Şeyx Abbas Qumi İmam əLİNİn fəZİLƏTLƏRİ



Yüklə 0,52 Mb.
səhifə5/43
tarix26.07.2023
ölçüsü0,52 Mb.
#120007
1   2   3   4   5   6   7   8   9   ...   43
İmam Əlinin fəzilətləri

İKİNCİ FƏSİL

Şeyx İmamüddin Təbəri «Bəşarətül Mustəfa» kitabında Şərik Qazidən belə rəvayət edir: Süleyman Əməşin vəziyyəti ağırlaşmışdı. Onun ömrünün son anları idi. Mən də onun yanında idim. Birdən İbn Əbi Leyla, ibn Şəbrəmə və Əbu Hənifə1 otağa daxil oldular. Onlar Süleymanın iyadətinə gəlmişdilər. Əbu Hənifə üzünü Süleymana tutub dedi: Ey Süleyman, Allahdan qorx! Bilməlisən ki, sən axirət günlərinə yaxınlaşır və dünya günlərinin axırıncı gününü keçirdirsən. Sən Əli (ə)-ın fəzilətləri haqqında elə hədislər rəvayət edibsən ki, əgər onları nəql etməsəydin daha yaxşı olardı.


Süleyman dedi: - Hansı hədisi deyirsən?
Dedi: - Məsələn: «Ənə qəsimül cənnəti vənnari»2

أنا قسيم الجنة و النّار


hədisini nəql edibsən.
Süleyman dedi: - Mənimlə belə danışırsan? Məni oturdub bir yerə söykəyin!
O, oturandan sonra Əbu Hənifəyə dedi: - Ey Əbu Hənifə, Əbu Mütəvəkil mənim üçün bir hədis nəql edirdi. O da Əbu Səid Xidridən rəvayət edirdi. Əbu Səid Xidri deyir ki, Rəsulullah buyurdu:
Qiyamət günü Allah-Təala mənə və Əliyə deyəcək: «Hər kəs sizi istəyirdisə Behiştə və hər kəs sizinlə düşmənçilik edirdisə onu cəhənnəmə daxil edin!»
Bu hədis Allah-Təalanın buyurduğu «Əlqiya fi cəhənnəmə kullə kaffarin ənidin»

أَلْقِيَا فِي جَهَنَّمَ كُلَّ كَفَّارٍ عَنِيدٍ


(Allah Peyğəmbər (s) və Əli (ə)-a buyuracaqdır): «Atın Cəhənnəmə hər bir inadcıl kafiri!»1 ayəsinə işarə edir. Əbu Hənifə öz dostlarına dedi: - Qalxın ayağa gedək, daha Süleymanın bu sözlərinə dözə bilmərik.

ÜÇÜNCÜ FƏSİL

Ali Osman sultanlarından biri sultan Murad ya da sultan Süleyman idi. O bir gün Nəcəfi-Əşrəfə gedirdi. Həzrət Əmirəl-möminin (ə) nurlu hərəminin günbəzi göründü. Onun vəzirlərindən biri şiə idi. Lakin bunu heç kəs bilmirdi. Həmin vəzir günbəzi görən kimi atdan yerə düşdü. Sultan onun atdan düşməsinin səbəbini soruşdu. Vəzir dedi: Qəbir sahibinin hörmətini saxlamaq üçün atdan düşdüm. O, «Raşidin» xəlifələrindən biridir.


Sultan dedi: Mən də onun hörmətinə atdan düşürəm.
Nasibilərdən1 biri sultanın yanında idi. O, dedi: - Əgər Əli (ə) xəlifə idisə, sən də xəlifə və müsəlmanların valisisən, dirinin hörməti ölünün hörmətindən daha çoxdur. Buna görə bu qəbirin sahibinə hörmət etmək məqsədi ilə sənin atdan düşməyin yaxşı deyil.
Sultan onun bu sözlərini eşidib şəkkə düşdü. O dedi: - Belə isə Qurana isxitarə edəcəyəm.
Quran açdılar. Səhifənin əvvəlində bu ayə yazılmışdı:

إِنِّي أَنَا رَبُّكَ فَاخْلَعْ نَعْلَيْكَ ۖ إِنَّكَ بِالْوَادِ الْمُقَدَّسِ طُوًى



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə