Şeyx Abbas Qumi İmam əLİNİn fəZİLƏTLƏRİ


«Onlar Allahın nurunu batil sözləri ilə (ağızlarıyla) söndürmək istəyirlər. Allah isə, kafirlərin xoşuna gəlməsə də, ancaq öz nurunu tamamlamaq istər»



Yüklə 0,52 Mb.
səhifə4/43
tarix26.07.2023
ölçüsü0,52 Mb.
#120007
1   2   3   4   5   6   7   8   9   ...   43
İmam Əlinin fəzilətləri

«Onlar Allahın nurunu batil sözləri ilə (ağızlarıyla) söndürmək istəyirlər. Allah isə, kafirlərin xoşuna gəlməsə də, ancaq öz nurunu tamamlamaq istər».1
Rəvayət olunur ki, bir gecə Mənsur Dəvaniqi2 Süleyman Əməşini öz yanına çağırtdırdı. Süleyman onun yanına gəldi. Mənsur dedi: - Süleyman gəl mənim yanımda otur!
Elə ki, Süleyman yaxınlaşdı, Mənsur onun üstündən hənut iysini hiss edərək dedi: - Düz de, yoxsa, səni dardan asdıraram. Bu hənut iysi nədir?
Süleyman dedi: - Eşitdim ki, sən məni çağırıbsan, öz-özümə fikirləşdim Əli (ə)-ın fəziləti haqqında məndən hədis soruşmaq istəyirsən; əgər hədis nəql etsəm sən məni öldürəcəksən. Buna görə də öz ölümüm üçün hazırlaşdım. Vəsiyyətimi edib özümə meyyit qüslü verəndən sonra bura gəldim.
Mənsur dedi: - Ey Süleyman, Əli (ə)-ın fəziləti haqqında necə dənə hədis bilirsən?
Dedi: - Bir az bilərəm.
Mənsur: - Nə qədər?
Dedi: - Təqribən 10 min hədis bilirəm.
Mənsur: - Allaha and olsun, Əli (ə)-ın fəzilətləri haqqında bir hədis deyərəm ki, o hədisin əzəməti sənin bildiklərin hədislərin hamısını yadından çıxardar!
Sonra Mənsur Əli (ə)-ın fəzilətini nəql etməyə başladı. Həmin hədisi Şeyx Səduq və başqa alimlər çoxlu mötəbər sənədlərlə rəvayət ediblər.
Başqa bir rəvayətdə yazılıbdır: Bir gün Harun ər-Rəşid Bağdad alimlərini bir yerə topladı, o cümlədən Mühəmməd ibn İdris Şafeyi, Mühəmməd ibn Həsən Şeybani, Əbu Yusif və Vaqidini çağırtdırdı. Məclisin çoxu alimlərdən təşkil tapdı.
Harun Mühəmməd ibn İdris Şafeidən soruşdu: - Ey əmi oğlu, Əli (ə)-ın fəzilətləri haqqında neçə dənə hədis bilirsən?
Şafei dedi: - Təqribən dörd yüz hədis.
Harun dedi: - Düz de, məndən qorxma!
Şafei dedi: - Dörd yüzdən artıq.
Harun Mühəmməd ibn Həsənə üzünü tutub dedi: - Sən Əli (ə)-ın fəziləti haqqında necə dənə hədis bilirsən?
Dedi: - Min hədisdən çox bilmirəm.
Sonra üzünü Əbu Yusifə çevirib soruşdu: - De görüm, sən bu haqda neçə dənə hədis bilirsən?
Dedi: Ey Əmir! Əgər qormasaydıq, Əli (ə) fəzilətləri barəsində saysız-hesabsız hədis nəql edərdik. Bu haqda hədislərin sayı-hesabı yoxdur.
Harun dedi: - Kimdən qorxusan?
Dedi: - Sən və tərafdarlarından.
Harun: - Sən bu barədə olan hədisləri nəql et, qorxma!
Dedi: - Əli (ə)-ın fəzilətləri haqqında bildiyim hədislərin 15 mini müsnəd1 15 min mürsəl2 hədisdir.
Daha sonra Harun, Vaqidiyə üzünü tutub soruşdu: Əli (ə)-ın fəzilətləri haqqında sən neçə hədis bilirsən?
Vaqidi Əbu Yusifin dediklərini təkrar etdi.
Harun dedi: - Lakin mən öz gözümlə o Həzrətin elə bir fəzilətini gördüm ki, siz nəql etdiyiniz fəzilətlərin hamısından əzəmətlidir. Sonra Harun, Dəməşqin xətibinin hekayətini onlara dedi: Həmin xətib Əli (ə)-a (nəuzubillah) söyüş verir və nalayiq sözlər deyirdi. Elə bu işinə görə də it simasına düşdü.
Bu cür hədislər o Həzrətin fəzilətləri haqqında yazılmış kitablarda çoxdur.
İbn Şəhraşub rəvayət edir ki, köçəri ərəblərdən biri Kufənin məscidində gördülər. O, deyirdi: «Ey yer və göylərdə, dünya və axirətdə şöhrət tapmış şəxs!3 Zülmkar sultanlar, tarixin ən qəddar padşahları sənin parlaq nurunu söndürmək üçün əllərindən gələni əsirgəmirdilər. Lakin Allah-Təala buna mane oldu və sənin nurunu daha da işıqlandırdı.
Bu sözləri deyən şəxsdən soruşdular: «Sən kimin haqqında danışırsan?»
Dedi: - Mənim dediklərim Həzrət Əli (ə) haqqındadır.
O, bu sözü deyib gözdən itdi.
Şəbi deyir: Həmişə eşidirdim ki, Bəni-Üməyyənin xətibləri, çıxış edənləri minbərə çıxıb Əmirəl-möminin Əli (ə) təhqiramiz sözlər deyirlər. Buna baxmayaraq elə bil ki, kimsə Həzrət Əli (ə)-ın qolundan tutub göylərə qaldırır və onu daha da şöhrətləndirirdi.
Həmçinin eşidirdim ki, həmin xətiblər həmişə minbərə çıxıb ata-babalarını xalq üçün tərfiləyir, onları xalqın gözündə yüksəltmək istəyirlər. Lakin bunun əksinə olaraq öz tərifləri ilə elə bil ki, murdar leşi xalqa göstərir və onun üfunətli iyisini daha da aşkar edirdilər. Yəni, öz ata-babalarını paka çıxartmaq üçün tərifləyir və xalqın gözündə hörmətli şəxsiyyətlər kimi cilvələndirmək istəyirdilər. Amma onlar öz məqsədlərinə çatmırdılar və qəsbkar ata-babalarının pislikləri, bir sözlə həqiq simaları xalq üçün daha da aydınlaşırdı.
Nəql edirlər ki, Bəni-Üməyyə ələ salmaq məqsədiylə Əmirəl-möminin (ə)-a «Əbu turab» deyirdilər. Lakin bu işləri ilə bil ki, o Həzrətə zər-zivər paltarını geyindirirdilər.


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə