Şeyx Abbas Qumi İmam əLİNİn fəZİLƏTLƏRİ



Yüklə 0,52 Mb.
səhifə31/43
tarix26.07.2023
ölçüsü0,52 Mb.
#120007
1   ...   27   28   29   30   31   32   33   34   ...   43
İmam Əlinin fəzilətləri

İyirminci fəzilət: Həzrət artıq dərəcədə tövazökar olubdur. Həzrət ev üçün odun gətirirdi, su çəkirdi, evi süpürürdü, öz ayaqqabısına yamaq vururdu. Bəzi vaxtlar qoca arvadların su qabını alıb öz çiynində gətirərdi. Həmişə yemək kisəsini çiyninə qoyub, yetimlər üçün yemək aparardı. Bazarlarda tənha gəzər və yolunu azanlara yol göstərərdi, acizlərə kömək edərdi.
Bir kişi oğlu ilə o Həzrətin qonağı idi. Yemək yeyəndən sonra Qənbər əl yumaq üçün su gətirdi. Həzrət su qabını ondan alıb kişinin əlini yudu. Ona and verdi ki, arxayınlıqla əlini yusun və elə təsəvvür etsin ki, Qənbər2 onun əlini yuyur. Qonağın əlini yuyandan sonra oğlu Məhəmməd Hənəfiyyəni çağırıb buyurdu: Ey əziz oğlum! Əgər qonağın oğlu bizə tək gəlsəydi, özüm onun əlini yuyardım. Lakin atası ilə gəlib və Allah-Təala ata və oğul arasında fərq qoyubdur. Ata ananın əlini yudu, oğul da oğulun əlini yusun.
Sonra Məhəmməd qonağın oğlunun əlini yudu.3
Həzrət ata minib, harasa getmək istəyirdi. Onun əshabı da Həzrətin arxasınca piyada yola düşdülər. Həzrət buyurdu: Hacətiniz vardır? Dedilər: Xeyir, istəyirik səninlə birlikdə gedək.
Buyurdu: Geri qayıdın! Piyadanın atlı ilə həmrah olması atlı üçün pislik, piyada üçün isə xarlıq (zəlillik)dir.1

وَ عَن أَبِي طالِبِ المَكِّي: كانَ عَلِيٌّ عَلَيهِ السَّلامُ يَحمِلُ التَّمرَ وَ المالِحَ بِيَدِهِ وَ يَقُولُ:


لايَنقُصُ الكامِلَ مِن كَمالِهِ ماجَرَّ مِن نَفعٍ إِلَى عَيالِهِ
Əbu Talib Məkki deyir: Əli (ə) əlində xurma və balıq tutub yol gedərək buyururdu: Öz ailəsinə xidmət edən kamil şəxsin kamalından bir şey azalmır.2
İyirmi birinci fəzilət: Həzrət fövqaladə şücaətli idi. Həzrətin şücaətli olmasını dost-düşmən hamısı təsdiq edir. O bütün pəhləvanlara qalib və heç vaxt döyüşdən qaçmayıbdır. Bu mətləb, Həzrətin iştirak etdiyi Bədr, Ümid, Xeybər, Əhzab, Cəməl, Siffeyn və s. döyüşlərə nəzər saldıqda daha da aydınlaşır. Əli (ə)-ın qılıncı həmişə dəmir zirehlər, polad papaqlar üzərinə enərdi və onu parçalayıb düşməni öldürərdi.
Əmirəl-möminin (ə) bu döyüşlərdə qeyri-adi (xariqul-adət) bir iş görmürdü. Həzrətin qüvvə və şüacaəti, Allahın bəşərə verdiyi qüvvə və şücaətidən ibarət idi. Dost və düşmən etiraf edir ki, Onun şücaəti keçmişdəkilərin şücaətini aradan apardı və gələcəkdəkilərin adlarını camaatın gözündən saldı. Həzrətin döyüşləri və döyüşlərdə göstərdiyi şücaətlər qiyamət gününə qədər dillər əzbəri olacaq və yaddan çıxmayacaq. Əli (ə) elə şücaətli bir şəxsdir ki, heç vaxt döyüşdən qaçmayıb və heç bir qoşundan qorxmayıbdır. Müaviyə Əli (ə)-a məktub yazdı ki, səninlə döyüşmək üçün böyük bir qoşunla gələcəyəm. Tirmah bu zaman Müaviyəyə dedi:

أَظُنُّكَ تُهَدِّدُ البَطَّ بِالشَّطِّ



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə