».
Buna, «Nəhcül-bəlağə» kitabı ən yaxşı şahiddir.
Ərəb mühasibləri xitabə və yazmaq üslubunu Əli (ə)-dan öyrəniblər. Mərvanın xəzinəsi hesabdarı olan Əbdülhəmid Əmirəl-möminin (ə)-ın kəlamlarından yüz fəslini əzbər bilirdi.

وَزَعَمَ أَهلُ الدَّواوينَ لَو لا كَلامُ عَلِيِّ بنِ اَبِى طالِبٍ عليه السلام وَ خُطبَةُ بَلاغَتُهُ فِى مَنطِقِهِ ما أحسَنَ أَحَدٌ أَن يَكتُبَ اِلى اَمِيرِ جُندٍ وَلا اِلى رَعِيَّةٍ


Divan yazanların və yazıçıların əqidəsi bundan ibarət idi ki, əgər Əli (ə)-ın kəlamı, xütbələri, balağət və fəsahəti olmasaydı, heç kim qoşunun sərkədəsinə və ya bir şəxsə yaxşı və düzgün bir məktub yaza bilməzdi.
Rəvayət olunmuşdur ki, Həzrət minbərdən aşağı endi, camaat onun fəsahət-bəlağətini tərifləyib dedilər: Biz səndən başqa fəsahətli, bəlağətli bir adam tanımırıq və eşitməmişik. Həzrət təbəssüm edib buyurdu: Axı necə belə olmayım, bir halda ki, Məkkədə (Kəbənin içində) doğulmuşam.
Həzrət Əli (ə)-ın kəlamlarının, fəsahətinin və hikmətinin həddini Allah və onun Rəsulu bilir. Heç kim o Həzrətin kəlam və xütbələri kimi bir şey yazmağı arzu etməyib və xəyalına gətirməyibdir. Əgər bəzi sünni alimləri «Şiqşiqiyyə xütbəsini» Həzrətin xütbələrindən saymayıb, onu Seyyid Rəziyə1 nisbət veriblərsə, başqa bir məsələyə görə olubdur. O da bundan ibarətdir ki, onlar xəlifələrin Əmirəl-möminin (ə) etdikləri zülümləri ört-bastır etmək istəyirdilər. Amma ədəbiyyatçılara və alimlərə onların sözlərinin zəif və dəlilsiz olması gizli deyil. Bir çox alim, Seyyid Rəzi doğulmamışdan qabaq bu xütbənin keçmiş kitablarda olmasını qeyd etmişdir. İbn Əbil Hədidin, ərəb fəsihləri və ədəbiyyat alimlərinin rəyi budur ki, Seyyid Rəzi və başqaları heç vaxt bu kəlmələrlə xütbə söyləyə bilməzlər.

Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə