Şeyx Abbas Qumi İmam əLİNİn fəZİLƏTLƏRİ


Yəni sənin (Əli (ə)-ın) fəzilətləri haqqındakı kitabı barmağı yaş edib səhifələmək üçün dərya suyu kifayət deyil



Yüklə 0,52 Mb.
səhifə2/43
tarix26.07.2023
ölçüsü0,52 Mb.
#120007
1   2   3   4   5   6   7   8   9   ...   43
İmam Əlinin fəzilətləri

Yəni sənin (Əli (ə)-ın) fəzilətləri haqqındakı kitabı barmağı yaş edib səhifələmək üçün dərya suyu kifayət deyil.
Elə buna görə də qələm ələ götürülüb bu haqda qısa bir kitab yazmağa cürət etmirdim. Lakin ümid-varam ki, Əmirəl-möminin (ə) kəramət mədəni və alicənab bir şəxs olduğu üçün məni bağışlayar, bu kiçik bir xidməti məndən qəbul edər.


BİRİNCİ FƏSİL

Müaviyə ibn Əbi Süfyan zorakılığcasına hakimiyyəti ələ keçirdəndən sonra həccə getdi. O, Mədinə şəhərinə daxil olarkən hökm etdi ki, carçılar «Hər kim Əli (ə) və Əhli-beytin fəzilətləri haqqında hədis rəvayət etsə, Müaviyə onu cəzalandıracaq» - deyə, Mədinənin küçə və bazarlarında uca səslə bunu xalqa elan etsinlər. Həmçinin o məlum, qanun çıxartdı ki, hər bir yerdə xətib çıxış etməmişdən qabaq (nəuzubillah) Əli (ə)-a lənət oxusun.


Müaviyə həcc məqsədi ilə Mədinədən Məkkəyə sarı yola düşdü.1 O, Məkkəyə çatandan sonra həcc mərasimini yerinə yetirib Şama (indiki Suriya) qayıtdı və öz hakimiyyətini gücləndirməyə, eyni zamanda şiələrin kökünü kəsməyə başladı. Bütün şəhərlərin hakimlərinə yazdı ki, Əli (ə)-ın dostlarını ümumi hüquqlardan məhrum etsinlər və onları öldürsünlər. Həmçinin yazdı ki, kimliyindən aslı olmayaraq əgər o Həzrətin dostu olduğu halda kiçik bir ehtimal versənizsə də onun başını bədənindən ayırın.
Elə ki Müaviyənin fərmanı qəddar hakimlərə çatdı şiələri qətlə yetirməyə və onların mal-dövlətlərini qarət etməyə başladılar. Şiələrin çoxunu töhmətləndirməklə və Əli (ə)-a olan məhəbbətləri haqqında kiçik etimal verməklə belə onları qətlə yetirirdilər. Onların evlərini xaraba qoydular. Şiələri güclü nəzarət altına saldılar. Əgər hər hansı bir şiə başqa bir şiə ilə söhbət etmək istəyirdisə, onu öz evinə aparırdı, hətta xadimlərinin gözündən uzaq yerdə oturur, otağın qapısını bağlayıb öz dostu ilə söhbət edirdi. Buna da kifayətlənməyib dostuna müqəddəs andlar verməklə ona danışdıqları sözləri başqa yerdə söhbət etməməsini tövsiyə edirdi. Bəs belə bir vəhşət və qorxu içində dostu üçün hədis rəvayət edirdi.
Əgər rəvayətçilər Əmirəl-möminin (ə)-dan bir hədis nəql etmək istəyirdilərsə, o Həzrətin adını cürət edib dilə gətirə bilmirdilər. Deyirdilər: Mənim üçün Qüreyş tayfasından bir kişi, yaxud Peyğəmbərin (s) əshablarından biri bu hədisi nəql etdi; Yaxud deyirdilər: حدثنی ابوزینب «Əbu Zeynəbin (Zeynəbin atası) mənə bu hədisi dedi».1
Şiələrin vəziyyəti elə ağırlaşmışdı ki, Əmirəl-möminin (ə)-ın haqqında bildikləri fəzilətləri deməyə cürətləri yox idi. Hətta o Həzrətin əshablarından biri olan Əbdullah Şəddad Ləysi həmişə arzu edib deyərdi: Ey kaş, mənə imkan verirdilər xalqın arasına gedib sübhdən axşama qədər Həzrət Əli (ə)-ın fəzilətləri haqqında söhbət edirdim, sonra boynumu qılıncla vururdular!
Bəni-Üməyyə xilafəti dövrdə bu hadisə daha da şiddətləndi. İş o yerə çatdı ki, riyakar rəvayətçilər və dünyapərəst alimlər Bəni-Üməyyə və onların ata-babalarını xalqın gözündə fəzilətli cilvələndirmək üçün qondarma hədislər deyirdilər; bunun əksinə olaraq Əmirəl-möminin (ə) və Onun pak Əhli-beytinə böhtan atır və töhmət vururdular. Nəuzubillah deyirdilər:

اللهم ان ابا تراب الحد فی دینک و صد عن سبیلک



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə