Şeyx Abbas Qumi İmam əLİNİn fəZİLƏTLƏRİ



Yüklə 0,52 Mb.
səhifə28/43
tarix26.07.2023
ölçüsü0,52 Mb.
#120007
1   ...   24   25   26   27   28   29   30   31   ...   43
İmam Əlinin fəzilətləri

On altıncı fəzilət: Həzrət Əli (ə) Rəsulullahdan (s) sonra xalqın içində ən zahid1 şəxs idi. Bütün zahidlər Onun zöhdü qarşısında ikiqat olurdular. O, zahidlərin ağası idi. Heç vaxt doyum qarnına xörək yemədi. Onun geyimi hamının geyimindən sadə idi. Az hallarda çörəklə yanaşı başqa bir şey yeyərdi, o, da ya zeytun yağı ya da duz olardı.
Həzrət Əli (ə) Osman ibn Hənəfəyə yazdığı məktubda buyurur: «Sizin İmamınız (Həzrət Əli (ə)) bu dünyada iki köhnə paltara və iki tikə quru çörəyə kifayət etdi...»
Sonra Həzrət məktubun davamında qeyd edir: «Əgər mən istəsəydim xalis bal və buğda çörəyi yeyərdim, ipək paltarlar geyərdim. Lakin, heç vaxt həva-həvəs mənə qalib gələ bilməz. Ola bilsin ki, Hicazda ya Yəməndə bir nəfər müsəlman çörək tapa bilmir və ac qarına yatır. Belə olan surətdə mən tox qarına yatım və mənim ətrafımdakılar ac qalsınlar? Onlar ac qala-qala məni «Möminlərin əmiri» ləqəbiylə çağırsınlar, lakin fəqirlərin çətinliklərinə, qəm-qüssələrinə şərik olmayım?!»2
Hər kəs Həzrət Əli (ə)-ın xütbələrini, kəlamlarını mütaliə etsə, Onun dünyaya etinasızlığına və həddindən artıq zöhdünə yəginlik tapar.
Həzrət Əli (ə) buyurur:

وَاللهِ إنَّ دُنياكُم أَهوَنُ فِى عَينِى مِن عَراقِ خِنزِيرٍ فِى يَدِ مَخذٌومٍ


«Allaha and olsun, sizin dünyanız mənim gözümdə cüzam xəstəliyinə düçür olmuş şəxsin əlindəki üzərində azacıq ət olan donuz sümüyündən də qiymətsizdir».1
On yeddinci fəzilət: Həzrət Əli (ə) xalqın ən ibadətcili, abidlərin ağası və çırağıdır. Həzrətin namazı hamının namazından uzun və orucu hamının orucundan çox idi. Allah bəndələri gecə namazını və müstəhəbbi namazları Əli (ə)-dan öyrənibdir.
Onun nurlu alnı səcdənin çoxluğundan yara bağlamışdı.
Bir dəfə Əli (ə)-ın qıçını oxladılar. Ox Həzrətin qıçına batdı. Oxu çıxardan zaman Həzrətin ağrı hiss etməməsi üçün gözlədilər ki, İmam namaza məşğul olsun. İmam namaz qıldığı zaman oxu qıçından çıxartdılar və Həzrət heç bir ağrı hiss etmədi. Çünki Əli (ə) namaz qıldığı vaxt bütün diqqəti Allah-Təalaya yönəlir və Haqq-Təaladan başqa heç bir şey haqqında fikirləşmirdi.
Həzrət Əli (ə) hər gecə min rəkət namaz qılırdı. Bəzi vaxt İlahi qorxunun nəticəsində ürəyi gedir və bihuş olurdu.
Bir dəfə Həzrətin kənizindən soruşdular: - Həzrət Əli (ə)-ın namazı ramazan (orucluq) ayında necə idi?
Kəniz dedi: - Ramaz və şəvval ayı Əli (ə)-ın yanında eyni idi, bütün gecələri ibadətlə keçirdirdi.
Həzrət Əli ibn Hüseyn (ə)2 həddindən artıq ibadət etdiyi üçün ona «Zeynülabidin»3 deyirdilər. Bununla belə o Həzrət buyururdu:

مَن یَقدِر عَلی عِبادَةِ عَلِىِّ بنِ أَبِى طالِبٍ عليه السلام



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə